Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

Etiraf etmək lazımdır ki, Polşa ordularının bolşevik ordularına vuracağı son zərbənin endirilməsinə
mane olan və Kerzon tərə​findən marşal Pilsudskiyə verilən ingilis notasını hazırlayan ingilis
hökumətidir, ancaq onlara bu notanı vermək fikrini irəli sürən də Deterdinqdir.
Bəli Litvinov yoldaş bütün bunları bilirdi. Litvinovun ayrıca gördüyü bir şey daha vardı. Haaqada
ortaya atdıqları təkliflər Av​ro​pa ölkələrini yeni rus bolşevik rejiminin əleyhinə yönəldəcəkdir.
Moskvadakı bolşevik liderlər də bu təhlükəni sezmiş və dərhal tədbirlər görməyə çalışmışdılar.
Litvinov dərhal hərəkətə keçdi və 1922-ci il iyulun 18-də Haaqada olan «Daliy Telerqaf» qəzetinin
müxbirindən ümumi inhisar formuluna aid bir xəbəri yaymağı xahiş etdi. «Daliy Teleqrafin» müxbiri
qəzetinə göndərdiyi te​leqrafında belə deyilirdi: «Sovet hökuməti adından söz deməyə səlahiyyətli
olan bir şəxs sovetlərin neft ərazisini əski sahiblə​ri​nə qaytaracaqları zaman hər növ işləri görə
biləcək bir ümumi şirkət təşkil etmək niyyətində olduqlarını söyləməkdədir. Bü​tün neft ərazisi
üzərində geniş bir imtiyaz əldə edəcək neft şirkəti bu sahə üzərində haqlara sahib şəxsləri də razı
salmaq​da səlahiyyətli olacaqdır».
Sovet hökuməti adından Litvinovun irəli sürdüyü bu yeni təklifin məzmunu aydın idi. Yəni ruslar
ingilislərdən qorxduqları üçün ümumi şirkət dedikdə «Royyal Datç-Şell Qrup»u nəzərdə tuturdular.
Ruslar bununla eyni zamanda onları Polşa ordularının cəngindən qurtaran İngiltərəyə beləcə minnət
borclarını ödəməklə bərabər həm də vaxt qazanmaq istəyirdilər.
Deterdinq bolşevik rejiminin təhlükəli vəziyyətlərdən çıxma​la​rını və bu təhlükələri necə
bitərəfləşdirdiyini hamıdan yaxşı bi​lir​di. O bilirdi ki, əgər ingilis diplomatiyası İngiltərə mənfəətləri
is​tiqamətində təlqin etdiyi fikirlərə sahib çıxaraq Rusiyanı yıxılmaq​dan qurtarmasa idi, yeni qurulmuş
bolşevik rejimi məhv olardı. Onun fikrinə görə elə bir şərait yaranmışdır ki, ruslar ingilislərə ar​xa
çevirə bilməzdilər. Ancaq hadisələr Deterdinqin düşündüyü​nün əksini isbat etmiş və Rusiya dünyanın
başına bəla olmuşdur. Henry Deterdinq rusların yeni təklifləri və onu aldadan düşün​cə​ləri
istiqamətində dərhal fəaliyyətə keçərək fransızlar və bel​çi​ka​lılarla danışıqlara başladı. Deterdinqin
onlara etdiyi təklif bu idi: «Öncə öz aramızda razılığa gələk, çünki ruslar yeni təklifləri ilə Bakının
neft sahələrində bir çox şəxs və şirkətə deyil, tək bir trestə imtiyaz verməyi qəbul etməkdədir. Ona
görə də, istər istehsalı, istər təmizlənməsi və nəqli baxımından «Royyal Datç-Şell Qrup» ən geniş
imkanlara sahibdir. Bakının neft sahələ​rin​​dəki haqlarımız əbədi qalmaq şərti ilə müştərək bir siyasət
yü​rü​də​rək aramızda bir konsorsium quraq. Əlbəttə siz də bu kon​​sor​si​umun içində olacaq və bütün
neft haqlarınızı nəza​rətdə saxlaya biləcəksiniz”.
Amerikalılar Birinci Dünya müharibəsinə girməmişdən əvvəl də, girdikdən sonra da eynən bugünkü
kimi Avropa ölkələrinə geniş kredit vermişdir. Birinci Dünya müharibəsinin sonunda bu kreditlər 21
milyard dollar təşkil edirdi. Amerikanın 1918-ci ildən sonra açdığı kredit və etdiyi yardımın
əhəmiyyətini anlaya bilmək üçün o zamanlarda Nyu-Yorkda nəşr olunan «Korent History» adlı aylıq
dərgidə Corc Villerin yazdığı məqalədən bu cümləni olduğu kimi veririk: «Bu rəqəm Kanadanın
bütün milli sər​və​ti​nə, Belçika milli sərvətinin iki mislinə və ABŞ-ın milli sər​və​ti​nin onda birinə
bərabərdir».
Corc Villerin yazdığı kimi həqiqətən fransızlar da, belçikalılar da, istər müharibə dövründə, istərsə
də ondan sonra Amerikadan böyük kreditlər almışdılar. Amerikalılar isə hər iki dövləti İn​gil​tə​rə​dən
ayıran mükəmməl bir vasitəyə sahib idilər və bundan istifadə etməyə çalışırdılar. Hər iki dövlətin
Deterdinq ilə müzakirələrə baş​lamalarından əvvəl yenə «Standard Oyl»un istəyi ilə Fransa və
Belçikaya təzyiq edildi. Bu təzyiq qarşısında hər iki dövlət Deterdinqin çox sərfəli təkliflərini rədd
etməyə məcbur oldu.


ABŞ rəsmən Haaqa konfransına dəvət edilməmişdi. Ancaq, Amerikanın mənafeyi bu konfransda
müzakirə olunan məsələlərlə bir başa əlaqəli idi. Bu konfransın nəticəsindən aydın olaraq an​-
laşılmaqdadır.
Konfransın nəticəsi Amerikanın İngiltərədən başqa Haaqa kon​fransında iştirak edən digər bütün
dövlətlərin qərarlarına təsir et​di​yini açıqca ortaya qoymuşdur. Çünki ortada heç bir səbəb olmadan
və sovet nümayəndə heyətinin anlaşma zəminini tapmaq üçün qeyri-rəsmi də olsa, yeni təkliflər irəli
sürdükləri bir zamanda (20 iyul 1920-ci il) Şəxsi Mülklərin İkinci Komissiyasının tələb və tək​lif​lə​-
rin​dən sonra konfrans öz işini bitmiş hesab etmişdir. Halbuki, sovet nümayəndəsi Litvinov konfransa
1922-ci il iyulun 19-da bir qərar la​yihəsi təqdim etmiş və hökumətindən təlimat almaq üçün üç gün
möhlət istəmişdir. Ortaya belə bir sual çıxır: Sovet rəsmi nümayən​də​sinin də iştirak etmədiyi bir
iclasda konfransın öz işinə son ver​mə​si nə deməkdir? «Standard Oyl» şir​kəti Genuya kon​fran​sın​da
olduğu kimi, bu səfər də Haaqa konfransında iştirak edən döv​lətlərin nümayəndələri üzərində
nüfuzunu hiss etdirmiş və Deter​dinqin Ba​kı neftini ələ keçirmək üçün bir beynəlxalq konfransdan
itsifadə et​mə​sinə mane olmuşdur. Rokfeller bu səfər də Deterdinqə mü​kəmməl bir dərs ver​miş​dir.
Neft qüdrətli idi. Nəhayət neft iki beynəlxalq miqyaslı kon​fran​sın yekununu müvəffəqiyyətsizliyə
uğratmaqla qüdrətli oldu​ğu​nu bir daha sübut etmişdir.
Haaqa konfransının da Genuya konfransı kimi nəticəsiz başa çatması Deterdinqin planlarını
reallaşdırmağa daha çox ziyan vurmuşdur. De​ter​dinqi Rusiyanın İngiltərədəki səfiri Krasinlə
bağladığı müqavilə ilə əldə etdiyi imtiyazlar o qədər də təmin etmirdi. O, Bakı neftinə bütövlükdə
sahib olmaq istəyirdi.
Haaqa konfransının nəticəsiz başa çatmasının əsas mənası aşağıdakı kimi idi: Artıq Qərb dövlətləri
də, «Royyal Datç-Şell Qrup» da, «Standard Oyl» şirkətləri də Bakının neft sahə​lə​rin​dəki
imtiyazlarını unutmağa məcburdu. Konfransdan bəzi mən​fəət​lə​ri uman bolşeviklər də vətənlərinə
əliboş qayıtmağa məcbur oldular.
Ruslar da, Deterdinq də amerikalılara bu hərəkətlərinin ca​va​bını vermək üçün gələcəkdə
aparacaqları mübarizəyə hazı​r​la​şır​dı​lar. Deterdinq bu qənaətə gəldiyi zamanlarda «Standard Oyl»
Amerika hökumətini sıxışdırır və Rusiyadan hər necə olursa olsun neft almamaq xüsusunda bir qərar
layihəsi ortaya qoyaraq onu tətbiq etməyə çalışırdı.
«Standard Oyl» şirkəti beləliklə Rusiyanın Bakıda istehsal etdiyi nefti satmaq üçün bazar tapa
bilməyəcək qənaətində idi. An​caq o yanılırdı. Çünki bilmədiyi bir gerçək var idi. O da Rusiya ilə
İngiltərənin Bakı neftinə dair Londonda Xarici İşlər Nazir​li​yin​də imzalanmış anlaşma idi. Anlaşmaya
görə Deterdinq üç il Ba​kı​da istehsal olunan nefti satmaq imtiyazı əldə etmişdir. Deterdinq bir
tərəfdən Bakı neftini satacaq, o bir yandan da mübarizəsini da​vam etdirəcəkdir.
«Royyal Datç-Şell Qrup» şirkəti Bakı neftini Avropaya daşıdığına görə Orta Şərq və Uzaq Şərqdən
gətirdiyi netfin miq​da​rı​nı azaltdı.
Bakıda Neft Sindikatının (rus neft kompaniyası) istehsal etdiyi neftin ən yaxşı müştəriləri İngiltərə,
Fransa, İtaliya, Belçika və digər Avropa dövlətləri idi.
1924-1925-ci ilin statistikasına görə Rusiya dövlətinin Bakı​dan istehsal etdikləri neftin miqdarı 80
milyon ton olmuşdur ki, bunun da 30 milyon tonunu İngiltərə, 14 milyon tonunu İtaliya, 8,5 milyon
tonunu Fransa və geridə qalan 5 milyon tonunu isə digər Avropa məmləkətləri satın almışdılar.
Rusların Fransa və İtaliyaya neft satmaları Deterdinqin yeni bir oyunu idi. Rusların Avropa
bazarlarına girmələri onların mə​nafelərinə uyğun idi. Onlar Avropa bazarlarına «Standard Oyl»​un
əleyhinə olaraq girmiş və Rokfellerin bu nəhəng trestini ziyana salmışdılar. Ruslar buna Deterdinqin


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə