NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

 
 
Ey dodaği, cani Şirin, gör nə Fərhad olmuşam. 
 
Ta cəmalın müshəfindən oxuram “Səb’ülməsan”,  
Səb’əxanəm, hafizəm, təfsirdə ustad olmuşam. 
 
Gəzmişəm Şamı, İraqı bir müsahib yar üçün,  
Aşiqi-Misrəm, vəli, müştaqi-Bəğdad olmuşam. 
 
Yüzünü gördü Nəsimi, çağırır avaz ilən,  
Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.  
(səh.181) 
 
*** 
 
 (fa’ilAtün məfAilün fə’ilün) 
 
Gəl bərü sofiya ki məst olalım,  
Məstü camü meyi-ələst olalım. 
 
Verəlim ixtiyarı ruh əlinə,  
Necə bir nəfsə ziri-dəst olalım. 
 
Aləmi-qüdsə edəlim pərvaz, 
Nə üçün munda payibəst olalım. 
 
Nəfsimiz bütlərini söndürəlim,  
Gəliniz biz xudapərəst olalım. 
 
Yar bizi çün şikəstə istər imiş,  
Gəliniz cümləmiz şikəst olalım. 
 
Ey Nəsimi, gözətmə cayi-bülənd,  
Məskənət gözləgil ki, pəst olalım.  
(səh.182) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Surətin nəqşini yazdı dedi rəbbül-aləmin,  
Hazihi-cənnati-ədni fədxulai “xalidin”. 
 
Gözünə “vənnəcmü” yazdı, qaşına “vənnaziat”,  
Alnına nəsrün minallah, görünür eynül-yəqin. 
 
Sidreyi-tuba boyundur, sərvü həqqin həqqinə,  
Üzünə “vəşşəms” gəldi, saçına “həblülmətin”. 


 
 
 
Şəninə əlhəmdülillah gəldi həqdən beyyinat,  
Ləblərin yadına münzil oldu min mai-məin. 
 
Kafi-nunun hər nə kim, gəldi vücudə zübdəsi,  
Sabit oldu kim, ləbindir mühbitü ruhiləmin. 
 
“Laşək” oldu, çün sən oldun qibləgahi-aşiqan, 
“Vəscüdü” əmrini həqdən bilməyənlər bəs ləin. 
 
Ey Nəsimi, çün eşitdi bu Ütarid nəzmini  
Caməsin çak etdi oldəm oda saldı dəftərin.    
(səh.183) 
 
*** 
 
(məf’Ulü fə’ilAtün məf’Ulü fa’ilAtAN  fA’ilAtün) 
 
Ey qəflətin meyindən məstü xərabü heyran,  
Gər həqqi tanımışsan, qanı dəlilü bürhan. 
 
Çün hər nə kim, əkərsən, axır biçərsən anı,  
Dünyada əkmə anı kim, adı oldu üsyan. 
 
Nəfsi xəsisə uymaq nadanların işidir, 
İşin nədir gör, axır, saqın, gəl olma nadan. 
 
Tərk eylə səyyiatı, saleh əməl qazan kim, 
Anın cəzası həqdən həm lütf imiş, həm ehsan. 
 
Əyyamını həyatın badi-həvayə vermə,  
Kim, itürən həyatı, üqbadədir pəşiman. 
 
Müflis ticarət eylər sərmayəsiz və leykin, 
Sə’yi əbəsdir anın, sövdası cümlə xüsran. 
 
Divin libasını qoy, Xızr ilə yoldaş ol kim, 
Zülmətdə zahir olmaz, heyvanə abi-heyvan. 
 
Naqis vücudə çünki, nöqsan gəlür həmişə
Cəhd eylə kamil ol kim, irməz kəmalə nöqsan. 
 
Dünyayi-dun ğəmindən saralma, sayru olma, 
Aləmdə kimsə çün ki bulmaz bu dərdə dərman. 
 
Hirsü həsəd sifatın məhv eylə, ayrıl andan, 


 
 
Neyçün ki, ol sifətdən nacidir ayrılan can. 
 
Həqqin rizasın istə, qüfranə qabil ol kim, 
O yuca qədrü bəxtin kəsbi degildir asan. 
 
Çün “əscədü” buyurdu Adəm, həqqi-nahaqdan, 
Həqqin xitabinə uy, qıl səcdə, olma şeytan. 
 
Əbd olma, ey Nəsimi, fani cahana çünki, 
İmanu din içində sənsən əmirü sultan. 
 
Olmasa mülki-malın andan nə ğəm, nə qüssə, 
Ovladı təyyibinsən həm adəmü həm insan.    
(səh.184) 
 
*** 
 
(məfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün) 
 
Bu türfə şəm’i gör müşk axar dodağından,  
Əcəb ki, münfəil olmaz qəmər yanağından. 
 
Bənəfşə zülfünə batil təşəbbüh eylər imiş,  
Səba, çıxar bu xəyalı anın dimağından. 
 
Əgərçi sərvi-səhinin budağı bibər olur,  
Görün bu sərvi ki, susən bitər budağından. 
 
Zəmanə zülfü rüxündən bəlayə saldı məni,  
Həm ol zaman ki, seçildi qarası ağından. 
 
Ğəriqi-bəhri-ğəm etdi məni bu şivə ilən,  
Gəlür, təfərrüc edər hər zaman qırağından. 
 
Əgər ayağına düşmək məcalım olsa idi,  
Dəxi götürməz idim başımı ayağından. 
 
Zəmanə çeşmi-çırağı, Nəsimi, yarındır,  
Götür çırağını yandır anın çırağından.  
 
(səh.185) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Cahanı tərk edib keçdim cahandan,  
Cahan oldum, cahan oldum cahandan. 


 
 
 
Əgər məhbubə istərsən ulaşmaq,  
Gəlib-keçmək gərəksən kün-fəkandan. 
 
Cahanın səhl imiş sudü ziyanı,  
Qo anın assisin, qurtul ziyandan. 
 
Əgər cinni degilsən, adəmi bil,  
K’anın əsli nədəndir, söylə andan. 
 
Gümandan bilmədi heç kimsə həqqi,  
Yəqindir kim, yəqin bitməz gümandan. 
 
Gülü bitməz tikansız dünyanın çün,  
Gülü tərk eylə, keç cövri-tikandan. 
 
Dodağı candır ol şirindəhanın,  
Məgər qafildir ol şirindəhandan? 
 
Əyan oldu üzün, ya rəb, saqınsın,  
Cəmalın fitneyi-axırzamandan. 
 
Qamudan keçmişəm, lillahi-billah,  
Məgər şol türreyi-ənbərfəşandan. 
 
“Əleyna cə’məhü pəs latəhərrik”,  
Günəş müstəğnidir şərhü bəyandan. 
 
Yerü gög dolu həqqin ayətidir,  
Vəli gözsüz xəbərsizdir nişandan. 
 
Nəsiminin muradı çün sən oldun,  
Nəzər qət eylədi kövnü məkandan.    
(səh.186) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Nə hüsn olur ki, yayılmış bu munca hüsniyat andan
Nə surətdir ki, oxurlar bu ismi eyni-zat andan. 
 
Zəhi pakizə gövhər kim, nə hüsnü xəttü xal olmuş, 
Səkiz cənnət əyan oldu, bu səb’i-sünbülat andan. 
 
Qaşın “nun” “çəl-qələm”, qəddin “təbarək” əhsən, ey dilbər, 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə