Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qazılmış süxurların quyudan qaldırılması



Yüklə 0,54 Mb.
səhifə9/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Qazılmış süxurların quyudan qaldırılması
Qazıma zamanı quyu dibində qazılmış süxur hissəcikləri toplanır. Onlar vaxtında çıxarmadıqda qazıma sürəti azalır. Nəticədə quyu dibinin qazılması üçün baltaya verilən enerjinin bir hissəsi quyu dibində dağıdılmış süxur hissəciklərinin yenidən xırdalanmasına sərf olunur. Quyu dibində baltanın dağıtdığı süxur hissəcikləri sürətlə qaldırıldıqda baltaya verilən enerji boş yerə sərf olunur və qazımanın mexaniki sürəti artır və onun gedişi çoxalır.

Qazılan süxurların qazıma məhlulu seli ilə qaldırılaraq həlqəvi fəzada toplanması qazıma zamanı çox təhlükə yaradır. Belə halda qazıma kəməri ilə quyu divarı arasındakı zazor azalaraq əmələ gələn kipkəc nəticəsində qazıma borusunun tutulma təhlükəsini yaradır.

Qazıma baltaları ilə quyu dibindən qazılmış süxurların kiçik hissələrə parçalanması və yaxud qazılan süxurda duz olduqda, onun qazıma məhlulunda həll olması səbəbindən qazıma məhlulunun parametrləi pisləşir. Bu səbəbdən qazıma məhlulunun funksiyası pisləşir, yuma sistemində hidravliki təzyiq itkiləri artır. Qazıma məhlulunun göstərilən funksiyasının pozulması qazımanın mexaniki sürətinin azalmasına və qazıma kəmərinin tutulmasına səbəb olur. Belə hadisələrin qarşısını almaq üçün həlqəvi fəzadan çıxan qazıma məhlulu yer üzərində xüsusi təmizləyici avadanlıqlardan keçirilərək bərk hissəciklərdən təmizlənir və məhlulda həll olaraq toplanmış və duz hissəciklərini kimyəvi işləmə aparmaqla məhlulun tərkibindən çıxarılır.

Quyu dibində qazıma baltaları ilə dağıdılmış süxur hissəcikləri qazıma məhlulu ilə yuxarı qalxan zaman onlar öz ağırlıq qüvvəsinin təsirindən aşağı çökməyə başlayır. Qazıma məhlulunun quyunun həlqəvi fəzasındakı qalxma sürəti yuxarı qaldırılan süxur hissəciyinin çökmə sürətindən çox olduğundan onlar quyuda məhlul dövranı zamanı yuxarı qalxır.

Qazıma məhlulunun özlülüyünün və sıxlığının artması ilə həlqəvi fəzada məhluldakı qazılmış süxur hssəciklərinin çökmə sürətinin azaldılmasına səbəb olmasına baxmayaraq, onların artması quyudakı hidravliki təzyiq itkisinin artmasını qazıma nasoslarının hidravliki gücü təmin edə bilmədiyindən quyuya vurulan qazıma məhlulunun sərfini azaltmaq tələb olunur. Bu isə həlqəvi fəzada qazıma məhlulunun sürətini (v) azalması ilə nəicələnir.

Süxur hissəciklərinin qaldırılması şərti onların formasında asılı olur. Müstəvi formasında olan süxur hissəcikləri şar şəkilli hissəciklərə nisbətən az sürətlə çökür. Məhlulda asılı vəziyyətdə saxlanılan süxur hissəciklərinin diametri aşağıdakı düsturla tapılır:



(7, 29)

Burada, – batmaz hissəciyin diametri, sm;



- hissəciyin təcrübəvi əyri ilə müəyyən edilən forma əmsalı;

– gilli məhlulun statik sürüşmə gərginliyi, q/sm3;

– hissəciyin xüsusi çəkisi, q/sm3;

–gilli məhlulun xüsusi çəkisi, q/sm3.

təyin edildikdən sonra gilli məhlulun həlqəvi fəzada axın rejimi müəyyən etmək olar:

(7, 30)

Burada, d – məhlulda olan süxur hissəciyinin diametridir.

Müəyyən edilmişdir ki, a kəmiyyəti, gilli məhlulunaxın rejimini xarakterizə edən amil ola bilər. Məsələn, a>7 olduqda, hərəkət rejiim turbilent, 3

Həlqəvi fəzada gilli məhlulun hərəkəti üçün Reynolds meyarı belə ifadə ilə tapılır:



(7, 31)

Burada, – mayenin qalxma sürəti, sn/san;



– quyunun diametri, sm;

– qazıma borularınnı xarici diametri, sm;

– məhlulun özlülüyüdür.

Hərəkətin sürəti kiçik olduqda, yəni a<3 olduqda, süxur hissəciyinin mayedə çökmə sürəti Stoks düsturu ilə tapılır:



, sm/san (7,31)

Burada, – cazibə təcilidir, sm/san2.

Axın rejimi keçid və ya turbulent olduqda hissəciyin mayedə çökmə sürətini təyin etmək üçün Rittinger düsturundan istifadə edilir:

, sm/san (7, 32)

Burada, – təcrübəvi əyrilərlə tapılan hissəciyin formasını xarakterizə edən əmsaldır..

Süxur hissəciyinin mayedə çökmə sürətini (kritik sürəti) təyin etdikdən sonra, hissəciyin orta mütləq qalxma sürəti (c) tapılır. Aydındır ki, bu sürət mayenin qalxma sürəti v ilə, hissəciyin çökmə sürəti fərginə bərabər olacaq:

(7, 33)

Rotor qazımasında (7, 33) ifadəsinə fırlanma nəticəsində hissəciyin hərəkəti məsafəsinin artmasını nəzərə alan əmsal əlavə edilir:



(7, 34)

Mayenin quyuda qalxma sürəti



, dm/san (7, 35)

Buraada, Q – buruq nasoslarının sərfi, l/san;



– həlqəvi fəzanın sahsidir ki, bu da F=0,785(Dq2-D2), dm2.

Quyunun diametri Dq=(1,1-1,2)Db, yəni yumşaq süxurlarda 1,2Db, bərk süxurlarda isə 1,1Db bərabər qəbul edilir.

Süxur hissəciyinin quyudibindən qalxma müddəti:

, dəq (7, 36)

Burada, H –quyunun dərinliyidir, sm.

Yuyuntu mayesi su olduqda, süxur hisəciklərinin quyudan qaldırılması aşağıdakı kimi hesablanır.

Quyuda qalxan su axınının kritik sürəti:



sm/san (7, 37)

Burada, C – hissəciklərin formasından və onların axında yönəlməsindən asılı olan müqavimət əmsalıdır.

Reynolds meyarı 1000

Müasir qazımada quyu su ilə yuyulduqda, adətən, Re>10000 olur, odur ki, C əmsalı da 0,5-ə bərabər qəbul edilir.

Kürəşəkilli hissəciyin forma əmsalı k=0,67-dir. Odur ki, kürəşəkilli süxur hissəciyi üçün (qum, qumdaşı və s.) qalxan su axınının kritik sürəti daha sadə düsturla tapıla bilər:

, sm/san (7, 38)

Təcrübədə hesablama üçün (7, 38) düsturundan istifadə etmək daha məsləhəlidir.

Süxur hissəciklərinin çıxarılmasına qazıma üsulu hiss ediləcək dərəcədə təsir edir. Turbin qazıma üsulunda qazıma kəməri əsasən fırlanmadığı halda, rotor qazıma üsulunda isə bütün qazıma kəmər fırlanır. Rotor qazıması üsulunda qazıma kəmərinin fırlaması həlqəvi fəzada qazıma məhlulunun fırlanmasına verildiyindən süxur hisəcikləri spiral üzrə qalxdığından süxurun çıxarılması yaxşılaşır. Quyu divarına yaxın sahələrdə bu hadisə daha səmərəli olur. Bu səbəbdən rotor qazıma üsulunda lülənin süxur hissəciklərindən təmizlənməsi turbin qazıma üsuluna nisbətən daha əlverişli olur. Rotor qazımasında quyu divarına yaxınlıqda süxur hissəciklərinin dairəvi fırlanma sürəti

(7, 39)

olur.


Burada, n – qazıma kəmərinin dövrlər sayı;

D – quyunun diametridir.

Rotor qazımasında həlqəvi fəzada süxur hissəciklərinin qalxma sürəti süxurun hesablanan qalxma sürəti C ilə dairəvi sürəti -nin həndəsi cəmi kimi aşağıdakı düsturla təyin edilir:

(7, 40)

Qazıma kəmərinin dövrlər sayının artırılması ilə qazılan süxur hissəciklərinin quyu dibindən çıxarılması vaxtı azalır ki, nəticədə quyu dibinin təmizlənməsi yaxşılaşdırılır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə