NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə35/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

 
 
 
Qılır bağrımı hicran parə-parə,  
Ürək yanında büryan parə-parə. 
 
Pərişan zülfünün bir tarəsindən  
Dilü canlar firavan parə-parə. 
 
Könül heyran sənə, ey Yusifi-can,  
Züleyxa kimi dəstan parə-parə. 
 
Bu gecə ağladım qapında çox qan 
Budur bağrım bədaməm parə-parə. 
 
İşim gəzmək məhəllən çevrəsində  
Gözüm qanlu giriban parə-parə. 
 
Bərgdə dinü imanü dilü can 
Vey qılma, ya müsəlman, parə-parə. 
 
Könül olurmu peyvəndindən ayru,  
Əgər qılsan barigan parə-parə. 
 
Demişəm surəti-rəhman yüzünə,  
Əgər qaxirsə şeytan parə-parə. 
 
Ləbi-qati, qanın içmiş Nəsimi,  
Əl irsə qıl bədəndən parə-parə.   
 (səh.214) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Təriqi-həqqi biləndir, verən malını yəğmayə,  
Təraş olub nəməd geyən, dolaşmadı bu sevdayə. 
 
Səfasız sufiyi gör kim, həram der dinləməz sazı,  
Ki əhli-həq olan kişi, nə qəm, girsə kəlisayə. 
 
Təkəbbür olma, ey münkir, vücudin bəhrinə qərq ol,  
Həzaran məni edər ki, qərq ola bu dəryayə. 
 
Çıxıb mənbərdə, ey vaiz, yeyin gərm olma, əbsəm dur,  
Dəxi məşğul idi şeytan ki, səndən zöhdü təqvayə. 
 
Nəsimi, qəlbini pak et, cahan sevdaların tərk et,  


 
 
Ki ol mövla, mən ol əbdəm ki, kimsə girməz arayə.  
 
 (səh.215) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’İlün fA’ilü) 
Ey məsihadəm, nədən can vermədin cansizlərə,  
Ol ki, hər dəm can ilə söylərdi canan sizlərə. 
 
Ləblərin adını mən dilxəstədən qılma diriğ,  
Nola dərman eyləsən bu dərdi dərmansizlərə. 
 
Əhli-aləm ildə bir qurban edərlər eyd üçün,  
Mən sənin qurbanınam, can cümlə qurban sizlərə. 
 
Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,  
Çünki idrak eyləməz hər dəni heyvan sizlərə. 
 
Hüsn içində Yusifi-Kənana təzim etməzəm,  
Çün anın dövranı keçdi, qaldı dövran sizlərə. 
 
Barmaq ilən göstərirlər kim, yüzündür qibləgəh,  
Ol şəhadətdən göründü küfri-iman sizlərə. 
 
Çün Süleyman mülkini qoydüvü getdi dünyədən,  
Qaldı andan sonra ol mülki-Süleyman sizlərə. 
 
Lütfü ehsan vaxtıdır, şahım, mənə ehsan gərək,  
Çün əzəldən qismət olmuş, lütfü ehsan sizlərə. 
 
Xubların könlündə yoxdur aşiqə mehrü vəfa,  
Xeyri qoymazmı bu gün qılmağa şeytan sizlərə. 
 
Ey Nəsimi, xubların bir başı vardır, min dili,  
Sidq ilə bel bağlama, şol əhdü peymansizlərə.  
 
 (səh.216) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtün məf’Ulü fA’ilAtü fA’ilAtün) 
 
Ey binəzirü vahid, hüsnün cəmal içində,  
Yüzün qiyamət eylər, şol xəttü xal içində. 
 
Sübhi-əzəldən hər kim buldu səninlə vüslət,  
Qaldı səninlə şimdi eyşi-vüsal içində. 
 


 
 
Mən məndə həqqi buldum, həqqülyəqin həq oldum,  
Uyxuda qaldı münkir, nəqşü xəyal içində. 
 
Ey aləmin həyatı, eşqin nə bəhr imiş kim,  
Qərq eylədi cəhanı abi-zülal içində. 
 
Fərdiyyətin kəmalı oldu sənə müsəlləm,  
Kim, ğayətə irişdi hüsnün kəmal içində. 
 
Yüzün şəmailindən, qaşın dəlailindən,  
Qovğayi-fitnə düşdü, bədrü hilal içində. 
 
Ey istiyən liqayi fərda günündə həqdən,  
Dərd eylə, qoyma, qalma fikri-məhal içində. 
 
Ağzınla zülfi-mişkin meşkati-nuri həqdir,  
Kimsənə görmüş degil ani misal içində. 
 
Munca ki, şərh eylədi ala gözün Nəsimi,  
Eyləmədi fitnədən fitneyi-al içində.    
 (səh.217) 
 
*** 
 
 (məf’Uulü fA’ilAtü məfA’İlü fA’ilü) 
 
Yarın gərəkdi məhri dəxi dilpəzir ola,  
Ya hüsni-xülq içində cəhanda əmir ola. 
 
Hər kim ki, qılmaya nəzər ol hüsni-surətə,  
Yoxdur bəsirət anda gər əhli-bəsir ola. 
 
Xubluqda çün misli bulunmaz mislinə,  
Aləmdə ol yeganə məgər binəzir ola. 
 
Tovhid içində nükteyi-əsrar bulmuşam,  
Sahibnəzər gərək ki, bu halə xəbir ola. 
 
Biçarə eşqə neyləyə tədbir çarəsi,  
Məşuqə şahi-aləmü aşiq fəqir ola. 
 
Mənsur eşq yolunda Nəsimiyə Fəzli həqq,  
Anın müəyyən ayəti nəmünnəsir ola.   
 (səh.218) 
 
*** 
 


 
 
 (fA’ilAtün f’ilAtün fA’ilAtün fA’ilün) 
 
Şol ləbişirinə, ya rəb, gər şəkər dersəm nola!  
Şol günəştələtli ayə, gər qəmər dersəm nola! 
 
Adəmi növündə mislin görməmişdir nöh fələk,  
Şol cəhətdən kim, sənə xeyrülbəşər dersəm nola? 
 
Bilməyən eşqin tariqin şol xəbərsiz ğafilə,  
Çün Hidayət bulmamış, gər bixəbər dersəm nola! 
 
Şol gül üzrə dağılan ənbərsifətli sünbülə,  
Ənbərü reyhan ilə, ya müşki-tər dersəm nola! 
 
Sənsiz ey cani-cahan, bir pula dəyməz kainat,  
Hiçə dəyməz nəsnəyi, gər, ol qədər dersəm nola! 
 
Kim ki, həqqi pərdəsiz yüzündə, ey can, görmədi,  
Bibəsirətdir, gər anə bibəsər dersəm nola! 
 
Nuri-imandır cəmalın, kim ki, “səddəqna” deməz,  
Kafiri-müşrikdi, anə, div əgər dersəm nola! 
 
Zülfü rüxsarı dəhanın sureyi-Nuri-Duxan,  
Mən bu mənidən ona şamü səhər dersəm nola? 
 
Çünki mənidə Nəsimi Qaf imiş Ənqa ilən,  
Şol müəlla qədrə gər ari gühər dersəm nola!  
 
 (səh.219) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Həbiba, firqətin saldı məlalə, 
Kəbab oldu cigərim, həm çu lalə. 
 
Nəsib olmuş mənə həqdən nigarə
Dilimdə gecə-gündüz ahu-nalə. 
 
Qaşın mehrabinə qıldım sücudi, 
Vəli, münkir olan düşdü zəlalə. 
 
Boyun Tuba, ləbindir abi-kövsər, 
Yüzün təünə urar bədrü hilalə. 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə