Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
1   ...   10   11   12   13   14   15   16   17   18

42 

 

Neft  və  qaz  Nazirliyinin  Tədbirlər  Planı  infrastruktur  sahəsində  müxtəlif 



obyektlərin  buraxılışını  nəzərdə  tutur.  O  cümlədən  şelfin  sahil  infrastrukturunun 

ona  yaxın  prioritet  layihələri  reallaşdırılır.  Faktiki  olaraq  dövlət  strukturları  və 

korporativ  sektorunun  imkan  və  səylərin  birləşdirilməsi  vasitəsilə  onlar 

Qazaxıstanın yeni – neft maşınqayıma və servis - sənaye klasterini yaratmalıdır. 

Cədvəl 1.4. 

XDQS sahil infrastrukturunun yeni obyektləri 

Obyektlər 

Qiyməti (mlrd. tenqe) 

Reallaşdırma müddətləri 

Məsul təşkilat 

Bautino rayonunda 

qazma məhlulunun 

istehsalı üzrə zavod 

2.25 


2011 

MI SWACO 

“Sartas” dəniz 

əməliyyatlarının 

dəstəyinin sahil bazası 

5.40 


2012 

Manqistau vilayətinin 

akimatı 

Damba q. rayonunda 

“Neft dağılmalarına 

reaksiyasına Şimal-

Xəzər ekoloji baza” 

9.00 


2012 

“Teniz Servis” 

Bautino rayonunda 

istehsalat 

meydançasının tikintisi 

5.76 


2010 

“Teniz Servis” 

Bautino rayonunda kiçik 

gəmilərin təmiri üzrə 

zavod 

2.64 


2010 

“Kazmortransflot” 

Akşukur q. rayonunda 

metal 


konstruksiyalarının 

istehsalı üzrə KCOİ 

Sənaye Kompleksi 

11.55 


2013 

“Qazaxıstan Kaspian 

Offşor İndastriz” MMY 

(Rosetti) 

Aktau ş. ərazisində qaz 

dolduran terminal 

2.20 

2011 


“FREŞ” MMY 

Mənbə: 5 

Bu  biznes-layihələr  –  yanacaq  sahəsinin hesabına  milli  kursun  iqtisadiyyatın 

sənayeləşməsinə  səmərəliliyinin  hesablanması  göstəriciləridir.  Gətirilən  istehsalat 

texnologiyaları isə dövlət və korporativ sektorun münasibətlərində innovasiyaların 

nəticələridir.  Dövlət  proqramları  yeraltı  sərvətlərin  istifadəçiləri  ilə  müqavilələrə 



emal  və  müşayiət  istehsalatların  yaradılması  üzrə  öhdəliklərin  daxil  edilməsi, 

neftqaz  sahəsinin  milli  şirkətləri  isə  qazaxıstan  tərkibinin  payını  artıran  yeni 

müəssisələrin  əmələ  gəlməsinə  təşəbbüs  etmələri  məsələlərini  qoyur.  Fikirlər 

qazaxıstan  iqtisadiyyatının  təxmini  70%-ni  nəzarət  edən  “Samruk-Kazına”  milli 

rifah  halı  Fondu  –  dövlət  aktivlərinin  “idarə  edilməsi  mərkəzi”nin  vasitəsilə 


43 

 

reallaşdırılır.    O  sənaye-innovasiya  inkişafının,  o  cümlədən  neftqaz  sahəsində 

layihələrinin  fəal  investor,  iri  qazaxıstan  korporasiyalarının  fəaliyyətinin 

koordinatorudur.  Məhz  onun  prioritet  layihə  və  proqramlarda  maddi  və  təşkilati 

ehtiyatlarının  manevr  və  təmərküzləşməsi  imkanları  ilə  Qazaxıstanın  emal 

sektorunun  artırılması  üzrə  planları  bağlıdır.  Xəzər  şelfinin  mənimsənilməsi 

respublika  və  onun  tərəfdaşları  üçün  nəinki  böyük  təbii,  hətta  investisiya, 

istehsalat,  texnoloji  ehtiyatları  açır.  Bəzi  ölkələr  öz  neft  sərvətlərini  məhsulların 

idxalına mübadilə üçün istifadə edir, Qazaxıstanda isə onlar modernləşməyə gedir. 

Ola  bilsin  ki,  strateji  perspektivdə  ölkədə  gedən  neftin  hasilatı  rayonları  ilə 

yaxınlıqda  maşınqayırma  qüvvələrin  yaradılması  təmayülü  yeniyə  təkamül 

edəcəkdir: enerji ehtiyatlarının istehsalı regionlarının sənaye və innovasiyanın yeni 

dünya mərkəzlərinə çevrilməsi [5]. 

2014-cü  ildə  Aktauda  keçirilmiş  neftqaz  sənayesinin  milli  klasterinin 

aktivinin birinci konqresində Qazaxıstanın Mangistau vilayətinin başçısı neftservis 

xidmətləri və maşınqayırmanın inkişafında lider olmaq üçün ilkin şərtlərin (coğrafi 

yerləşmə,  iri  nəqliyyat-logistik  layihələrin  reallaşdırılması  –  avtomobil  və 

dəmiryolu  yolları,  Aktau  beynəlxalq  aeroportunun  inkişafı,  dəniz  limanların 

(Aktau  limanı)  və  donmayan  dənizin  mövcudluğu,  elmi-tədqiqat  institutlar, 

injinirinq  mərkəzlər  və  maşınqayırma  kompleksinin  potensialı)  mövcudluğunu 

qeyd  etmişdir.  Nəzərdə  tutulur  ki,  məhz  Mangistau  vilayətinin  ərazisindən  həm 

dənizdə, hən də quruda bütün yataqlara xidmət göstərmək səmərəli olacaqdır [10]. 

Bir  çox  aparıcı  ölkələrdə  artımın  əsas  mənbələri  sənaye  müəssisələri  yox, 

innovasiya  və  bilik  mərkəzləri,  universitetlər,  texnoloji  mühəndislik  təşkilatları 

olan  tamamilə  yeni  innovasiya  nəslin  klasterlərin  formalaşması  başlandığından 

klaster  yanaşması  “Qazaxıstan-2050”  Strategiyasının  reallaşdırılması  aləti 

olmalıdır [7]. 

Sahəvi, o cümlədən neftqaz layihələrinin qazaxıstan tərkibilə doldurulmasında 

açar bəndlərdən biri informasiya dəstəyidir. 

Neftqaz  şirkətlərinin  ehtiyaclarının  təmin  edilməsinə  milli  istehsalçılarının 

maksimal  cəlb  edilməsinə  köməklik  etmək  neftqaz  sektoru  ilə  həyata  keçirilən 



44 

 

məhsul,  iş  və  xidmətlərin  satınalınması  haqqında  məlumatların  yığılması  və  bu 



satınalmalar  haqqında  milli  məhsul  istehsalçıları  və  yerli  podratçıları  xəbərdar 

edilməsi  üzrə  informasiya  mərkəzi  çağrılmışdır.  QR  Hökümətinin  2005-ci  ilin 

klaster haqqında Qətnaməsilə belə mərkəz “Neft və qaz sənayesinin əsas dispetçer 

idarəetməsi” SC-nin (“NQS ƏDİ” SC) bazasında yaradılmışdır. 

Hal-hazırda  respublikanın  neftqaz  sektoru  ilə  məhsul,  iş  və  xidmətlərin  cari 

satınalınması  haqqında  məlumat  bazası  var  və  formalaşdırılmağa  davam  etdirilir. 

Bundan  başqa  neftqaz  kompleksinin  maşınqayırma  məhsulunda  illik  və  orta 

müddətli  (üç-dörd  il  qabaq)  ehtiyacları  haqqında  məlumatların  yığılması  üzrə  iş 

başlanılmışdır. 

Vəziyyəti  nəzarət  etməyə  respublikanın  neftqaz  müəssisələrilə  avadanlıq, 

material,  iş  və  xidmətlərin  satınalınması  haqqında  2005-ci  ilin  yanvar  ayından 

Energetika  və  mineral  ehtiyatlar  Nazirliyi  ilə  daxil  edilmiş  aylıq  departament 

statistik hesabat kömək edir. Neftqaz şirkətlərinin hesabatları əsasında 2002-2006-

cı illər üzrə neftqaz layihələrdə qazaxıstan tərkibi haqqında hərtərəfli məlumatlar 

yığılmışdır. Energetika və mineral ehtiyatlar Nazirliyinin işçi orqanı kimi neftqaz 

şirkətlərinin  müvafiq  hesabatlarının  yığılması  və  təhlilini  “NQS  ƏDİ”  SC  həyata 

keçirir. 

Satınalmaların  əsas  həcminin  payı  düşən  iri  neftqaz  şirkətlərin  operatorları 

(Agip  KCO,  Karachaganak  Petroleum  Operating  B.V.  və  “Tenqizşevroyl”) 

məhsulu  beynəlxalq  sertifikatlarla  buraxan  milli  istehsalçıları  müsabiqələrdə 

iştiraka  fəal  cəlb  etməyə  başlamışdır.  Bu  şirkətlər  milli  istehsalçılarla  iş  üzrə 

bölmələri  öz  proqramlarına  daxil  edir,  yerli  məhsul  istehsalçılarının  dəstəyi  üzrə 

müvafiq  strukturlar  yaratmışdır.  Eyni  zamanda  belə  şirkətlərdə  qazaxıstan 

tərkibinin göstəricisi müxtəlif səbəblərə görə hələ ki yüksək olmayaraq qalır. 

Qazaxıstan  tərkibi  üzrə  məlumatları  təqdim  edən  respublikanın  53  neftqaz 

şirkətlərinin hesabatlarına əsasən bu göstərici avadanlığın əldə edilməsində 2006-cı 

ildə 21% təşkil etmişdir. 

Hesabatların təhlili göstərir ki, fəaliyyətin əsas növləri üzrə, qazma, yataqların 

təşkili,  həmçinin  neft  yatağı  avadanlığının  təmirində  servis  xidmətləri  əsasən 




Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə