Neft maşinqayirma klasteri: beynəlxalq təCRÜBƏNİn təDQİQİ



Yüklə 499,89 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix23.01.2018
ölçüsü499,89 Kb.
#22105
1   ...   10   11   12   13   14   15   16   17   18

39 

 

31.  Beynəlxalq  standartlar  üzrə  (ASME,  API)  ən  azı  5  mütəxəssisin 



hazırlanması (təlimi və akkreditasiyası) məsələsinə baxmaq [11]. 

2011-ci ilin iyulun sonunda Qazaxıstanın neft maşınqayırması özü üçün yeni 

seqmentin  yaradılmasına  başlamışdır.  Kurık  dənizkənarı  qəsəbədə  “Yersay 

Kaspian Kontraktors” MMY-nın tərsanəsində ilk dəfə respublikanın maşınqayırma 

güclərinin  istifadə  edilməsilə  qazma  dəniz  qurğusunun  tikintisinin  başlanılması 

mərasimi baş tutmuşdur. Qurğu dənizin dərinliyi 2,5-5,5 m olan dayazlıqda işləyə 

bilər  və  6000  m-dək  quyuları  qaza  bilər.  Onun  yaradılması  respublikada  bu  tip 

qurğuların  hələ  olmadığını  nəzərə  alaraq  qazaxıstan  şelfinin  kəşfiyyatını  güclü 

yüngülləşdirəcəkdir. 

Xəzər  dənizinin  Qazaxıstan  sektorunun  (XDQS)  mənimsənilməsi  böyük 

karbohidrogen  ehtiyatlarının  (neft  ekvivalentinin  8  mlrd.  tonundan  çox) 

olduğundan dünya neft icmasında  çox cəlbedici, lakin regionun ekoloji həssaslılığı, 

dayazlıqda  işin  çətinliklər  və  yüksək  texnoloji  sahəvi  avadanlığın  istehsalının 

beynəlxalq  mərkəzlərindən  uzaq  olduğu  səbəbindən  texniki  çətin  biznes  hesab 

edilir. Lakin indi aydın olur ki, ən azı bu problemlərin hissəsi keçmişə gedir, çünki 

Qazaxıstan  müasir  neft  maşınqayırma  və  servisi  offşor  investorların  fəaliyyət 

yerinin yaxınlığında inkişaf etdirir. İlk qazaxıstan qazmanın tikintisinin investoru 

proqnoz  ehtiyatları  120  mlyn.  tonla  perspektivli  Jambıl  dəniz  sahəsinin 

mənimsənilməsi  layihəsində  KMQ-nın  tərəfdaşı  koreya  şirkətlərinin  konsorsiumu 

çıxış edir. 

2008-ci ilin may ayında imzalanmış Prinsiplər haqqında razılaşma (PHR) üzrə 

KMQ  koreya  konsorsiumuna  nəinki  blokun  kəşfiyyatına  müqaviləsində  öz 

iştirakının 27%-ni, hətta qazma qurğusunun tikintisini maliyyələşdirmək öhdəliyini 

ötürmürdür.  Özünü  qaldıran  qazma  qurğusu  (ÖQQ)  Jambılda  işləyəndən  sonra 

Qazaxıstan  öz  mülahizəsinə  görə  onu  digər  layihələrdə  istifadə  edə  biləcəkdir. 

Koreyadan tərəfdaşların iştirakı ilə layihə Astananın neftqaz sahəsində indiki dəniz 

investisiya  siyasətinin  bir  sıra  vacib  təmayüllərini  özündə  təmərküzləşdirir  –  o 

xarici  şirkətləri  nəinki  karbohidrogen  ehtiyatlarının  mənimsənilməsi,  hətta  milli 




40 

 

sənayenin  texnoloji  yüksəlişinə  də  cəlb  edilməsinə  əsaslandırılmışdır.  Bu  isə 



Qazaxıstanın dəniz layihələrinin bütün iştirakçılarına sərfəlidir. 

Tikintisini koreya konsorsiumu ödədiyi ÖQQ Qazaxıstan offşor layihələrində 

öz  xarici  tərəfdaşlarının  köməyilə  xəzər  şelfinin  kəşfiyyatı  üçün  yaradan  bütöv 

dəniz  qazma  “armadasına”  başlanğıc  verəcəkdir.  2011-ci  ilin  martında  KMQ  və 

norveç şirkəti Statoil Abay bloku üzrə PHR imzalamış və sənədin şərtlərindən biri 

– layihə üçün qazaxıstan şelfində növbəti istifadəsi ilə investorun ÖQQ-ni tikmək 

öhdəliyidir. 

Xarici investorların sifariş etdikləri qazma qurğuları müasir texnologiyaları 

tətbiq  edən  qazaxıstan  maşınqayırmaçılarının  iştirakı  ilə  tikiləcəkdir.  Yerli 

sənayeyə  onları  qazaxıstan  təchizatçılarının  xarici  tərəfdaşları  gətirmişdir. 

Məsələn,  Jambıl  üçün  ÖQQ  qurğusunun  podratçısı  –  “Yersay  Kaspian 

Kontraktors”  (YKK)  –  “EPC  Holdinqs”  və  Saipem  International  B.V.  bərabər 

payları  ilə  təsis  edilən  qazaxıstan-italiya  BM,  Şimali-Xəzər  konsorsiumunun 

iştirakçısı Eni italiya konserninin qızıdır. 

Müəssisə uzun müddət Şimali-Xəzər konsorsiumun operatoru ilə (əvvəl Agip 

КСО, indi isə North Caspian Operating Co.) müqavilələr üzrə işləmiş, onun üçün 

fakel,  boru  estakadaları  tikmiş,  modulların  sahilyanı  komplektasiyasında  iştirak 

etmişdir. Sadədən daha mürəkkəblərə inkişaf edən bu layihələr müəssisəyə birinci 

növbədə  öz  texnoloji  potensialının  əsasını  yaratmaq,  sonra  isə  fəaliyyətin  yeni 

mərhələsinə  indiki  çıxışına  köməklik göstərmişdir. YKK-nın nümunəsi dəniz  neft 

maşınqayırmanın istehsalata çevrilməsi mənasında unikal olsa da, lakin qazaxıstan 

servis  müəssisələri  arasında  kifayət  qədər  vüsət  almışdır.  Onların  inkişafına  həm 

xarici həmkarlar, həm  də  şelfdə  fəaliyyət  göstərən  yeraltı  sərvətlərin  istifadəçiləri 

ilə tərəfdaşlıq kömək edir. 

Bu  təmayülün  farvaterini  Şimal-Xəzər  konsorsiumu  (ŞXK)  açır.  1997-ci  ilin 

oktyabrında  imzalanmış  Qazaxıstan  hökümətilə  Məhsulun  bölüşdürülməsi 

haqqında  müqavilə  üzrə  Beynəlxalq  Şimal-Xəzər  konsorsiumu  5,6  min  kv.  km. 

sahəsi  ilə  lisenziyalı  ərazini  mənimsəyir.  Keçən  əsrin  əvvəlində  yeraltı  sərvətin 

istifadəçisi  bir  neçə  karbohidrogen  yataqları,  o  cümlədən  Xəzər  regionunda  iri 



41 

 

neftqazkondensat  Kaşaqanı  açmışdır.  Onun  maye  karbohidrogenlərin  qeoloji 



ehtiyatları 4,85 mlrd. ton və 800 mlrd. kub qazla qiymətləndirilir. 

Kaşaqanın  işlənib  hazırlanmasına  hazırlıq  unikal  texnologiya,  yüksək  sinifli 

avadanlıq,  bütün  iştirakçılardan  böyük  peşəkarlıq  tələb  edir.  İşlənib 

hazırlanmasının  daha  ciddi  problemləri  770  atm.  yüksək  plastdaxili  təzyiq  və 

kaşaqan  neftinin  temperaturu  (Selsi  üzrə  110-120  dərəcə),  həmçinin  kükürdün 

yüksək  tərkibi  ilə  əhəmiyyətli  qaz  amilidir.  Məhsuldar  kollektor  4200  m. 

dərinliyində  yerləşir  və  bu  hal  həmçinin  ehtiyatların  mənimsənilməsini 

çətinləşdirir. Yatağı hasilata hazırlayaraq xarici və personalın 80%-indən çox təşkil 

edən 

qazaxıstan  neftçiləri  Xəzər  regionunda  iri  neftqaz  yatağının 



mənimsənilməsinin unikal təcrübəni əldə etmişdir. 

Onun əsas yatağı Kaşaqanın sənaye işlənməsinə fəal hazırlıq başlayanda beş il 

ərzində investor (ŞXK) 400-dən çox qazaxıstan şirkətləri üçün təqribi 160 seminar 

keçirmişdir.  Bu  görüşlər  yerli  təchizatçılara  beynəlxalq  servis  müqavilələr, 

biznesin  təşkili  qaydalar  və  məhsul  standartları  dünyasına  portal  açmışdır.  Və  bir 

çox qazaxıstan şirkətləri nəinki dünya səviyyəsində öz işləmək qabiliyyətini sübut 

etmiş,  hətta  xarici  həmkarlar  üçün  arzu  olunan  tərəfdaş  olmuşdur.  Beləliklə,  52 

qazaxıstan  şirkəti  ŞXK-nın  köməyilə  ISO,  ASME,  API  beynəlxalq  standartları 

almış, 51 firma isə birgə müəssisələr yaratmışdır. Onlardan bir çoxu Qazaxıstanda 

konsorsiumu  sifarişlərini  formalaşdıran  xidmət,  avadanlıq  və  material  bazarının 

iştirakçıları olmuşdur. 

Neftin hasilatına indiki onillik müddətində birinci növbədə Kaşaqanda, sonra 

isə Xəzərin qazaxıstan sektorunun digər yataqlarında da başlanılması respublikanın 

karbohidrogen  sahəsinin  keyfiyyətinin  dəyişdirilməsi  deməkdir.  Ölkə  XDQS-ın 

tam  həcmli  mənimsənilməsinə keçir  və  istehsalatın  sərhədləri dəniz dərinliklərinə 

vüsət  alır.  On  beşdən  çox  olan  offşor  layihələrini  ticarət,  infrastruktur  və  digər 

problemlər  əhatə  etməməsi  üçün  onlara  etibarlı  sahil bazası lazımdır. O  yaradılır: 

yeraltı  sərvətlərin  istifadəçilərini  xidmət  və  avadanlıqla  dəstəkləyən  müəssisələrə 

yeniləri  qoşulur.  Respublikanın  2010-2014-cü  illərə  sürətləndirilmiş  sənaye-

innovasiya  inkişafı  üzrə  Dövlət  proqramı  və  onunla  əlaqədar  2011-2015-ci  illərə 




Yüklə 499,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə