Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix12.10.2018
ölçüsü1,18 Mb.
#73291
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

BƏNƏMİYƏ  (Ordubad,  Şahbuz)  –  bazar ertəsi.  –
Birimci gün
ə bənəmiyə diyərdilər əvvəllər. 
BƏRƏ  (Keçili,  Külüs,  Şahbuzkənd)  –  sürüdəki 
qoyunları saymaq üçün düzəldilmiş xüsusi yer.  
BƏRƏMUM  (Babək, Kəngərli,  Şahbuz)  –  arı 
p
ətəyində qalan mum töküntüsü. –Bərəmum çox xeyirri şeydi. 
BƏRK (əksər şivələrdə) – xəsis. –Mə:m bı qonşum çox 
b
ərk adamdı. 
BƏRKİX' YER (Kolanı) – şumlanması çətin olan yer
b
ərk yer. –Bərkix' yerdi ona görə əx'məmişix'. 
BƏRNİ  (Ordubad)  –  kiçik saxsı  qab, dolça. –Nənəm 
h
əməşə bal saxlıyardı bərnidə.  
BƏRZƏBƏND (Pəzməri) – igid adam. –Bir bərzəbənd 
adam lazımdı bı işi görməğa.  
BƏSDƏMƏ  (Nehrəm)  –  kökəltmə, xüsusi bəslənmiş 
qoyun, at. –B
əsdəmə  minməx'dən  ötrün  xama  bağlamax 
lazımdı. 
BƏTDƏMƏX'  I (Babək, Kəngərli,  Naxçıvan)  –  bir 
şeyi  zorla  vermək.  –İsdəmirdim heç, zornan bətdədi  uşağı 
m
ənə. 
BƏTDƏMƏX'  II  (Naxçıvan)  –  yalandan, yüngülcə 
tikm
ək. –Bətdədim düyməvi hələlix' dursun, gələndə verərsən 
b
ərkidərəm. 
BƏYAXLARI (əksər şivələrdə) – bir az bundan əvvəl. 
–B
əyaxları gedən də sə:n qahımındı? 
41 
 


BƏY  DÜRMƏYİ  (Ordubad,  Şahbuz)  –  bəy  tabağına 
qoyulan yem
ək.  –Bəyin  tabağına  qızın  anası  cürbəcür yeməli 
şeylər qoyar, o da olar bəy dürməyi. 
BƏYƏT (Vənənd) – on dərz. –Biz on dərzə bir bəyət 
deyirıx. 
BƏYSUMAT  (Babək,  Naxçıvan)//BƏSMAT  (Culfa, 
K
əngərli,  Şahbuz)  –  zavodda  bişən çörək.  –Bəsmat hökmət 
çör
əyidi, əvdə pişirmirix' onu. 
BƏYYALLISI  (Ordubad)  –  bəyin də  iştirakı  ilə 
oynanan  yallı.  –Toyun  əxirində  cavənnər bəynən bir yerdə 
oynıyəllər bəyyallısını. 
BƏZZAT (Babək, Culfa) – pis, bəd xasiyyətli, qəddar 
adam. –B
əzzat adamdı, yola getməx' olmur. 
BIDIXANA 
(bütün  şivələrdə)  –  budur.  –Baxdıx  ki, 
bıdıxana sallana-sallana gəlir. 
BI DÖNƏ (Keçili) – bu dəfə. –Bildir allatdı məni, əmə 
bı dönə qoymaram kəf gələ mã:.  
BI  HEYNİDƏ//BI  HİNDƏ  (Naxçıvan,  Nəzərabad, 
Şıxmahmud)  –  bu zaman. –Bı  heynidə  qızın  adamnarı 
tökülüşdü üsdümüzə. 
BIQAL 
(Şərur)  –  bu tərəf.  –Çəkil  bıqala  qoy  səni də 
görsünn
ər. 
BILACAĞ  (Şahbuz)  –  cəhrəni  işlətmək üçün əllə 
tutulan hiss
əsi. –Bılacağ elə bilgilnən kin, cəhrənin qılpıdı.    
BILIĞ//BILIX  (əksər  şivələrdə)  –  inəyin yeni 
doğulmuş balası. -Hər heyvanın balası:n öz adı var da. İnəyin 
42 
 


d
ə illap təzə doğduğuna bılıx diyərix'. 
BIRIN-
TIRIN  ELƏMƏX'  (Naxçıvan)  –  qaş-qabaq 
tökm
ək, üz verməmək.  –Nə  vaxdı  gö:rəm da, mã:  bırın-tırın 
eliyir.  
BIZAV//BİZAV (əksər şivələrdə) -  inəyin bir yaşadək 
balası. –Bılıxdan bir yaşaına qədən bızav deyirix'. 
BİCƏYNƏ//BİCƏX'  (Ordubad,  Şahbuz,  Şərur)  – 
vaxtından əvvəl doğulan qaramal. 
BİÇƏNƏX'  (Şahbuz)  –  biçilmək  üçün  saxlanılan  yer, 
otlaq.  –Biç
ənəx' o yerə də:llər kin, çiməni çoxdu, yaxcı yerdi, 
otu piçilir. 
BİÇƏR  (Şərur)  –  dərzi.  –Ver biçərə, qoy düzəltsin 
ətəyi:n əyrisin. 
BİDAMAR (əksər şivələrdə) – qeyrətsiz, qorxaq. –Çox 
bidamar adamdı ee. 
BİDAR//BEDAR  (Naxçıvan)  –  yuxusuz.  –Bı  gecə 
gözüm
ə yuxu getmiyip, oqqədə fikirrəşmişəm, bidar oldum. 
BİLAN  (Naxçıvan)  –  küçə.  –Ora dədə-babadan 
Söyütdü bilan deyirdil
ər. 
BİLƏNDƏR (Ordubad, Şahbuz) – hər şeydən xəbərdar 
adam. –S
ən bını İrza kişidən soruş, biləndər adamdı o. 
BİLƏRZİX'  (Culfa)  –  qaşsız  üzük.  –Əslində  bilərzix' 
qolbaxdı, amma bizdə üzüyə diyəllər. 
BİLOY//BİLƏV  (Qazançı,  Qorçulu,  Ləkətağ,  Milax, 
Şahbulaq,  Şərur, Tivi) –  kəsici alətləri itiləyən  əşya.  –Biləv 
43 
 


axdarıram ki, itiliyəm pıçağı. 
BİNƏ  (əksər  şivələrdə)  –  yaylaqda qoyun saxlamaq 
üçün tikili.  
BİNÖVRƏ  (Gənzə)  –  him.  –Binövrə  əvın  himinə 
dey
ərıx. 
BİR  BURUM  (əksər  şivələrdə)  –  bir az, bir qədər.  –
Gilanar mir
əbbəsin bir burum qəynət qoy yerə. 
BİRBÜKÜM  (Şahbuz)  –  bir dəstə.  –Təzə  pişəndə 
birbüküm d
ə lavaşdan göndərrix' qonşulara kin, qoxsu gedip.  
BİRƏTİ  (Culfa, Ordubad) -  tamam, bütünlüklə, 
bird
əfəlik. –Nə götürəssən birəti götür, ta bi də gəlmə. 
BİRƏZ (əksər şivələrdə) – bir az. –Birəz gözdəsən indi 
işivi aşırtmışdın.  
BİRHAVIRDAN  (Şərur)  –  bir azdan sonra. –
Birhavırdan baxdıx ki, bıdı təpəsiüsdə gəlir. 
BİSDƏ  (Ordubad)  –  bir  kiloqram  ağırlığında  çəki 
vahidi. –Bisd
ə bir kiloya diyərix', çəki daşıdı. 
BİST (Saltaq) – dəyirmanın üst daşını hərəkətə gətirən 
d
əmir ox. –Bist də:rman daşı:n oxudu. 
BİSTAN  OLMAX  (Culfa)//BİSDƏN  OLMAX 
(Ordubad) – 
yetişib tağdan düşmək. –Məhsul bistan olup, gedip 
yığan yoxdu onu. 
BİŞ-DÜŞ  DAMI  (Ordubad)  –  mətbəx.  –Oranı 
eliy
əcayıx biş-düş damı axırda. 
BİŞİRT  ELƏMƏX'  (Kolanı,  Şada)  –  becərmək.  –
44 
 


Yaxcı bişirt eləsən yaxcı da məhsul yığassan.  
BİTDƏ-BİTDƏ  (Biləv)  -  bircə-bircə, dəqiqliklə.  –
G
ərəx' oturup bir ədam bınnarı bitdə-bitdə seçə. 
BİTMƏX' (Payız) – balın bir müddət qaldıqdan sonra 
duru  haldan  bir  az  qatı  hala  keçib  bərkiməsi.  –Əsl  bal  gərəx' 
bir
əzdən bitsin. 
BOĞANAX  (əksər  şivələrdə)  –  bürkü.  –Boğanaxdan 
n
əfəs almax olmur. 
BOĞAZALTI  (bütün  şivələrdə)  –  qızıldan  qayrılmış 
qadın zinəti. –Boğazaltını köhnə arvatdar taxardı.  
BOĞAZDIX (Culfa, Ordubad, Şərur) – qıf. –Boğazdığı 
qoyup süd süz
ərix', yağ süzərix' onnan. 
BOĞMA İSDƏKAN (Sirab) – armudu stəkan. –Mə:m 
babam bı isdəkannarda çay işməz. O:nku gərəx' boğma isdəkan 
ola. 
BOĞMALAMMAX  (Naxçıvan,  Sədərək,  Şahbuz)  – 
yem
ək. –Ver boğmalansın dursun getsin, gözüm görməsin onu. 
BOĞURTDAX (əksər şivələrdə) – sünbülləmə. 
BOLU (Bab
ək, Şahbuz, Şərur) – yabanı bikti. 
BOLLAMAX  (Aza, Tivi) –  bol su buraxmaq. –
Baxır 
da, el
ə vaxdı var ki, bollasan əx'diğın zay olar. 
BOMBU (Ordubad) – 
zavodda bişirilən çörək çeşidi. –
Bombu ağ unnan pişəndə yaxcı olur. 
BORANI 
(Naxçıvan)  –  badımcan,  kartof,  pomidorla 
hazırlanan  tərəvəz yeməyi.  –Boranını  yayda  qara  yetişəndə 
45 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə