Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix12.10.2018
ölçüsü1,18 Mb.
#73291
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

pişirərix', qışa da bağlıyıp saxlıyarıx. 
BORAZANNAMAX 
(Naxçıvan) – yersiz danışmaq. –
El
ə borazannıyır ha, hələ bir düzəmməlli söz demiyip. 
BORDAX (Bab
ək, Culfa, Kəngərli, Şahbuz, Şərur) – 1. 
heyvanı  kökəltmək üçün tövlədə  ayrılmış  xüsusi  yer;  2. 
kök
əldilmiş, bəslənmiş heyvan. –Bir yaxcı bordax qoçum var, 
apar qavırma elə. 
BOYAQOTU (Ordubad, 
Şahbuz) – yabanı bitki. 
BOYGÖRÜNCƏYİ 
(Biç
ənək)//BOYGÖRÜMÜ 
(K
olanı,  Kükü,  Yuxarı  Qışlaq)  –  gəlini görmək istəyən  yaxın 
qohumların  gəlinə  bağışladığı  hədiyyə.  –Geşmişdə  gəlini 
görm
əx' üçün boygörümü verirdilər. İndi ta gəlin elə hammının 
yanında olur.    
Ağdam, Bərdə, Şuşa şivələrində də boygörüncəyi eyni 
m
ənada işlənir (1, s.59). 
BOYLAMAX  (Culfa, Ordubad) –  görm
ək. –Onnar da 
isd
ədilər boyluyalar. 
BOYLUM (K
əngərli, Ordubad, Şahbuz, Şərur)//BOYL 
(Bab
ək, Çeşməbasar) – deməli, beləliklə (modal söz). –Onnan 
sora, boylum, başdadı mənə inanmağa. 
Bu söz bir çox dialekt v
ə  şivələrimizdə 
boyl//boylum//boyul variantlarında işlənməkdədir (1, s.59). 
BOYMADƏRƏN  (əksər  şivələrdə)//BEYMƏDƏRAN 
(Ordubad) – 
yabanı bitki. 
BOZARMAX (Bab
ək, Naxçıvan, Şərur) – kobud cavab 
verm
ək, hirslənmək.  –Elə  bozardı  ki,  kişi:n  üsdünə  qaldım 
m
əhətdəl. 
46 
 


BOZ AY 
(Naxçıvan)  –  mart  ayı.  –Boz  aydı  da  mart, 
bilm
əx' olmur. Bir gün həylə olur, bir gün belə. 
BOZDAMAC  (S
ədərək, Şahbuz, Şərur) – sac üstündə 
bişirilən çörək. –Bozdamacı sajda pişiririx'. 
BOZPÖRT  (
əksər  şivələrdə)  -  ət yeməyi.  –Təzə 
k
əsdiyimiz ətdən çölə gedəndə qəşşəx' bozpört qoyarıx ocaxda. 
BOZVER  (Heyd
ərabad, Qarxun, Siyaqut,  Türkeş)  – 
boz t
əhər qoyun. 
BOZVIRMASI  (Milax)  –  qoyun x
əstəliyi  adı.  –
Qoyunu bozvırması tutmuşdu. 
BÖKƏN  (Badamlı,  Cəhri,  Xəlilli, Keçili, Külüs, 
N
əzərabad)  –  çörək növü.  –Bökən  yağlı  çörəx'di, təndirdə  də 
pişirərix', tuxofqada da. 
BÖLƏ (Biçənək, Külüs, Sələsüz, Şada) – qulağı çox da 
uzun olmayan qoyun.  
BÖŞK  ELƏMƏK  (Şahbuz)  –  yalan  danışmaq.  –Sə:n 
diliv
ə heş düz söz gəlmir, ancax böşk eləməyi bilirsən.  
BÖYÜX'CƏLƏMMƏX'  (Culfa,  Şahbuz,  Şərur)  – 
lovğalanmaq,  böyük-böyük  danışmaq.  –Sözə  gələndə 
böyüx'c
ələnirsən, işə gələndə əlinnən bir iş gəlmir. 
BUĞUTİKANI (Babək, Kəngərli) – yabanı bitki. 
BULAMA  (
əksər  şivələrdə)  –  südə  təzə  doğmuş 
heyvanın  ağız  südü  əlavə  olunaraq  qarışdırıla-qarışdırıla 
bişirilən yemək.  –Bulama həməşə  olmur ki, heyvannar 
doğannan-doğana pişiririx' onu. 
47 
 


BULAMAC//BULAMAŞ  (Ağbulaq,  Aşağı  Aralıq, 
Gömür, Güney Qışlaq) – xəmir mayası. 
BULANDIRIX (
Xanlıqlar, Tənənəm) – çirkli, bulanıq. 
–Sel g
ələndə suyumuz bulandırıx olur, işməy olmur. 
BURAĞAC  (Çərçiboğan,  Qorçulu,  Şərur)  –  yükün 
üstünd
ən çəkilən kəndiri  tarımlamaq  üçün  ilişdirib  burulan 
ağac  və  ya dəmir  parçası.  –Ay  uşax,  odunnar  töküldü, 
burağacnan mokgəm elə. 
BURCUTMAX'>BURAXMAQ  (N
əzərabad)  –  boşamaq.  –Əzizin  oğlu 
o:n qızını neçə illərdi buraxıb. 
BURCUTMAX  I (Bab
ək,  Naxçıvan)  –  forslana-
forslana yerim
ək.  –Mən də  dalınca  yavaş-yavaş  gedirdim, 
hersd
əndi mənə ki, nə burcudursan, tez ol. 
BURCUTMAX 
II (
əksər  şivələrdə)  –  fikrini 
d
əyişdirmək, fikrindən dönmək.  –Çətinə  tüşən kimin tez 
burcutdu bax! 
BURĞU  (Culfa)  –  lampanın  işığını  artırıb-azaldan 
hiss
ə. –Burğusu xarab olup ləmpənin, xodun artırmaq olmur. 
Burğu  Tovuz  şivələrində  də  eyni mənada  işlənir (1, 
s.64). 
BURMANC  (C
əhri, Göynuk, Ləkətağ,  Nəhəcir, 
Vayxır) – çimdik. –Gördüm ta susmur bir burmanc gotürdüm 
böyürünn
ən. 
BURUM  (
əksər  şivələrdə)  -  dəfə, bir neçə  dəqiqəlik 
müdd
ət.  –Gül mirəbbəsi  tez  pişir.  Bir-iki burum qəynətsən 
b
əsdi. 
48 
 


BURUNTAX  (K
əngərli,  Şahbuz)  –  qızğın  heyvanı 
sakitl
əşdirmək üçün onun burnuna vurulan ip. 
BUŞQAX  (bütün  şivələrdə)  –  künc.  –Heç  lazımı  da 
d
əyir, atıp qalıp bir buşqaxda. 
BUŞQU  (Naxçıvan,  Ordubad)  –  mişar.  –Taxdanı 
buşquynan kəsərix'. Buşqu birəz xırda mişardı.  
BÜX'DƏRMƏX' (Şahbuz) – toxuculuqda bir neçə qat 
ipi bir yerd
ə əyirmək.  
BÜRƏTDƏMMƏX' (Babək, Naxçıvan, Şahbuz, Şərur) 
– 
soyuqdan  qorunmaq  üçün  bir  şeyə  bürünmək, çox qalın 
geyinm
ək.  –Bizdə  qışda  elə  soyuğ  olur  ki,  burətdəmməsən 
eşiyə çıxammarsan. 
BÜRMƏLƏMƏX'  (əksər  şivələrdə)  –  səliqəsiz 
bükm
ək. –Paltarrarı bürməliyip ora-bıra basma, gətgə qatdıyax. 
 
 
49 
 


Cc 
CAB  (Düd
əngə, Zeyvə)  –  dağın  zirvəsi.  –Qar  əriyib 
indi azca cablarda qalıp.  
CABALLIX 
(Naxçıvan)  –  çəkillik.  –Caballıxdan 
ip
əx'qurdunnan yana yarpax yığdıx. 
CACIX  (
əksər  şivələrdə)  –  yabanı  bitki.  –Cacığı 
qavırıb üsdünə yumurta vırırıq. 
CADA  (Nehr
əm)  –  qırlı,  asfaltlı  yol.  –Kəndə  gələn 
cada:n el
ə düz üsdündədi kanal. 
CADAR-CADAR  (
əksər  şivələrdə)  –  çat-çat.  –
Soyuxdan yer cadar-
cadar olmuşdu. 
CADI//CAD  (Böyükdüz, 
Xıncab)  –  çörək  çeşidi.  -
Cadını darı ununnan eləyərix'.  
-
Caddı cavandı,  
Qonax qavandı. 
G
əlin boğandı, 
Allah amandı. 
CAĞ I (Babək, Culfa, Şahbuz) – toxumaq üçün mil. –
Cağ  dəmirdən olanda anam diyərdi ki, onnan toxuma. Dəmir 
bir-birin
ə dəyəndə ajdığ olar. 
Cağ  sözü  mil  mənasında  Ağdərə,  Laçın,  Zəngilan 
şivələrində də işlənir (1,  s.69). 
CAĞ II (Şahbuz) – arabanın yanlarına vurulan ağac. 
CAĞ  III  (Naxçıvan)  –  yaxşı,  əla.  –Şükür  allaha  bı 
d
əyqə hər işimiz cağdı. 
CAĞARLAMMAX  (Nürgüt)//CAĞAYLAMMAX  – 
50 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə