Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

71 

 

1982-ci  il.  Moskva  rəhbərliyinin  qərarı  ilə  Qazax  rayonunun  İncədərə  yaylağı, 

Kəmərli, Aslanbəyli, Qayınaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verilir. 

Dekabr 1985-ci il. "Daşnaksütyun" partiyasının  Afinada  keçirilən XXII qurultayı 

"Böyük Ermənistan" uğrunda mübarizəni genişləndirmək qərarını qəbul edir. 



1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi 

Ermənistana verilir. 



1987-ci  il.  Akademik  A.Aqambekyanın  təkidi  ilə  Parisdə  keçirilən  erməni 

ümummilli  konqresi  SSRİ-də  yaranmaqda  olan  dəyişiklikərdən  istifadə  edərək 

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 

Ġyun-iyul  1987-ci  il.  Ermənilər  Xankəndinin  küçələrində  vərəqələr  yayır,  Dağlıq 

Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 



Oktyabr 1987-ci il. İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirir. Komitəyə 

İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 



16  noyabr  1987-ci  il.  M.Qorbaçovun  iqtisadi  məsələlər  üzrə  müşaviri 

A.Aqanbekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana 

verilməsi ilə əlaqədar M.Qorbaçovu razı saldığını bildirir. 

13  fevral  1988-ci  il.  Ermənilər  Xankəndində  Vilayət  partiya  komitəsinin  binası 

qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" 

terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 

19  fevral  1988-ci  il.  İrəvanda  antitürk  mövqeli  mitinq  keçirilir.  Mitinqdə 

"Ermənistanı türklərdən təmizləməli","Ermənistanda ancaq ermənilər yaşamalıdır" 

tələbləri irəli sürülür. 

19

 

fevral 1988-ci il. Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilir. 

20

 

fevral  1988-ci  il.  Ermənilər  Xankəndində  Vilayət  partiya  komitəsinin  binası 

qarşısında  3  min  nəfərin  iştirak  etdiyi  növbəti  mitinqlərini  keçirirlər.  Dağlıq 

Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqda qərar çıxarır və SSRİ Ali 

Sovetinə göndərir. 



22  fevral  1988-ci  il.  Əsgəran  qəsəbəsində  azərbaycanlıların  dinc  yürüşü  erməni 

silahlıları tərəfindən güllə-boran edilir. 2 nəfər yeniyetmə Əli Hacıyev və Bəxtiyar 

Quliyev öldürülür, 19 nəfər yaralanır. 

23  fevral  1988-ci  il.  Vilayət  partiya  komitəsinin  birinci  katibi  B.Gevorkov 

vəzifəsindən azad edilir, onun yerinə Q.Poqosyan təyin olunur. 



28-29  fevral  1988-ci  il.  Sumqayıtda  ermənilər  tərəfindən  təxribat  xarakterli 

qırğınlar törədilir, 26 erməni, 6 azərbaycanlı öldürülür. 



14  may  1988-ci  il.  Şuşada  azərbaycanlılar  5  min  nəfərin  iştirak  etdiyi  mitinq 

keçirir. Mitinqdə erməni silahlılarının hücumlarına son qoyulması tələb edilir. 



16  may  1988-ci  il.  Xankəndində  bir  qrup  azərbaycanlını  döyərək  maşına  yığır  və 

Şuşaya göndərirlər. 




72 

 

16  may  1988-ci  il.  Bakıda  Dağlıq  Qarabağ  ermənilərinin  separatçı  hərəkətlərinə, 

Ermənistandan  gələn  emisarların  oradakı  fəaliyyətinə  son  qoyulması  tələbləri  ilə 

mitinq keçirilir. 



15  iyun  1988-ci  il.  Ermənistan  Ali  Soveti  Dağlıq  Qarabağın  Ermənistana 

birləşdirilməsi barədə qərar qəbul edir. 



24  iyun  1988-ci  il.  Arkadi  Volski  Moskvanın  xüsusi  nümayəndəsi  kimi  Dağlıq 

Qarabağa göndərilir. 



18-21  sentyabr  1988-ci  il.  Xankəndində  azərbaycanlılar  yaşayan  evlər  yandırılır, 

adamlar döyülür və Şuşaya göndərilir. 



21  sentyabr  1988-ci  il.  Dağlıq  Qarabağ  və  Ağdam  ərazilərində  xüsusi  vəziyyət 

elan ounur. 



22  sentyabr  1988-ci  il.  İrəvan,  Leninakan,  Abovyan,  Eçmiədzin  və  digər 

şəhərlərdə Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlıların Ermənistandan 

çıxarılması tələbləri  ilə kütləvi tətillər, mitinqlər keçirilir. 

04  oktyabr  1988-ci  il.  Dağlıq  Qarabağın  Xankəndi  və  Xocalı  şəhərlərində 

azərbaycanlılara basqınlar edilir, onlar döyülür və köçüb getmələri tələb olunur. 



18 noyabr-5 dekabr 1988-ci il. Bakıda "Azadlıq" meydanında fasiləsiz izdihamlı 

mitinqlər  keçirilir.  Mitinq  iştirakçıları  ermənilərin  Dağlıq  Qarabağdakı 

vəhşiliklərinə,  Ermənistanın  Dağlıq  Qarabağa  müdaxilələrinə  son  qoyulmasını 

tələb edirlər. 



21  noyabr  1988-ci  il.  Bakıda  və  Gəncədə  ixtişaşlar  baş  verir,  3  hərbçi  öldürülür, 

xeyli adam yaralanır. Bakı, Naxçıvan və Gəncədə xüsusi vəziyyət elan olunur. 



24 noyabr 1988-ci il. Ermənistanın ərazisindən  Azərbaycanın Qubadlı rayonunun 

Eyvazlı,  Qədirli,  Davudlu  kəndlərinə  basqınlar  edilir,  Eyvazlı  kəndi  tamamilə 

yandırılır. 

Noyabr  1988-ci  il.  Ermənistanın  şimal-şərq  hissəsindəki  Vartan  kəndində  12 

azərbaycanlı diri-diri yandırılır. 



Noyabrın sonu 1988-ci il. Ermənistanın Quqark rayonunda 70 nəfər azərbaycanlı 

qətlə yetirilir. Onlardan Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın, 3 körpə 

uşaq öldürülür. 

08  dekabr  1988-ci  il.  Ermənistanda  zəlzələdən  zərər  çəkənlərə  yardım  məqsədilə 

Azərbaycandan 80 peşəkar xilasedici, mexanikləşdirilmiş dəstə Spitaka yola düşür. 

Onlar bir neçə gün ərzində 63 nəfəri xilas edirlər. 

10

 

 dekabr  1988-ci  il.  Zəlzələ  ilə  əlaqədar  olaraq  Yuqoslaviyadan  döndərilən 

təyyarə Belqrad-Ankara-İrəvan marşurutu ilə Ermənistana uçur. Ankaradan uçduğu 

üçün  ermənilər  onu  türk  təyyarəsi  hesab  edərək  qəzaya  uğradırlar.  Təyyarənin  6 

nəfərlik şəxsi heyəti həlak olur. 



11

 

dekabr  1988-ci  il.  Zəlzələ  ilə  əlaqədar  olaraq  Azərbaycanın  xilasedici  dəstəsi 

Ermənistanın  Leninakan  şəhərinə  uçur.  Ermənilər  yanlış  koordinat  verərək 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə