Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

30 

 

“Nefteqazmaş” SC (Ust-Kamenoqorsk ş.), “Almatinsk ağır maşınqayırma zavodu” 



SC, “Belkamit” BM SC, “Maşınqayırma zavodu” SC, “İmstalkom” ASC  (Almatı 

ş.),  “AtırauNefteMaş”  MMY,  “Semipalatinsk  armatur  zavodu”  ASC, 

“Kazaxstankabel” ASC (Seminapalatinsk ş.), “Kazenergokabel” ASC (Pavlodar ş.) 

və bir sıra digərlərdə prioritet qaydada istehsalat inkişaf edəcəkdir: 

-  quyuağzı  avadanlıq,  o  cümlədən  fəvvarə  və  bağlayıcı  fitinqlər  (armatur), 

sütunlu başlar, əks klapanlar, atılmaya qarşı və digər avadanlıq; 

-  qazma  iskənələr,  hidrofikasiya  olunmuş  qazma  qurğular,  inklinometrik 

modullar; 

- modernləşdirilmiş mancanaq dəzgahlar; 

-  quyu  ştanqlı,  dalma  və  digər  tip  nasoslar  və  nasos  fitinqlər  (aqreqatlar), 

nasoslu ştanqlar; 

- rektifikasiya edilmiş sütunlar, boru dəstələr və istilik mübadiləçilər, kriogen 

tanklar; 

-  mexanikləşdirilmiş  boru  və  ştanq  daşıyıcıları,  sementləşdirilmiş  fitinqlər 

(armatur), quyuların diaqnostikası üçün laboratoriyalar; 

-  neft  quyularının  təmiri  üçün  zəruri  olan  avadanlıq  və  alətlərlə  komplektdə 

qurğular; 

-  neft  və  qazı  nəql  etməyə  hazırlanması  üçün  avadanlıq,  izolyasiya 

materiallar,  həmçinin  karbohidrogen  xammalının  emalı  üçün  kiçikqabaritli  modul 

kompleksləri; 

- zəruri çeşidinin kabel-naqilli məhsul; 

- içməli suyun təmizlənməsi sistemi; 

- yanğınların aşkarlanması və yanğın söndürmə avadanlıq və sistemlər; 

- uçot və nəzarət cihazları. 

Milli  neftqaz  maşınqayırmanın  mövcud  olan  maşınqaqırma  və  konversiya 

müəssisələrin  bazasında  potensialının  yüksəldilməsi  üçün  prioritet  qaydada  yeni 

rəqabətqabiliyyətli  avadanlığın  mənimsənilməsi  və  inkişafı  təklif  edilir.  Neftqaz 

maşınqayırmanın əsas mələlələri: 

- neftqaz maşınqayırma üçün əlverişli iqtisadi şəraitlərin yaradılması; 



31 

 

- məhsulun rəqabətqabiliyyətinin artırılması; 



-  neftqaz  maşınqayırmada  zəruri  çeşid  və  məhsulun  keyfiyyətinin  prioritet 

inkişafı;  neftqaz  sektorunun  avadanlıq  və  komplektləşdirici  məhsullarda  olan 

tələbatlarının prioritet ödənilməsinin stimullaşdırılması; 

-  proteksionizm  və  prioritetlər  çərçivəsində  daha  səmərəli  layihələrin 

kreditləşdirilməsi vasitəsilə milli neft şirkətlərilə başlanğıc investisiya dəstəyi. 

Qeyd  etmək  lazımdır  ki,  neftqaz  sektoru  ilə  istehlak  edilən  maşınqayırma 

məhsulunun  nomenklaturasında  daha  tutumlu  mövqelərdən  biri  istehsalı  ölkədə 

olmayan neft çeşidinin borularıdır. Belə ki,  “Oil & Gas of Kazakhstan” jurnalının 

ekspertlərinin  qiymətləndirilməsinə  görə  Qazaxıstan  Respublikasının  neftqaz 

sahəsinin  ehtiyacları  üçün  hər  il  xaricdən  40  min  tonu  nasos-kompressor  borular 

olan  300  min  tondan  çox  boru  idxal  edilir.  Nasos-kompressor  boruların  əsas 

təchizatçıları Rusiya, Ukrayna, ABŞ müəssisələridir. 

Bu  boşluğun  doldurulması  üçün  KMQ-ilə  Rusiya  Federasiyasında  alınan 

hazırlamalardan  nasos-kompressor  boruların  istehsalı  üzrə  tədbirlər  görülmüşdür. 

2002-ci  ildə  “Embamunayqaz”  SC  və  “Uzenmunayqaz”  SC-da  nasos-kompressor 

boruların  istehsalı  üzrə  sexlər  istifadəyə  verilmişdir.  Bundan  başqa  Qazaxıstanda 

elektrik  qaynaq  boruların  yaradılması  üzrə  “İspat-Karmet”  SC  layihəsinin 

reallaşdırılması ehtiyacın böyük hissəsinin ödənilməsinə imkan verəcəkdir. 

Köhnəlmiş  polad  boruların  dəyişdirilməsi  üzrə  problemin  həllinin  biri  də 

şüşəplastik  boruların  tətbiqidir.  Onun  istehsalının  təşkilinə  Aktau  şəhərində 

maraqlarını  bildirən  və  bu  layihənin  reallaşdırılmasına  başlayan  bir  sıra  şirkətlər 

cəlb edilmişdir [4]. 

Dünya  təcrübəsində  klasterin  formalaşdırılmasına  iki  əsas  yanaşma  seçirlər. 

Onlardan  əsası  XX  əsrin 80-cı illərində M.Porterlə  təklif  edilmiş  və  “azad  bazar” 

çərçivəsində  iqtisadi  agentlərin  özünün  təşkilini  nəzərdə  tutan  klassik  liberaldır. 

Qazaxıstan  yolu  –  innovasiya  klasterlərinin  yaradılması,  biznes,  elm  və 

hakimiyyətin,  xüsusən  regionlarda  tərəfdaşlığı  əsasında  rəqabətqabiliyyətinin 

təmin edilməsidir [12]. 




32 

 

Qazaxıstan  Respublikasının  Prezidentinin  18  fevral 2005-ci ilin  “Qazaxıstan 



sürətlənmiş iqtisadi, sosial və siyasi modernləşdirmə yolunda” Qazaxıstan xalqına 

İsmarıcının  reallaşdırılması  məqsədilə  Qazaxıstan  Respublikasının  Hökümətinin 

25 iyun 2005-ci il 633 nömrəli Qətnaməsi ilə prioritet sahələrdə pilot layihələrinin 

yaradılması və inkişafı üzrə planlar təsdiq edilmişdir. Yeddi plandan biri “Neftqaz 

maşınqayırma” pilot layihəsinin yaradılması və inkişafı üzrə Plandır.  

Tədbirlər  planında  pilot  layihəsini  Qərb-Qazaxıstan  vilayətinin  ərazisində 

reallaşdırılaması nəzərdə tutulur [11].  

Klasterin əsas məqsədi neftqaz maşınqayırma sahəsinin inkişafı üçün şəraitlər 

və sahənin rəqabətqabiliyyətli məhsulların istehsalına keçməsi üçün ilkin şərtlərin 

yaradılmasıdır. Bunun üçün Milli istehsalçılar və xarici investorların vahid reyestri, 

həmçinin Neftqaz sektoru üçün istehsal edilən məhsul, işlər və xidmətlərin siyahısı 

yaradılmışdır.  Qərb-Qazaxıstan  vilayətində  ““Algoritm”  Texnopark”  MMY-nın 



bazasında  nəzarətin  dağıdıcı  və  qeyri-dağıdıcı  metodlarının  sınaq  kompleksinin 

laboratoriyaları  təşkil  edilir.  İndiki  zamana  kimi  maşınqayırma  müəssisələrilə 

230-dan  çox  məhsul  adlarının,  o  cümlədən  yükqaldırma  qabiliyyəti  125  ton  olan 

mobil  qazma  qurğuları,  quyuları  təmiri  üçün  qaldırıcı  aqreqatlar,  xüsusi  texnika, 

rezervuarlar,  durulducu  və  separatorlar,  yükqaldırma  qabiliyyəti  6  və  8  ton  olan 

mancanaq  dəzgahlar,  mərkəzdənqaçma  və  porşenli  nasoslar,  fəvvarə  fitinqlər 

(armatur),  fontan  armaturlar,  kranlar,  neft  emulsiyanın  qızdırılması  üçün  soba  və 

digər avadanlığın buraxılışı mənimsənilmişdir [12]. 

Neftqaz maşınqayırma sahəsində klasterləşmə üçün bu regionun seçilməsinin 

əsas  amilləri  güclü  istehsalat,  kadr  və  elmi-texniki  potensialın  mövcudluğu, 

nəqliyyat,  maliyyə  infrastrukturunun  inkişaf  etməsi,  bu  regionun  ərazisində  iri 

investisiya layihələrinin reallaşdırılması və Rusiya ilə sərhədyanı olmasıdır ki, bu 

da maşınqayırma məhsulunun kifayət qədər satış bazarını təmin edir. 

“Neftqaz maşınqayırma” pilot layihəsinin yaradılması və inkişafı üzrə Planın 

tərkibinə  Ümumsistem  tədbirlər  və  Qərb-Qazaxıstan  vilayətinin  ərazisində  pilot 



klasterinin yaradılması və inkişafı üzrə tədbirlər daxildir. 


Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə