Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə7/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   2   3   4   5   6   7   8   9   10   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Dağ süxurlrın kövrəkliyi – xarici yükün təsirindən plastik deformasiya hiss olunmadan dağılma xassəsidir. Kövrəklik əmsalı Kk ilə müəyyən edilir:

(1.12)

Burada, – süxurun elastiki deformasiyasının işidir;



– deformasiya və dağıdılmaya sərf olunan ümumi işdir.

Elastik-kövrək süxurlar üçün Kk=1, elastiki-plastik süxurlar üçün Kk<1, tam plastik süxurlar üçün Kk=0.



Abrazivlik – dağ süxurunun onunla kontaktda olan bərk cismin (almaz, bərk xəlitə) səthini sürtünmə və ya hərəkət zamanı yeyilmə qabiliyyətidir. Süxurdağıdan alətlərin işçi hissələrinin süxur tərəfindən yeyilməsi qazımanın sürətini azaldır.

Dağ süxurlarının abrazivliyi süxurun strukturu, məsaməliyi, çatlı olması, bərkliyi, sementləmə dırıcısi və s. artırır.

Dağ süxurlarının mexaniki xüsusiyyətləri puansonun (ştamp) süxura basılmsı metodu ilə təyin edilir. Bu metod qazıma zamanı dağ süxurlarının müqavimət və deformasiyasını başqa metodlardan fərqli olaraq düzgün tımsil edir. Məlumdur ki, dağ süxurunun dağılması qazıma baltası dişlərinin süxura sıxılması ilə baş verir.

Sıxılma metodundan geniş istifadə olunmasına baxmayaraq bütün yataqlardakı süxurların mexaniki xüsusiyyətləri haqqında ətraflı məlumat yoxdur. Buna baxmayaraq süxurların əmələ gəldiyi mineralların bərkliyi aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 2.2.


Mineral

Mikromöhkəmlik, Hµ, kq/mm2

Kvadrat piramida

Rombşəkilli piramida

Talk

2,5

-

Xörək duzu

20

-

Gips

36

32

Kalsit

110

135

Anhidrid

200

170

Dolomit

325

-

Flüorit

189

163

Apatit

536

360-493

Şöl şpatı

795

490-560

Kremen

925-1000

745

Kvars

1120

710-902

Topaz

1430

1250

Korund

2060

1700-2200

Almaz

10000

8000-8500

Kvadratşəkilli piramidadan istifadə edərkən yük 2-dən 200 q qədər dəyilir, belə halda bərklik yükün ştampın yaratdığı səth sahəsinə olan nisbəti kimi hesablanır.

Rombşəkilli piramida ilə mikrobərkliyi tıyin edərkən yük 25-dən 3500 q qədər dəyişir, bərklik isə yükün səth sahəsinin proyeksiyasına nisbəti kimi hesablanır.

Dağ süxurlarının bərkliyi yoxlanılan zaman əmələ gələn səth sahəsi çox kiçik olduğundan və bir zərrənin hüdudundan kənara çıxmadığından aqreqat halının yox oraya daxil olan bir mineralın mikrobərkliyi təyin olunur. Bu səbəbdən dağ süxurunun bərkliyi Pş puansonla təyin edilən zaman o mikrobərkliyə Hµ eyni olur. Kvadratşəkilli piramidadan istifadə edərkən mikrobərklik buraxıla bilən axma həddi P0-dan Pş bərkliyə qədər dəyişir.

Puansonu dağ süxurlarına sıxmaqla süxurların mexaniki xüsusiyyətlərinin təyin olunması aşağıdakı kimi aparılır.Bu metod prof. L.A.Şreyner tərəfindən hazırlanaraq dağ süxurlarının möhkəmlik və deformasiya xarakteristikalarını təyin edir.

Metallardan fərqli olaraq dağ süxurlarında bütün qalıq deformasiyası plastiki olur, yəni nümunə dağılana qədər süxurdakı qalıq deformasiyaları plastik deformasiya kimi qəbul edilir.

Deformasiyalarına görə süxurlar üç sinfə bölünür: I – kövrək, II – plastik-kövrək, III – dağılmayan.

Puansonun sıxılması ilə çöküntü süxurların mexaniki xüsusiyyətləri çoxlu miqdarda olan materialların təhlili nəticısində aşağıdakı cədvəldəki kimi müəyyən edilmişdir. Bərklik Pş və plastiklik əmsalı K-ya əsaslanaraq dağ süxurlarının bölgüsü (klassifiklasiyası) müəyyənləşdirilmişdir.Bu növ bölgü dağ süxurlarının mexaniki xassələrinə təsir edən məsaməliyi aşağıdakı kimi dəyişir:

Sıx məsaməlikli – 5%, zəif məsaməlikli – 10%, çox məsaməlikli >10%.

Gərginliklərinə görə dağ süxurları 5 qrupa bölünür: I – yumşaq, II – orta, III – bərk, IV – orta bərklikli, V – çox bərk.

Çöküntü süxurlarda gilli süxurlar geniş yayılmışdır. Bunun əsasını hissəciklərinin ölçüsü 0,01 mm olan gil mineralı və ona qatışmış – kvars, çöl şpatı və s. hissəcikləridir. Yüksək təzyiq və temperatur təsirində baş verən sementləşmə, dehidrotasiya, yenidən kristallaşma nəticəsində gillər argillit və gil slanslarına çevrilmişdir. Möhkəmliyinə görə gil süxurları birinci üç qrupa daxildir. Dərinlik artdıqda eyni növlü süxurun möhkəmliyi artır. Bu süxurların şərti buraxıla bilən axma həddi 15 kq/mm2, bərkliyi isə 150-200 kq/mm2 olur. Sementləmə dərəcəsindən asılı olaraq qum daşı və alevrolitin möhkəmliyi 300-500 kq/mm2 olduğu halda sıx əhəng daşının möhkəmliyi 200 kq/mm2-dan çox olmur.

Plastikliyinə görə dağ süxurları altı qrupa bölünür. Birinci qrupa kövrək dağ süxurları, ikincidən beşinciyə qədər – kövrək-plastik (az plastik, orta plastik və plastik), altıncı qrupa isə kövrək dağılma verməyən süxurlar aiddir. Kövrək-plastik süxurların plastiklik əmsalı 6-dan çoxdur. Bütün tökmə süxurlar müəyyən dərəcədə plastikdir, daha doğrusu qalıq deformasiyası verir.

Azərbaycan Respublikasının neft yataqlarının mexaniki xüsusiyyətləri bütün kəsilişlər üzrə təyin olunmadığından ətraflı məlumat vermək mümkün olmur. Respublikamızın neft yataqlarının kəsilişi əsasən gilli-alevrolitli süxurlardan olmasına baxmayaraq məhsuldar horizontların bərkliyi çox olduğu halda deformasiya xüsusiyyəti artır. 1500-2500 m dərinlikdəki süxurlar böyük məsaməli olduqlarından dağılma vermir və onların buraxıla bilən axma həddi 25-29 kq/mm2çox olmur. 2500-3000 m dərinliklərdə süxurun bərkliyi 40-100 kq/mm2-dançox olmur.

Qum adası yatağında kəsilişdəki dağ süxurlarının mexaniki xüsusiyyətləri aşağıdakı cədvəldə göstərilir.

Cədvəl 2.3.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə