Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

47 

 

göstərərək  tezliklə  düşmənə  əks  zərbə  vurdular    və  geri      çəkilməyə      məcbur   



etdilər.  Dekabrın  15-dən  başlayaraq  Azərbaycan  Ordusu  beş  əməliyyat 

istiqamətində  -Füzuli,  Xocavənd,  Ağdam,  Ağdərə,  Kəlbəcər  istiqamətlərində  əks 

hücuma  keçdi.    Əsas      zərbə      cəbhənin    cənub      kəsiyində      Füzuli,  Horadiz 

istiqamətində  endirildi.  Ciddi  manelərə,  ərazinin  böyük  hissəsinin  minalanmasına 

baxmayaraq,  qoşunlarımız  düşmənin  müdafiə  xəttini  yardı  və  Araz  çayı  boyunca 

Füzuli  rayonunun  içərilərinə  doğru  irəlilədi.  Yanvarın  əvvəli  üçün  11  yaşayış 

məntəqəsi və Azərbaycan-İran sərhəddinin 40 km-lik hissəsi azad edildi. Yanvarın 

8-də  702-ci  alayın  hissələri  düşmənin  müqavimətini  qıraraq  döyüşlərlə  Horadizə 

daxil  oldu,  qəsəbəni,  dəmiryol  stansiyasını  və  Xudafərin  körpüsünü  azad  etdi.  

Yanvarın  26-da  Azərbaycan  Ordusu  düşmənin  artan  müqavimətini  sındıraraq 

Füzuli və Cəbrayıl rayon mərkəzlərinin həndəvərinə çıxdılar. Lakin bundan sonra 

hücumu  davam  etdirə  bilmədilər.  Xocavənd  və  Ağdam  istiqamətlərində 

qoşunlarımız  bir  qədər  irəlilədilər,  lakin  ciddi  nəticələrə  nail  ola  bilmədilər. 

Cəbhənin  Tərtər-Ağdərə      hissəsində      ağır      döyüşlərdən      sonra      3        yaşayış 

məntəqəsi  azad  edildi  və  hərbi  hissələrimiz  Sərsəng  su  anbarına  yaxınlaşdılar. 

Lakin burada da hücum əməliyyatı dekabrın 31-dayandırıldı. 

Cəbhənin  şimal  kəsiyində  701-ci  briqadanın  birləşmələri  yanvarın  20-də 

ağır  döyüşlərdən  sonra  Ömər  aşırımından  keçərək  Kəlbəcər  rayonunun  ərazisinə 

daxil      oldular.  Qoşunlarımız  yaşayış  məntəqəsini  düşməndən  təmizlədilər  və 

Kəlbəcər-Ağdərə  yoluna  çıxdılar.  Ermənilər  dərhal  Rusiyanın  nəqliyyat  vasitələri 

ilə  buraya  Ermənistanın  daxili  rayonlarından,  o  cümlədən  Vardeni  bazasından 

əlavə  qüvvələr  gətirdilər.  Yanvarın  21-22-də  düşməni  bir  taburu  Çəpli  kəndi 

yaxınlığında  darmadağın  edildi,  200  nəfə  yaxın  canlı  qüvvəsi  məhv  edildi,  xeyli 

hərbi  qulluqçusu,  o  cümlədən  bir  neçə  erməni  zabiti  və  5  rusiyalı  hərbçi  əsir 

götürüldü.  Digə  erməni  hərbi  birləşmələri  də  ciddi  itkilər  verdilər.    Fevralın  ilk 

həftəsində  Azərbaycan  qoşunları  Kəlbəcər  şəhərinə  yaxınlaşdılar.  Azərbaycan  

Ordusu  iki    aylıq  əməliyyatların    gedişində  bir  sıra  nəticələrə  nail  oldu.  Füzuli 

rayonu  ərazisində  23  yaşayış  məntəqəsi  düşməndən  təmizləndi.    Bunun    ardınca  

Cəbrayıl   rayonunun bir  hissəsi,  Kəlbəcər rayonunun Bozlu, Təkəqaya, Babaşlar, 

Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, 

Bağırlı  kəndləri  azad  edildi.  Düşmən  Çiçəkli  dağdan  və  digər  yüksəkliklərdən 

çıxarıldı,  Kəlbəcər-Laçın     yolunun  xeyli  hissəsi  nəzarət  altına  alındı.  Döyüşlərin 

dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə, sərt hava şəraitində aparılması, 

arxa cəbhə ilə əlaqənin yaradılmaması, canlı qüvvə və texnika ilə təminatının zəif 

olması və bir sıra digər amillər əldə olunmuş uğurların genişləndirilməsinə imkan 

vermədi.  Eyni  zamanda  beynəlxalq  təşkilatlar  Azərbaycana  qarşı  təzyiqlərini 

gücləndirdilər, atəşkəs rejimi haqda siyasi məsləhətləşmələrə başlanıldı.  Ona görə 

də  Azərbaycanın  hərbi-siyasi  rəhbərliyi  hərbi  əməliyyatın  dayandırılması  və 




48 

 

qoşunların ilkin döyüş mövqelərinə, Murovdan şimala tərəf çəkilməsi haqda  qərar 



verdi.  Fevralın  18-də Azərbaycan  qoşunları Ömər aşırımını keçərək geri çəkildi. 

İki  Azərbaycan briqadası mühasirəyə düşdü və dar keçiddən geri çəkilməyə cəhd 

göstərdi. Ermənilər həmin keçidi "qrad"lardan atəşə tutdular, burada qoşunlarımız 

1500 nəfərdən  artıq  itgi  verdi.  Təxmini  hesablamalara  görə, bu qış kompaniyası 

zamanı  Azərbaycan  tərəfi  4  min,  ermənilər  isə  2  min  nəfər  itgi  verdilər. 

Azərbaycan  Ordusu  xeyli  itgi  versə  də,  düşmənin  müdafiə  xəttinə  ciddi  zərbə 

vurdu  və  Kəlbəcərin  qısa  vaxt  ərzində  azad  edilə  biləcəyinin  mümkünlüyünü 

nümayiş etdirdi. Azərbaycan Ordusunun digər istiqamətlərdən fərqli olaraq burada 

qarşılaşdığı uğursuzluq daha çox hava şəraitinin nəzərə alınmaması ilə bağlı oldu. 

Azərbaycan  Ordusunun  dekabr-fevral  hücumu  Qarabağ  müharibəsinin 

mühüm hadisələrindən hesab edilir. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu hücum 

əməliyyatı  ilə  düşmənə  qarşı  qətiyyətini  nümayiş  etdirdi.  Ordumuzun  hücum 

əməliyyatı  keçirmək  qabiliyyəti  və  əzmi  əyani  şəkildə  göstərildi,  döyüş  əhval-

ruhiyyəsi bərpa edildi. İşğal edilmiş ərazilərin bir hissəsi azad olundu. Ermənistan 

canlı qüvvə və texnika ilə ciddi itgilər verdi. 

Azərbaycan Ordusunun uğurları ilə hesablaşmaq istəməyən düşmən mart 

ayının əvvəlində Füzuli rayonu ərazisində üç istiqamətdən yeni hücumlara başladı. 

Ermənilər  Horadiz  nəqliyyat  qovşağını  ələ  keçirməyə,  sonrakı  hücumlar  üçün 

zəmin  hazırlamağa  çalışırdılar.  Düşmən  qoşunlarımızın  müdafiə  xəttini  yarmağa 

bir neçə dəfə cəhd göstərdikdən sonra itgilər verərək geri çəkilməli oldu. 1994-cü 

ilin  aprelində  cəbhədə  vəziyyət  yenidən  kəskinləşdi.  İşğalçı  Ermənistan  yeni 

genişmiqyaslı  hərbi  əməliyyat  planlaşdırmışdı.  Düşmən  Tərtər  rayonu  ərazisində 

qoşunlarımızın  müdafiə  xəttini  yarmaq,  Tərtər,  Bərdə  və  Yevlax  şəhərlərini  ələ 

keçirərək  şimal-qərb  regionunu  Azərbaycanın  digər  ərazilərindən  ayırmaq   

məqsədi güdürdü. Ermənilər bu niyyətləri dəstəyinə arxalanırdılar. Düşmən aprelin 

9-dan  10-a  keçən  gecə  hücuma  başladı.  Dərhal  üç  istiqamətdən  Tərtər  üzərinə 

zərbələr endirildi. Əsas zərbə istiqamətində Ermənistanın 83-cü motoatıcı briqadası 

və Stepanakert (Xankəndi) yerli alayının qüvvələrindən istifadə olunurdu. Buraya 2 

mindən  artıq  canlı  qüvvə,  17  tank,  15-ə  qədər  digər  zirehli  texnika 

cəmləşdirilmişdi.  Düşmən  qəfil  hücuma  keçməsinə  baxmayaraq,  ilk  anda  nəzərdə 

tutduğu  planı  həyata  keçirə,  qoşunlarımızın  müdafiə  xəttini  yara  bilmədi. 

Azərbaycan  Ordusu  uğurlu  müdafiə  döyüşləri  apararaq  düşmənə  əks  zərbələr 

endirdi. 

Düşmən  ağır  itgilərinə  baxmayaraq  əlavə  qüvvələr,  o  cümlədən  5-ci 

motoatıcı  briqadanı,  "Tiqran  Mets"  əlahiddə  motoatıcı  taburunu  da  cəlb  etdi  və 

aprelin 16-dan mayın 6-a qədər cəbhə xəttini yarmaq üçün 5 dəfə davamlı cəhdlər 

etdi.  Lakin  heç  bir  ciddi  nəticəyə  nail  ola  bilmədi,  qoşunlarımız  əsas  müdafiə 

mövqelərini  qoruyub  saxladılar.  Ermənilar  Ağdamdan  şimala  və  Tərtərdən  qərbə 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə