Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

79 

 

15  avqust  1993-cü  il.  Füzuli  rayonunun  Aşağı  Veysəlli,  Yuxarı  Yağlıvənd 

kəndləri, Cəbrayıl rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal edilir. 

23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Füzulini işğal edirlər. 

23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal edirlər. 

27 avqust 1993-cü il. Qarabağ Azadlıq Hərəkatı yaradılır. Xəqani Hüseynov sədr 

seçilir. 



30  avqust  1993-cü  il.  Hadrut  rayonu  ərazisində  erməni  terrorçuları  tərəfindən 

avtomaşın partladılır, 2 nəfər həlak olur. 



31 avqust 1993 cü il. Ermənistan silahlı qüvvələri Qubadlını işğal edirlər. 

02  sentyabr  1993-cü  il.  Hadrut  rayonunun  çıxacağında  erməni  terrorçuları 

tərəfindən sərnişin avtobusu partladılır, 4 nəfər həlak olur, 8 nəfər yaralanır. 



24  sentyabr  1993-cü  il.  Azərbaycan  Müstəqil  Dövlətlər  Birliyinə  (MDB)  daxil 

olur. 


14  oktyabr  1993-cü    il.  BMT  Təhlükəsizlik  Şurası  874  saylı  qətnaməsini  qəbul 

edir. 


23 oktyabr 1993-cü il. Füzuli rayonunun Horadiz qəsəbəsi işğal edilir. 

28 oktyabr 1993-cü il. Zəngilan rayonunun Mincivan qəsəbəsi işğal edilir. 

29 oktyabr 1993-cü il. Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edirlər. 

12 noyabr 1993-cü il. BMT Təhlükəsizlik Şurası 884 saylı qətnaməsini qəbul edir. 

21-22  dekabr  1993-cü  il.  MDB  parlament  Assambleyası  Dağlıq  Qarabağ 

məsələsini "Aland modeli" üzrə həll etməyi təklif edir. 



08 yanvar 1994-cü il. Füzuli rayonunun Horadiz qəsəbəsi erməni işğalından azad 

edilir. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu düşməni geri oturdur və 

30 km irəliləyir. 

01  fevral  1994-cü  Ġl.  Kislovodsk-Bakı  sərnişin  qatarı  erməni  terrorçuları 

tərəfindən partladılır, 3 nəfər ölür, 20 nəfərdən çox adam yaralanır. 



18 mart 1994-cü il. Erməni terrorçuları Xankəndi üzərində İran diplomatlarını və 

onların ailə üzvlərini daşıyan təyyarəni vururlar, 34 nəfər həlak olur. 



19  mart  1994-cü  il.  Erməni  terrorçuları  Bakıda  "20  yanvar"  metro  stansiyasında 

partlayış törədirlər, 14 nəfər həlak olur, 49 nəfər yaralanır. 



13 aprel 1994-cü  il. Moskva-Bakı   sərnişin  qatarı   erməni terrorçuları tərəfindən  

partladılır,  6  nəfər həlak  olur,  3 nəfər yaralanır. 



12  may  1994-cii  il.  Azərbaycanla  Ermənistan  arasında  müvəqqəti  atəşkəs  elan 

olunur. 


03  iyul  1994-cü  il.  Bakıda  metro  qatarı  erməni  terrorçuları  tərəfindən  partladılır, 

13 nəfər həlak olur, 42 nəfər yaralanır. 



10  noyabr  1994-cü  il.  Avropa  Şurası  parlament  Assambleyası  Qarabağ 

münaqişəsinə  dair  1047  saylı  qətnaməsini  qəbul  edir  və  tərəfləri  atəşkəsi  poza 

biləcək hərbi hərəkətlərdən çəkinməyə çağırır. 



80 

 

05-06  dekabr  1994-cü  il.  ATƏT-in  Budapeşt  sammiti  keçirilir.  İlk  dəfə  olaraq 

Dağlıq  Qarabağ  məsələsi  xüsusi  problem  kimi  müzakirə  olunur,  mərhələli 

nizamlama variantının ilkin prinsipləri müəyyən edilir. 



13  dekabr  1994-cü  il.  İslam  Konfransı  Təşkilatının  Kasablankada  keçirilən  zirvə 

toplantısında qəbul edilən qətnamə 

 

Ermənistan təcavüzkar dövlət kimi tanınır. 



29  noyabr  1995-ci  il.  Bakı  metropolitenində  erməni  terrorçuları  tərəfindən  

partlayış  törədilir,  286  nəfər həlak  olur,  269  nəfər yaralanır. 



03  dekabr  1996-cv  il.  ATƏT-in  Lissabon  sammiti  keçirilir.  Sammitdə  daha  çox 

Ermənistanın  iddiaları  nəzərə  alınır,  Qarabağ  münaqişəsi  ilə  bağlı  yekdil  sənəd 

qəbul olunmur. 

Fevral 1997-ci   il.  Minsk  qrupunun  3   həmsədrlik  institutu yaradılır. 

18  iyul  1997-ci  il.  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  Dağlıq  Qarabağ 

münaqişəsinin tənzimlənməsi üçün "Paket variantı"nı təklif edir. 



29  avqust  1997-ci  il.  Rusiya  və  Ermənistan  arasında  "Dostluq  və  əməkdaşlıq 

haqda" hərbi ittifaq müqaviləsi imzalanır. 



02  dekabr  1997-ci  il.  ATƏT-in  Minsk  qrupu  Dağlıq  Qarabağ  məsələsinin 

mərhələli həll variantını təklif edir. 



28 iyun 1998-ci il. İctimai və siyasi qurumların Qarabağ üzrə Koordinasiya Şurası 

yaradılır. 



07  noyabr  1998-ci  il.  ATƏT-in  Minsk  qrupu  həmsədrləri  Dağlıq  Qarabağ 

münaqişəsinin həllinə dair "Ümumi dövlət" konsepsiyasını təklif edirlər. 



29  iyul  1999-cu  il.  Bakıda  Azərbaycan  və  Türkiyə  arasında  hərbi  yardıma  dair 

müqavilə imzalanır. 



1-30  avqust  1999-cu  il.  Qarabağ  üzrə  Kordinasiya  Şurası  aclıq  aksiyası  keçirir, 

beynəlxalq təşkilatlar qarşısında Ermənistanın təcavüzkar tərəf kimi tanınması, ona 

qarşı sanksiyaların tətbiq olunması tələbləri qoyulur. 

27  oktyabr  1999-cu  il.  Erməni  terrorçuları  Ermənistan  parlamentinə  soxularaq 

parlamentin sədrini, baş naziri və bir neçə deputatı öldürürlər. 



19 noyabr 1999-cı il. ATƏT-in İstanbul sammiti keçirilir. Qarabağ münaqişəsi ilə 

bağlı müzakirələr aparılır, lakin konkret sənəd qəbul olunmur. 



28 yanvar 2000-ci il. Qarabağ Azadlıq Təşkilatı yaradılır. Akif Nağı sədr seçilir. 

25 yanvar 2001-ci il. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv 

qəbul edilirlər. 



23-24  fevral  2001-ci  il.  Azərbaycan  parlamentində  ictimai,  siyasi  qurumların 

nümayəndələrinin iştirakı ilə Qarabağ məsələsinə dair müzakirələr keçirilir. 



22 dekabr 2001-cĠ il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi 

keçirilir, işğal altında olan ərazilərin hərbi yolla azad edilməsi tələbləri qoyulur. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə