Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə8/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Stratiqrafik bölgü

Yatma dərinliyi, m

Dağ süxuru

Pş, kq/mm2

P0, kq/mm2

K

Sabunçu layı

1727-1936

Alevritli gil

-

18021



Balaxanı lay dəstəsi

225-3227

Alevritli qumdaşı

gilli alevrit



30-44
45-54

-
30

1,0
1,4

Fasilə




Alevritli gil

45-60

-

1,0

Kırmali üstü lay dəs.

3505-3696

Alevritli gil

Gilli alevritli qumdaşı



72-75

60-69


55-60

48-52


1,4-1,7

1,2-1,4


Kırmaki lay dəstəsi




Gilli alevrit

60-68

45-52

1,3-1,5

Kırmali altı lay dəs.

3226-3909

Gilli alevrit

135

95

1,7

Qala lay dəstəsi




alevrit

112-134

82-97

1,4-1,9



Dinamiki sıxılmada dağ süxurlarının mexaniki xassələri
Şaroşkalı baltalarla süxuru dağıdan zaman balta dişləri silkələnərək süxura zırbı vurur ki, bu dinamiki sxılma kimi əsaslandırılır. Qazıma üsulundan asılı olaraq qazılna süxura olan deformasiya sürəti müxtəlif olur. Aparılmış tədqiqat nəticəsində silindrik puansonun (ştamp) müxtəlif sürətlərdə yaratdığı deformasiya göstərdi ki, statiki aparılmış təcrübəyə nisbətən mexaniki xüsusiyyəti dəyişir.

Cədvəl ....-də kövrək kvarsit, plastiki-kövrək mərmər, plastiki daş duzu və əhəngdaşında müxtəlif sürətdəki deformasiylarının nəticələri statiki vı dinamiki tədqiqatla müəyyən edilmişdir.

Cədvəl 2.4.

Dağ süxurlarının statiki və dinamiki sınağının müqayisəli nəticəsi




Süxur

Deformasiya sürəti, m/s

Ştampa görə möhkəmlik Pş, kq/mm2

Axıcılıq həddi, P0

Şərti plastiklik əmsalı K

Dağılmanın həcmi işi AV, kq·m/sm3

Mərmər

10-6 (statiki)

10.0


21,0

34,0


40,0

46,0


53,0

79

87

91



101

184


200

250


52

67

80



95

-

-



-

3.5

2,9


1.3

1.2


1.0

1.0


1.0

0,95

2,3


3,3

7,4


11,3

11,6


12,1

Əhəng daşı

5·10-6 (statiki)

25,0


34,0

-

34

89



24

28

47



2,5


1,3

-

2,5


7,5

Daş duz

10-6 (statiki)

22,0


28,0

37,5


-

20

30



51,5

7,5

11,1


16,6

45,4


-

2,6


2,5

1,4


-

1,2


1,7

1,9


Kvarsit

10-6 (statiki)

18,6


26,0

38,0


544

638


694

825


-

-

-



-

1,0

1,0


1,0

1,0


3,7

4,2


6,9

8,8

Süxurun bərklik və dağılmada enerji tutumluğu deformasiya sürətinin artması ilə artır və süxurda qalıq deformasiya qabiliyyəti azalır. Deformasiya sürəti 25-30 m/s arasında artdıqda bırklik və axıcılıq həddi çox az artır.

Daş duz və əhəng daşı kimi kövrək süxurlar dinamiki sıxıldıqda plastik-kövrək olurlar. Bu cür süxurların deformasiyası üçün çox vaxt tələb olunur.

Göründüyü kimi, müxtəlif dağ süxurlarının mexaniki xüsusiyyətlərinin dəyişməsi deformasiya sürətinni artması ilə əlaqədardır.
Dağ süxurlarının abraziv xüsusiyyətləri
Dağ süxurlarını dağıdan alətin (baltanın) yeyilməsinə abraziv yeyilmə, süxurun bərk cismi yeməsi xüsusiyyələtrinə onun abrazivliyi deyilir. Abraziv yeyilmə kəsmə və cızma prosesində baş verir. Süxur dağıdanın işçi elementinin bırkliyi süxuru əmələgətirən mineralın bərkliyindən az olduqda bu növ yeyilmə baş verir. Süxuru dağıdan alət (balta) sərt xəlitə ilə qaynaqlanmış yüksək keyfiyyətli poladdan və almazdan ahzırlanır. Süxurlarda olan kvars və möhkəmliyi ona yaxın olan minerallar balta dişlərinin yeyilməsinə səıbəb olur. Sərt xəlitələri və almazlı heç bir dağ süxuru abraziv yeyə bilmir. Buna görə abraziv yeyilmə şərti qəbul edilir.

Baltanın abraziv yeyilməsinə təsir edən səbəblərdən əsası alətin dağ süxurları ilə olan konraktındanm qızmasıdır. Abrazivliyi müəyyən etmək üçün şəkil ......-də diametri 32 mm, qalınlığı 2,5 mm, tərkibi 2OXH3A ərintidın hazırlanmış У8 poladından hazırlanmış fırlanan disk, hərəkət edən müstəvi şəkilli süxurdakı abraziv yeyilmə müəyyən edilmişdir. Bu şaroşkalı baltaların dişlərini yeyilməsinə uyğundur.

Təcrübə 5, 10, 15 kq yük, fırlanma sürəti 25-dən 134 m/s polad diski bərkliyi – 10, 20, 30 kq aparılır. Təcrübədə yeyilmiş metalın və süxurun həcminin yükdən və diskin dövrlər sayında ümumi yeyilməni və mütalla süxurun ayrıca yeyilmələri ilə bərabər sürtünmə əmsalı da təyin edilmişdir. Yeyilmə məhsulu su ilə çıxarılır və lay nümunəsi hərəkət edir.

Abrazivliyi xarakterizə edən amil kimi vahid yolda olan sürtünmə w, nisbi yeyilmə w0, yəni yeyilmiş metal həmçinin ΔVm, yeyilmiş süxur həcminə nisbəti götürülmüşdür. Eyni möhkəmliyi olan diskin (Hµ=1500 kq/mm2) yeyilməsinə uyğun süxurların yeyilmə həcmi aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 2.5


Dağ süxuru

Mikrobərklik Pµ, kq/mm2

Polad

ΔVm·106, sm/3m

ΔVs·106, sm/3m

Gips

30

0,35

47,3

Barit

100

0,12

22,2

Mərmər

110

0,25

26,0

Əhəng daşı

150

0,27

12,4

Dolomit

365

0,20

4,6

Ortoklaz

720

0,41

2,8

Kvars

1080

0,53

2,2

Topaz

1500

0,90

-

Korund

2300

1,7

-

Yuxarıdakı cədvəldə 1 m yolda У8 poladın müxtəlif minerallarda yeyilməsi göstərilmişdir. Dağılmış minerallardan əmələ gəlmiş bərl süxurun dağıdılmasında yeyilmə bircinsli süxurun dağıdılmasındakı yeyilmədən çox olur.

Bərk ərintilərdən hazırlanmış poladın yeyilməsinin əsas səbəbi onların süxurda işləyən zamanı oxalanaraq tökülməsi olur.

Abraziv gil süxurlarında olan kvars hissəciklərinin ölçüsü ≥0,1 mm olduqda kəsici alətlərdə yeyilmə intensiv olur. Bu səbəbdən qazıma məhlulunun içərisinə qatılan ağırlaşdırıcıların ölçüsü >0,74 mkm az olur.

Təcrübə ilə müəyyən edilmişldir ki, uyucu mayenin növünü dəyişdirməklə süxur dağıdan alətin vahid yolda (1 m) yeyilməsi dəyişir. Belə ki, suda poladın yeyilmə 0,48 sm3/m olduğu halda 2% KMC qatılaşdırılmış suda 0,11 və neftdə isə 0,01 sm3/m olmuşdur. Sürtünmə əmsalı isə uyğun olaraq 0,73, 0,5 və 0,10 olmuşdur.
Dağ süxurlarının mexaniki xüsusiyyətlərinə görə oxboyu yükün və baltanın dövrlər sayının seçilməsi
Stend tədqiqatları və mədən şəraitindəki aparılan qazıma nəticəsində qazımanın mexaniki sürəti və balta gedişinin oxboyu yüklə dövrlər sayından asılılığın xarakteri müəyyən edilmişdir.

Oxboyu yükün qiymətindən asılı olaraq baltanın süxura yaratdığı kontakt təzyiqi qazıma vaxtı qazılan süxurun möhkəmliyinə bərabər və yaxud ondan çox olur. üç əsas sahə görünür: I – kontakt təzyiqi (20-30 dəfə) möhkəmlik həddindən xeyli azdır; II – kontakt təzyiqi artmasına baxmayaraq möhkəmlik həddinə çatmır; III – kontakt təzyiqimöhkəmlik həddinə bərabər olur. I sahə süxur səthi sürtünmə ilə dağılmasına, II sahə süxurun yorğunluqdan dağılması və III süxurun effektli həcmi dağılma sahəsidir. A nöqtəsindəki dağılma hesab olunaraq sərf olunan xərclər minimum olur.

Quyu dibində qazılan süxurun bərkliyi qazıma məhlulunun yaratdığı hidrostatik təzyiqin, dağ təzyiqinin, qazıma məhlulu fiziki-kimyəvi xüsusiyyətlərinin və s. təsirindən arta bilir.

Təcrübə ilə müəyyən edilmişdir ki, qazıma baltasının dövrlər sayının artması mexaniki sürətin qiymətinin artmasına səbəb olur. Qazıma baltasının dövrlər sayı kritik sürətə çatdıqda baltanın dişi ilə süxur arasındakı kontakt vaxtı çox az olduğundan balta dişləri quyu dibində qazılan süxurda deformasiya yarada bilmədiyindən mexaniki sürət azalır.

Turbin qazımasında şaroşkalı balta ilə qazıma aparan zaman balta dişinin qazılan süxurla kontakt vaxtı 0,001-0,003 san arasında dəyişir. Qazıma zamanı mexaniki srətin azaldığı halda dişləri arasında böyük məsafə olan şaroşkalı baltalardan istifadə olunmalıdır.
Dağ süxurlarının mexaniki xassələrindən asılı olaraq süxurların dağıdılma prosesində enerji tutumu
Dağ süxurlarının istifadə olunan üsullarının effektiv göstəricilərindən biri süxurların dağılmasındakı enerji tutumluğu, daha doğrusu vahid həcmdə dağıdılan süxura sərf olunan enerji sərfidir. Müəyyən edildiyi kimi, şaroşkalı baltalarla qazıma zamanıl deformasiyanın əsas növü basılmadan (sıxılmadan) yaranır.

Sıxılma prosesindən dağılmanın enerji tutumu başqa dağılma proseslərindən çox artıq olur. Belə ki, 1 sm3 dağ süxurunun təmiz kəsilişinin enerji tutumu 1 kq·m-nin onda birinə bərabər olursa, sıxma prosesində dağılmada isə enerjinin xüsusi sərfi 1 kq·m/sm3 olur. Gilli süxurların dağılmasına sərf olunan işin ümumi həcmi A=0,2-0,8 kq·m/sm3 olduğu halda alevritli qum daşının A=0,5-5,9 və kvarsda 3,7kq·m/sm3 olur. Dağ süxurlarının dağıdılmasında sürətlə dinamiki yükləmədə vahid həcmin dağıdılmasına sərf olunan enerji sərfi statiki yükləmədəki enerji tutumundan çox da fərqlənmir.

Süxurların quyu dibində kəsilməsinə enerjinin xüsusi sərfi bir neçə kq·m/sm3 olduğu halda, fırlanma qazımasındakı dağılmaya enerji tutumu onlarca kq·m/sm3 olur.

Qazımanın rejim parametrləri – oxboyu yük və baltanın fırlanma sürəti qazıma zamanı süxurların dağıdılmasında enerji tutumunun qiymətinə çox təsir edir.

Quyu dibində yaradılan kontakt təzyiqi süxurun möhkəmlik həddindən az olduqda süxurun dağıdılması səthi dağılma və yaxud yorğunluq halında aparılır. Belə halda süxurun dağıdılmasının enerji tutumu kontakt təzyiqinin süxurun möhkəmlik həddindən çox olduğu effektli dağılmadakından on dəfələrlə artır.

N.A.Adamovun tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, dağ süxurlarının turbin qazımasındakı enerji tutumu kontakt təzyiqindən asılı olaraq (kq·m/sm3) aşağıdakı kimi olmuşdur:

Səthi sürtünmə rejimində.......>240

Dağılma yorğunluq rejimdə.....40-240

Normal dağılma rejimdə.....<40

Dağ süxurunun vahid həcminin dağılmasına sərf olunan xüsusi enerji AV baltanın fırlanma sürəti və burucu momentlə düz mütənasibdir.



(2.15)

Burada, F – quyu dibinin sahəsidir.

Balta dişinin süxura girmə dərinliyinin artması oxboyu yükün artması ilə əlaqədar olduğundan və süxur plastik mühit olduğundan burucu moment artır.

Baltanın dövrlər sayı çox böyük olduqda baltanın işçi elementinin süxurla kontakt vaxtı azaldığından qazıma rejimi həcmi dağılmadan səthi dağılmaya keçir ki, nəticədə süxurun dağıdılmasına sərf olunan xüsusi enerji sərfi artır.

Süxurların dağılma prosesində enerji tutumunu azaltmaq üçün qazılan süxurun plastiki xüsusiyyəti nəzərə alınaraq qyunun qazılması həcmi dağılma rejimində aparılmalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə