NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   27   28   29   30   31   32   33   34   ...   65

 
 
Mübarək nüsxədir vəchin oxur “vənnaziat” andan. 
 
Üzün eydinə ta irdim, səyami-hicr məhv oldu
Yenə əyyami-vəsl oldu, tükəndi hicriyat-andan. 
 
Cəmalın xubluğu qəsri-fələkdən öylə ə’ladır, 
Əgər bir gün güzar etsə, mələk tökər qanat andan. 
 
Hər an sufi ki, bu hüsnə ibadət qılmadı candan, 
Özünü lə’nətə bandır, namazın oda at andan. 
 
Nəsimi, gəl sücud eylə bu vəchüllahə kim həqdir, 
Anın şanında gəlmişdir, bu munca vəscüdat andan.  
 
(səh.187) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Canımı yandırdı şövqün, ey nigarım qandasan? 
Gözlərim nuru, iki aləmdə varım, qandasan? 
 
Bağrımı qan eylədi, acı fərağın, gəl iriş, 
Ey ləbi vüslət, şərabi-xoşgüvarım, qandasan? 
 
Firqətin xari məni gör kim, nə məcruh eylədi, 
Ey gözü nərgis, həbibi-gül’üzarım, qandasan? 
 
Səbrimi yəğmalədi şövqün, qərarım qalmadı, 
Ey mənim aramım, ey səbrü qərarım, qandasan? 
 
Eylədi eşqin məni qalxan məlamət tirinə, 
Ey gözü, qaşı yeləkli şəhriyarım, qandasan? 
 
Ta yüzün şəm’indən iraq düşmüşəm pərvanətək, 
Yanaram leylü nahar, ey nurü narım, qandasan? 
 
Səndən ayrı könlümə yoxdur vəfalı yarü dust, 
Ey cəfasız hüsni-kamil yadigarım, qandasan? 
 
Dəldi hicranın oxu eşqində yanan bağrımı, 
Surətü mə’nidə, ey çapik süvarım, qandasan? 
 
Zülfünə vermiş əmanət həq əzəldə sirrini, 
Ey əmanətdar əmini-girdigarım, qandasan? 
 


 
 
Qatı müştaq olmuşam zülfü üzarın buyinə, 
Ey yüzü gülşən, saçı müşki-tatarım, qandasan? 
 
Badilən göndər saçın buyin mana hər sübhdəm
Sanki yandı, keçdi həddən intizarım, qandasan? 
 
Aşiqin cənnəti-ədini şol cəmalın vəslidir, 
Ey şərabi-kövsərim, getməz xumarım, qandasan? 
 
Yar üçün hər guşədə min div olur düşmən mana, 
Bu səvadi-ə’zəmü möhkəm həsarım, qandasan? 
 
Çün Nəsimidir bu gün əyyami-eşqin sərvəri, 
Ey şəkərləb, yari-şirinruzigarım, qandasan?   
(səh.188) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan? 
Canımda can sənsən, vəli, istər səni can, qandasan? 
 
Vəslin şərabından məni saldın xumarın tabına, 
Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan? 
 
Ey lütfi-hüsnün kişvəri, yandım irişdir vəslinə, 
Çün səndən özgə kimsədən yoxdur bu ehsan, qandasan? 
 
Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk, 
Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan? 
 
na boyun şövqündo uş həsrətdə yanar gözlərim, 
Qan ağlaşırlar sənsiz, ey sərvi-xuraman, qandasan? 
 
Cövri-cəfası firqətin tufan gətirdi başıma, 
Andan məni qurtarmağa, ey fəzli-rəhman, qandasan? 
 
Eynimin sənsən rövşəni, könlüm dilər görmək səni, 
Ey hürieyn Rizvanilə hüsnünə heyran, qandasan? 
 
Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü, 
Ayrıq nə hacətdir ana zincürü zindan, qandasan?    
(səh.189) 
 
*** 
 


 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Gəl, ey könlümdə can, canda bədənsən, 
Nə candansan, əcəb kim, canü tənsən. 
 
Səni dil necə şərh etsin, a can, kim, 
Nə bilsinlər səni kim, can, nədənsən? 
 
Üzün çün “qülhüvəllahü əhəd”dir, 
Həqiqət mö’cüzi, həqdən gələnsən. 
 
Vücudin zati-mütləqdir, məgər, kim, 
Nəyə kim baxar isəm anda sənsən. 
 
Nə yerdənsən, səni heç kimsə bilməz, 
Məgər cənnət təki hübbülvətənsən. 
 
Ələl-ərş istivadən dəm urursan, 
Bu mə’nidən ki, səndən oldu, sənsən. 
 
Nəsimi çünki buldu xoş məlahət, 
Şirindir hər sözün şirindəhənsən.  
 
(səh.190) 
 
*** 
 
 (məf’Ulü məfA’ilün fə’Ulün) 
 
Səndən məni kimdir ayıran, sən, 
Zahirdəvü batinimdə sənsən. 
 
Həq vahidi-la-şərik ləhudur 
Sənlik aradan götür ki, mənsən. 
 
Ey aşiqi sadiq, eylə bil ki, 
şuqə rəvanü sən bədənsən. 
 
Çün zahirü batin oldu vahid. 
Həm cövhəri-canü eyni tənsən. 
 
Bil gövhərinivü cövhəri ol, 
Gör nə həcəri gühərşikənsən. 
 
Yarın ətəyin qaçırdın əldən, 
Düşdün bu cəzayə gör nədən sən. 
 


 
 
Fərhad ilə Xosrov, ey Nəsimi, 
Şirin gələici şəkərdəhənsən.    
(səh.191) 
 
*** 
 
(məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Gəl, ey dilbər, iki aləmdə cansan
Gəl, ey ruhi-rəvanım, təndə cansan?! 
 
Fələk üstündə heyrandır, fələk mat, 
Nə dəryasan, nə gövhərsən, nə kansan? 
 
Həyati-Xızr axar daim ləbindən, 
Anınçün çeşmeyi-abi-rəvansan. 
 
Gözündən fitnə yayıldı cəhanə, 
Məgər kim, fitneyi-axırzamansan! 
 
Saçın buyi Xətavü Rumi dutdu, 
Bu buy ilə məgər ənbərfəşansan?! 
 
Cəhanın səhl imiş sudü ziyani, 
Ziyansız aşiqə sən biziyansan. 
 
Cəmalındır bu gün aləmdə, ey can, 
Əyan oldu cəhan, həqdən əyansan. 
 
Dəmadəm hüsnünə heyran olur can, 
Məgər kim, sənə həyati-cavidansan! 
 
Cəhan yandı bu gün eşqin oduna, 
Yaxarsan aşiqi, atəşzəbansan. 
 
Səba zülfün tozunu yelə verdi, 
Məgər kim, sünbüli-ənbər nihansan! 
 
Mənə sən nəqlini ərz etmə, vaiz, 
Anınçün kim, yalançı qissəxansan! 
 
Nəsimi çün səni bildi əzəldən, 
Həqiqət bildi kim sən laməkansan.    
(səh.192) 
 
*** 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə