Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə29/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

59 

 

öyrənmək  üçün  həmsədrlərin  2008-ci  ilin  yanvarında  Azərbaycan  və  Ermənistan 



prezidentləri ilə keçirdikləri görüşlər heç bir nəticə vermədi. 

2008-ci  il  martın  14-də  BMT  Baş  Assambleyasının  62-ci  sessiyasında 

Qarabağ məsələsi müzakirə olundu və "Azərbaycanın işğal olunmuş ərazilərindəki 

vəziyyət haqqında" qətnamə qəbul edildi. Bu, BMT Təhlükəsizlik Şurasının 1993-

cü  il  qətnamələrindən  sonra  beynəlxalq  səviyyədə  qəbul  olunmuş  ən  ciddi  sənəd 

idi.  Qətnamədə  Azərbaycanın  suverenliyi  və  ərazi  bütövlüyünə  hörmətlə 

yanaşıldığı  bir  daha  bildirilir,  Ermənistanın  işğalçı  qüvvələrinin  zəbt  olunmuş 

ərazilərdən  qeyd-şərtsiz  çıxarılması  tələb  olunur,  erməni  işğalı  nəticəsində 

yaranmış  vəziyyətin,  yəni  işğalçı  Ermənistanın  zəbt  olunmuş  ərazilərdə  yaratdığı 

qondarma  qurumun  heç  bir  dövlət  tərəfindən  tanınmamasının  zəruriliyi 

vurğulanırdı. Sessiya iştirakçılardan 40 dövlət qətnamənin lehinə, 7 dövlət əleyhinə 

səs  verdi,  100  dövlət    bitərəf  qaldı.  Lehinə    səs    verənlərin  böyük    əksəriyyətini 

müsəlman  dövlətləri  təşkil  edirdi.  Minsk  qrupuna  həmsədrlik  edən  hər  bir  ölkə-

ABŞ,  Rusiya,  Fransa  qətnamənin  əleyhinə  səs  verdilər.  Səvermənin  nəticələri  

Minsk  qrupu    çərçivəsində    aparılan  danışıqların  Azərbaycan  üçün  təhlükəli 

perspektivlərinə bir daha aydınlıq gətirildi. 

2008-ci  il  avqustun  əvvəllərində  Tiflisin  Cənubu  Osetiyada  öz  suveren 

hüquqlarını  bərpa  etmək cəhdi və  buna cavab olaraq Rusiyanın Gürcüstana  hərbi 

müdaxilə etməsi regionda hərbi-siyasi şəraiti dəyişdirdi. Gürcüstan danışıqların heç 

bir nəticə verməyəcəyini dərk edərək, ərazi bütövlüyünü  hərbi yolla bərpa etməyə 

cəhd  göstərdi,  lakin  Rusiya  buna  imkan  vermədi.  Kreml  işğalçı  və  ilhaqçı 

mahiyyətini açıq-aydın nümayiş etdirdi. Gürcüstan   regionda yaradılmış qondarma 

qurumların,  onların  "öz  müqəddəratını  təyin  etmə  və  azadlıq  hərəkatları”nın 

üzərindən  pərdəni  götürərək,  bu  hərəkatların  xaricdən      təşkil      və      idarə 

olunduğunu sübut etdi. Gürcüstan dünyanın rəğbətlə  yanaşdığı "öz müqəddəratını 

təyinetmə  hərəkatı"  ilə  deyil,  birbaşa  rus  işğalı  ilə  üz-üzə  qaldı.  Bu  vəziyyət 

Gürcüstana ciddi beynəlxalq dəstək üçün təminat verdi və Rusiyanın güc tətbiqi ilə 

işğal olunmuş ərazilərdən çıxarılması üçün əsas yaratdı.  Yeni   şəraitdə   Qarabağ   

məsələsi      ilə      də      bağlı      fərqli  yanaşmalar  meydana  çıxdı.  Vasitəçilik  etmək 

istəyən  ölkələrin  sayı  artdı.  İlk  olaraq  Türkiyə  və  İran  vasitəçilik  təşəbbüsləri  ilə 

çıxış etdilər. Moskva və Vaşinqton da təşəbbüsü əldən verməmək üçün fəallaşdılar. 

2008-ci    il  noyabrın  2-də  Moskvanın  təşəbbüsü  ilə  Rusiya,  Azərbaycan  və 

Ermənistan prezidentləri birgə Bəyannamə imzaladılar. Bəyannamədə danışıqların 

beynəlxalq  hüquq  normaları  əsasında  davam  etdirilməsi,  Minsk  qrupu  formatının 

saxlanılması,  münaqişənin    siyasi    yolla  nizama    salınması,    qarşılıqlı  etmiadın 

gücləndirilməsi  kimi  məsələlər  əks  olundu.  Lakin  bu  diplomatik  fəallıq  və 

təşəbbüslər heç bir nəticə vermədi. 



60 

 

Danışıqların  gedişində  bəzi  məsələlərə  xüsusi  diqqət  yetirilir.  Məsələn, 



1997-ci  idən  başlayaraq  tərəflər  Laçınla  bağlı  məsələyə  ayrılıqda  baxmaq  haqda 

razılıq  əldə  etmişlər.  Minsk  qrupu  həmsədrlərinin  18  iyul  1997-ci  il  tarixli 

layihəsində  Laçın  dəhlizinin  ATƏT-ə  müəyyən  müddətə  icarəyə  verilməsi  təklif 

olunurdu.  Eyni  zamanda  Dağlıq  Qarabağdakı  qondarma  rejimin  ATƏT-lə 

müqavilə əsasında həmin  dəhlizdən  istifadə edəcəyi nəzərdə tutulurdu.  2 dekabr 

1997-ci il tarixli layihədə isə  işğalçı qoşunların  yalnız rayondan çıxarılması təklif 

olunur,  Laçın  isə  ermənilərin  nəzarəti  altında  qalırdı.  7  noyabr  1998-ci  il  tarixli 

layihədə  də  göstərilirdi  ki,  nizamasalınma    prosesinin  birinci    mərhələsində   

erməni      silahlı  qüvvələri  Laçında  saxlanılır.  Azərbaycan  tərəfinin  etirazlarına 

baxmayaraq, həmsədrlər bu mövqelərində təkid edirlər. Erməni tərəfi hesab edir ki, 

Laçın dəhlizinin eni ən azından 60 km olmalıdır. Onların fikrinə görə, Azərbaycan   

Ordusunun  arsenalında  olan  silahlarla  25-35  km-lik  məsafədə  hədəfi  vurmaq 

mümkündür.  Ona  görə  də  hər  iki  tərəfdən  30  km-lik  radiusu  olan  dəhliz  tələb 

edirlər. Ermənistan   strateji   əhəmiyyətli Kəlbəcər rayonunu da əlində saxlamağa 

çalışır.  Kəlbəcər  şimaldan  50  km-lik  məsafədə  Murov  dağı,  qərbdən  Göyçə 

(Sevan)  dağ  aşırımı  ilə  əhatələnir,  şərqdə  isə  Dağlıq  Qarabağın  hüdudları  ilə 

birləşir. İşğalçı qüvvələr Murov dağından yeganə keçidi-Ömər aşırımını nəzarətdə 

saxlayır. Ermənistanın Dağlıq Qarabağa Laçın ilə yanaşı ehtiyat yolu Kəlbəcərdən 

keçir. İşğalçı tərəf Kəlbəcərin geri qaytarılmasını Dağlıq Qarabağın statusuna dair 

referendumun  keçirilməsi  ilə  şərtləndirir.  Göründüyü  kimi,  Ermənistanın  əsassız 

iddialarından geri çəkilmək fikri yoxdur. Beləliklə,   danışıqlar   heç   bir   nəticə   

vermir,   Azərbaycanın torpaqları hələ də işğal altında saxlanılır və atəşkəs rejimi 

davam  etdirilir.  İrimiqyaslı  hərbi  əməliyyatlar  keçirilmir,  lakin  vaxtaşırı  lokal 

xarakterli döyüşlər və itgilər qeydə alınır. Erməni tərəfi itgiləri haqda məlumatları 

ciddi şəkildə gizlədir. Bir sıra yerli və xarici ekspertlərin rəyinə görə,  Azərbaycan 

Ordusu atəşkəs dövründə 2500-3000 nəfər, Ermənistan isə 900 nəfərə yaxın hərbi 

qulluqçusunu  itirmişdir.    Ermənistanın    işğalçı    qüvvələri    daim  atəşkəsi  pozur, 

təxribatlar  törədirlər.  Təkcə  2007-ci  il  ərzində  atəşkəs  rejimi  220  dəfə  pozulmuş, 

Azərbaycan Ordusunun   46 nəfər hərbi qulluqçusu həlak olmuşdur. 

Ermənistan atəşkəsdən istifadə edərək, Dağlıq Qarabağ və ətraf rayonlarda 

işğalçı  rejimi  gücləndirməyə  çalışır,  bölgənin  sərvətlərini  vəhşicəsinə  talayır. 

Rəsmi  statistikaya  görə,  1989-cu  ildə  Dağlıq  Qarabağda  189  min  nəfər,  o 

cümlədən, 145,5 min nəfər (76,9%) erməni, 40,6 min nəfər (21,5%) azərbaycanlı 

və  digər  millətlərin  nümayəndələri  yaşayırdı.  2007-ci  ilin  əvvəlinə  olan  rəsmi 

məlumatlara  görə  isə,  orada  137  min  nəfər  əhali  yaşayır.  Ekspertlər  bu  rəqəmin 

xeyli  şişirdildiyi,  keçmiş  vilayətin  ərazisində  50-60  min  nəfərdən  artıq  adamın 

yaşamadığı  qənaətindədirlər.  Dağlıq  Qarabağın  didərgin  salınmş  azərbaycanlı 

icmasının  sayı  isə  bu  gün  72  min  nəfərə  çatmışdır.  Ekspertlərin  hesablamalarına 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə