Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

27 

 

Arkadi  Volski  orada  Siyasi  büronun  nümayəndəsi"  təyin  edildi.  1989-cu  il 



yanvarın  12-də  M.Qorbaçovun  qərarı  ilə  Dağlıq  Qarabağ  Azərbaycanın 

tabeçiliyindən çıxarılaraq birbaşa  Moskvaya  tabe  etdirildi  və  bu regionun birbaşa 

mərkəzdən  idarə  olunması  üçün  Xüsusi  İdarə  Komitəsi  deyilən  qurum  yaradıldı, 

heç vaxt ermənipərəst mövqeyini gizlətməyən A.Volski isə həmin quruma rəhbər 

təyin  olundu.  Moskva  bu  addımı  atmaqla  sonrakı  mərhələdə  Dağlıq  Qarabağın 

Ermənistana  verilməsini  sürətləndirmək  məqsədi  güdürdü.  A.Volski  Xankəndinə 

gələn  gündən  erməniləri,  onların  silahlı  dəstələri  himayə  edir  və  Azərbaycan 

türklərinin  çıxarılıb  qovulması  üçün  əlindən  gələni  edirdi.  Moskva  açıq-aşkar 

erməniləri  dəstəkləməklə  həm  də  Azərbaycan  xalqının  ciddi  müqavimət 

göstərməyəcəyini  ümid  edir,  Azərbaycan  tərəfini  yalançı  vədlər  verməklə 

sakitləşdirməyə  və  arxayınlaşdırmağa  çalışırdı.  Lakin  düşmənlər  tezliklə

 

yanıldıqlarını başa düşdülər. 



Azərbaycanda  erməni  iddialarına  qarşı  hərəkat  aşağılardan,  xalqın  özü 

tərəfindən  başlandı.  Bir  sıra  qeyri-formal  qurumlar,  ictimai-siyasi  təşkliatlar 

meydana  gəldi.  Ayrı-ayrı  ziyalı  və  vətənpərvər  qruplar  tərəfindən  nümayişlər, 

yürüşlər və digər aksiyalar təşkil edildi. Bakıda ilk nümayiş 1988-ci il fevralın 19-

da oldu, nümayiş iştirakçıları Elmlər Akademiyası binasının qarşısından AIi Sovetə 

qədər yürüş etdilər, "Qarabağ bizimdir!" şüarları səsləndirdilər. 

Bakıda və Dağlıq Qarabağa yaxın rayonlarda başlayan ilk çıxışlar, kütləvi   

aksiyalar   yüksələn   xətlə   inkişaf   edərək,   həmin   ilin noyabrında izdihamlı və 

fasiləsiz  mitinqlərə çevrildi.  1988-ci il noyabrın  18-dən dekabrın 5-dək Bakının 

"Azadlıq"  meydanında  davam  etmiş  fasiləsiz  mitinqdə  yüz  minlərlə  insan  iştirak 

edərək  xalqın iradəsini ortaya qoydu. Mitinq dekabr  ayının  4-dən 5-ə  keçən  gecə 

Sovet ordusu tərəfindən vəhşicəsinə dağıdıldı, yüzlərlə adam xəsarət aldı, minlərlə 

adam  həbs  edildi.  Lakin  Azərbaycan  xalqının  iradəsini  sındırmaq  artıq  mümkün 

deyildi. Xalq Ermənistanın işğalçı və ilhaqçı siyasətinin qarşısının alınmasını tələb 

edir və özü də təşkil olunaraq mübarizə meydanına çıxırdı.  1989-cu il  iyulun   16-

da xalqın ən mütəşəkkil qurumu olaraq Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. 

Əbülfəz  Elçibəy  AXC-nin  sədri  seçildi,  bir  sıra  tanınmış  ziyalılar,  gənc  alimlər 

İdarə  Heyətinə  daxil  oldular.  AXC  həm  ictimai  müqaviməti  təşkil  edir,  həm  də 

könüllülərdən  ibarət  dəstələr        yaradaraq        cəbhə        bölgəsinə        göndərirdi.    

Cəbhəboyu  ərazilərdə  özünümüdafiə  dəstələri  də  əsasən  AXC-nin  yerli  şöbələri 

tərəfindən  yaradılırdı.  AXC  həmin  dövrdə  yaranan  digər  qeyri-formal  təşkilatları 

da  öz  ətrafında  cəmləşdirərək  həmçinin  geniş  təbliğat  və  izahat  işi  aparır, 

Ermənistanın  işğalçı  və  Moskvanın  antiazərbaycan  siyasətlərinin  ifşa  olunması 

üçün bütün vasitələrdən istifadə edirdi. 

1990-cı  il  yanvarın  əvvəllərində  erməni  tərəfi  Dağlıq  Qarabağın  şimal 

hüdudlarına   yaxın   olan   Goranboy  rayonunun  kəndlərini  havadan gülləboran 




28 

 

etdi.  Bu  məqsədlə  onlar  döyüş  silahları  ilə  təmin  edilmiş  Mİ-8  mülki 



vertolyotlarından    ilk  dəfə    istifadə    etdilər.  Ermənilərin  bu  hücumları  vəziyyəti 

gərginləşdirdi.  AXC  tərəfindən  yaradılmış  Milli  Müdafiə  Şurası  dinc  əhalini 

müdafiə  etmək  üçün  könüllü  dəstələrin  bir  hissəsini  Gəncə-Xanlar  sahəsində 

cəmləşdirdi. Yanvarın  11-də   Goranboy   rayonu   ərazisində  bir  neçə   silahlı 

qarşıdurma  baş  verdi.  Bu  hadisələrdən  sonra  Moskva  Azərbaycanın  Dağlıq 

Qarabağ  və  ətraf  rayonlarında  fövqəladə  vəziyyət  rejimi  elan  etdi.  Eyni  zamanda 

Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan hissəsində  də silahlı   toqquşmalar  

baş  verdi.  Yanvarın  18-də  Naxçıvan  Muxtar  Respublikasının  Kərki  kəndi 

Ermənistanın  silahlı  qüvvələri  tərəfindən  işğal  edildi.  Qarabağ  və  Naxçıvanda 

gedən döyüşlərlə paralel olaraq Azərbaycanda siyasi böhran kəskinləşirdi. Bakıda 

hakimiyyət,  demək  olar  ki,  iflic  vəziyyətində  idi.  Bəzi  cənub  rayonlarında 

hakimiyyət AXC-nin yerli şöbələrinin nəzarəti altına keçmişdi. 1989-cu il dekabrın 

29-da  Cəlilabadda,  1990-cı  il  yanvarın  11-də  Lənkəranda  Sovet  hakimiyyəti 

devrildi. 1989-cu ilin sonu-1990-cu ilin əvvəlində İranla  137 km-lik sərhəd zolağı  

açıldı, mühəndis-texniki qurğular sıradan çıxarıldı.  Bakıda və digər iri şəhərlərdə 

kütləvi  vətəndaş  itaətsizliyi    aksiyaları  keçirilir,    əsas  dövlət  orqanları  və  hərbi 

hissələrin  fəaliyyəti  dayandırılırdı.  Azərbaycanda  Sovet  imperiyasına  qarşı  nifrət 

yüksək həddə çatmışdı. İşğalçı    Ermənistanı  dəstəkləyən   Moskva hakimiyyətinə    

son qoyulması tələb edilirdi. 

Moskva  Azərbaycanda  hakimiyyətini  itirəcəyindən  ehtiyat  edərək  güc 

tətbiq  etmək,  xalqa  divan  tutmaq  qərarına  gəldi.    1990-cı  il  yanvarın      16-19-da   

Moskva      rəhbərliyi      Bakı      ətrafında      50      min  nəfərdən  artıq  hərbi  qüvvə 

cəmləşdirdi.  Bu  qüvvələr  Zaqafqaziya,  Moskva,  Leninqrad  hərbi  dairələri,  hərbi-

dəniz donanması, Daxili İşlər Nazirliyi daxili qoşunları və digər hərbi birləşmələrin 

hesabına  formalaşdırılmışdı.  Yanvarın  19-dan  20-ə  keçən  gecə  qoşunlar  Bakı 

üzərinə yeridildi. Sovet qoşunlarının müdaxiləsinə etiraz edən dinc əhali bütün növ 

silahlardan  amansız  atəşə  tutuldu.  Hələ  də  tam  dəqiqləşdirilməmiş  məlumatlara 

görə,  bu  qanlı  hücum  nəticəsində  131  nəfər  dinc  əhali  öldürüldü,  800-dən  artıq 

adam  yaralandı.  Bakıdakı  qanlı  hadisələrlə  eyni  vaxtda  Moskva  2  motoatıcı 

diviziyanı İranla sərhədə, 2 xüsusi təyinatlı diviziyanı isə Dağlıq Qarabağa yeritdi. 

Bakı,  Qarabağ,  Naxçıvan,  qərb  və  cənub  rayonlarında  sərt  fövqəladə  vəziyyət 

rejimi tətbiq olundu. Bu qa hadisələr tarixə "Qara Yanvar" adı ilə düşdü. Ölməkdə 

olan  Sovet  imperiyası  son  cinayətlərini  xüsusi  qəddarlıqla  törədirdi.  Sovet 

qoşunlarının  cəza  tədbirləri  nəticəsində  Azərbaycanın  işğalçı  Ermənistana  qarşı 

müqavimət  imkanları  xeyli  məhdudlaşdırıdı.  Azərbaycanın  cəbhəboyu 

rayonlarında əhalidən ov tüfəngləri, orta məktəblərdə təlim, hərbi hazırlıq silahları 

da yığıldı. 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə