Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
1   2   3   4   5   6   7   8   9   10   ...   18

18 

 

təşkilatların  rolu  aydın  təsəvvür  edilir.  Klaster  gözədəyən  daxili  dinamikaya  nail 



olmaq üçün əlaqədar sahələrin tərkibindən bir çox iştirakçılarının cəlb edilməsi və 

müəyyən  kritik  kütlənin  nail  olmasında  ehtiyacı  vardır.  Hal-hazırda  klaster 

inkişafının  dünya  təcrübəsi  göstərir  ki,  onların  inkişafının  sürətləndirilməsində 

klasterin mərkəzi seqmentinin fəaliyyəti ilə əlaqədar elmi və təhsil sahələri xüsusi 

çəki  oynayır.  Bununla  əlaqədar  olaraq  Tümen  maşınqayırma  klasterinin  başa 

çatdırılmasında  müasir  elmi-təhsil  komplekslərinin  yaradılmasının  dəstəyinə 



birinci dərəcəli diqqət ayırmaq lazımdır. Sənayecə inkişaf etmiş ölkələrdə müxtəlif 

adlarla  mövcud  olan  eyni  zamanda  kadr  tərkibinin  rotasiyası  və  sənaye  üçün 

yüksəkixtisaslı mütəxəssislərlə hazırlanmasının çoxpilləli strukturları ilə təminatla 

yüksəksəmərəli  elmi  təşkilatlar  olaraq  elmi-təhsil  kompleksləri  universitetlər  və 

sahəvi  elmi-tədqiqat  institutlarının  potensialının  birləşdirilməsi  aləti  çıxış  edir. 

Elmi-təhsil kompleksin əsasında üç struktur vahidinin birləşdirilməsi durur: texniki 

ali təhsil müəssisənin kafedrası, texniki ali təhsil müəssisənin tərkibinə daxil olan 

elmi-tədqiqat  institutu  və  sahəvi  institut.  Tümen  şəhərində  sahəvi  elmin 

təmərküzləşməsinin  kifayət  qədər  yüksək  dərəcəsi  vardır.  32  elmi-tədqiqat 

təşkilatlarından 12-si neftqaz mövzusu üzrə ixtisaslaşır. Buna görə onların iştirakı 

ilə  elmi-təhsil  kompleksinin  yaradılması  neftqaz  ixtisaslaşmanın  maşınqayırma 

klasterinin kadr potensialı və innovasiya istiqamətliliyini ciddi gücləndirə bilərdi. 

Yuxarıda 

sadalanmış 

struktur 

vahidlərinin 

birləşdirilməsi 

xarici 


kontragentlərə  nisbətdə  bütöv  vahid  qismində  çıxış  edən  və  hər  biri  vacib  rol 

oynayan  elmi-təhsil  kompleksinin  bütün  tərkib  hissələri  struktur  vahidlərinin 

fəaliyyətinin ümumi rəhbərliyi, funksional razılıq və koordinasiyası deməkdir. Ali 

təhsil  müəssisənin  kafedrasına  cavan  mütəxəssislərin  daimi  axını,  onların  ilkin 

təlimi,  gələcək  yönləndirilməsi  və  elmi  fəaliyyət  üçün  seçimin  təmin  edilməsi 

məsələsi  ayrılmışdır.  Ali  təhsil  müəssisənin  tərkibinə  daxil  olan  elmi-tədqiqat 

institutu (mərkəzi) tələbə və aspirant işlərinin çərçivəsində yeni fikirlər generasiya 

edən  və  yeni  işləmələr  formalaşdırılan  ilkin  poliqon  funksiyasını  yerinə  yetirir; 

burada  elmi  kadrların  ixtisaslaşması  və  seçimi  davam  edir.  Sahəvi  institut 

uzunmüddətli əsasda elmi kollektivləri formalaşdırır və bütün elmi-təhsil mərkəzi 




19 

 

üçün  həmçinin  istehsalat  müəssisələrilə  “əks  əlaqə”  funksiyasını  yerinə  yetirərək 



elmi işləmələri sənaye tətbiqinə qədər çatdırır. 

Əlaqəli  sahələrin  müəssisələrinin  siyahısına  birinci  növbədə  Cənub 

vilayətində  məhsulları  neftqaz  maşınqayırma  məhsullarının  hazırlanması  üçün 

lazım olan idxalı  əvəz edən istehsalatlarının yaradılmasını təmin edə bilən xarici 

şirkətləri cəlb etmək məqsədəmüvafiqdir. Misal üçün şirkətlə Strategiyada Cənub 

vilayətində  şotland  firması  “Rabberatkins  LTD”-nin  lisenziyası  üzrə  neftqaz 

sənayesi  üçün  zavodlarda  istehsal  edilən  avadanlığın  komplektləşdirilməsi  üçün 

rezin-texniki  məhsulların  –  stasionar  və  çıxarılan  pakerlər,  neftin  nəqli  üçün 

porşenlər,  mərkəzləyici  plastinlər,  rezin  araqatlar,  qurğunun  arxa  hissəsinin 

komponentləri, yüksək temperatur və təzyiqdə iş üçün quyuların rezin elementləri, 

iskənə  elementləri,  karotaj  sistemləri  və  s.  –  istehsalının  yaradılması  imkanının 

baxılması  təklif  edilmişdir.  Bundan  başqa  vilayətin  ərazisinə  neftqaz 

maşınqayırmada  birbaşa  birləşdirilməyən,  lakin  neftqaz  sahəsinin  servis 

şirkətlərinin  texnoloji  ehtiyaclarının  təmin  edilməsilə  bağlı  idxalı  əvəz  edən 

istehsalatları  da  cəlb  etmək  lazımdır.  Misal  üçün  Cənub  vilayətində  əsas 

istehlakçıları  neftqazservis  şirkətləri  olan  neftqaz  boru  kəmərlərində 

sementləşdirmə,  stimullaşdırma  və  digər  işlərin  yerinə  yetirilməsi  üçün 

ixtisaslaşdırılmış  kimyəvi  əlavələrin  (aşqarların)  “Obins  LTD”  şirkətilə  (Böyük 

Britaniya) birgə istehsalatın təşkil edilməsi fikri aktualdır. 

Klasterdə  qarşılıqlı  əlavəedici  təsərrüfat  subyektlərinin  kritik  kütlənin 

mövcudluğu  kiçik  ölçülü  çevik  firma  və  ehtiyatlarının  iri  təchizatçıları  arasında 

daimi  yenilənən  əlaqələri  formalaşdırmaq  və  uzun  müddət  qoruyub  saxlamaq 

imkanını verir.  

Klaster  əmələ  gəlməsinin  ən  vacib  elementi  olaraq  əsas  məhsulların 

istehlakçıları klasterlərin əsas tiplərinin qurulması konfiqurasiyasını müəyyən edir. 

Tümen neftqaz ixtisaslaşmasının maşınqayırma klasteri təsəvvür edilən kimi Cənub 

vilayətinin maşınqayırma müəssisələri öz məhsullarının xarici (klasterin ərazisinə 

nisbətən)  istehlakçılarına  -  Xantı-Mansiysk  muxtar  dairəsi  və  Yamalo-Nenetsk 

muxtar  dairəsində  yerləşdirilmiş  neftqaz  şirkətlərinə  -  iqtisadi  vəziyyətlə 



20 

 

təchizatına  yönləndirildiyinə  görə  klaster  əmələ  gəlməsinin  “peyk”  tipinin 



konfiqurasiyasında  yaradılmışdır.  Belə  əmələ  gəlmənin  mövcud  olan  qurulma 

tipologiyasına  müvafiq  olaraq  “peyk”  klasterinin  zavodları  həm  eyni  texnoloji 

zəncirdə  digər  müəssisələr,  həm  də  Cənub  vilayətində  öz  rəqiblərindən  nisbətən 

müstəqil olmuşdur. Bundan başqa  müəssisələr – “peyklər” arasında rəqabət fərqli 

məhsul növlərinin istehsal etdiyinə görə də məhdudlaşdırılmışdır. 

Hal-hazırda  Tümen  klasterinin  konfiqurasiyası  klasterin  əsas  məhsullarının 

bir çox əsas istehlakçıları – neftqazservis şirkətləri – Cənub vilayətinə gəldiyindən

baxmayaraq  ki,  onların  burada  nümayəndəliyinin  ərazinin  klaster  inkişafının 

sürətləndirilməsi  üçün  bundan  sonra  da  genişləndirmək  lazımdır,  klaster  əmələ 

gəlməsinin  tədricən  “radikal”  tipinin  (hub-and-spore)  xüsusiyyətlərini  əldə  edir. 

Belə  genişləndirmə  neftservis  şirkətləri  əksər  hallarda  neftqazemal  rayonlarına 

yaxın olan əraziləri öz yerləşmə yeri olaraq seçdiyinə görə obyektiv ilkin şərtləri 

vardır.  Bununla  belə  Tümen  vilayətində  artıq  müəyyən  dərəcədə  təmin  edilən  öz 

bölmələrinin nəqliyyat hərəkətliliyi və onların işçilərinin rahat yaşamasının təmin 

edilməsi zərurəti də nəzərdə tutulur. 

Klaster  əmələ  gəlməsinin  parametrlərinin  qiymətləndirilməsini  M.Porterlə 

işlənib  hazırlanmış  “Daymond”  modelinin  (şək.  1.3.)  əsasında  aparmaq  olar. 

Şirkətlə  hesablanmışdır  ki,  bu  modelə  fin  ekspertlərlə  əlavə  daxil  edilmiş 

“Beynəlxalq  iş  fəallığı”  amilinin  daxil  edilməsi  belə  təhlili  daha  dəqiq  aparmağa 

imkan verəcək və buna görə o modelin ilkin versiyasına əlavə edilmişdir. 

“Daymond”  modelinə  daxil  edilmiş  (cədvəl  1.2.,  1.3.)  klasterin  vəziyyətinin 

amillərinin  ilkin  təhlili  göstərdi  ki,  Tümen  maşınqayırma  klasterinin 

fəallaşdırılması,  yəni  onun  bütün  struktur  elementlərinin  geniş  daxili  qarşılıqlı 

əlaqənin  təşkil  edilmiş  təşəbbüskar  inkişafı  və  klasterdə  mövcud  olan  biznes-

subyektlərin  təsərrüfat  əlaqələrin  dərinləşdirilməsi,  Cənub  vilayətində  fəaliyyət 

göstərən  bütün  təsir  institutlarının  onun  klaster  inkişafının  amillərinin 

formalaşdırılması və fəallığında əməkdaşlığa strateji məqsədləndirməsi tələb edilir.  

Rusiyanın dövlət quruluşunun xüsusiyyətlərini nəzərə alaraq ehtimal edilir ki, 

klasterin başa çatdırılması və fəallaşdırılmasının təşəbbüskarları Tümen vilayətinin 



Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə