Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

75 

 

30 may 1991-ci il. Erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər 

ölür, 22 nəfər yaralanır. 

19  iyun  1991-ci  il.  Erməni  terrorçuları  Yevlax-Laçın  yolunda  avtomaşını 

partladırlar. 11 nəfər həlak olur, 3 nəfər yaralanır. 



27  iyun  1991-ci  il.  "Qarabağ"  adlı  erməni  terror  təşkilatı  Dağlıq  Qarabağın 

Qaradağlı kəndinə hücum edir, 6 nəfər azərbaycanlı öldürülür. 



31  iyul  1991-ci  il.  Erməni  terrorçuları  tərəfindən  Moskva-Bakı  sərnişin  qatarı 

partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır. 



02  avqust  1991-ci  il.  Dağlıq  Qarabağın  Hadrut  rayonunun  Dolanlar  kəndində 

ermənilər tərəfindən avtomaşın partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. 



08  avqust  1991-ci  il.  Ermənistan  hakimiyyəti  tərəfindən  orada  azərbaycanlıların 

yaşadıqları  sonuncu  Nüvədi  kəndi  boşaldılır,  əhalisi  döyülərək  Ermənistandan 

qovulur. 

21  avqust  1991-ci  il.  Dağlıq  Qarabağın  Hadrut  rayonunun  Şadaxt  kəndi 

yaxınlığında avtobus partladılır, 2 nəfər həlak olur, 10 nəfər yaralanır. 



23  avqust  1991-ci il. Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları tərəfindən 

atəşə tutulur, 4 nəfər həlak olur, 13 nəfər yaralanır. 



30  avqust  1991-ci  il.  Azərbaycan  müstəqilliyinin  bərpa  olunması  haqda 

Bəyannamə ilə çıxış edir. 



02 sentyabr 1991-ci il. Ermənilər "Dağlıq Qarabağ respublikası" adında qondarma 

qurumun yarandığını elan edirlər. 



05  sentyabr  1991-ci  il.  Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyi  yaradılır, 

general Valeh Bərşadlı nazir təyin edilir. 



08 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Ağdam-Xocavənd avtobusu 

atəşə tutulur, 5 nəfər həlak olur, 34 nəfər yaralanır. 



08 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Ağdam-Qaradağlı avtobusu 

atəşə tutulur, 8 nəfər həlak olur, 42 nəfər

  

yaralanır. 



23  sentyabr  1991-ci  il.  Şimali  Qafqazda  Jeleznovodsk  şəhərində  Azərbaycan, 

Ermənistan,  Rusiya  və  Qazaxıstan  prezidentləri  görüşürlər,  vəziyyəti  nizama 

salmaq məqsədi ilə "müvəqqəti işçi qrupu yaradılır". 

26  sentyabr  1991-ci  il.  Erməni  terrorçuları  tərəfindən  Yevlax-Laçın  yolunda 

avtomaşın partladılır, 2 nəfər həlak olur, 14 nəfər yaralanır. 



18

 

oktyabr  1991-ci  il.  Azərbaycan  "Dövlət  müstəqilliyi  haqqında  Konstitusiya 

aktı" qəbul edir. 



19

 

oktyabr  1991-ci  il.  Dağlıq  Qarabağın  Ağdərə  rayonu  Sırxavənd  kəndi 

yaxınlığında ermənilər tərəfindən avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 nəfər 

yaralanır. 

20  noyabr  1991-ci  il.  Erməni  terrorçuları  tərəfindən  Xocavənd  rayonunun 

Qarakənd  kəndi  yaxınlığında  "Mİ-8"  vertolyotu  vurulur.  Vertolyotda  olan  bütün 




76 

 

şəxslər:  Azərbaycan  Respublikasının  Dövlət  Katibi  T.İsmayılov,  Baş  nazirin 



müavini  Z.Hacıyev,  Prezidentin  müşaviri  M.Əsədov,  Baş  Prokuror  İ.Qayıbov, 

deputatlar:  V.Cəfərov,  V.Məmmədov,  Prezident  aparatının  şöbə  müdiri 

O.Mirzəyev,  Meliorasiya  və  su təsərrüfatı  nazirinin  1-ci  müavini Q.Namazəliyev, 

Dağlıq  Qarabağın  prokuroru,  İ.Plavski,  Milli  Təhlükəsizlik  Nazirliyinin  şöbə 

müdiri  S.İvanov,  Dağlıq  Qarabağın  milis  rəisi,  general-mayor  V.Kovalyov, 

komendant  N.Jinkin,  Dövlət  katibinin  köməkçisi  R.Məmmədov,  Azərbaycan 

televiziya və radiosunun əməkdaşları: A.Mustafayev,  A.Hüseynzadə, F.Şahbazov, 

müşahidəçilər: general-mayor M.Lukaşov və podpolkovnik V.Koçarov, Qazaxstan 

Daxili  İşlər  nazirinin  1-ci  müavini  S.Serikov  və  ekipaj  bu  terror  aktı  nəticəsində 

həlak olurlar. 



26

 

noyabr 1991-ci il. Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin 

ləğv olunması haqda qanun qəbul edir. 



27

 

noyabr  1991-ci  il.  SSRİ  Dövlət  Şurası  DQMV-nin  ləğvi  ilə  bağlı  qərarın 

dəyişdirilməsini Azərbaycan rəhbərliyindən tələb edir. 



08 dekabr 1991-ci il. Belorusun Brest şəhəri yaxınlığında Belovejsk deyilən yerdə 

Rusiya,  Ukrayna  və  Belorus  respublikaları  saziş  imzalayaraq  Müstəqil  Dövlətlər  

Birliyi yaratdıqlarını edirlər. 

10  dekabr  1991-ci  il.  Dağlıq  Qarabağ  erməniləri  referendum  keçirir, 

"müstəqilliyə" səs verirlər. 



23 dekabr 1991-ci il. Ermənilərin "Qarabağ" adlı terror təşkilatı Dağlıq Qarabağın 

Əsgəran rayonu Meşəli kəndinə hücum edir, 6 nəfər öldürülür, 15 nəfər yaralanır. 



26  dekabr  1991-ci  il.  Şuşa  şəhər  sakini  Süleyman  Abbasov,  onun  hamilə  həyat 

yoldaşı, yaşyarımında olan oğlu, qaynanası və onların getdikləri maşının sürücüsü 

Ağdam-Şuşa yolunda erməni terrorçuları tərəfindən qətlə yetirilirlər. 

27  dekabr  1991-ci  il.  Ermənilər  ağır  texnikanın  müşayəti  ilə  Xankəndi 

yaxınlığındakı  Kərkicahan  qəsəbəsinə  hücum  edirlər.  Mehman  Hüseynovun 

başçılığı  altında  kəndin  22  nəfərdən  ibarət  müdafiə  dəstəsi  qeyri-bərabər  döyüşə 

girirlər. Səkkiz saat davam edən döyüşdə 70-dən çox erməni qulduru məhv edilir. 



08    yanvar    1992-ci    il.    Erməni    terrorçuları    Krasnovodskdan  Bakıya  üzən 

sərnişin bərəsini partladırlar. 25 nəfər ölür, 88 nəfər yaralanır. 



10 yanvar 1992-ci il. Respublika Təşkilat komitəsi Xankəndini tərk edir. 

15 yanvar 1992-ci il. Kərkicahan qəsəbəsi işğal edilir. 

26  yanvar  1992-ci  il.  Şuşa  yaxınlığındakı  Daşaltı  kəndində  Azərbaycan  əsgərləri 

ermənilərin  pusqusuna  düşürlər,  qeyri-bərabər  döyüşdə  33  nəfər  həlak  olur,  36 

nəfər yaralanır, 34 nəfər itgin düşür. 

28  yanvar  1992-ci  il.  Ağdam-Şuşa  marşurutu  ilə  uçan  mülki  vertolyot  erməni 

terrorçuları  tərəfindən  vurulur.  Əsasən  qadın  və  uşaqlardan  ibarət  olan  41  nəfər 

sərnişin və 3 nəfər ekipaj üzvü həlak olur. 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə