Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

43 

 

çevrilmişdi.  İyunun  4-5-də  Gəncədə  hökumət  qüvvələri  ilə  qiyamçılar  arasında 



silahlı qarşıdurma baş verdi, 60 nəfərdən artıq adam öldürüldü. Qiyamçılar silah və 

texnika  cəhətdən  ciddi  üstünlüyə  malik  idilər.  Bir  həftə  əvvəl  Rusiyanın  104-cü 

hava-desant  diviziyası  silah,  sursat  və  texnikasını,  o  cümlədən  105  zirehli 

texnikasını,  42  artilleriya-minomyot  sistemini  S.Hüseynova  təhvil  verərək  ölkəni 

tərk etmişdi. Az   sonra   Milli   Ordunun   707-ci   briqadası   və   bir   sıra   digər 

birləşmələri  də  qiyamçıların  tərəfinə  keçdilər.  S.Hüseynov  ətrafında  böyük  hərbi 

qüvvə cəmləşdirərək Gəncəni tam nəzarətə götürdü və hökumətin istefası tələbi ilə 

Bakı  üzərinə  yeridi.  İyunun  10-da  qiyamçı      qüvvələr    paytaxtın      həndəvərinə   

yaxınlaşdılar,   ölkənin şimal-qərb  və  mərkəzi  rayonları  onların  nəzarəti   altına  

keçdi.  Mərkəzi  hakimiyyət,  o  cümlədən  hərbi  strukturlar  tam  iflic  vəziyyətinə 

düşdü.  Digər  tərəfdən,  beynəlxalq  təşkilatlar  Kəlbəcərin  işğalından  sonra  hərbi 

əməliyyatların  geniş  miqyas  alacağından  ehtiyat  edərək  ciddi  şəkildə 

fəallaşmışdılar.  Hətta  Kəlbəcərdən  Ermənistan  işğalçı  qüvvələrinin  iyun  ayının 

ortalarına qədər çıxarılmasına dair beynəlxalq vasitəçilər tərəfindən konkret sənəd 

hazırlanmış,  qrafik  müəyyən  edilmişdi.  Beynəlxalq  təşkilatların  təzyiqləri 

qarşısında Ermənistan rəhbərliyi də  həmin sənədi imzalamışdı. Məhz bu şəraitdə 

Ermənistan  həm  Kəlbəcərin  boşaldılması  ilə  bağlı  razılaşmanı  pozmaq,  həm  də 

Azərbaycandakı  hakimiyyət  böhranından  yararlanaraq  işğalçı  planlarını  əsasən 

başa çatdırmaq məqsədi ilə geniş miqyaslı əməliyyatlara başladı. 

1993-cü  il  iyunun  12-də  səhər  işğalçı  Ermənistan  ordusu  Ağdam  və 

Ağdərə  istiqamətində  hücum  əməliyyatına  başladı.  Ermənilər  iyunun  12-də 

hücuma keçməklə bir il əvvəl məhz həmin tarixdə Azərbaycan Ordusunun uğrulu 

döyüş əməliyyatlarına başladığını xatırladır və torpaqları zəbt etmək niyyətləri ilə 

yanaşı qisasçılıq hissi ilə yaşadıqlarını da nümayiş etdirirdilər. Ermənistan hücum 

əməliyyatına 6  min  nəfərdən  artıq canlı qüvvə, 75-ə  qədər zirehli texnika, Mi-24 

döyüş  vertolyotları  eskadriliyasını  cəlb  etmişdi.  Döyüşlərin  ilk  3  günü  ərzində 

ermənilər  Ağdamın  şimaldan  5  km,  cənubdan  isə  10-15  km-liyinə  yaxınlaşaraq 

şəhəri iki tərəfdən mühasirəyə aldılar. Ağdama əlavə qüvvələr gətirildikdən sonra 

qoşunlarımız  iyunun  18-də  əks  hücuma  keçdilər  və  düşməni  ilkin  mövqelərinə 

qədər  geri  oturtdular.  Ermənilər  Ağdamda  uğur  qazana  bilmədiklərinə  görə  əsas 

qüvvələrini  Ağdərə  istiqamətinə  yönəltdilər.  İşğalçılar  ağır  döyüşlərdən  sonra 

iyunun  26-da  Ağdərəni  ələ  keçirdilər.  Bu  döyüşlərdə  suriyalı  ermənilərdən  təşkil 

olunmuş tabur xüsusi fəallıq göstərirdi və on çox itgi verən də həmin tabur oldu. 

Ermənilər Ağdərənin işğalından sonra böyük qüvvələrlə Ağdam üzərinə yeridilər. 

Bu dəfə işğalçılar 4 piyada alayı, 2 tank batalyonu (60 tank), 5 artilleriya divizionu 

(120 artilleriya  sistemi), 1 vertolyot eskadrilyası (10-a qədər Mi-24 vertolyotu), 1 

desant-hücum  alayı  ilə  hücuma  keçmişdilər.  Düşmən  iyun  ayı  ərzində  Ağdam 

rayonunun  Papravənd,  Boyəhmədli,  Qalayçılar,  Əlimədədli,  Cinli,  Əliağalı 




44 

 

kəndlərini  tutaraq  Ağdam  şəhəri  istiqamətində  irəlilədi.  Ermənilər  6  dəfə  Ağdam 



üzərinə hücum təşkil etdilər. Ermənilər iyulun 5-də Şelli, iyulun 21-də Muğanlı və 

Şıxbabalı,  iyulun  22-də  Mərzili,  Novruzlu,  Yusifcanlı,  Qiyaslı,  Xıdırlı,  Sarıcalı, 

Muradbəyli kəndlərini tutaraq Ağdam şəhərinə daxil oldular. Düşmən bir neçə dəfə 

şəhərə  daxil  olsa  da,  hər  dəfə  küçə  döyüşlərindən  sonra  geri  çəkilməyə  məcbur 

olurdu.  Şəhərin  müdafiəçiləri  qəhrəmanlıqla  vuruşurdular,  lakin  qüvvələr  bərabər 

deyildi, əlavə kömək isə gəlmirdi. Qırx iki günlük fasiləsiz ağır döyüşlərdən sonra 

Ağdam  briqadasının  az  sayda  sağ  qalmış  döyüşçüləri  iyulun  23-də  axşam  şəhəri 

tərk  etdilər.  Şəhərdə  qalmış  bəzi  kiçik  qruplar  bundan  sonra  da  bir  neçə  gün 

ərzində  küçə  döyüşlərini  davam  etdirirdilər.  Ermənilər  Ağdamı  tam  nəzarətə 

götürmək üçün qorxu içərisində bir müddət də çalışmalı oldular. Öldürülmüş şəhər 

ölümündən sonra da erməniləri vahimə içərisində saxlayırdı. 

Cəbhədə  gedən  ağır  döyüşlərlə  paralel  olaraq  hakimiyyət  böhranı  da 

dərinləşir  və  qiyamçılar  daha  kəskin  tələblər  qoyurdular.  İyunun  15-17-də 

hakimiyyət  dəyişikliyi  başa  çatdırıldı,  Heydər  Əliyev  və  Surət  Hüseynov 

hakimiyyətə  nəzarəti  öz  üzərlərinə  götürdülər.  Hakimiyyət  dəyişikliyi,  silahlı 

qüvvələrin  idarə  olunması  sisteminin  iflic  vəziyyətinə  salınması  Milli  Ordunun 

döyüş  qabiliyyətinə,  mənəvi  psixoloji  durumuna  ağır  zərbə  vurdu.  İyulun  19-da 

müharibənin  gedişində  sınaqdan çıxmış korpuslar sistemi ləğv edildi  və  əvəzində 

Səhra  cəbhəsi  deyilən  bir  qurum  yaradıldı,  üstəlik  döyüş  təcrübəsinə  malik  olan 

könüllülərdən  ibarət  33  tabur  buraxıldı.  Döyüşlərin  davam  etdiyi  bir  dövrdə  və 

tələm-tələsik  həyata  keçirilən  bu  və  digər  tədbirlər  özünü  doğrultmadı.  Ölkənin 

cənub  rayonlarında  daha  bir  qiyam  ocağının  yaranması  ilə  vəziyyət  daha  da 

gərginləşdi. Əlikram Hümbətovun rəhbərlik etdiyi bir qrup qiyamçı "Talış-Muğan 

respublikası"nın  yarandığını  elan  edərək  cənub  bölgəsinin  bəzi  rayonlarını  öz 

nəzarətləri altına götürdülər. Regionda yerləşən 704-cü motopiyada briqadası və 4-

cü  Sərhəd  dəstəsinin  iyul-avqust  ayları  ərzində  qiyamçıların  tərəfinə  keçməsi 

vəziyyəti  böhranlı  həddə  çatdırdı.  Bu  şəraitdə  Azərbaycan  rəhbərliyi  cəbhəyə 

getməli olan bəzi hərbi birləşmələri qiyamçılara qarşı göndərmək məcburiyyətində 

qaldı. 

Ermənilər  qısa  müddətli  operativ  fasilədən  sonra  qüvvələri  yenidən 



qruplaşdıraraq  hərbi  əməliyyatları  bərpa  etdilər.  Bu  dəfəki  əməliyyatın  məqsədi 

Füzuli və Cəbrayıl rayonlarını işğal edərək Horadiz yaşayış məntəqəsi yaxınlığında 

İran  sərhəddinə  çıxmaq,  Qubadlı  və  Zəngilan  rayonlarını  mühasirə  vəziyyətinə 

salmaqdan ibarət idi. Erməni işğalçıları Füzuli və Cəbrayıl şəhərləri istiqamətində 

hücuma başladılar. Ermənilər təkcə Füzuli istiqamətində ən azından 35 ədəd T-72 

tankından  istifadə  edirdilər.  Ağır  döyüşlərdən  sonra  qoşunlarımızın  döyüş  xətti 

yarıldı.  İyulun  4-də  Füzuli  rayonunun  Arış,  Qoçəhmədli,  Qaracalı,  Xatınbulaq, 

Gorazıllı, iyulun 24-də Cuvarlı, avqustun 15-də Aşağı Veysəlli, Yuxarı Yağlıvənd 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə