Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

49 

 

doğru yalnız bir neçə yaşayış məntəqəsini tuta bildilər. Azərbaycan Ordusu aprelin 



19-da cəbhənin Füzuli-Cəbrayıl kəsiyində düşmənə əks zərbə vurdu və Ermənistan 

silahlı  qüvvələrinin  əlahiddə  kəşfiyyat  taburunu  darmadağın  etdi.  Digər 

istiqamətlərdə, o cümlədən Ömər aşırımında da düşmənə əks zərbələr vuruldu. 33 

gün ərzində fasiləsiz davam edən döyüşlər nəticəsində düşmən ciddi itgilər verdi. 

Ermənilərin  1000  nəfərdən  artıq  canlı  qüvvəsi,  50  ədədə  qədər  zirehli  texnikası, 

çoxlu  sayda  digər  texnika,  silah  və  sursatı  məhv  edildi.  İşğalçı  Ermənistan 

ordusunda  mənəvi-psixoloji  durum  böhran  həddinə  çatdı,  kütləvi  fərarilik, 

döyüşlərdə  iştirakdan  imtina  geniş  hal  aldı.  Ermənilər  qrup  şəklində  əsir  kimi 

Azərbaycan  tərəfinə  keçməyə  başladılar.  Erməni  hərbi  komandanlığı  hücum 

əməliyyatlarının  dayandırılması  və  müdafiə  mövqeyinə  keçilməsi  haqda  əmr 

vermək məcburiyyətində qaldı. 

1994-cü  il  mayın  4-5-də  MDB-nin  parlament  nümayəndələri  Bişkekdə 

toplaşmışdılar.  Bu  toplantıya  Dağlıq  Qarabağ  “parlament”inin  rəhbəri  Karen 

Baburyan  da  dövlət  olunmuşdu.  Burada  "Bişkek  protokolu"  deyilən  sənəd 

hazırlandı.  Azərbaycan  parlamenti  sədrinin  müavini  A.Cəlilov  müzakirələrdə 

iştirak  etdi,  lakin  ölkə  rəhbərliyinin  razılığı  olmadan  imza  etməyəcəyini  bildirdi. 

V.Kazimirov  həmin  sənədlə  birlikdə  Bakıya  gəldi,  burada  H.Əliyevin  iştirakı  ilə 

xüsusi  iclas  keçirildi  və  uzun  müzakirələrdən  sonra  razılıq  əldə  olundu. 

Azərbaycan  tərəfi  sənədi  Dağlıq  Qarabağın  azərbaycanlı  icmasının  rəhbəri 

N.Bəhmənovun  da  imzalamalı  olduğunu  bildirdi  və  bu  şərt  qəbul  olundu. 

Azərbaycan parlamentinin sədri R.Quliyev digər tərəflərlə birlikdə sənədi imzaladı. 

Mayın  9-da  atəşkəs  haqda  sənədi  Azərbaycanın  müdafiə  naziri  M.Məmmədov, 

mayın  10-da  Ermənistanın  müdafiə  naziri  S.Sarkisyan,  mayın  11-də  Dağlıq 

Qarabağın "silahlı qüvvələri"nin rəhbəri S.Babayan imzaladı. Mayın 11-dən 12-nə 

keçən gecə atəşkəs rejimi qüvvəyə mindi. Bundan sonra Rusiyanın müdafiə naziri 

P.Qraçov  rus  hərbi  qüvvələrinin  regiona  yerləşdirilməsinə  dair  sazişdə  nəzərdə 

tutulan bəndin yerinə yetirilməsinə cəhd göstərdi. Lakin Azərbaycan Rusiyanın bu 

təhlükəli təşəbbüsünün reallaşdırılmasına imkan vermədi. 

Ermənistan  işğalçı  müharibə  nəticəsində  Azərbaycanın  360  km-lik 

sərhəddini  pozmuş,  Füzuli  rayonundakı  Horadiz  qəsəbəsindən  Zəngilanadək  198 

kilometrlik  Azərbaycan-İran  sərhəddini  nəzarət  altına  almışdır.  Erməni  işğalı 

nəticəsində Dağlıq Qarabağın 2 şəhər, 1 qəsəbə, 53 kəndində yaşayan 50 minədək 

Azərbaycan  türkü  öz  yurdlarından    qovulub    çıxarılmışdır.    Erməni    işğalçıları  

Ermənistandan, Dağlıq Qarabağ   və  onun   ətrafındakı   rayonlardan 1 milyonadək 

Azərbaycan  türkünü  didərgin  salmış,  qaçqın  və  məcburi  köçkünə  çevirmişlər. 

İşğalçı  Ermanistan  müharibənin  gedişində  890  şəhər,  kənd  və  qəsəbəni,  102  min 

yaşayış evi, 7 min ictimai bina, 693 ümumtəhsil məktəbi, 695 səhiyyə ocağı, 800 

km avtomobil yolları, 160 körpü, 23000 km su kəməri, 156 min ha əkin sahəsi, 464 




50 

 

tarixi  abidə  və  muzeyləri  zəbt  etmiş,  yandırmış,  dağıtmışdır.  Bundan  başqa, 



Azərbaycanın  civə,  obsidan  və  perlit  ehtiyatlarının  hamısı,  tikinti  və  üzlük 

materilallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və 

s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 yasaqlıq, 3 iri su 

anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 

milyard ABŞ dolları həcmində zərər dəyişmişdir. 

 

 



Atəşkəs dövrü və danışıqların davam etdirilməsi 

 

 

Atəşkəs haqda  saziş  imzalandıqdan dərhal  sonra beynəlxalq vasitəçilər 



xeyli fəallaşdılar. ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumların fəaliyyəti 

ilk  növbədə  atəşkəs  rejiminin  saxlanılmasına,    iri    hərbi    əmaliyyatlara    yol  

verilməməsinə    yönəlmişdi.  Vasitəçilər  ilk  olaraq  qoşunların  cəbhə  xəttindən 

çəkilməsi  ilə  bağlı  təkliflər  verdilər.  Rusiyanın  1994-cü  ilin  yayında  təklif  etdiyi 

plana  görə, 5-15 km-lik bufer zona  yaradılması,  regiona  1800 nəfərlik rus ayırıcı 

qüvvələrinin  yeridilməsi,  49  müşahidə  postunun  yaradılması,  idarəetmə 

məntəqəsinin Ağdamda yerləşdirilməsi nəzərdə tutulurdu. ATƏT uyğun olaraq 10-

km-lik bufer zonası, Türkiyə,  Rusiya, Avstriya, Macarıstan hərbçilərindən   ibarət   

1600-2000  nəfərlik  ayırıcı  qüvvə,  çevik  nəzarət  qrupları  ilə  bağlı  təkliflərlə  çıxış 

etdi. 


Bu  plan  həmçinin  dayaq  bazasının  Türkiyənin  Ərzurum  şəhərində 

yaradılmasını  nəzərdə  tuturdu.  Bu  və  sonralar  irəli  sürülən  təkliflərin  heç  biri 

reallaşdırılmadı. 

Atəşkəs rejiminin bərqərar olması daha çox beynəlxalq təşkilatların, ayrı-

ayrı böyük dövlətlərin və  Ermənistanın  maraqlarına  uyğun idi.  Dünyanı bürümüş 

qanlı  münaqişə  ocaqlarının  hər  hansı  birinin  dayandırılması,  ən  azından 

dondurulması beynəlxalq təşkilatları təmin edir. Regionda böyük iqtisadi layihələri 

həyata keçirən Qərb dövlətləri və birinci növbədə ABŞ-a müharibənin alovlanması 

sərf etmir. Rusiya isə atəşkəs rejimi ilə dondurulmuş münaqişədən və münaqişənin 

dondurulmuş vəziyyətdə saxlanılmasından Azərbaycan və Ermənistanı təsir altında 

saxlamaq  üçün  istifadə  edir.  Atəşkəs  dövründə  vasitəçilik  missiyasının 

fəallaşdırılması  münaqişənin  nizama  salınmasına,  ədalətli  həll  variantının 

tapılmasına  deyil,  böyük  dövlətlərin  regionda  öz  geostrateji  maraqlarını 

reallaşdırmaq cəhdlərinə yönəlmişdir. Qarabağ münaqişəsi ABŞ, Rusiya və qismən 

də Avropa arasında qarşıdurma və maraqların mübarizəsi meydanına çevrilmişdir. 

Böyük  dövlətlər  öz  maraqlarını  Minsk  qrupu  həmsədrləri  institutu  və  digər 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə