Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
1   ...   10   11   12   13   14   15   16   17   18

45 

 

qazaxıstan  şirkətləri  ilə  göstərilir,  onların  payı  ümumi  həcmdən  təxminən  75% 



təşkil  edir.  Eyni  zamanda  2006-cı  ildə  neftqaz  şirkətlərilə  iş  və  xidmətlərin  əldə 

edilməsinə  xərclənən  1,02  trln.  tenqedən  təxminən  0,7  trln.  tenqesi  yerli 

müəssisələrlə  mənimsənilmiş,  yəni  xidmət  və  işlər  üzrə  qazaxıstan  tərkibinin 

göstəricisi 69% təşkil etmişdir. 

Lakin  orta  göstəricilər  bütün  ümumi  şəkli  təsvir  etmir.  Əslində  vəziyyət 

müxtəlifdir: 

bir  şirkətlərdə  neftqaz  sektorunun  neftqaz  avadanlığının 

satınalınmasında qazaxıstan tərkininin göstəricisi 20%-ə çatır, digərlərində isə - 4-

6%-i  keçmir.  Respublikanın  ayrı  neftqaz  şirkətləri  hələ  də  öz  layihələrinin 

qazaxıstan  tərkibi  ilə  doldurulmasında  zəif  işləyir,  milli  istehsalçılarla  işə  lazımi 

diqqət  yetirmir,  “Neft  haqqında”  QR  Qanunda  41-ci  Maddə

1

 ilə  nəzərdə  tutulan 



öhdəliklərin icrasına formal yanaşır. 

Avadanlığın, o cümlədən respublikada da istehsal edilən xeyli miqdarı idxal 

üzrə gətirilir. Bütövlükdə 2002-2006-cı illər üzrə mövcud olan məlumatlara əsasən 

neftqaz  sektoru  üçün  əsas  neftqaz  avadanlığının  75%-inə  qədər  və  neft  çeşidli 

boruların 97% respublikanın kənarından gətirilir. 

Qeyd  etmək  lazımdır  ki, 2006-cı  il  üzrə  neftqaz  şirkətləri  ilə  təqdim  edilmiş 

hesabat  neftqaz  layihələrində  qazaxıstan  tərkibi  ilə  işlərin  həqiqi  vəziyyətini  tam 

əks  etdirmir.  Bəzi  şirkətlər  qazaxıstan  tərkibi  üzrə  hesabatlarına  hamısının 

qazaxıstan  mənşəli  məhsulun  olmadığına  baxmayaraq  qazaxıstan  vasitəçiləri  ilə 

təchiz edilən məhsulu daxil etməyə davam edir. 

Gələcəkdə yeraltı sərvətlərin istifadəsinə yeni müqavilələrin bağlanılmasında 

həmçinin müşayiət edilən emal istehsalatların yaradılması və inkişafına gəlirlərin 

hissəsinin yatırılması üzrə, milli istehsalçılardan avadanlıq və ehtiyat hissələrinin 

təchizatına  sifarişlərin  yerləşdirilməsi  üzrə  investorların  öhdəlikləri  konkret 

müəyyən ediləcəkdir. 

                                                           

1

 

Maddə 41. Podratçının öhdəlikləri 



Müqavilənin həyata keçirilməsi prosesində podratçı məcburdur:  

b)  Qazaxıstan  Respublikasında  istehsal  edilən  avadanlıq,  material  və  hazır  məhsulu  onların 

dövlət və (və ya) beynəlxalq standartlara uyğunluğu şərtilə mütləq istifadə etmək. 

 

 




46 

 

Xarici  müəssisələrə  məhsul  və  xidmətlərin  satınalınması  üzrə  müsabiqələrdə 



(tenderlərdə)  fəal  iştirak  etmək,  Qazaxıstanda  nümayəndəlik  və  birgə  müəssisələr 

açmaq, komplektləşdirici məhsulların təchizatını təşkil etmək, hazır məhsula qədər 

onların  yerdə  başa  çatdırılması  və  yerli  istehsalçıların  köməyilə  servis  xidməti 

təklif edilir. 

Burada daha böyük fəallığı son illər rus firmaları nümayiş etdirir. 

Belə  ki,  yaxınlarda  “RusQazİnjinirinq”  rus  şirkəti  (Podolsk  ş.)  Aktobe 

şəhərində  öz  filialını  açmışdır.  “Sarenerqomaş”  (Saratov  ş.)  və  “Şatl”  (Kazan  ş.) 

rusiya  müəssisələri  qazaxıstan  müəssisələri  ilə  birlikdə  neft  üçün  qızdırıcıların 

istehsalı üzrə, istehsalat proseslərinin avtomatlaşdırılması və s. üzrə istehsalatların 

yaradılmasını təklif edir. 

Rusiya  “Neftservisxoldinq”  Qazaxıstan  bazarında  “OntustikMunayQaz” 

qazma şirkətini almış və “Cənubi-Şərq servis qrupu” MMY qız müəssisəsini təsis 

etmişdir.  Bu  müəssisə  ilə  əldə  edilmiş  lisenziya  paketi  quyuların  cari  və  kapital 

təmiri,  quyuların  sənaye-qeofiziki  tədqiqi,  yerütü  və  dalma  neftsənaye 

avadanlığının servisini həyata keçirtməyə imkan verir. Bu məqsədlə “Cənubi-Şərq 

servis qrupu” servis mərkəzini təşkil edəcək və istehsalat xidmətinin bazasını əldə 

edəcəkdir. 

Hələ  ki  ancaq  “KazMunayQaz”  NŞ  öz  bölmələrinin  müəssisələrində  istifadə 

etmək  üçün  respublikanın  maşınqayırma  müəssisələrində  neftqaz  avadanlığının 

mənimsənilməsi  üzrə  müvafiq  xidməti  yaradaraq  və  perspektiv  planı  işləyib 

hazırlayaraq bu istiqamətdə pis işləmir. 

Nəzərə almaq lazımdır ki, yeraltı sərvətlərin istifadəçiləri avadanlığın növbəti 

zəmanət və postzəmanət xidməti, komplektləşdirici məhsullarla vaxtında və ritmik 

təminatı əldə etməyə çalışır. Xüsusən xarici iştirakla iri şirkətlər yeraltı sərvətlərin 

istifadəçiləri  üçün  obyektlərin  “açar  təhvili”ndə  verilməsilə  servis  xidmətlərinin 

tam spektrini təklif edən tərəfdaşlarla işləməyə öyrəşmişdir. 

Energetika  və  mineral  ehtiyatlar  Nazirliyi  Qazaxıstanda  yaxın  5-6  ildə 

obyektləri  “açar  təhvili”  verərək  neftqaz  xidmətlərinin  geniş  spektrini  göstərən 

xarici 

Halliburton 



və 

Schlumbergen 

kimi 

şirkətlərin 



yaradılmasına 


47 

 

yönləndirilmişdir.  Hal-hazırda  “KazMunayQaz”  NŞ  tərəfindən  dəstəyilə 



“Qazaxıstan  injinirinq”  NŞ  SC,  Qazaxıstan  neftqaz  maşınqayırma  korporasiyası 

“KazPetroMaş”, “Kazına” davamlı inkişaf Fondu SC kimi şirkətlər amerika şirkəti 

Halliburtonla birgə layihə, injinirinq və digər zəruri strukturları birləşdirən, neftqaz 

sektoru üçün “açar təhvili” xidmətlərinin bütün spektrini göstərən iri konsorsiumun 

yaradılması  məsələsi  üzərində  işləyir.  Bununla  belə  “Kazına”  davamlı  inkişaf 

Fondu  konsorsiumun  nizamnamə  fonduna  10  mlyn.  $  daxil  etmək,  həmçinin  90 

mlyn. $-dək həcmdə kreditlər təqdim etmək niyyətindədir. 

Hal-hazırda profilli nazirliklər respublikanın neftqaz sektoru ilə məhsul, iş və 

xidmətlərin  satınalınması  prosedurun  təkmilləşdirilməsi  ilə  məşğuldur.  Belə  ki, 

Sənaye və ticarət Nazirliyi ilə yaradılan vahid dövlət reyestri milli istehsalçıları və 

servis  şirkətlərinin  məhsul,  iş  və  xidmətlərin  satınalınması  üzrə  neftqaz 

şirkətlərinin  müsabiqələrində  iştirakını  fəallaşdırmağa  çağrılmışdır.  Neftqaz 

şirkətləri üçün xarici və qazaxıstan istehsalçıları ilə məhsulların təchizatı şərtlərinin 

bərabərləşdirilməsinə yönələn qanunvericilik aktlarına dəyişikliklər edilir. 

QR  Hökümətinin  7  iyul  2002-ci  ilin  N  612  qətnaməsilə  təsdiq  edilmiş  neft 

əməliyyatlarının  aparılmasında  məhsul,  iş  və  xidmətlərin  əldə  edilməsi 

Qaydalarının əvəzinə əvvələr olduğu kimi təkcə neft əməliyyatlarının iştirakçıları 

üçün deyil bütün yeraltı sərvətlərin istifadəçiləri üçün mütləq olacağı məhsul, iş və 

xidmətlərin  əldə  edilməsi  Qaydaları  Energetika  və  mineral  ehtiyatlar  Nazirliyi 

Sənaye  və  ticarət  Nazirliyi  ilə  birgə  işlənib  hazırlanmış  və  QR  Hökümətinə 

təsdiqlənməyə  ötürülmüşdür.  Bu  sənədin  əsas  tələbləri  –  yeraltı  sərvətlərin 

istifadəçiləri  ilə  respublikanın  ərazisində  məhsul,  iş  və  xidmətlərin  satınalınması 

üzrə  müsabiqələrinin  keçirilməsi,  satınalınması  prosedurunun  şəffaflığı,  yeraltı 

sərvətlərin  istifadəçiləri  ilə  məhsul,  iş  və  xidmətlərin  satınalınması  üzrə  illik  plan 

və  hesabatlarının  müvəkkil  (STN)  və  səlahiyyətli  (EnergoNaz)  orqanlara  təqdim 

edilməsidir. 

“NQS  ƏDİ”  SC  da  texniki  tənzimlənmə  sahəsində,  o  cümlədən  milli 

standartların qarmonlaşdırılması üzrə, respublikanın neftqaz şirkətlərinin tələbi ilə 

texniki  reqlamentlər  və  normativ-texniki  sənədləşmənin  (Qazaxıstanın  ÜTT-yə 



Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə