Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

73 

 

təyyarəni qəzaya uğradırlar. 69 nəfər xilasedici və 4 nəfər ekipaj üzvü həlak olur. 



Yalnız  bir  nəfər  xilasedici  salamat  qalır.  Onu  xəstəxanaya  yerləşdirirlər,  lakin  az 

sonra ermənilər mitinq edərək onun xəstəxanadan çıxarılmasına nail olurlar. 



15 dekabr 1988-ci il. SSRİ  rəhbərliyi  Azərbaycan və Ermənistan rəhbərlərinə bir 

sıra  qanunsuz  hərəkətlərə  görə  öz  respublikalarında  vəzifəli  şəxslərin 

cəzalandırılması  tapşırığını  verir.  Bir  ay  ərzində  Azərbaycanda  erməniləri  guya 

sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır, 

65 nəfər partiya və komsomoldan çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən 

çox  erməni  Azərbaycana  qayıdır.  Ermənistanda  isə  həmin  vaxt  ərzində  13  nəfər 

partiyadan  xaric  edilir,  24  nəfər  vəzifəsindən  çıxarılır,  69  nəfərə  partiya  cəzası 

verilir. Ermənistana bir nəfər də olsun azərbaycanlı qaytarılmır. 



25  dekabr  1988-ci  il.  Ermənistandan      250      mindən  çox  azərbaycanlının 

deportasiya edilməsi əsasən başa çatdırılır. 



12 yanvar 1989-cu  il.  SSRİ  Ali  Soveti  tərəfindən Dağlıq Qarabağ  ərazisində 

Xüsusi İdarə Komitəsi   yaradılır.   Komitəyə Moskvanın   nümayəndəsi   Arkadi   

Volcki   rəhbər   təyin   edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı 

təyin edilir. 



6  may  1989-cu  il.  SSRİ  Xalq  deputatlarının  1  qurultayı  Moskvada  öz  işinə 

başlayır. Qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul edir. 



6  iyul  1989-cu  il.  Xankəndi  yaxınlığındakı  azərbaycanlılar  yaşayan  Kərkicahan 

qəsəbəsi yandırılır. 



08  iyul  1989-cu  il.  Ermənilər  Xankəndində  "Miatsum"  hərəkatının  təsis 

yığıncağını keçirir və Robert Koçaryanı hərəkata sədr seçirlər. 



16  iyul   1989-cu  il.  Azərbaycan Xalq Cəbhəsi yaradılır və Əbülfəz Elçibəy sədr 

seçilir. 



29 iyul 1989-cu il. Ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azərbaycanın 

mərkəzindən Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırılır. Naxçıvan 

Muxtar Respublikası blokada vəziyyətinə düşür. 

16  avqust  1989-cu  il.  Xankəndində  ermənilər  “Dağlıq  Qarabağ  əhalisinin 

qurultayı”nı  keçirir,  Milli  Şura  və  Rəyasət  heyəti  yaradırlar.  Qurultay  Dağlıq 

Qarabağı "müstəqil ittifaq ərazisi" elan edir. 

15  sentyabr  1989-cu  il.  Azərbaycan  Ali  Sovetinin  qərarı  ilə  Dağlıq  Qarabağdakı 

Xüsusi İdarə Komitəsi ləğv olunur. 



16  sentyabr  1989-cu  il.  Ermənilər  Tiflis-Bakı  avtobusunu  partladırlar,  5  nəfər 

ölür, 25 nəfər yaralanır. 



21 sentyabr 1989-cu il. Xankəndində yaşayan azərbaycanlılar döyülərək şəhərdən 

qovulurlar. 



07  oktyabr  1989-cu  il.  Erməni  terrorçusu  A.Abramyan  tərəfindən  Şuşanın 

Xəlfəliçay körpüsü partladılır. 




74 

 

01  dekabr  1989-cu  il.  Ermənistanın  Ali  Soveti  Dağlıq  Qarabağın  Ermənistana 

birləşdirilməsi haqda qərar qəbul edir. 

06  dekabr  1989-cu  il.  Azərbaycanın  Ali  Soveti  tərəfindən  Dağlıq  Qarabağ  üzrə 

Respublika  Təşkilat Komitəsi yaradılır, Komitəyə  Azərbaycan partiya  təşkilatının 

rəhbərlərindən V.Polyaniçko sədr təyin edilir. 

31  dekabr  1989-cu  il.  Araz  çayı  boyunca  137  km-lik  sərhəddə  sərhəd  qurğuları 

dağıdılır. 



04  yanvar  1990-cı  il.  Erməni  terrorçusu  Q.Sarkisyan  Əsgəran-Ağdam  körpüsünü 

partladır. 



12  yanvar  1990-cı  il.  Ermənistandan  500  nəfərlik  silahlı  dəstə  vertolyotlarla 

Azərbaycanın  Xanlar  rayonunun  Quşçu  kəndinə  gələrək,  kəndi  dağıdır,  onlarla 

dinc sakini öldürürlər. 

15  yanvar  1990-cı  il.  SSRİ  Ali  Soveti  Dağlıq  Qarabağ  və  ətraf  rayonlarda 

fövqəladə vəziyyət elan edir. 



18  yanvar  1990-cı  il.  Ermənistanın  silahlı  birləşmələri  tərəfindən  Naxçıvan 

Muxtar Respublikasının Kərki kəndi işğal edilir. 



20 yanvar 1990-cı il. Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi 

məlumatlara görə 131 nəfər həlak olur, 800-dən  artıq adam yaralanır. 



18  fevral  1990-cı  il.  Ermənilər  Şuşa-Bakı  avtobusunu  partladırlar,  13  nəfər 

yaralanır. 



11  iyul  1990-cı  il.  Tərtərdən  Kəlbəcərə  gedən  maşın  karvanına  ermənilər  silahlı 

hücum edirlər. 14 nəfər həlak olur, 35 nəfər yaralanır. 



10 avqust 1990-cı il. Tiflis-Ağdam avtobusu erməni terrorçuları  A.Avanesyan və 

M.Tatevosyan tərəfindən partladılır. 20 nəfər ölür, 30 nəfər yaralanır. 



10  avqust  1990-cı  il.  Ermənistan  terrorçuları  tərəfindən  Şəmkir-Gəncə  avtomobil 

yolunda avtobus partladılır. 17 nəfər həlak olur, 26 nəfər yaralanır. 



20 avqust 1990-cı il. Ermənistan  silahlı qüvvələri Qazax rayonun Bağanis  Ayrım 

kəndini işğal edirlər. 5 nəfər kənd sakini öz evlərində diri-diri yandırılır. 



30  noyabr  1990-cı  il.  Ermənistan  terrorçuları  tərəfindən  Xankəndi  yaxınlığında 

sərnişin avtobusu partladılır. 2 nəfər həlak olur, 11 nəfər yaralanır. 



15 dekabr 1990-cı il. S.Babayanın terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını 

qətlə yetirir. 



09  yanvar  1991-ci  il.  Laçın-Şuşa  yolunda  5  nəfərlik  erməni  terror  qrupu 

"Molodyoj Azərbaycana" qəzetinin müxbiri Salatın Əsgərovanı və 2 nəfər hərbçini 

qətlə yetirir. 

14  yanvar  1991-ci  il.  Azərbaycan  Ali  Soveti  Şaumyan  (kənd)  rayonunun  ləğvi 

haqqında qərar qəbul edir. 



18  aprel  1991-ci  il.  Erməni  terrorçusu  Q.Sarkisyan  Xocavənd  rayonunda  3 

azərbaycanlı milis işçisini öldürür. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə