NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

 
 
 
Zahidin əfsanəsin söyləmə vaiz mənə,  
Nəqlini ərz etmə kim, qisseyi-əfsanəyəm. 
 
Dişlərinin əksinə düşdü Nəsimi gözü  
Qətrəsi dərya tökər, gör ki, nə dürdanəyəm.   
(səh.155) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Bülbüləm gülşəndə mən, gülzarə yoxdur minnətim,  
Dustlər, minnət xudaya, xarə yoxdur minnətim. 
 
Yenə bən bənd olmuşam zinciri-zülfün bəndinə,  
Mənsurəm, meydana gəldim, darə yoxdur minnətim, 
 
Tanrı haqqiyçin bu gün baş əyməzəm namərdə mən,  
Mən mənə tək yar olum ki, yarə yoxdur minnətim. 
 
Cani-dildən vermişəm dil mən xəyali-xəttinə,  
Çün müyəssər qıldı həq, dildarə yoxdur minnətim. 
 
Vahid oldum yar ilə, yar iləyəm, minnət həqə,  
Ey Nəsimi, zərrəcə əğyarə yoxdur minnətim.  
 
(səh.156) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Həbibim, izzətim, canım, cəhanım,  
Rəfiqim, munisim, arami-canım. 
 
Sənubər qədlü dildarım, təbibim,  
Yetir didarinə ruhi-rəvanım. 
 
Fəraqın dərdi çoxdur, deyə bilmən, 
Əgər dersəm qalır heyran rəvanım. 
 
Ki, can quşu uçar bir gün qəfəsdən,  
Qalır firqət odunda mehribanım. 
 
Qatımdan getməz oldu bari-hicran,  
Çəkə bilməm, nedim sultani-canım. 
 


 
 
Nəsimi çəkdi ğəm “anəstünarən”,  
Özü dedi, nə qılsın bu filanım.   
(səh.157) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Bütüm, rəhbanimü deyrim, səlibim, dinim, imanım,  
Həbibim, rahətim, ruhum, rəfiqim, munisim, canım. 
 
Nurumsan, zülmətim, narim, şəbimsən, rövşənim, şə’mim  
Münəvvər, nurimü hurim, nəimü xüldü rizvanım. 
 
Təbibim, şərbətim, dürdim, nəbatım, şəkkərim, qəndim,  
Əlacım, məlhəmim, çarəm, Cəlunis ilə Loğmanım. 
 
Bənəfşəm, sünbülüm, vərdim, rəyahim, zanbağım, laləm,  
Əbirim, ənbərim, udim, gülüm, qönçəm, gülüstanım. 
 
Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm,  
Səlatim, taətim, zöhdüm, səvabım, həccü ərkanım. 
 
Rəmimü gorumü cismim, dü eynim, fikrimü əqlim,  
Əmanım, afətim, fitnəm, təbiət ünsürü qanım. 
 
Nəsimi çün səni buldu, kəsildi cümlə varından,  
Qamudan sevgilim sənsən, mənim sərvi-xuramanım.  
 
(səh.158) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,  
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım. 
 
Şahım, mahım, dilaramım, həyatım, dirliyim, ruhum,  
Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım. 
 
Qəmər çöhrəm, pəri ruyum, zərifim, şuxumü şəngim.  
Səmən buyim, güləndamım, səhi sərvi-xuramanım. 
 
Lətifim, nazikim, xubum, həbibim, türfə məhbubum,  
Hicazım, Kə’bəvü Turim, behiştim, hurü rizvanım. 
 
Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,  


 
 
Xudavəndim, cahandarım, əmirim, şahü sultanım. 
 
Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,  
Dürüm, mirvarimü kanım, əqiqim, lə’lü mərcanım. 
 
Çırağım, şəm’imü nurum, ziyamü ulduzum, şəmsim,  
Həzarım, bülbülüm, gülüm, Nəsimiyi-xoşəlhanım.  
 
(səh.159) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Üzundür məqsədim, qibləm, ləbindir abi-heyvanım,  
Əya, sərvi-sərəfrazım, fəda olsun sənə canım. 
 
Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan,  
Fəda olsun sənə min can ki, sənsən şahü sultanım. 
 
Ənisim, rəhbanım, yarım, gülər üzlü güləndamım,  
Əbirim, ənbərim, müşkim, boyu sərvi-xuramanım. 
 
Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim,  
Ki, lə’li yaqutum, dürrüm, şikarım, gövhərim, kanım. 
 
Kəlamım, zikrü Qur’anım, kitabım, fikri-tövhidim,  
Namazım, taətim, şükrüm, qiyamım cümlə ərkanım. 
 
Muradım, fazilim, meylim, kəlamım, məqsədim, könlüm,  
Cəvabım, məs’ələm, sözüm, dilimdə cümlə dəstanım. 
 
Həyatım, rahətim, mehrim, nəcatım, ülfətim, zatım,  
Təbibim, şərbətim, Xızrım, vücudum, taətim xanım. 
 
Əzəldəndir mənim dərdim, sözü gerçək, üzü bədrim,  
Mühibbim, sevdiyim, mehrim, siyəh zülfi-pərişanım. 
 
Xəzinəm, gəncü kəmalım, Nəsimi, aşiqim, eşqim,  
Həbibim, izzətim izzim, əzəldən kamil insanım.    
(səh.160) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Ey gülüm, ey sünbülüm, ey süsənim, vey ənbərim,  
Ey mənim noğulumvü səbrim, ey nəbatim, şəkkərim. 


 
 
 
Ey həbibim, ey təbibim, ey bütim, ey həmdəmim,  
Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim. 
 
Ey baharım, ey nigarım, ey şikarım, şahidim,  
Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim. 
 
Ey gülüstanım, gülüm, sərvi-gülandamım mənim,  
Sağərim, şəmim, şəbistanım, məlayikmənzərim. 
 
Ey rəyahim rahətim, ruhi-rəvanım lütf ilə 
Sərfərazım, sərkeşim, şuxü səadət əxtərim. 
 
Ey mənim Xürşidü Mahim, ey çırağım, fanusum,  
Şux çeşmim, lütfi-şahim, ey mübarək peykərim. 
 
Eşqin aldı əqlimi, xoş könlümü yəğmalədi,  
Söylə axir, ey Nəsimi, canü dildən çakərim.  
 
(səh.161) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Ey həbibim, dilbərim, ey sevgili yarım mənim,  
Vey dilaramım, nigarım, bəxti-bidarım mənim. 
 
Ey güləndamım, gülüm, vey bülbülüm gülzar ilən,  
İşrətim, eyşim, tərəbim, türfə əyyarım mənim. 
 
Rahətim, ruhum, rəvanım, can içində sənmisən,  
Qüvvətim, püştüm, pənahım, sirrü əsrarım mənim. 
 
Yusifim, Misrim, əzizim, dövlətim, başım tacı,  
Şəkkərü qəndü nəbatım, türki-tatarım mənim. 
 
Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilən,  
Fikrim, əndişəm, xəyalım, varlığım, varım mənim. 
 
Nazikim, xubum, lətifim, mehribanım, tazə gül,  
Munisim, canım, rəfiqim, şol vəfadarım mənim. 
 
Sərvərim, şahım, əminimsən hümayun kölgəlim,  
Həm yenə səndən düzəlmüş uş bu bazarım mənim. 
 
Cənnətim, hurum, nəimim, kövsərü mai-məin,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə