Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

21 

 

rəhbərliyinin qəti mövqeyi bu razılaşdırılmış planı həyata keçirilməsinə mane oldu. 



Azərbaycanın  kommunist  rəhbəri  M.C.Bağırovun  məsələyə  münasibəti  və  cavabı 

birmənalı oldu. Moskvaya göndərilən cavab məktubunda bildirilirdi ki, erməniləri 

iddialarının   təmin   edilməsi   mümkün   deyil,   bu   ərazi   qədim zamanlardan 

Azərbaycanın  tərkibində  olmuşdur.  M.C.Bağırov  digər  tərəfdən  əsaslandırılmış 

iddialar  irəli  sürərək,  Şuşa  istisna  olmaqla  Dağlıq  Qarabağın  Ermənistana 

verilməsinə  şərti  olaraq  razılaşır  bunun  müqabilində  isə  qədimdən  Azərbaycana 

məxsus olan və "sovetləşmə" dövründə Ermənistana verilmiş Vedi, Qarabağlar və 

Əzizbəyov  rayonlarının,    Gürcüstana  verilmiş    Borçalı    mahalının  Rusiyaya 

verilmiş Dərbənd və Qasımkənd rayonlarının Azərbaycana qaytarılması tələblərini 

qoyur. Azərbaycan rəhbərliyinin bu cür,

 

qətiyyətli və əsaslandırılmış mövqeyindən   



sonra      Moskva    geri  çəkilməli,  Ermənistan  isə  fikrindən  daşınmalı  oldu.  Bu 

hadisəni Azərbaycanın müdafiə taktikasının uğuru kimi dəyərləndirmək olar. Lakin 

sonrakı  hadisələr  göstərdi  ki,  yalnız  müdafiə  taktikası  ilə  ciddi  nəticələrə  nail 

olmaq, xüsusilə də işğalçı və ilhaqçı niyyətlərin qarşısını almaq mümkün deyildir. 

Ermənilər  hücum  taktikasından  tam  yararlanaraq  əsassız  Qarabağ  iddialarının 

ödənilməməsindən özlərini incik tərəf kimi göstərdilər və dərhal digər istiqamətdə-

indiki Ermənistan deyilən  Qərbi  Azərbaycan ərazilərindən  Azərbaycan  türklərinin  

kütləvi  surətdə  deportasiya        edilməsi,    "türksüz  Ermənistan"  yaradılması 

istiqamətində  ciddi  nəticələr  əldə  etdilər.  Ermənilər    Sovet    imperiyasının 

tərkibində  "Ermənistan"  deyilən qurum yaranan gündən bu xətti həyata keçirməyə 

çalışırdılar. İkinci dünya müharibəsindən   sonra,   xüsusilə   də  "soyuq müharibə" 

dövründə  Moskva  xaricdən  müxtəlif  millətlərin  nümayəndələrinin  yaşamaq  üçün 

ölkəyə  gəlməsinə  önəm  verir,  bu  prosesdən  guya  sosializm  sisteminin 

üstünlüyünün təbliğ olunması üçün istifadə edirdi. Ermənilər bu məqamdan istifadə 

edərək guya xaricdən çoxlu sayda    erməninin    Ermənistana    gəlmək    istəməsi  

və    onların  yerləşdirilməsi  üçün  ərazilərin  kifayət  etməməsi  və  bunun  üçün  də 

oradan    azərbaycanlıların    çıxarılıb      Azərbaycana    göndərilməsinin  zəruriliyi 

haqda  Moskva  rəhbərliyi  qarşısında  məsələ  qaldırdılar.  Moskva  dərhal  bu  planla 

razılaşdı və 1947-1953-cü illər ərzində 150 mindən   artıq   azərbaycanlı    əsrlərlə   

yaşadıqları yurdlarından deportasiya edildilər. Deportasiya edilən azərbaycanlıların 

yerinə xaricdən 90 mindən artıq  erməni köçürüldü. Bununla "Ermənistan" deyilən 

ərazilərdə  ermənilərin  sayının  əsasən  kənardan  köçürülmə  ilə  artırılması  ənənəsi 

davam  etdirilirdi.  Köçürülən  ermənilərin  əksəriyyəti  şəhərlərdə      məskunlaşdılar,    

azərbaycanlıların      zorla  çıxarıldığı  kəndlərin  isə  xeyli    hissəsi  boş  qaldı.    Əsas 

məqsəd  xaricdən  gələn  ermənilər  üçün  yer  hazırlamaq  deyil,  azərbaycanlıları 

oradan çıxarmaq idi.  Bu proses Sovet  imperiyası dövründə  müxtəlif adlar altında 

davam   etdirilmişdir.  Ermənilər  paralel  şəkildə  "Ermənistan" deyilən ərazilərdən 

azərbaycanlıları çıxarır və Dağlıq Qarabağla bağlı əsassız idialarını reallaşdırmağa 




22 

 

çalışırdılar.  1960-cı  illərin  əvvəllərində  Sovet  imperiyası  və  Türkiyə  arasında 



münasibətlər  kəskinləşdi,  Moskva  geniş  antitürk  təbliğat  kampaniyasına  başladı. 

Ermənilər bu vəziyyətdən  istifadə edərək qondarma "erməni genosidi" məsələsini 

ortaya  atdılar  və  Dağlıq  Qarabağa  yenidən  iddia  irəli  sürdülər.  O  vaxt  Kreml 

rəhbərliyinə daxil olan mahir intriqa ustası    A.Mikoyan    həmtayfalarına   xidmət    

göstərmək  məqsədilə    Dağlıq    Qarabağın    Ermənistana  birləşdirilməsi    haqda 

məsələ qaldırdı. Sovet rəhbərliyi bu təklifin imperiya üçün təhlükə yaradacağından, 

digər      yerlərdə      də      ərazi     məsələlərinin      ortaya  çıxacağından  ehtiyat  edərək 

A.Mikoyana  rədd  cavabı  verdi.  Kreml  rəhbəri  N.Xruşşov  ermənilərin  məkrli 

niyyətlərinə işarə vuraraq, əgər Dağlıq Qarabağ Erməniləri Ermənistana qovuşmaq 

istəyirlərsə,  onlara  dərhal  12  min  yük  maşını  ayırmağa  hazıram",  -demişdi. 

Ermənilər      1965-ci    ildə      45      min  nəfərin  imzaladığı      müraciəti  Moskvaya    

göndərərək      yenə        Dağlıq        Qarabağın        Ermənistana  birləşdirilməsini  xahiş 

etdilər.  Həmin  ərəfədə  emissarlar  İrəvandan  Xankəndinə  gələrək  təbliğat  aparır, 

imza toplamağa cəhd edirdilər. Emissarların bütün səylərinə baxmayaraq Qarabağ 

ermənilərinin  əksəriyyəti  imza  verməkdən  imtina  etdilər.  Moskvaya  göndərilən 

imzalar  əsasən  Ermənistan  deyilən  ərazilərdə  yaşayan  ermənilərə  məxsus  idi.  

Moskva    rəhbərliyi    bu    müraciətə    heç    bir  reaksiya  vermədi.  Ermənilər  eyni 

zamanda Dağlıq Qarabağda milli zəmində qarşıdurma törətməyə cəhd göstərdilər. 

Ermənilərin  Dağlıq  Qarabağ  iddialarından  fərqli  olaraq  qondarma  "erməni 

genosidi"  kampaniyası  sovet  rəhbərliyi  tərəfindən  dəstəkləndi.  Ermənilər  ilk  dəfə 

bu  tarixi  Sovet  imperiyasının  müxtəlif  yerlərində,  o  cümlədən  İrəvanda  geniş 

şəkildə  qeyd  etdilər.   Bu   gün   də   davam   etdirilən "genosid kampaniyası"nın 

başlanğıcı  məhz  1965-ci  ildə  uydurma  hadisələrin  50    illiyi    münasibəti    ilə  

Moskva rəhbərliyi tərəfindən qoyuldu. Düzdür, Moskva bu məsələyə o dövrdə bir 

qədər şübhə  ilə  yanaşırdı.  Bəlkə  də  ermənilərin bu çürük ideyanı bu qədər dartıb 

uzadacaqları Sovet rəhbərliyinin heç ağlına da gəlmirdi. 

1977-1978-ci illərdə mərkəzdə və yerlərdə konstitusiyalar dəyişdirilərkən 

ermənilər  yenidən  Dağlıq  Qarabağ  məsələsini  qaldırdılar,  lakin  cəhdləri  yenə  də 

heç bir nəticə  vermədi. Bütün dövrlərdə Dağlıq Qarabağın Ermənistana verilməsi 

absurd  bir  ideya  kimi  qəbul  olunmuş  və  rədd  edilmişdir.  Lakin  ermənilər  bütün 

vasitələrdən  istifadə  edir,  bəzən  xırda  nəticələrə  nail  olurdular.  1981-ci  ilin  iyun 

ayında  Moskvanın  təzyiqi  ilə  Dağlıq  Qarabağa  fərqli  status  verildi.  Yeni  qəbul 

olunmuş əsasnaməyə görə yerli orqanlara bir sıra imtiyazlar verildi. Bu imtiyazlar 

vilayətin  mərkəzdən  asılılığını  bir  qədər  azaldırdı.  Məsələnin  müəmmalı  tərəfi 

ondan ibarət idi ki, bu yeni status sovet imperiyasının onlarla muxtar qurumundan 

yalnız Dağlıq Qarabağa verilirdi. 

 

 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə