NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

 
 
Görk içində gündən ayru hüsni-dildarım mənim. 
 
Kə’bəvü qibləm, sücudum, qaşların mehrabıdır,  
Üzümü döndərməzəm, gər asələr, darım mənim. 
 
Bu Nəsiminin niyazi, məhrəmi sənsən bu gün,  
Çün əzəldən sənə gəldi sidqü iqrarım mənim.  
 
(səh.162) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Sirri-zatın gövhəriyəm mən müsəlman olmənəm,  
Əhli imanəm, yəğinəm, mən müsəlman olmənəm. 
 
Məscidi mehrabü minbəl ol mənim sinəmdədir,  
Mən anın hərfin oxuram, mən müsəlman olmənəm. 
 
Şəriətdən, təriqətdən çox kitabı oxuyun,  
Ol kitabı mən bilirəm, mən müsəlman olmənəm. 
 
Ol mənim atam, dəxi anam müsəlmandır vəli,  
Bu şəriət şərti ilə mən müsəlman olmənəm. 
 
Ey üzün Kə’bə, cəmalın rəhmətən-lilaləmin  
Səndən özgə kimsənəm yox, mən müsəlman olmənəm. 
 
Mən səni bildim, tanıdım, səcdeyi-şükr eylərəm,  
Canımı qurban verdim, mən müsəlman olmənəm. 
 
Aşikar bildim, tanıdım, küfri-iman xansıdır  
Küfri verib iman aldım, mən müsəlman olmənəm. 
 
Kə’bəni bütxanədən fərq eyliyən gəlsin bərü,  
Bu sözün küfri nədir ki, mən müsəlman olmənəm. 
 
Mən Nəsimi həqqi buldum, həqqə iqrar eylədim,  
Çün müvəhhid mö’mün oldum, mən müsəlman olmənəm.  
(səh.163) 
 
*** 
 
 (müftə’ilün fA’ilün müftə’ilün fA’ilün) 
 
Səndən irağ, ey sənəm, şamü səhər yanıram,  
Vəslini arzularam, dəxi betər yanıram. 


 
 
 
Eşq ilə şövqin odu canıma kar eylədi,  
Gör necə tabindən, ey şəmsü-qəmər, yanıram. 
 
Şəm’i-rüxün surəti qarşıma gəlmişdürür,  
Şə’şəəsindən mənə şö’lə düşər, yanıram. 
 
Səbr ilə aramı-dil, qapdı əlimdən qəmin,  
Badi-həvadan degil, ğəmdən əgər yanıram. 
 
Çıxdı içimdən tütün, çərxi boyadı bütün,  
Gör ki, nə atəşdəyəm, gör nə qədər yanıram. 
 
Məndən ayırdı səni gör necə çərxi-fələk,  
Hər nə ki, təqdir edər, hökmi-qədər, yanıram. 
 
Səndən irağ olduğum bağrımı qan eylədi,  
Oldu gözümdən rəvan xuni-cigər, yanıram. 
 
Yandığım ol yar üçün gizli degil, bəllidir,  
Hər nə qədər kim, anın könlü dilər, yanıram. 
 
Müddəi yanır demiş ğəmdə, Nəsimi, vəli,  
Ğəmdə yanan yarı yar çünki sevər yanıram.  
(səh.163) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Küntə kənzin sirrini izhar edər madami-dəm,  
Kim degil ol adəmi kim, yoxdur anda dami-dəm. 
 
Nəfxeyi-İsa dəmi dəmdir, dirildir adəmi,  
İstər isən ol dəmi, al dünyadən kami-kəm. 
 
Kim ki, miratın müsəffa qıldı, ol didariçün,  
Liməallahın rimuzun qıldı istifhami-həm. 
 
Aşiqə meyxanə küncündən gəlir ilhamü vəcd,  
Sufiyə məscid qucağından gəlir peyğami-qəm. 
 
Nəhnü zərraqna günündə qismət olmuş hər kimə, 
Zahidə səccadəvü təsbih, rində cami-cəm. 
 
Ey Nəsimi, qılma də’vət zahidi sən eşqə kim, 


 
 
Bu məsəl rövşəndürür, kim, olmaz imiş xami-xəm.  
(səh.165) 
 
*** 
 
 (məf’Ulü məfA’İlün məf’Ulü məfA’İlün) 
 
Ey nuri-dilü didə, didarinə müştaqəm,  
Vey yari-pəsəndidə, didarinə müştaqəm. 
 
Ey mahi-pəripeykər, vey huri-mələkmənzər, 
Ey lə’li-ləbi şəkkər, didarinə müştaqəm. 
 
Ey şəmsü qəmər yüzlü, şirin dodağın duzlu,  
Vey şəhdü şəkər sözlü, didarinə müştaqəm. 
 
Ey dərdimə sən dərman, tən gövdəvü eşqin can,  
Vey tazə güli-xəndan didarinə müştaqəm. 
 
Ey rəhməti-allahi, vey hadiyi-gümrahi,  
Ey xublərin şahi, didarinə müştaqam. 
 
Ey hüsnü bədayətsiz, vey lütfü nəhayətsiz,  
Vallah ki, bəğayətsiz, didarinə müştaqəm. 
 
Ey cümlə cahan canı, aşiqlərin imanı,  
Vey simü göhər kanı, didarinə müştaqəm. 
 
Ey sahibi-təxtü tac, canlar canına möhtac,  
Vey görkülü yüz me’rac, didarinə müştaqəm. 
 
Ey buyi-baharıstan, vey huri-nigarıstan,  
Ey dilbəri-sərvistan, didarinə müştaqəm. 
 
Ey dilbəri-dildarım, sənsən əbədi yarım,  
Vey yari-vəfadarım, didarinə müştaqəm. 
 
Ey dilbəri-simintən, sən canü Nəsimi tən,  
Vey sərvü gülü gülşən, didarinə müştaqəm.  (səh.166) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün)  
 
Gəl, ey dilbər, ki müştaqəm, səni görmək dilər könlüm,  
Ğəmindən düşdü zar, istər vüsalindən şəkər könlüm.  


 
 
 
Qara qaşın hilalını gözümdə ta bəid etdin,  
Düşübdür narə eşqindən yanar, zari qilər könlüm.  
 
“Səqahum rəbbihum” gəldi dodağından xəbər canə,  
Susamışdır, yenə sorar, ləbindən ol xəbər könlüm.  
 
Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,  
Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm.  
 
Nə gövhərsən sən, ey can, kim, cəhanın bəhrü kanında,  
Mükərrəm qədrü qiymətli səni bildi göhər könlüm.  
 
Səbir etmək dəvadurur, möhübbüm dərdinə naseh.  
Vəli, naseh dəvasindən olur hər dəm betər könlüm,  
 
Ğəmin narından, ey dilbər, könül qaynar, içim yanar,  
Bu rənci-möhnəti gör kim, ğəm içində çəkər könlüm. 
 
Vüsalindən məni ayru, kərəm qıl, qıyma, lütf eylə.  
Ki, vəslinlə müdam olmaq dilər şamü səhər könlüm,  
 
Gəl ey, lütfi-nəhayətsiz, məni vəslindən ayırma,  
Kim, ol ömrü ki, vəslinlə keçər, ömrə sayər könlüm,  
 
Gəl, ara könlümün için, gör ey can, kim, fərağindən,  
Nə acı qüssələr yuddar, nə ağular içər könlüm. 
  
 
 
İki aləm, mənə sənsiz gərəkməz, olmasın hərgiz,  
Cəhanın hasili sənsən, onu sənsiz nedər könlüm.  
 
Xəyalin şö’lədir yarım, gözümdən gərçi ayrılmaz,  
Cəmalın pərdəsiz görmək dilər, açuq-bəsər gönlüm.  
 
Əzəldə surəti-allaр yüzün came’də gördüm çün,  
İlahi surətin daim bu mə’nidən sevər könlüm.  
 
Nəsimi yarını verməz cəhanın varına, andan  
Gec, ey dəviçi ki, nadan degildir ol qədər könlüm.  
(səh.167-168) 
 
*** 
 
 (məfa’İlün məfa’İlün fə’Ulün) 
 
Üzündə surəti-rəhmanı gördüm,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə