Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

İranlılar Müsəddiqin israrı ilə nə ingilis, nə də amerikan tək​lif​lərini qəbul etmək istəmirdilər. İran ilk
gündən bəri neft ixti​la​fın​da öz mövqeyini saxlayır və neft ixtilafının həllində İngiltərəni deyil, ancaq
«Anglo Persian»ı tərəf kimi qəbul etdiyini 1951-ci il iyunun 2-də bir daha dünyaya edan etdi.
Ruslar Təbriz konsulluğunun əməkdaşlarının həbs olunmala​rın​dan sonra Müsəddiqə etimad edə
bilməyəcəklərini anlamışdı​lar. Bu səbəbdən də İran sərhədinə yığdığı silahlı qüvvələrin sayını
artırmağa başladı. Əgər İran hökuməti ingilislərdən və ya hər hansı Qərbi Avropa dövlətlərinin
birindən gələ biləcək təklifləri qəbul edərlərsə Rusiya dərhal İranı işğal etməkdə qərarlı idi.
İngiltərə ilə İran arasındakı hər cür münasibət tamamilə da​yan​mış​dı. Müsəddiq isə «Anglo Persian»
şirkətini sıxışdırır və milli​ləş​dirmə qanununu tətbiq edəcəyini bildirirdi. 1951-ci il iyunun 3-də
İranda bütün dünyanı təəccübləndirən bir hadisə baş verdi. Yəni mütəxəssislərin təxminən milyard
yarım ingilis funt-sterlinqi miq​darında dəyərləndirdikləri Abadan neftayırma zavodlarının sahibi olan
«Anglo Persian», İngiltərə Entelijans Servis ilə İngiltərə Də​niz Birinci Lordluğunun mülkü olan İran
nefti ilə bu məmləkətdəki bütün müəssisələrini milliləşdirmə qanununa uyğun olaraq İrana
verilməsinə dair qərar qəbul edildi.
İran hökuməti «Anglo Persian» ilə olan bütün münasibətlərini kəsməyə qəti olaraq qərarlı idi. Bu
səbəblə ingilislərin arzusu ilə İranın Paris səfirliyində fəxri ticarət attaşesi vəzifəsinə təyin edil​miş
məşhur neft krallarından 5%-li təxəllüsü ilə tanınan Kalust Gülbekyanın səlahiyyətlərinə də xitam
verildi.
İran artıq məmləkətində çıxan neftə tamamilə sahib olmuşdu. Hamını belə bir sual düşündürürdü:
Neft ələ keçirilmişdi, ancaq istehsal olunan neft haraya satılacaqdır? Müsəddiqin rəhbərliyi altında
İran hökumətinin iyunun əvvəllərində keçirilmiş bir ic​la​sında neftin Yaxın Şərq ölkələri ilə Avropa
bazarlarına ixrac et​mə​yi qərara alındı. Müsəddiqin dünya bazarlarına neft satmaq qərarı elan
edilmişdi və heç bir zaman sona çatmamış olan neft ixtilafına yeni bir səhifə əlavə edilmişdir.
Müsəddiqin neft satmaq qərarı İngiltərə tərəfindən güclü əks reaksiya ilə qarşılandı və İran neftinin
istehsalçısı olan «Anglo Persian» İran hökumətinə bir memorandum təqdim etdi. Şirkət bu
memorandumunda əgər İran zorla mənimsədiyi ərazilərdən isteh​sal edilən nefti satmağa təşəbbüs
edərlərsə, satacağı neftdən gələn gəlirin 75%-nin ona aid olduğunu bildirir. Müsəddiq hərəkət​lə​rin​də
qərarlı idi, yəni ingilislərə heç bir güzəşt etməyəcəkdi. O, «Anglo Persian» şirkətinin bu son
müraciətini də rədd etdi.
«Anglo Persian» şirkətinin son təklifi İranın baş naziri Mü​səd​diqə çatdırıldığı günün sabahası
Rusiyanın İrandakı səfiri İran Sadxikov Müsəddiqi evində ziyarət edir və hər cəhətdən Rusi​ya​nın
onun arxasında duracağını bildirir.
Tudə Partyiası başda olmaqla bütün kommunist təşkilatları ingilislərin və amerikalıların əleyhinə
nümayişlər təşkil etməkdə idi. Bu ölkə inqilablar və çevrilişlər qitəsi kimi tanınan Cənubi Ame​rikaya
bənzəyirdi. Cənubi Amerikada baş verənlər dünyanı o qədər də maraqlandırmırdı. Ancaq İran belə
deyildi. İran Orta Şərqdə ən təhlükəli və böhranlı bir nöqtədə yerləşirdi. Bu məm​lə​kət​dəki inqilab və
ya qarşıqlıqlar dünyanın nəzəri-diqqətini həmişə cəlb etmişdir. Bu baxımdan da İrandakı hadisələrin
əhəmiyyəti çox böyük idi.
1951-ci il iyunun 16-da İsfahanda kommunistlər tərəfindən güclü bir nümayiş keçirildi. Nümayişdə
əsasən Müsəddiqin və Qərb ölkələrinin əleyhinə sərt təhqiramiz şüarlar səsləndi. Bu nü​ma​yişlərin
birində Amerikanın İsfahanda olan konsulluğunun vit​se-konsulu bir kommunist tərəfindən
bıçaqlanaraq öldürüldü. Bü​tün axtarış cəhdlərinə baxmayaraq qatili tutmaq mümkün olmadı.
Bu mənfur cinayətdən sonra Tehranda şayələr gəzməyə baş​la​dı. Müsəddiq dərhal hökumətin iclasını


keçirdi və ciddi tədbirlər görülməsi qərara alındı. Vitse-konsulun öldürülməsindən sonra Ame​rikanın
İrandakı səfiri O’Qrady dərhal Müsəddiqlə görüşdü və sərt bir ultimatum verdi. O, İrandakı Amerika
diplomatları ilə tə​bəə​lərinin həyatlarının qarantiya altına alınmasını, qatilin həbs edilib
cəzalandırılmasını və bu cinayətə görə Amerikaya təzminat verilməsini tələb etmişdi. Səfir İranda
olan Amerika diplo​mat​la​rı​nın həyatlarının qarantiya altına alınmasını istərkən rəsmi bir qa​rantiya
sənədi də tələb edirdi.
Müsəddiq bu mənfur cinayətdən sonra çox çətin vəziyyətə düşmüşdü. İran hökuməti Amerika notasını
dərhal ertəsi gün cavablandırdı. Cavabda Amerikaya təminat verilir, hökumət olaraq İsfahan vitse-
konsulunun qatilinin ən qısa zamanda yaxalanması üçün tədbirlər görüləcəyi bildirildi.
Ancaq Müsəddiq Amerika notasında tələb edilən qarantiya sənədini vermirdi.
İyunun 17-də Tehrandakı ingilis səfiri Francis Sepperd şah​dan onu qəbul etməsini istədi. Səfir görüş
zamanı neftin milliləşdi​ril​məsini tanımayacaqlarını bir daha bildirir və Müsəddiqdən şi​kayət edir.
İngiltərə səfiri ilə şah arasında keçirilən görüşün getdiyi bir vaxt​da Amerikanın xarici işlər naziri
Dean Achesonin bir təklifini ABŞ-ın İrandakı səfiri O’Qrady Müsəddiqə təqdim edir.
Amerika hökumət olaraq bir dəfə daha İngiltərənin yanında ol​du​ğunu təsdiq edir və İrandan
ingilislərin Hüseyn Alaya etdikləri 50% hissə təklifini bir daha gözdən keçirməsini istəyirdi.
Dean Acheson ayrıca olaraq İran hökuməti tərəfindən İngil​tə​rə​yə verilən notanın mətninin də
dəyişdirilməsini tələb edirdi.
İngiltərə ilə Amerikanın İrana qarşı yürütdükləri siyasətə ca​vab olaraq ruslar da Rusiya-İran
sərhədində hərbi manevrlərini daha da genişləndirməyə başladılar. Onlar bu hərəkətləri ilə Mü​səd​-
diqi müdafiə etdiklərini açıq göstərirdilər. Ruslar İran da​xi​lin​də pərdə arxasında qalaraq Tudə
Partiyasının və Fədai İslam Cə​miyyətinin əli ilə ingilislərin və amerikalıların əleyhinə nüma​yiş​ləri və
mitinqləri də qızışdırmaqda davam edirdilər. Artıq nü​ma​yişlər kulminasiya nöqtəsinə çatmış və xalq
Tehrandakı «Anglo İranian» (Persian) şirkətinin mərkəzi ofisini də dağıdaraq talan et​miş​dilər.
1951-ci il iyunun 16-da amerikan diplomatının qətlə yetiril​mə​sin​dən sonra indii də «Anglo İranian»
şirkətinin mərkəzi ofisinin dağıdılması və talan edilməsi Qərb diplomatlarını daha da hirslən​dir​məyə
başlamışdı.
Müsəddiq öz arzusu ilə başlanan nümayişləri dayandıra bilmir və çətin vəziyyətə düşürdü. O, bu dəfə
vəziyyətdən çıxmaq üçün «Anglo İranian» şirkətinin mərkəzi ofisinin dağıdılmasında və talan
edilməsində şəxsən ingilislərin əli olduğunu ortaya atdı. Mü​səd​diq bu işin başında şirkətin rəhbəri
Eric Drakenin durduğunu bildirdi.
Artıq İngiltərə Müsəddiqin bu hərəkətinə dözə bilməyib İran hökumətinə sərt bir nota verdi. Notada
Müsəddiqin Eric Drakeyə qarşı irəli sürülən ittiham rədd edilir və dağıdılaraq talan olunmuş mərkəzi
ofisə görə də təzminat verilməsi istənilirdi.
Müsəddiq bu dəfə də verilən notaya o qədər də əhəmiyyət ver​mədi və rus səfiri İvan Sadxikovla
görüşləri davam etdirməyə başladı.
Amerika İrana yenə müraciət etmək qərarına gəlir və xarici işlər naziri Dean Acheson hadisələrin
gələcəkdə fəlakətlərlə nəti​cələnəcəyini bildirərkən London hökuməti də sərt tədbirlər gör​mə​yin vaxtı
çatdığını elan edir.
İngiltərə Abadanda olan ingilis tankerlərinin limandan dərhal ayrılmaları qərarını verdi. Elə həmin
gün Dəniz Birinci Lordu tə​rə​fin​dən şəxsən verilən bir əmrlə 8 min tonluq «Mauritius» adlı in​gi​lis
kreyseri Abadana gələrək və limandan iki yüz metrə qədər mə​sa​fədə lövbər saldı. Donanmalar neft
üçün hər vaxt olduğu kimi yenə hərəkətə keçirilmişdi və onlara nefti himayə vəzifəsi veril​miş​di.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə