Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

63 

 

çərçivəsində  935  milyon  dollar  yardım  göstərilmişdir.  Xırda  həcmdə  yardımlar 



digər qrumlar və dövlətlər tərəfindən də verilir. Bu yardımlar hələlik Ermənistanın 

ayaqüstə  dayanmasına  imkan  verir.  2006-cı  ildə  Ermənistanın  Ümumi  Daxili 

Məhsulu 13,3% artmışdır.  Bu ölkənin 2008-ci ilə dövlət büdcəsi 2,5 milyard dollar 

məbləğində  müəyyən  edilmişdir.  Müasir  müharibə  həm  də  iqtisadi  güclərin 

müharibəsidir. İqtisadi göstəricilər isə göz qabağındadır. 

 

 



 

NƏTĠCƏ 

 

Bizim əsgərlərimiz labüd olaraq 

zəfər çalacaqlar! (Qurani Kərim, əs-Saffat 

surəsi, ayə 173) 

 

Erməniləri  başa  düşmək  olar,  Qafqaza  gəlmədirlər  və  torpaqları  yoxdur. 

Ona  görə  də  qonşulardan  torpaq  almağa  çalışırlar.  Yüz  ildir  ki,  ermənilərin 

apardıqları  torpaq  davasıdır.  Bir  dəfə,  1918-ci  ildə  indi  Ermənistan  adlandırılan 

əraziləri  öz  dövlətlərini  yaratmaları  üçün  ermənilərə  verdiyimiz  kifayətdir.  İndi 

onlara  verməyə  torpağımız  daha  yoxdur.  Təssüf  ki,  həm  ermənilər,  həm  də 

beynəlxalq  təşkilatlar  bunu  başa  düşmək  istəmir  və  səbrlə  Azərbaycanın  güzəştə 

gedəcəyi  günü  gözləyirlər.  Beynəlxalq  təşkilatlar,  böyük  dövlətlər  müharibənin 

yenidən  alovlanmasını  istəmirlərsə,  əbəs  yerə  gözləməməli,  münaqişənin  nizama 

salınması  üçün  qətiyyətli  addım  atmalıdırlar.  Qətiyyətli  addım  isə  işğalçı  tərəfin 

cəzalandırılması  yönündə  ola  bilər.  İşğalçı  Ermənistan  beynəlxalq  hüquq 

normalarına  uyğun  olaraq  bütün  beynəlxalq  təşkilatlardan  xaric  edilməli, 

uluslararası  proseslərdən  təcrid  olunmalı  və  sanksiyalara  məruz  qalmalıdır.  İraq, 

Liviya,  Serbiya  kimi  dövlətlərə  tətbiq  olunan  sanksiyalar  Ermənistana  da  aid 

edilməlidir.  İlk  növbədə  iqtisadi  sanksiyalar  tətbiq  oluna  bilər.  Lakin  beynəlxalq 

təşkilatlar, böyük dövlətlər bunu da etmək istəmir və, əksinə, işğalçı Ermənistana 

hərtərəfli yardım göstərməkdə davam edirlər. Bununla Ermənistanı şirnikləşdirir və 

işğalçı niyyətlərində israrlı olmağa  həvəsləndirirlər. Amma ermənilər bu dəfə  heç 

nəyə  ümid  etməməlidirlər.  İşğalçı  Ermənistan  rejimi  məkrli  niyyətlərinə  nail  ola 

bilməyəcəkdir.  Danışıqların  davam  etdirilməsi  hələlik  ermənilərə  ümid  verir. 

Azərbaycan  silahı  işə  düşəndə  ermənilər  ümidlərində  yanıldıqlarını  başa 

düşəcəklər.  Ermənilər  başqa  dili  yox,  yalnız  silah  dilini  yaxşı  başa  düşürlər. 

Ermənilər  Azərbaycan  türkünün  gücünü  və  silahını  görəndə  geri  çəkiləcək  və 

yerlərində oturacaqlar. Tarixdə həmişə belə olub. Erməniləri başa salmağın başqa 

yolu yoxdur. 



64 

 

1905-1906-cı  illərdə  erməni  terror  təşkilatları  təpədən-dırnağadək 



silahlanaraq  Azərbaycanın  şəhər  və  kəndlərini  dağıdır,  dinc  əhaliyə  divan  tutur, 

yerindən-yurdundan  qovub  çıxarırdılar.  M.S.Ordubadi  “Qanlı  illər”  kitabında 

yazırdı  ki,  ermənilər  silahsız  insanları  məhv  edir,    var-dövlətlərini  talan  edirlər. 

Heç  yerdə  onlara  müqavimət  göstərilmirdi.  Nəhayət,  1906-cı  ilin  yanvarında 

erməni quldurları Ağdamın Papravənd kəndində ilk ciddi müqavimətlə rastlaşdılar. 

Bir gün fasiləsiz davam edən döyüşdə ermənilər darmadağın edildilər. Bu döyüşdə 

ermənilərə  qarşı  nizami  ordu  deyil,  Papravənd  və  yaxın  kəndlərin  əhalisindən 

tələm-tələsik  toplanmış,  az  sayda  silahı  olan  dəstələr  vuruşurdu.  M.S.Ordubadi 

yazırdı  ki,  "Papravənd  müharibəsindən  sonra  ermənilər  başa  düşdülər  ki, 

müsəlmanlarla  döyüşmək  olmaz,  onlarla  danışıqlara  getmək  lazımdır".  Təsadüfi 

deyil ki, məhz bu döyüşdən sonra, 1906-cı ilin fevralında ermənilər Tiflisdə barışıq 

konfransının çağırılmasına razılaşdılar və murdar əməllərindən əl çəkdilər. 

1918-ci  ildə  də  ermənilər  Azərbaycana  qarşı  iddialarını  irəli  sürəndə 

yalnız  qoşunlarımızın  zərbələrindən  sonra  geri  çəkildilər.  Qarabağın  general-

qubernatoru  Xosrov  bəy  Sultanov  həmin  dövrdə  Azərbaycan  hökumətinə 

göndərdiyi  müraciətdə  bildirirdi  ki,  ingilis  generalı  Şatelvortun  başçılıq  etdiyi 

nümayəndə  heyətinin  vasitəçiliyindən  imtina  edilməlidir,  "ingilislərin  guya  bizə 

münasibətdə qərəzsizlik və xeyirxahlıq göstərib Qarabağ məsləsində bitərəf mövqe 

tutmaları  problemin  həllini  yubatmış  və  sayıqlığımızı  azaltmışdır,...  ermənilərin 

xeyrinə  olmuşdur".  Bu  gün  şatelvortlan  brayzaların,  merzlyakovların,  fasyelərin 

əvəz  etməsi  ilə  heç  nə  dəyişməmişdir,  eyni  ssenari  eyni  həvəslə  həyata  keçirilir. 

X.Sultanov daha sonra təklif edirdi: 

1. Qarabağ-Zəngəzur məsələsinin həllində ingilislərin köməyindən imtina 

edilməlidir, çünki onlar bu işdə bizə yalnız maneçilik törədirlər; 

2.  Məcburedici  tədbirlər  görülməzsə,  ermənilər  Azərbaycan  hökumətinin 

tabeçiliyinə razı olmayacaqlar; 

3. Bu məsələni bir ay da həllsiz qoymaq bölgədən həmişəlik əlini üzmək 

deməkdir; 

4.  Dağlıq  Qarabağ  ermənilərinə  Azərbaycan  hakimiyyətini  altı  günə 

tanımaq barədə ultimatum verilməlidir; 

5.  Azərbaycan    hökümətini    tanımayacağı  təqdirdə  altıgünlük  möhlət 

bitəndən sonra hərbi əməliyyatlara başlanılmalıdır. 

X.Sultanov  eyni  zamanda  xəbərdarlıq  edirdi  ki,  təxirəsalınmadan  hərbi 

əməliyyatlara  başlamasaq,  Qarabağın  itiriləcəyi  ehtimalı  böyükdür.  O,  həmçinin 

bildirirdi  ki,  ingilis  vasitəçiliyi  nəticəsində  Qarabağ  məsələsinin  həlli  ləngidilmiş, 

Zəngəzur  və  Qarabağ  ermənilərinin  Azərbaycan  hakimiyyətini  dinc  yolla 

tanımaları  təmin  olunmamışdır.  Bu  deyilənlər  bu  günün  hadisələri,  bu  günkü 

vəziyyətlə tam şəkildə səsləşir. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə