NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

 
 
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam! 
 
Ərş ilə uş kafü nun, məndə bulundu cümlə çun,  
Kəs sözünü uzatma kim, şərhə, bəyanə sığmazam! 
 
Kövni-məkandır ayətim, zatə gedər bidayətim,  
Bu nişan ilə bil məni, bil ki, nişanə sığmazam! 
 
Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,  
Həqqi bilən bilür ki, mən zənnü gümanə sığmazam! 
 
Surətə baxü məniyi surət içində tanı kim,  
Cism ilə can mənəm vəli, cism ilə canə sığmazam! 
 
Həm sədəfəm, həm inciyəm, həşrü sirat sənciyəm,  
Bunca qumaşü rəxt ilə mən bu dükanə sığmazam! 
 
Gənci-nihan mənəm, mun uş, eyni-əyan mənəm, mən uş,  
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kanə sığmazam! 
 
Gərçi-mühiti-əzəməm, adım adəmdir, adəməm,  
Tur ilə gün-fəkan mənəm, mən bu məkanə sığmazam! 
 
Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm,  
Gör bu lətifəyi ki, mən dəhrü zəmanə sığmazam! 
 
Şəhd ilə həm şəkər mənəm, car ilə pəncü şeş mənəm,  
Surəti gör bəyan ilə, mən bu bəyanə sığmazam! 
 
Əncum ilə fələk mənəm, vəhyilə həm mələk mənəm,  
Çök dilinivü əbsəm ol, mən bu lisanə sığmazam! 
 
Zatiləyəm sifat ilə, qədriləyəm bərat ilə,  
Kül-şəkərəm nəbat ilə, püstə dəhanə sığmazam! 
 
Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm 
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam! 
 
Zərrə mənəm, günəş mənəm, şəms ilə həm qəmər mənəm, 
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam! 
 
Gərçi bu gün Nəsimiyəm, qüreyşiyəm, haşimiyəm, 
Məndən uludur ayətim, ayətə, sanə sığmazam!      (səh.149-150) 
 
*** 


 
 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Mişkinsaçın hər tarəsin iki cəhanə verməzəm,  
Lə’lin-vüsalın bir nəfəs, min dadlu canə verməzəm. 
 
Şəhla gözün sövdaları, əhdü əmanətdir mənə,  
Nur-əl-yəqinin sirrini olmaz gümanə verməzəm. 
 
Aydır mənə, ver müddəi, yarı bu gün yarın günə,  
Bir saət anın vəslini, dəhrü zəmanə verməzəm. 
 
Zülfündə can qıldı vətən, hübbül-vətən şərti ilən, 
Mən məskənül-ərvahımı, kövnü məkanə verməzəm. 
 
Nazü nəimi dünyanın bilxatimə gər sud isə,  
Külli ziyandır aşiqə, sudü ziyanə verməzəm. 
 
Oldu kəlamindən yəqin k’anın dəhanı var imiş, 
Eynəlyəqin tək rö’yətin qeybü gümanə verməzəm. 
 
Ey bənzədən qəddin anın sərvü çinarü ər’-ərə, 
Mən sədrəvü Tuba adın hər birəvanə verməzəm. 
 
Ey incuyü dürli mətah, yaqut ilə cövhər bilər, 
Mən bulduğum dürdanəyi min bəhrü kanə verməzəm. 
 
Yarın dodağı vəsfini, ey zahid, əbsəm, sorma kim, 
Nitqin Məsihü Məryəmin hər bizəbanə verməzəm. 
 
Eşqi-məcazi aşiqə zərqü riyadən yegdürür,  
Həqi bilən kimsəyi mən, heyfü ziyanə verməzəm. 
 
Çünki Məsihanın dəmi nitqi-Nəsimidir bu gün,  
Anı bəhasız sanma ki, can rayiganə verməzəm.    
(səh.151) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Bir bəlakeş aşiqəm, ey yar, səndən dönməzəm,  
Xəncər ilə yürəgimi yar, səndən dönməzəm. 
 
Dönməzəm cövrü cəfadan, xəstə könlüm məlhəmi,  
Min cəfa qılsan mənə, dildar, səndən dönməzəm. 


 
 
 
Kə’bədə istər idim, bütxanədə gördüm səni,  
Bağladım uş belimə zünnar, səndən dönməzəm. 
 
Müshəfi-hüsnün həqiyçün, ey dilaramım mənim,  
Neçə kim, cismimdə canım var, səndən dönməzəm. 
 
Möhnətindən, ey pəri, haşa ki, mən yüz döndərəm,  
Yanıram pərvanə tək, bərnar, səndən dönməzəm. 
 
Rindi-rüsvayi-məlamət, bərsəri-rüsvayi-eşq,  
Qoymuşam bu namü nəngi, yar, səndən dönməzəm. 
 
Ey sənəm, eşqin yolunda qamətin tək doğruyam,  
Çəksələr Mənsur kimi bərdar, səndən dönməzəm. 
 
Gündə min gəz hər rəqibin tə’nəsin nuş eylərəm, 
Mən Nəsimi, ey pəri, zinhar səndən dönməzəm.    
(səh.152) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Gəl, ey talib, məni gör kim, cahanın padşahiyəm,  
Üzümə doğru bax, doğru fələkin şəmsü mahiyəm. 
 
Hümayun zilliyəm bişək, cahan sayəmdədir üştə,  
Mən ol dövlətli sadiqəm, səadətin külahiyəm. 
 
Süleymanəm mən, ey arif ki, xatəm məndədir, məndə,  
Mən anın hökmünə təslim Süleyman mürğü mahiyəm. 
 
Neçə qalmışlara yarəm, neçələrə həm əğyarəm,  
Nə yerdə istəsən varəm, qamu aləm pənahiyəm. 
 
Şəriətəm, divanəm mən, gah aşkarə nihanəm mən,  
Həm ol müddəi, də’vasi, həm onun mən güvahiyəm. 
 
Nəsimi, sən demə cüzvi degilsən, mim ilə nunsan,  
Vəli oldur deyən daim qamu aləm ilahiyəm. 
  (səh.153) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 


 
 
Ol qibleyi-müin mənəm ki, qibleyi-rəhmaniyəm,  
Ol nitqü rəbbini mənəm ki, höccəti-bürhaniyəm. 
 
Çün on səkkiz min aləmin cudü vücudi xud mənəm,  
Cümlə cahan təndir mana, mən bu cahanın caniyəm. 
 
Ol qabü qövseynə irən, ol surəti ziba görən,  
Həm surəti-ziba mənəm, həm surəti-yəzdaniyəm. 
 
Sən bu sərayi-fanidə istər isən eyni-bəqa,  
Nəfsini əvvəl tanı kim, həqqi derisən taniyəm. 
 
Ol “küntə kən”zi derisən, aləmdə rövşən gün kimi,  
Ol gövhərə rövşən mənəm, bil ki, mən onun kaniyəm. 
 
Ol şəkkəri-ləli-ləbin, ol tutiyi-məsti mənəm,  
Ol cənnəti-qüdsün bu gün mən bülbüli-xoşxaniyəm. 
 
Götür vücudin zülmətin, eyvani-nurə vasil ol,  
Kim, şəninin nuri mənəm, mən nurinin eyvaniyəm. 
 
Ariflərə hadi mənəm, çünki hidayət nuriyəm,  
Sevdasiyəm, sevdasının məşhuriyəm, heyraniyəm, 
 
Mən ol Nəsimiyəm bu gün abi-həyatim içənə,  
Xızrın bəqa ömrü mənəm kim, çeşmeyi-heyvaniyəm.    
(səh.154) 
 
*** 
 
 (müftə’ilün fA’ilün müftə’ilün fA’ilün) 
 
Hüsnünə gör mən necə aşiqi-divanəyəm,  
Eşqinə baş oynaram, gör necə mərdanəyəm. 
 
Yapışıban zülfünə könlümü bənd eylərəm,  
Çünki yəqin eşqinə aşiqi-yekdanəyəm. 
 
Canü cahan, dinü dil eşqinə tərh eylədim,  
Şükr edərəm kim, yüzün şəminə pərvanəyəm. 
 
lin əzəl camini sondu mənə, içdim uş,  
Gör məni bu mənidən həmdəmi-peymanəyəm. 
 
Nərgizi məstin məni, gör ki, nə məst eylədi,  
Gör ki, nə məst olmuşam, nərkisi-məstanəyəm. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə