Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

45 

 

kəndləri, Cəbrayıl rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal olundu. 



Döyüşçülərin  geri  çəkilməsi  əsasən  əlavə  qüvvələrin  və  silah-sursatın  vaxtında 

gətirilməməsi ilə bağlı idi. Cəbrayıl şəhəri 3 dəfə əldən-ələ keçdi, lakin düşmənin 

artan təzyiqlərinin   qarşısını   almaq  mümkün  olmadı.  Avqustun  23-də Cəbrayıl 

şəhəri,  avqustun  25-də  isə  rayon  əsasən  işğal  edildi.  Rayonun  müdafiəsi  zamanı 

yerli özünümüdafiə və Lənkəran taburları ciddi itkilər verdilər. Füzuli şəhəri Milli 

Ordunun  160-cı  alayı  və  yerli  briqada  tərəfindən  müdafiə  olunurdu.  Düşmən  ağır 

döyüşlərdən sonra  Füzulinin  yaxınlığındakı Məngələn  Ata  yüksəkliyini,  avqustun 

23-də  isə  şəhərin  özünü  işğal  etdi.  İşğalçılar  avqust  ayının  sonunda  həm 

Ermənistan  ərazilərindən,  həm  də  Qarabağın  zəbt  edilmiş  ərazilərindən  Qubadlı 

rayonu  istiqamətində  hücuma  başladılar.  Avqustun  31-də  Qubadlı  şəhəri  işğal 

edildi, rayonun şimal hissəsi sentyabrın 2-də zəbt olundu. 

Sentyabrın  əvvəlində  işğalçı  qoşunlar  Azərbaycan-İran  sərhəddinə 

çıxdılar.  Müharibəyə  digər  dövlətlərin  də  qoşulması  perspektivi  yarandı.  Türkiyə 

hərbi  komandanlığı  3-cü  Səhra  ordusunun  əsas  qüvvələrini  Ermənistanla  sərhəd 

xəttinə  yaxınlaşdırdı,  12-ci  və  13-cü  mexanikləşdirilmiş  briqadaları  Rusiyanın 

Gümrüdə (Ermənistan)  yerləşdirilmiş 127-ci  motoatıcı diviziyasmın qarşı tərəfınə 

yeritdi və hərbi aviasiya hissələrində yüksək döyüş hazırlığı vəziyyəti elan etdi. 

Eyni  zamanda  Rusiyanın  Cənubi  Qafqazdakı  qoşunlar  qrupunun 

komandanlığı  127-ci  motoatıcı  diviziyada  hərbi  təlimlərə  başladı.  Bu  təlimlərdə  

Türkiyənin  Ermənistan ərazilərinə hücumu və onun qarşısının alınması yolları ilə 

bağlı məsələlər qoyulmuşdu. İran Azərbaycanla sərhədlərə böyük hərbi qüvvələr, o 

cümlədən  nizami  ordunun  21-ci  piyada  diviziyası,  İslam  inqilabı    keşikçiləri 

korpusunun  31-ci  diviziyasını  yeritdi.  İran  komandanlığı  həmçinin  Araz  çayı 

boyunca "Səhənd" hərbi təlimlərinə başladı. 

Ermənistan  işğalçı  niyyətlərini  tam  şəkildə  reallaşdırmaq  məqsədi  ilə 

1993-cü  ilin  oktyabr  ayında  yenidən  fəallaşdı.  Düşmənlər  oktyabrın  ortalarında 

cəbhənin  cənub  kəsiyində  yeni  əməliyyata  başladılar.  Oktyabrın  23-də  erməni 

silahlı birləşmələri 12 tankla Horadiz üzərinə yeridilər. Düşmən bu vacib nəqliyyat 

qovşağını  ələ  keçirərək,  Zəngilanın,  həmçinin  Cəbrayıl  və  Qubadlı  rayonlarının 

hələ  işğal  olunmamış  yaşayış  məntəqələrinin  Azərbaycanın  digər  əraziləri  ilə 

əlaqəsini kəsdi. Mühasirə vəziyyətinə düşmüş Zəngilan alayının az saylı qüvvələri 

işğalçılara ciddi müqavimət göstərə bilmədilər. İşğalçılar hücumu genişləndirərək, 

Ermənistanın  Qafan  və  Mehri  ərazilərindən  yeni  qüvvələrlə, o cümlədən 40 ədəd 

zirehli  texnikanın  iştirakı  ilə  Zəngilanın  içərilərinə  doğru  irəlilədilər.  Ağır 

döyüşlərdən  sonra  düşmən  oktyabrın  28-də  Mincivan  dəmiryol  stansiyasını, 

oktyabrın  29-da  isə  Zəngilan  rayon  mərkəzini  və  ətrafdakı  yaşayış  məntəqələrini 

zəbt etdi. Zəngilan alayının şəxsi heyəti, həmçinin dinc əhali Araz çayını keçərək 

İran  ərazisinə  getməli  oldu.  1993-cü  ilin  8  ayı  ərzində  Azərbaycan  Dağlıq 




46 

 

Qarabağın  ətrafındakı  6  böyük  rayonunu  itirərək  ağır  duruma  düşdü.  Ermənistan 



işğalçı  planlarını  əsasən  yerinə  yetirdi.  Bu  vaxt  ərzində  davam  edən  fasilələsiz 

hakimiyyət  böhranları  qoşunlarımızın  ciddi  müqavimət  göstərməsinə  imkan 

vermədi.  Digər  tərəfdən,  Rusiyanın  ermənilərə  açıq  şəkildə  hərbi  və  siyasi  dəstək 

verməsi,  rus  hərbiçiləri,  silah  və  texnikasının  ermənilər  tərəfdən  hərbi 

əməliyyatlarda  iştirakı  da  həlledici  amillərdən  oldu.  Beynəlxalq  təşkilatlar  işğal 

faktı qarşısında ciddi addımlar atmaq, işğalçı Ermənistanı cəzalandırmaq əvəzində 

qeyri-müəyyən  ibarələrdən  ibarət  qərar,  qətnamə  və  bəyanatlarla  kifayətləndilər. 

BMT  Təhlükəsizlik  Şurası  1993-cü  ildə  822,  853,  874,  884  saylı  dörd  qətnamə 

qəbul  ctdi.  Bu  sənədlərdə  Azərbaycanın  işğal  edilmiş  ərazilərinin  azad  olunması 

tələbi  qoyulur,  lakin  işğalçı  tərəf  kimi  "yerli  erməni  qüvvələri"  göstərilirdi.  884 

saylı qətnamədə isə Ermənistana təklif olunurdu ki, "Dağlıq Qarabağ ermənilərinin 

qətnamələrə riayət etməsi üçün öz təsir imkanından istifadə etsin". Bu cür absurd 

sənədlərlə münaqişənin nizama salınması mümkün deyildi. 

1993-cü ilin sonu üçün cəbhədə vəziyyət bir qədər dəyişdi. Azərbaycanın 

hərbi-siyasi  rəhbərliyi  bir  sıra  vacib  tədbirlər  həyata  keçirdi.  Mərkəzləşmiş 

komandanlıq  və  idarəetmə  sistemi  təkmilləşdirildi,  təlim  mərkəzləri  və 

poliqonlarda  döyüş  hazırlığının  səviyyəsi  yüksəldildi,  MDB-nin  ayrı-ayrı 

yerlərindən  Azərbaycanlı  zabitlərin  Milli  Orduya  cəlb  olunması  prosesi 

intensivləşdirildi. Noyabrın 2-dən etibarən Milli Orduya könüllülərin geniş şəkildə 

cəlb  olunmasına  başlanıldı.  1993-cü  ilin  oktyabrından  1994-cü  ilin  mayına  qədər 

Silahlı qüvvələrə 4 çağırış həyata keçirildi. Xaricdən silah və texnika alındı, bir sıra 

xarici  dövlətlərlə  hərbi  əməkdaşlıq  genişləndi.  Bu  tədbirlərin  nəticəsində  Milli 

Ordunun döyüş qabiliyyəti xeyli yüksəldi. 

Ermənistan  daha  çox  zəbt  etdiyi  ərazilərdə  möhkəmlənməyə,  müdafiə 

səddləri  yaratmağa  diqqət  yetirirdi.  İşğalçı  dövlətin  daxili  ehtiyatları  dəfələrlə 

həyata  keçirilən  çağırışlar  nəticəsində  xeyli  tükənmişdi.  Ona  görə  də  daha  çox 

xaricdən  muzdluları  cəlb  etməyə  çalışırdılar.  Bu  dövrdə  Rusiyanın  Ermənistanda 

yerləşən  127-ci  motoatıcı  diviziyası  və  sərhəd  qoşunları  hərbiçilərinin  müqavilə 

əsasında erməni ordusuna cəlb olunması halları çoxalmışdı. Muzdluların sayı xeyli 

artmışdı:  1993-cü  ilin  noyabrında  Qarabağda  Rusiyanın  Sakit  okean  donanması 

dəniz  piyada  taburunun  480  keçmiş  hərbi  qulluqçusu,  ABŞ,  Avropa,  Yaxın 

Şərqdəki  erməni  diaspor  təşkilatlarının  cəlb  edib  göndərdikləri  870-dən  artıq 

muzdlu,  Şimali  Qafqazdan  gətirilmiş  1200-ə  qədər  kazak  ermənilər  tərəfdən 

vuruşurdu.  Bu  vaxt  Ermənistanın  hərbi-siyasi  rəhbərliyində  qarabağlı  ermənilərin 

təsiri  güclənirdi.  Müdafiə  naziri  S.Sarkisyanın  başçılıq  etdiyi  qrup  işğalçı 

əməliyyatların Beyləqan istiqamətində davam etdirilməsini tələb edirdi. 

1993-cü il dekabrın 10-da Ermənistanın işğalçı qüvvələri Beyləqan   rayon   

mərkəzi   istiqamətində   yeni   hücuma başladılar. Qoşunlarımız ciddi müqavimət 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə