Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

41 

 

qoşunlarımız  hərbi  əməliyyatları  yenidən  cəbhənin  şimal  kəsiyinə  yönəltdilər.   



1993-cü  il  yanvarın  15-də  Çıldıran,  Sırxavənd  istiqamətində  irimiqyaslı  hücum 

başlandı.  Hücum  əməliyyatına  703-cü  motoatıcı  briqadanın  hissələri,  dəniz 

piyadası,  daxili  qoşunlar,  Tərtər  taburu  cəlb  olunmuşdu.  Fərrux  və  "Qlobus" 

yüksəklikləri  yaxınlığında    gərgin    döyüşlər  baş  verdi.  Lakin  Azərbaycan  ordusu 

qələbə  qazana  bilmədi  və  geri  çəkilməli  oldu.  Azərbaycan  rəhbərliyi  hücumun 

dayandırılması və müdafiəyə keçilməsi   haqda  əmr  verdi. Bu  yanlış  qərar 1993-

cü ilin uğursuzluqlarına gətirib çıxarmış əsas amillərdən biri oldu. 

 

 



İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri 

 

 

Ermənistan  1993-cü  ilin  əvvəlində  Rusiyanın  dəstəyi  ilə  silahlı 



qüvvələrini  yüksək  hazırılıq  vəziyyətinə  gətirdi.  Əlavə  ümumi  səfərbərlik  həyata 

keçirildi, yeni silah, sursat və texnika əldə edildi. Ermənistandakı rus qoşunlarının 

silah arsenalı ermənilərin ixtiyarına verildi. Rusiyanın hərbi mütəxəssisləri və canlı 

qüvvəsi  hərbi  əməliyyatların  hazırlanması  və  həyata  keçirilməsinə  cəlb  olundu. 

Azərbaycan  isə  yenidən  hakimiyyət  böhranı  ilə  üzləşdi.  Hakimiyyət  daxilində, 

orduda,  ölkənin  ayrı-ayrı  ərazilərində  Rusiya  xüsusi  xidmət  orqanları  tərəfindən 

təxribatlar  törədildi.  Belə  bir  vəziyyətdə  Ermənistan  böyük  qüvvələrlə 

genişmiqyaslı işğalçı hücumlara başladı. 

1993-cü  il  fevralın  5-də  Ermənistan  ordusu  cəbhənin  şimal  kəsiyində, 

Çıldıran rayonu ərazisində güclü artilleriya hazırlığından sonra hücuma keçdi. Bu 

hücumda  ermənilər  tərəfdən  Rusiyanın  127-ci  motoatıcı  diviziyasının  128-ci 

alayının hissələri, Don və Kuban kazaklarının muzdlu birləşmələri də iştirak edirdi. 

Ermənilər 3 gün ərzində Sərsəng su anbarına doğru 10 km irəlilədilər və 7 yaşayış 

məntəqəsini ələ keçirdilər. Burada onlar desant-hücum briqdamızın əks hücumu ilə 

dayandırıldılar.  Az  sonra  işğalçılar  hücumu  yenidən  bərpa  etdilər,  fevralın  17-də 

Qozlu körpü və Heyvalı kəndlərini tutdular, fevralın 23-də isə Sərsəng Su Elektrik 

stansiyasının  ərazisinə  soxuldular.  Hərbi  birləşmələrimiz  onların  qarşısını  yalnız 

burada  ala  bildilər.  Düşmənin  bir  neçə  dəfə  Ağdərə  istiqamətində  hərəkət  etmək 

cəhdlərinin  qarşısı  alındı.  Bundan  sonra  ermənilər  istiqaməti  dəyişərək  Kəlbəcər 

üzərinə hücuma keçdilər. Ermənilər Kəlbəcər üzərinə hücumu Rusiya rəhbərliyinin 

razılığı  və  göstərişi  ilə  həyata  keçirirdi.  Azərbaycanın  Rusiyadakı  keçmiş  səfıri 

H.Hacızadə xatırlayır: "Səfir işlədiyim dövrdə ruslardan 3 müqavilə layihəsi aldım. 

Bu,  1992-ci  ilin  sonunda  başladı.  Məsələn,  onlar  deyirdilər  ki,  Rusiya  qoşunları 

burada dayanacaq, müharibə müvəqqəti dayandırılacaq, danışıqlar başlayacaq. Biz 

onlara  etiraz  edirdik  ki,  bu  Kipr  variantı  ola  bilər.  Onlar  isə  bizi  Kəlbəcərin 



42 

 

götürülməsi  ilə  hədələyirdilər".  İşğalçıların  martın  27-də  başladıqları  hücum 



əməliyyatı  4  istiqamətdən-Ermənistanın  Vardenis      və  Çermux  rayonları,  Dağlıq 

Qarabağın şimal-qərb kəsiyi,  həmçinin  Laçın dəhlizi tərəfindən  həyata keçirilirdi. 

Əməliyyata Ermənilər tərəfdən çoxlu sayda tank, artilleriya, "Qrad" qurğuları, Mi-

24 döyüş vertolyotları, dövlət mənsubiyyəti məlum olmayan qırıcı təyyarələr cəlb 

olunmuşdu.  Döyüşlərdə  Rusiyanın  127-ci  motoatıcı  diviziyası  və  12-ci    xüsusi   

təyinatlı  briqadasının hissələri,   həmçinin rus zabitlərinin idarə etdikləri 10 tank 

iştirak  edirdi.  Düşmən  martın  27-28-də  Kəlbəcər  rayonunun  Ağqaya,  Mərcimək, 

Təzəkənd,  Ağcakənd,  Narışlar  kəndlərini  zəbt  etdi.  Martın  31-də  isə  güclü 

artilleriya  atəşindən  sonra  daha  12  kənd  işğal  olundu.  Hücum  əməliyyatı 

başlayandan 3 gün sonra ermənilər hakim yüksəklikləri, Laçın-Kəlbəcər yolundakı 

strateji  əhəmiyyətli    tuneli    tutaraq  Kəlbəcər  rayon  mərkəzinə  yaxınlaşdılar. 

Kəlbəcərdə  olan  hərbi  qüvvələrimiz  müdafiə  döyüşləri  aparır  və  əhalinin 

vertolyotlarla çıxarılmasını təmin etməyə çalışırdılar. Aprelin 2-də axşam işğalçılar 

Kəlbəcər  şəhərini  zəbt  etdilər.  Azərbaycan  Ordusunun  hissələri  Kəlbəcəri  tərk 

edərək  Murovdağ  aşırımı  ilə  geri  çəkildilər.  Kəlbəcərin  müdafiəçiləri  çox  az  idi, 

onlar  ciddi  müqavimət  göstərə  bilmədilər  və  düşmən  demək  olar  ki,  heç  bir  itgi 

vermədi.  Kəlbəcər  rayonunun  zəbt  edilməsi  işğalçı  Ermənistanın  yanlız  Dağlıq 

Qarabağın  inzibati  sərhədləri  və  "Laçın  dəhlizi"  ilə  kifayətlənmək  niyyətində 

olmadığını  açıq  şəkildə  göstərdi.  Azərbaycan  rəhbərliyi  yaranmış  vəziyyətdən 

düzgün nəticə çıxararaq bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi. Aprelin 6-

da  bütün  ölkə  üzrə  fövqəladə  vəziyyət  rejimi  elan  olundu,    çağırışçıların  və  

ehtiyatda  olan  hərbçilərin  səfərbərliyinə  başlanıldı.  Hərbi  komandanlığa  1993-cü 

ilin yayında əks hücum kampaniyasının hazırlanıb həyata keçirilməsi tapşırıldı. 

Aprelin  birinci  yarısında  Ermənilər  cəbhənin  cənub  kəsiyində  də 

fəallaşdılar. Aprelin 2-də düşmən Füzuli rayonunun Qacar, Divanlılar və Gövşadlı 

kəndlərini  zəbt  etdi.  Füzuli  şəhərini  zəbt  etmək  məqsədilə  bir  neçə  ciddi  cəhd 

göstərildi. Bakıdan göndərilmiş Prezident qvardiyasının, yerli piyada briqadasınm, 

sərhəd dəstəsinin birgə keçirdiyi əks hücum nəticəsində düşmən ağır zərbə alaraq 

geri  çəkilməli  oldu.  Aprelin  20-də  cəbhənin  bu  hissəsində  vəziyyət  stabilləşdi. 

Lakin bu operativ pauza yalnız iyunun 12-ə qədər davam etdi.  Həmin  gün  işğalçı  

Ermənistan cəbhənin cənub kəsiyində irimiqyaslı hücum əməliyyatına başladı.  Bu 

vaxt Azərbaycanda hakimiyyət böhranı kəskin həddə çatmışdı. Gəncədə polkovnik 

Surət  Hüseynovun  başçılığı    altında    mərkəzi    hakimiyyətə    qarşı    qiyam 

qaldırılmışdı.      Burada    yerləşən      709-cu    motopiyada    briqadasının  bütün  şəxsi 

heyəti  qiyamçılara  qoşulmuşdu.  S.Hüseynov  Qarabağ  müharibəsinin  gedişində 

xüsusi  xidmətlər  göstərmiş  şəxslərdən  biri  idi,  lakin  siyasi  səriştəsi  olmadığına 

görə  özü  də  bilmədən  Rusiyanm  xüsusi  xidmət  orqanlarının  və  Azərbaycanda 

hakimiyyətə  can  atan  bəzi    qüvvələrin  istəklərinin  icraçısına  və  qurbanına 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə