Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

55 

 

soyuq silahla qətlə yetirdi. R.Səfərov uşaq yaşlarında  ermənilərin işğal   etdikləri 



Cəbrayıl rayonundan didərgin salınmış və müharibənin bütün   acılarını yaşamışdı.   

Üstəlik   2   erməni   zabitinin   onu   daim təxribatlara çəkmələri, Azərbaycanın 

dövlət  atributlarını  təhqir  etmələri,  xüsusilə  də  Xocalı  soyqırımının  növbəti 

ildönümü  ərəfəsində  həmin  dəhşətli  hadisələri  ermənilərin  "böyük  qələbəsi"  kimi 

təqdim etmək, dinc sakinlərə qarşı törədilmiş vəhşiliklərə   bəraət qazandırmaq və 

öyünmək  cəhdləri  Azərbaycan  zabitinin  səbr  kasasını  doldurmuşdu.  Təəssüf  ki, 

R.Səfərovun hərəkətlərinin motivi, hadisənin törənmə şəraiti və səbəbləri Budapeşt 

şəhər məhkəməsi tərəfindən nəzərə alınmadı və o, 2006-cı ilin aprelində ömürlük 

həbs  cəzasına  məhkum  edildi.  Macarıstan  məhkəməsi  Ermənistan  hakimiyyəti  və 

erməni  lobbisinin  təzyiqləri  altında  hüquqi  deyil,  siyasi  qərar  qəbul  etdi. 

R.Səfərova  qarşı  ədalətsiz  məhkəmə  hökmü  Azərbaycanda  ciddi  etirazlarla 

qarşılandı, kütləvi etiraz aksiyaları keçirildi. 

Ermənistan hakimiyyəti "xalq diplomatiyası"na  yol açmaq  üçün 2004-cü 

ildə NATO strukturlarından istifadə etməyə cəhd göstərdi. Həmin ilin sentyabrında 

Azərbaycanda  NATO-nun  təşkilatçılığı  ilə  hərbi  təlimlərin  keçirilməsi  nəzərdə 

tutulurdu.  Təlimlərə  hazırlıq  məqsədilə  iyun  ayında  Bakıda  NATO-ya  üzv 

ölkələrin  yüksək rütbəli  zabitlərinin  geniş  konfransı  keçirildi.  Konfransda  iştirak 

etmək  üçün  Ermənistan  da  öz  hərbçilərini  göndərmişdi.    İşğalçı  Ermənistan 

ordusunun  tədbirdə  iştirakı  cəmiyyət  tərəfindən  qəzəblə  qarşılandı.  Qarabağ 

Azadlıq  Təşkilatı  konfransın  keçirildiyi  "Avropa"  otelinin  qarşısında  etiraz 

aksiyasına başladı. İyunun 22-də bir qrup aksiya iştirakçısı polislərin müqavimətini 

yararaq  otelə  daxil  oldu.  Konfrans  iştirakçıları  öz  işlərini  dayandırıb  Bakını  tərk 

etməli  oldular.  Aksiya  iştirakçılarından  6  nəfər  həbs  olundu  və  məhkəmənin  

hökmü  ilə  3   ildən  5   ilədək  azadlıqdan  məhrum edildilər. Lakin bundan sonra 

da həm QAT-çıların həbsinə, həm də erməni zabitlərinin iştirakı ilə hərbi təlimlərin 

keçirilməsi planlarına qarşı etiraz aksiyaları davam etdirildi və genişləndi. Bir sıra 

millət  vəkilləri,        ictimai,  siyasi  xadimlər,  ayrı-ayrı  qurumlar  həbs  olunanların 

müdafiəsinə qalxdılar.  Sentyabr ayında    Azərbaycan Respublikasının  Apellyasiya 

məhkəməsi QAT-çıların  barəsində çıxarıtmış azadlıqdan məhrumetmə hökmlərini 

şərti  cəzalarla  əvəz  etdi.  NATO  rəhbərliyi  isə  öz  tarixində  ilk  dəfə  olaraq  təyin 

olunmuş hərbi təlimlərini ləğv etmək məcburiyyətində qaldı. 

 

 



 

 

 



 

 



56 

 

Danışıqların "Praqa prosesi" mərhələsi 



 

 

2004-cü  ilin  aprelində  danışıqların  "Praqa  prosesi"  deyilən  mərhələsi 



başlandı.  Bu  prosesin  fərqli  cəhəti  Azərbaycan  və  Ermənistanın  xarici  işlər 

nazirlərinin mütəmadi, prezidentlərin isə vaxtaşırı birbaşa görüşlərinin keçirilməsi, 

paket  və  mərhələli  həll  variantlarının  uzlaşdırılması  və  status  məsələsi  ilə  bağlı 

mümkün  kompromisin əldə  olunması cəhdlərindən  ibarət  idi.  "Praqa  prosesi" nin 

başlıca qüsuru əsas məsələ kimi işğal faktının deyil, Dağlıq Qarabağın statusunun 

müzakirə olunması idi. Bu prosesin əvvəlində tərəflər həll variantının "paket yaxud 

mərhələli plan" adlandırılmaması ilə bağlı kompromis əldə etdilər: istənilən halda 

paket  şəklində  əldə  olunacaq  razılaşma  mərhələlərlə  həyata  keçirilməlidir. 

Danışıqların  danışıqlar  xatirinə  davam  etdirliməsi  üçün  bu formula kifayət edir, 

lakin hər  hansı bir  nəticənin  əldə  olunması üçün ümid  vermirdi.   "Praqa  prosesi"  

çərçivəsində    2005-ci  ilin  sonunadək  prezidentlər  4  dəfə  (Varşava-aprel,  2004-cü 

il; Astana-sentyabr, 2004-cü il; Kazan-avqust, 2005-ci il; Varşava-sentyabr, 2005-

ci il), xarici işlər nazirləri isə 11 dəfə görüşdülər. Bu görüşləri təşkil edən Minsk 

qrupu  həmsədrləri tərəflərə "keçid statusu" deyilən variantı müzakirə  üçün təklif 

etdilər. Bu variantın mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağdakı qondarma 

rejimin  de-fakto  vəziyyətinin  təsdiqlənməsi  əvəzində  ətraf  rayonların  bir  hissəsi 

azad oluna bilərdi. Konkret olaraq müzakirəyə çıxarılan məsələlər aşağıdakılardan 

ibarət idi: 1)"Ermənistan tərəfindən müdafiə edilən Dağlıq Qarabağ  qüvvələrinin" 

bölgə  ətrafındakı  işğal  olunmuş ərazilərin bir hissəsindən  çıxarılması;2) Dağlıq 

Qarabağı    geri  qaytarmaq  üçün  Azərbaycanın  güc  tətbiqindən  imtina  etməsi;  3) 

Beynəlxalq  sülhyaratma  qüvvələrinin  münaqişə  zonasına  yerləşdirilməsi;  4) 

Köçkünlərin öz yerlərinə qayıtması; 5) Ticarət münasibətlərinin bərpa edilməsi və 

yolların  açılması;  6)  Dağlıq  Qarabağın  son  statusunun  orada  yaşayan  erməni  və 

azərbaycanlıların  iştirakı  ilə  keçiriləcək  referendumla  müəyyən  edilməsi. 

Referendum  keçirilənə  qədər  Dağlıq  Qarabağdakı  qondarma  rejimin  "keçid 

statusu"  ilə  mövcudluğunu  davam  etdirməsi  və  bu  statusa  beynəlxalq  təminatın 

verilməsi      nəzərdə      tutulurdu.      Azərbaycan  bu  varianta  konkret  münasibət 

bildirməyərək,  əks  tərəfin  mövqe  bildirməsini  gözlədi.  Ermənistan  isə  Rusiyanın 

təzyiqləri  altında  növbəti  dəfə  kifayət  qədər  sərfəli  variantdan  imtina  etdi.  R. 

Koçaryan  saziş  layihəsində  Dağlıq  Qarabağın    statusunun    müstəqil    dövlət  kimi 

göstərilməsi tələbini irəli sürdü və bununla da danışıqlar prosesinin yenidən dalana 

dirənməsinə nail oldu. 

Minsk  qrupu  həmsədrləri  2006-cı  ildə  nəticə  əldə  olunacağına  böyük 

ümidlərlə yanaşır, optimist proqnozlar verirdilər. Lakin həmin il də uğursuzluqlarla 

başlandı.  Fevral    ayında    Fransanın  paytaxtı      Paris      yaxınlığındakı      Rambuye 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə