Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

23 

 

 



Qarabağ müharibəsinin başlanması 

 

Ermənilər Sovet imperiyasında ciddi dəyişikliklərin olacağını hiss edərək 

bir  sıra  hazırlıq  işlərinə  başladılar.  1984-1985-ci  illərdə  Cənubi  Qafqazın  tarixini 

saxtalaşdıran  bəzi  məqalələr  və  kitablar  çap  olundu,  "elmi"  konfranslar  keçirildi. 

Ermənilər  təbliğat  işinin  genişləndirməklə  guya  Cənubi  Qafqazda  yerli  əhali 

olduqlarını,  həmçinin  bir  sıra  ərazilərə  iddialarını  əsaslandırmağa  çalışırdılar.  Bir 

sıra  erməni təşkilatları  "erməni  məsələsi”nə  diqqəti cəlb etmək üçün 1985-ci  ildə 

uydurma  "genosid"in  70  illiyini  geniş  miqyasda  qeyd  etməyə    cəhd    göstərdilər.   

Lakin  Moskva  rəhbərliyi  Türkiyə  ilə münasibətlərin   korlanacağından   ehtiyat   

edərək   bu   hay-küylü tədbirlərin yalnız Ermənistanda keçirilməsinə icazə verdi. 

Ermənilər bu tədbirlərə xaricdən çoxlu sayda qonaqlar dəvət etməklə xeyli yalançı  

təbliğat  işi  apara  bildilər.   M.Qorbaçovun   1985-ci   ildə Moskvada hakimiyyətə 

gəlməsi,  onun  açıq  ermənipərəst  mövqeyi  və  ortaya  atdığı  "yenidənqurma 

prosesləri"  ermənilərin  işğalçı  niyyətləri  üçün  geniş  imkanlar  yaratdı.  "Qarabağ 

komitəsi" Ermənistanda, onun şöbəsi olan "Krunk" təşkilatı isə Dağlıq Qarabağda 

leqal  fəaliyyətə  başladı,  Azərbaycana  qarşı  işğalçı  və  ilhaqçı  tələblər  açıq  şəkildə 

səsləndirildi.  İrəvandan  Dağlıq  Qarabağa  gələn  emissarlar  təbliğat  və  təşkilat 

işlərini genişləndirdilər. 1987-ci il noyabrın 16-da M.Qorbaçovun müşaviri, erməni 

akademiki  A.Aqanbekyan  Parisdə    "İnterkontinental"  otelində  jurnalistlər 

qarşısında çıxış edərək bildirdi: "Mən şad olardım ki, Dağlıq Qarabağı Ermənistana 

qaytarsınlar. 

Mən  iqtisadçı  kimi  hesab  edirəm  ki,  onlar  Azərbaycandan  daha  çox 

Ermənistanla bağlıdırlar. Mən artıq bununla bağlı təklif vermişəm və ümid edirəm 

ki,  bu  ideya  həyata  keçiriliəcəkdir".    Bu  bəyanat  Qarabağ  üzərinə  bütün  dünya 

ermənilərinin hücumu üçün ilk rəsmi siqnal   oldu.   A.Aqanbekyanın   açıqlaması   

ermənilər   tərəfindən Moskva rəhbərliyinin rəsmi mövqeyi kimi qəbul olundu və 

onların geniş fəaliyyət üçün əl-qolunu açdı. 

1987-ci  ilin  ikinci  yarısından  başlayaraq  azərbaycanlılar  Ermənistan  və 

Dağlıq Qarabağda açıq şəkildə sıxışdırılır və çıxıb getməyə məcbur edilirdilər. Bu 

proses  yerli  erməni  icra  və  milis  (polis)  orqanları,  qeyri-formal  silahlı  dəstələr 

tərəfindən həyata keçirilirdi. Müqavimət göstərməyə cəhd edən dinc əhali döyülür 

və  yaxud  öldürülürdü.  Daim  ölüm  təhlükəsi  qarşısında  qalan  azərbaycanlılar 

tədricən  öz  yurdlarını  tərk  edərək  Azərbaycana  pənah  gətirirdilər.  Dörd  min 

nəfərlik  ilk  böyük  qaçqın  dəstəsi  Ermənistanın  Quqark  rayonundan  1988-ci  ilin 

əvvəlində  gəldi.  Bu  Ermənistan  rəhbərliyi  tərəfindən  həyata  keçirilən  "etnik 

təmizləmə"  siyasətinin  başlanğıcı  idi.  "Etnik  təmizləmə"  siyasəti  ilə 

azərbaycanlılar  1918-1920-ci  və  daha  sonrakı  illərdə  Azərbaycanın  Ermənistana 



24 

 

bağışaldığı tarixi ərazilərindən zorla çıxarılırdılar. Ermənilər "etnik təmizləmə" ilə 



yanaşı  ilk  siyasi  addımlarını  da  atdılar.  1988-ci  ilin  yanvar-fevral    aylarında   

Xankəndində və  İrəvanda     Dağlıq     Qarabağı Azərbaycandan ayrılması tələbləri 

ilə  toplantı  və  mitinqlər  başladı.  1988-ci  il  fevralın  13-də  Xankəndinin  mərkəzi 

Lenin  meydanında  ermənilərin  ilk  mitinqi  keçirildi.  Fevralın  20-də  isə  Dağlıq 

Qarabağ

 

muxtariyyətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi 



xahişi  ilə  Azərbaycan  rəhbərliyinə  rəsmi  müraciət  göndərdi.  Bunun  ardınca  isə 

silahlı  basqınlar  və  qarşıdurmalar  təşkil  edildi.  Sonra,  fevralın  22-də  erməni 

silahlıları  Dağlıq  Qarabağın  Əsgəran  şəhərində  dinc  aksiya  keçirən  Azərbaycan 

türklərini güllə-boran etdilər, 2 nəfər gənc öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı 

hadisələr Ermənistandan gələn emissarlar tərəfindən törədildi və ermənilərin silahlı 

münaqişədə maraqlı olduqlarını nümayiş etdirdilər. 

Fevralın  28-də  isə  İrəvan  və  Moskvanın  xüsusi  xidmət  orqanları 

tərəfindən   Sumqayıtda   qanlı   hadisələr   törədildi. Ermənistanın tanınmış siyasi 

xadimlərindən  Paruyr  Ayrikyan  da  etiraf  edirdi  ki,  "Sumqayıt  hadisələri  Moskva 

tərəfindən təşkil olunmuşdu".  Bu hadisələrin  Moskva  tərəfindən    törədilməsini 

SSRİ        Dövlət  Təhlükəsizlik  Komitəsinin  o  vaxtkı  sədri  N.Kryuçkov  da  etiraf 

etmişdir.  Bakının  30  km-də  yerləşən  Sumqayıt  şəhəri  təsadüfən  seçilməmişdi. 

Həmin  ərəfədə  Ermənistandan  zorla  çıxarılmış  41  mindən  artıq  Azərbaycan 

türklərinin  əksəriyyəti  məhz  Sumqayıtda  məskunlaşmışdı  və  ermənilərin  onlara 

qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də 

"ölü  zona"  adlandırılan  şəhərin  yerli  əhalisi  də  yoxsulluq  və  səfalət  ucbatından 

radikal  addımlar  atmağa  meylli  idi.  Ona  görə  də  burada  geniş  miqyaslı  iğtişaşlar 

törətmək  mümkün  oldu.  Bir  gün  davam  edən  ixtişaşlar  nəticəsində  erməni  evləri 

dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan 

türkü,  1  ləzgi  öldürüldü.  İstintaq    materiallarında  ixtişaşlara  Azərbaycan  türkü 

Əhməd  Əhmədov  və  erməni  Eduard  Qriqoryanın  rəhbərlik  etdikləri  bildirilirdi.  

Erməninin    bu    hadisələrə    başçılıq    etməsi    hər    şeyə  aydınlıq  gətirir.  O  da 

məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına 

pul  keçirməkdən  imtina  edənlər  idi.  Bəzi  faktlara      müraciət      etməyə  ehtiyac 

vardır. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim 

mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu 

vaxt  mən  bir  neçə  dəfə  müqavimət  göstərməyə  çalışdım,  ancaq  qadın  olduğuma 

görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə 

iştirak  etmiş  Nəcəfov  soyadlı  bir  gənc  isə  istintaqa  bildirirdi  ki,  "Qriqoryan 

tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, 

dərhal  onu  lüt  soyundurdular  və  Edik  Qriqoryan  onu  bu  vəziyyətdə  küçəyə 

çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq 

materiallarının  başqa  bir  yerində  göstərilir  ki,  "E.Qriqoryan  öz  dəstəsi  ilə  birinci 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə