NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə29/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

 
 
 
*** 
 
 (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Dilbərin ləblərinə çeşmeyi-heyvan demişəm,  
Mə’dəni-ruhə, əcəb, mən nə içün can demişəm. 
 
Xəcil oldum bu səbəbdən ki, nigarın üzünə 
İrəmin gülşənivü rövzeyi-rizvan demişəm. 
 
Sənsən, ey surəti-allah ilə rəhman, məscud,  
Qılmayan səcdə sana, div ilə şeytan demişəm. 
 
Lövhi-məhfuz ilə ərş oldu yanağın sifəti,  
Mən bu mə’nidən ana surəti-rəhman demişəm. 
 
Surətin əhsənü təqvimü üzün qiblə imiş,  
Bu sözə yox deyənin adını heyvan demişəm. 
 
Surətin münkirinə kafirü mə’lun dedi həq,  
Nə ki, ana dedi həq, mən iki çəndan demişəm. 
 
Güli-xəndan deməzəm qönçəyə ayrux, nə içün  
Ki, yanağın güli-xəndanına xəndan demişəm. 
 
Sədəfin içinə kar eylədi incu əridi  
Ki, ləbin cövhərinə lə’li-bədəxşan demişəm. 
 
Demə hər tikənə sən bağü gülüstan, əbsəm,  
Ki, mən ol arizi-gülgunə gülüstan demişəm. 
 
Zülfünü nafeyi-tatarə bəha qılma ki, mən,  
Qiymətin hər qılını mülki-Süleyman demişəm. 
 
Ey Nəsimi, sana çün Fəzliilah oldu mü’in,  
Məni eyb eyləmə kim, tapuna sultan demişəm.   (səh.175) 
 
*** 
 
      (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Dilbərin lə’linə mən hoqqeyi-mərcan demişəm,  
Sor nə lütf ilə əcəb canana canan demişəm. 
 


 
 
Kani gövhərdir anın lə’livü mən cövhəriyəm,  
Cövhəri cövhərinin dürrünə qəltan demişəm. 
 
Demişəm faş demün xəlvət içində mənü dust,  
Yar ilə sirri nihan, arada pünhan demişəm. 
 
Qılmayın səcdə anın yüzünə gər zahid isə,  
Zəhdü bariz olanın adını şeytan demişəm. 
 
Xəttü xalın nə bilür vaizi bihudəsüxən, 
Mən anın şərhinə gör “Qaf” ilə Qur’an demişəm. 
 
Bülbüli-qüds mənəm, sureyi-hüsnün güldür,  
Gül yüzün gülşəninə tazə gülüstan demişəm. 
 
Sibi-vüslət, sənama, Musiyə görsətdi cəmal,  
Yüzünə şol gecədə şəm’i-şəbistan demişəm. 
 
Mən Nəsimiyəm anın qaşü gözü kipriginə,  
Hər zaman qəlbşikən, Rüstəmi-dəstan demişəm.    
(səh.176) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Allahu əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,  
Qövsü qüzehdi qaşların, yayinə qurban olmuşam. 
 
Yüzündürür cənnət gülü, saçın həqiqət sünbülü,  
Eşqində mən bülbül kimi, aləmdə dəstan olmuşam. 
 
Kövnü məkandan keçmişəm, mə’ni şərabın içmişəm.  
Canan yüzünü görmüşəm, sər ta qədəm can olmuşam. 
 
Dəvi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,  
Dağ ilə həm yazi mənəm, mən külli-dövran olmuşam. 
 
Sufi mənəm, safi mənəm, əzmeyi-heyrani mənəm,  
Kafi mənəm, şafi mənəm, dərd ilə dərman olmuşam. 
 
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,  
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam. 
 
Uçmağ ilə rizvan mənəm, tamu ilə şə’ban mənəm,  
Dana ilə nadan mənəm, həm inü həm an olmuşam. 


 
 
 
Gah çıxmışam İsa kimi çərx üstündə oturmuşam,  
Gah varmışam Yusif kimi, Misridə sultan olmuşam. 
 
Sahibi-Qur’an qüdrətəm, yaquti-kani-vəhdətim,  
Şirin ləbini yad edib sər ta qədəm can olmuşam.    
(səh.177) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Hüsnün təala şanəhü sün’ində heyran olmuşam,  
Şirin ləbini yad edib sərta qədəm can olmuşam. 
 
Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi,  
Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam. 
 
Abi-həyatın zövqünü mən ta ki, sordum, ləblərin  
İçirtdi ol meydən mənə, mən abi-heyvan olmuşam. 
 
Simin əlin dəstan ilən ta könlümü seyd eylədi,  
Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam. 
 
Sən əhsəni-təqvim idin, əqlim sənə heyran idi, 
Ey canların məhbubi, gəl, gör kim, nə insan olmuşam. 
 
Bunca Nəsimi yüzünü qiblə qılalı canına, 
Ey zülfü kafir,gör necə gerçək müsəlman olmuşam.  
 
(səh.178) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fa’ilAtün fA’ilün) 
 
Könlümün viranəsində gənci pünhan bulmuşam,  
Olmuşam şol mahə qurban, canü canan bulmuşam. 
 
Küfr əgər iman degilsə, bəs niçün düşmüş ki, mən,  
Küfri-zülfün həlqəsində nuri-iman bulmuşam. 
 
Xızr əgər zülmətə irdi, istədi abi-həyat,  
Mən dodaqın çeşməsində abi-heyvan bulmuşam. 
 
Dişlərin əksi, nigara, könlümə nəqş olalı,  
Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam. 
 


 
 
Rövzeyi-rizvanə dəvət qılma, ey zahid, məni,  
Xaki-dərgahında mən səhni-gülüstan bulmuşam. 
 
Ey Nəsimi, canımı şol mahə qurban eylərəm,  
Gör nə göyçək şol hilali-maha qurban, bulmuşam.  
 
(səh.179) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Gəl gör məni eşqində kim, mən necə giryan olmuşam,  
Tərki-cahanı qılmışam, cismin görüb can olmuşam. 
 
Dərdin dərunimdə mənim aləmlərə çaxdı məni,  
Qabil dəlildir, dərdimə həqdir ki, dərman olmuşam. 
 
Dövri-qəmərdə gözlərin bir kəz qıya baxdı mənə,  
Zülmündən ol xunxarənin qan ilə qəltan olmuşam. 
 
Ey bağü gülzarı yüzün çün cənnətül-mə’va imiş,  
Sən rövzəsisən, mən sənin qapında rizvan olmuşam. 
 
Ey Turi-Sina, ərzə qıl həqqin təcəllisin mənə,  
Musa kimi didarına müştaqü heyran olmuşam. 
 
Ol dəm ki, üzün görmüşəm, yüz yerdə səcdə qılmışam,  
İman şəhadət etmişəm, andan müsəlman olmuşam. 
 
Ey sayeyi-sübhan mənə, ey surəti-rəhman mənə,  
Dutdum yüzüm səndən yenə, çün əhli-iman olmuşam. 
 
Eşqinlə mövc içində mən dişlərinin əksini görüb,  
Dürdanədürür gözlərim, lö’löi-mərcan olmuşam. 
 
Könlün Nəsiminin xərab qıldınsa viran, qəm deyil,  
Mən gizli gənci bulmuşam, andan ki, viran olmuşam.    
(səh.180) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Ta yüzin gördüm, nigara, ğəmdən azad olmuşam,  
Qulluğunda padşahım, hüsnünə şad olmuşam. 
 
Gəlmişəm didara qarşı canımı qurban edəm,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə