Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

69 

 

1827-ci  il.  Qafqaz  Arxeoqrafiq  Komissiyasının  aktına  əsasən  Qarabağın  Dağlıq 

hissəsində  12  min  ailə  yaşayırdı  ki,  bunlardan  da  yalnız  2,5  mini  qeyri-

müsəlmanlar idi. 



1828-1830-cu illər. Türkmənçay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən 

84  min  nəfər  erməni  köçürülərək,  İrəvan  və  Yelizavetpol  (indiki  Gəncə) 

qəzalarında  yerləşdirilir.  Gəncə  qəzasına  göndərilənlərin    çoxu  indiki  Ağdərə   

rayonu  ərazisinə yerləşdirilir. 



1832-ci  il.  Dağlıq  Qarabağ  ərasisində  köçürmələr  nəticəsində  ermənilərin  sayı 

34,8%-ə çatdırılır. 



1878-ci  il.  İngiltərə  və  Rusiya  Berlin  konqresinin  gedişində  ilk  dəfə  "erməni 

məsələsi"ni gündəmə gətirirlər. 



1886-cı  il.  "Qafqaz  təqvimi"  məcmuəsində  göstərilir  ki,  Zəngəzur  mahalında 

Azərbaycanlılar 45,7%, ermənilər 24,8%, digər millətlər isə 29,5% təşkil edir. 



Fevral  1905-ci  il.  Erməni  terror  təşkilatları  Bakı,  İrəvan,  Zəngəzur,  Qarabağ, 

Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 

min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir. 

Avqust  1905-ci  il.  Erməni  dəstələri  Şuşanın  azərbaycanlılar  yaşayan  məhəllərinə 

hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə qədər ev yandırılır. 



Dekabr  1905-ci  il.  Əhməd  bəy  Ağaoğlunun  başçılığı  altında  "Difai"  (Müdafiə) 

təşkilatı yaradılır. 



26  dekabr  1905-ci  il.  Ağdərə  rayonunun  500  nəfərlik  Umudlu  kənd  sakinləri 

Ağdama  pənah  apararkən  yolda  Avram  hampanın  dəstəsi  tərəfindən  qətlə 

yetirilirlər. 

Ġyul 1906-cı il. Erməni silahlıları ikinci dəfə Şuşaya hücum edirlər. 

1918-ci il. İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 

min nəfər azərbaycanlı didərgin salınır. 



17

 

 mart  1918-ci  il.  Urmiya  şəhərində  erməni  terrorçuları  10  min  nəfərdən  artıq 

azərbaycanlını  qətlə  yetirirlər.  Həmin  tarixdən  başlayaraq  bir  ay  ərzində  Urmiya, 

Salmas, Xoy, Maku, Şərəfxan və digər yerlərdə 100 mindən artıq adam öldürülür. 

18

 

 mart  1918-ci  il.  Şamaxı  qəzasının  53  kəndində  ermənilər  8  min  27  nəfəri,  o 

cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər. Həmin ayın sonuna 

qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır. 

19-31  mart  1918-ci  il.  Bakı  şəhərində  ermənilər  tərəfindən  18  min  Azərbaycanlı 

qətlə yetirilir. 



1-9  may  1918-ci  il.  Quba  qəzasında  122  kənd  dağıdılır,  2800  nəfər  azərbaycanlı 

öldürülür. 



29  may  1918-ci  il.  Azərbaycan  parlamenti  (Milli  Şura)  Antanta  dövlətlərinin 

davamlı  təzyiqlərindən  sonra  Azərbaycan  şəhəri  İrəvanın  Ermənistana  verilməsi 

haqda qərar qəbul edir. 



70 

 

1918  ci  ilin  yay  və  payız  ayları.  Zəngəzur  qəzasında  115  azərbaycanlı  kəndi 

ermənilər  tərəfindən  dağıdılır,  7729  azərbaycanlı  öldürülür.  400-ə  qədər 

azərbaycanlının qapıları bağlayaraq, diri-diri məsciddə yandırırlar. 



29 yanvar 1919-cu il. Qarabağ general-qubernatorluğu yaradılır. 

01  dekabr  1920-ci  il.  Azərbaycanın  Zəngəzur  mahalının  böyük  hissəsi  Moskva 

rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 



07 iyul 1923-cü il. Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət 

statusu verilir. 



18 sentyabr 1923 cü il - Xankəndinin adı "Stepanakert" adlandırılır. 

18  fevral  1929-cu  il.  Moskva  rəhbərliyinin  qərarı  ilə  Naxçıvan  Muxtar 

Respublikasına məxsus olan 657 kv.km ərazi-Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, 

İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun 

Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir. 



1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və 

digər  yaşayış  məntəqələri  Ermənistana  verilir  və  bu  ərazilər  üzrə  Mehri  rayonu 

yaradılır. 

1938-ci  il.  Moskva  rəhbərliyinin  qərarı  ilə  Naxçıvanın  Sədərək  və  Kərki 

kəndlərinin bir hissəsi Ermənistana verilir. 



28  noyabr  1945-ci  il.  Ermənistan  rəhbəri  H.Arutinov  Stalinə  müraciət  edərək 

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. 



1947-1953-cü illər. Ermənistanda toplum şəkildə  yaşayan  150 min  nəfərdən artıq 

azərbaycanlı SSRİ  rəhbərliyinin  qərarı   ilə Azərbaycana köçürülür. 



1965-ci  il.  Xankəndində  yaşayan  M.Hovenesyan  13  nəfər  erməninin  imzası  ilə 

Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  xahişi  ilə  məktubu  SSRİ  Ali 

Sovetinə göndərir. 

Ġyun-avqust  1967-ci  il.  Dağlıq  Qarabağın  Xocavənd  rayonunun  Kuropatkin 

kəndində  erməni  Benikin  uşağı  yoxa  çıxır,  sonra  isə  onun  meyidi  Ələmşah 

Mustafayevin  briqadasına  məxsus  olan  sahədən  tapılır.  Bu  hadisəyə  görə  briqadir 

Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı 

sübut olunmadığına görə məhkəmə işi yenidən istintaqa qaytarılır. Lakin ermənilər 

yolda  həbsxana  maşınını  saxladır,  onu  çevirir,  hər  üç  nəfəri  öldürür,  sonra  da 

yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb. 

1969-cu il. Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından qumbara atılır, 

üç azərbaycanlı yaralanır. 



1969-cu  il.  Laçın  rayonunun  Qaragöl  ərazisinin,  Qubadlı  rayonunun  Çayzəmi 

ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod 

qızıl  yatağı  ərazilərinin  bir  hissəsi  Moskva  rəhbərliyinin  qərarı  ilə  Ermənistana 

verilir. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə