Neft-qaz yataqlarının işlənmə


KRW Şəkil 16. Su-neft nisbi faza küçiricilikləri əyrilərinə nümunə KROG



Yüklə 2,42 Mb.
səhifə2/9
tarix29.11.2023
ölçüsü2,42 Mb.
#142920
1   2   3   4   5   6   7   8   9
Komp Model Az 2022 2[1]

KRW
Şəkil 16. Su-neft nisbi faza küçiricilikləri əyrilərinə nümunə

KROG

KRG


Şəkil 17. Qaz-neft nisbi faza küçiricilikləri əyrilərinə nümunə
İşlənmə tarixinin bərpası (History Matching). Modelin adaptasiyası.

Layın modelinin qurulması zamanı ilkin informasiyanın qeyri-müəyyənliyinin yüksək olması faktiki məlumatlara görə modelin adaptasiyasını modelləşdirmənin zəruri mərhələsi edir. Bu mərhələdə tərs məsələnin həlli yolu ilə modelə daxil olan layın əsas süzülmə-tutum parametrlərinin identifikasiyası həyata keçirilir. Bu proses işlənmə tarixinin bərpası adlanır. Adətən ən böyük qeyri-müəyyənliyə malik olan və həllə daha güclü təsir edən parametrlərə düzəliş edilir (xüsusilə mütləq və faza keçiricilikləri, konturarxası oblastın həcmi, məsamələrin sıxılma əmsalı, quyuların məhsuldarlıq və qəbuletmə əmsalları).

2
İşlənmə tarixinin bərpası zamanı adətən təzyiqlərin, quyular üzrə hər bir komponentin hasilatı və vurulma həcminin faktiki qiymətləri məlumdur. Hidrodinamik model quyuların verilmiş hasilat və vurma məlumatları əsasında təzyiqin və doymanın paylanmasını bərpa edənə qədər tərs məsələ iterasiya yolu ilə həll edilir. Lay parametrlərinin identifikasiyası proseduru avtomatik və ya əl ilə həyata keçirilə bilər. Bu üsulların hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır. Çox zəhmət tələb etməsinə baxmayaraq, ən çox istifadə edilən və daha üstün tutulan üsul tarixin əl ilə bərpa edilməsidir. Tarixin əl ilə bərpası zamanı layda gedən proseslər daha yaxşı başa düşülür; bu zaman o parametrlər müəyyən edilə bilir ki, həmin parametrlərin dəyişməsinə model daha həssasdır. Bu halda daha mürəkkəb modellərə baxıla bilər və mühəndisin bilik və təcrübəsindən tam olaraq istifadə olunur. Avtomatlaşdırılmış prosesdə layın seçilmiş parametrlərinin işlənmənin müşahidə edilən və hesablanmış göstəricilərin arasındakı fərqı minimum edən qiymələrin tapılması məqsədilə model üzrə çoxmərhələli hesab- lamalar aparılır. Buna görə tarixin avtomatik bərpası zamanı adətən sadələşdirilmiş modellərdən istifadə edirlər və düzəliş edilən parametrlər yığımını məhdudlaşdırırlar. Modelin avtomatlaşdırılmış identifikasiyası alqoritmləri adətən aşağıdakı funksionalın minimumunun tapılmasına əsaslanır:


n
S wi ( Xi
X 0i )

Burada wi
– çəki əmsallarıdır,
i1
X i


X 0i
– göstəricilərin hesablanmış və faktiki

qiymətləridir. Bu, zamanın verilmiş anında ayrı-ayrı quyular və ya onların qrupu üzrə lay təzyiqinin, sulaşmanın, qaz amilinin və s. qiymətləri ola bilər. Çəki əmsalları adətən vahidə bərabərdir, amma tarixin bərpasının məqsədlərindən asılı olaraq yekunlaşdırıcı həllə ayrı-ayrı amillərin müxtəlif təsirini təmin etmək üçün dəyişə bilərlər.
Məlum olduğu kimi, qeyri-xətti diferensial tənliklər sistemi üçün tərs məsələ yeganə həllə malik olmaya bilər, buna görə layın parametrlərinin qiymətlərinin identifikasiyası nəticəsində tapılmış qiymətləri doğru kimi qəbul etmək olmaz. Bu səbəbdən də modelin identifikasiya məsələsinin həlli zamanı bütün mövcud informasiyadan daha tam həcmdə istifadə etmək lazımdır.
İşlənmə tarixinin bərpası üzrə bəzi tövsiyələr.
Tarixin tez və daha yaxşı bərpası üçün dəqiq qaydalar mövcud deyil, ancaq modelin identifikasiya məsələsinin həlli zamanı layın aşağıda verilən parametrlərindən hansının müşahidə edilən göstəricilərə təsir etdiyini bilmək vacibdir:

  • lay təzyiqinin orta qiyməti;

  • layda təzyiqlərin paylanması;

  • doymanın paylanması;

  • quyudibi təzyiqlər.
İşlənmə tarixinin bərpası proseduru.

İşlənmə tarixinin bərpası prosedurunu bütovlükdə aşağıdakı qaydada təqdim etmək olar:

    1. Tarixin bərpa edilməsi məqsədlərinin təyini. Tarixin bərpası zamanı layın qurulmuş modeli yoxlanılır və identifikasiya edilir; onun quruluşunun xüsusiyyətləri və quyudibi zonanın həcmi dəqiqləşdirilə bilər; modelin həssas olduğu dəqiq olmayan ilkin verilənlər və parametrlər müəyyən edilə bilər; həm ayrı-ayrı quyularda, həm də bəzi sahələrdə işlənmə şəraitinin normaldan sapmaları müəyyən edilə bilər.

    2. Tarixin bərpa edilməsi üsulu işin məqsədlərinə görə seçilir (əl ilə və ya avtomatik).

    3. Tarixin bərpa edilməsi zamanı məqsəd funksiyasının seçilməsi, yəni, işlənmənin bərpa edilən faktiki göstəriciləri və prosedurun müvəffəqiyyətlilik meyarı, hasilat və vurma haqqında ilkin məlumatların toplanmasının mümkünlüyü və onların keyfiyyətlərini və tədqiqatın məqsədlərini nəzərə alaraq həyata keçirilir. İlkin informasiyanın etibarlılığı yüksək olarsa, ayrı- ayrı quyular (daha sonra bütövlükdə obyekt) üzrə hesablanmış və faktiki göstəricilərin üst-üstə düşməsinə çalışmaq lazımdır. Üst-üstə düşmədikdə, onun səbəblərini aşkar etmək lazımdır. Bunun üçün ayrı-ayrı quyular üzrə skin-amilin dəqiqləşdirilməsi, sütunarxası axının, vurulan suyun başqa laylara gedişinin müəyyən edilməsi və s. məqsədilə əlavə geofiziki və hidrodinamik tədqiqatların aparılması üzrə məsələ qoyula bilər. Bəzi hallarda, xüsusilə ilkin informasiyanın keyfiyyəti aşağı olduqda, quyular üzrə üst-üstə düşməyə nail olmadan yalnız sahə və ya yataq üzrə inteqral göstəricilərin bərpasına cəhd edilir. Bəzən inteqral göstəricilərdən başqa yalnız yüksəkdebitli quyular üzrə göstəricilər bərpa edilir.

    4. Tarixin bərpası zamanı dəyişə bilən lay parametrlərinin təyini. Bir qayda olaraq, bu parametrlər qeyri-müəyyənliyin ən böyük dərəcəsi ilə səciyyələnir və layın davranışına əhəmiyyətli dərəcədə təsir edirlər. Onlara konturarxası sahənin həcmi və fəallıq dərəcəsi, lay sisteminin buxar həcmi və sıxılma qabiliyyəti, mütləq və faza keçiriciliklərinin paylanması aiddir. Düzəlişə məruz qala bilən parametrlər və layın xüsusiyyətləri onlar haqqında ilkin informasiyanın etibarlılıq dərəcəsi üzrə sıralanır. Bəzi hallarda tarixin bərpasının gedişatında layın quruluşu və xüsusiyyətləri haqqında irəli sürülən fərziyyələrin təsdiqi və inkarı üçün xüsusi sənaye eksperimentləri aparıla bilər.

Tarixin bərpası məsələsi çox mürəkkəbdir və çoxmənalıdır, buna görə bütöv zaman ərzində bütün quyular üzrə göstəriciləri bərpa etməyə bəzən müvəffəq olunmur. Əgər model- ləşdirmənin əsas məqsədi işlənmənin texnoloji göstəricilərinin sonrakı proqnozlaşdırılmasıdırsa, onda çalışmaq lazımdır kı, tarixin sonuncu dövrü daha yaxşı bərpa olunsun. Əgər model həmçinin yeni quyuların yerləşdirilməsi və onların sulaşma dinamikasının proqnozlaşdırılması üçün də istifadə olunacaqsa, onda quyulara suyun keçmə anının və əvvəlki mərhələdə onların iş göstəricilərinin keyfiyyətli bərpası lazımdır.
Nəticədə işlənmə obyektinin qurulmuş modelindən hasilatın proqnozlaşdırılması və planlaşdırılması, ehtiyatların qiymətləndirilməsi, layın kompleks optimallaşdırılması üçün istifadə olunur. Nəzərə almaq lazımdır ki, proqnozun etibarlılığı onun müddətinin artması ilə azalır. Buna görə obyekt haqqında informasiya toplusunun ölçüsünə görə layın modeli dəqiqləşdirilməli, təkmilləşdirilməli, lay haqqında yeni məlumatları və yataqda tətbiq edilən texnoloji həlləri əks etdirməli və bərpa edilməlidir. Yalnız belə model sonrakı işlənmə prosesini idarə etmək üçün istifadə oluna bilər. Bu halda yataqların daim fəaliyyətdə olan geoloji-texnoloji modellərindən danışmaq olar.
Adaptasiya prosesinin sona çatması horizontun bütün işlənmə göstəricilərinin bugünkü günə uyğun cari vəziyyətlərinin hesabat yolu ilə alınması deməkdir. Yəni orta lay təzyiqi, su-neft konturunun vəziyyəti, hasil olunan məhsulun həcmi və s. göstəricilər horizontun işlənmə prosesinin cari vəziyyətinə uyğundur. Adaptasiya prosesi qeyd olunan parametrlərin faktiki və hesabat qiymətlərinin müqayisəsi şəklində (şəkil 18, 19), həm də yatağın üçölçülü görünüşü vasitəsilə (şəkil 20) vizualizasiya oluna bilir.



Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə