NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

 
 
Sənsiz, ey sultani-xuban, bəndü zindan oldu, gəl! 
 
İstədi ləlin fəraqı canımı yaxmaq, vəli,  
Şövqə yanmış cana vəslin abi-heyvan oldu, gəl! 
 
Ol könül kim, daima işi səninlə vəsl idi,  
Yandı şövqündən əsiri-dərdü hicran oldu, gəl. 
 
Qalmadı səbrü qərarım, ey həbibim, qandasan,  
Könlümün mə’muri sənsən, cümlə viran oldu, gəl! 
 
Canımın canı vüsalındır, vüsalından anı,  
Ta kim, ayırdı fələk, biçarə bican oldu, gəl! 
 
Aşiqin bağü gülüstanı yüzün gülzarıdır,  
Xansı gülzarın adı gülsüz gülüstan oldu, gəl! 
 
Cənnətin səhnində tuba valehü heyranü məst, 
Qamətin cənnətdən, ey sərvim, xuraman oldu, gəl! 
 
Mö’cüzatından yanağın, möhkəmatından saçın,  
Xarü xoşaki cahanın vərdü reyhan oldu, gəl! 
 
Bəhri-bipayanə eşqin canıma kar eylədi,  
Gör nə bidad eylədi, bəhrində tufan oldu, gəl! 
 
Ta məni təqdiri-yezdan eylədi səndən irağ,  
Könlümün hali pərişan düşdi, heyran oldu, gəl! 
 
Çün Nəsimi səndən ayru bildi kim, yoxdur vücud,  
Küfrü iman, vəslü hicran, cümlə yeksan oldu, gəl (səh.143) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl! 
Gözlərim yaşı cahanı tutdu, tufan oldu, gəl! 
 
Canımın vəslinlə həqdəi ittisalı var ikən,  
Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl! 
 
Çəkdi müşkin zülfünü, aldı əlimdən ruzigar,  
Şol səbəbdən könlümün halı pərişan oldu, gəl! 
 


 
 
Gərçi məndən surətin qaibdir, ey sahibcəmal,  
Sanma kim, gözdən cəmalın nəqşi-pünhan oldu, gəl! 
 
Səndən ayru düşəli şərbət içirdi ağulu,  
Vüslətin tiryəgi qanı, vəqti-ehsan oldu, gəl! 
 
Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim,  
Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl! 
 
Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını,  
Susamış müştaqə ləlin abi-heyvan oldu, gəl! 
 
Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün,  
Əndəlibin gözləri gör kim, nə giryan oldu, gəl! 
 
Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana,  
Öz nigarından cüda zəncirü zindan oldu, gəl!  
(səh.144) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Həsrətindən yandı canım, cigərim qan oldu, gəl,  
Sənsiz işim gecə-gündüz ahü əfğan oldu, gəl. 
 
Onca kim, göz yaşı tökdüm yar sənin yollarına,  
Ol yaşın hər qətrəsi dəryayi-ümman oldu, gəl. 
 
Düşməni güldürmə, şahim, sağlığiylə gəl iriş,  
Müddəilər ta deməsün qövlü yalan oldu, gəl. 
 
Diləməz şol gözlərim sənsiz cəhana baxmağa,  
Aləmin zövqü səfası mənə zindan oldu, gəl. 
 
Gündə min gəz cövr edərdi bu Nəsimi bəndənə,  
Hər nə könüldən keçərsə şuna qurban oldu, gəl.   (səh.145) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Getdigindən, dilbəra, könlüm pərişan oldu, gəl!  
Ölürəm hicran ğəmindən, cigərim qan oldu, gəl! 
 
Ta ki, sən getdin, mən oldum dərdməndi-müstəmənd,  


 
 
Dərdimə görklü cəmalın dərdə dərman oldu, gəl! 
 
Qaldı çeşmimdə nəm az, bəs ki, ağlaram mən müdam,  
Didəmin yaşı qurumaz, Bəhri-ümman oldu, gəl! 
 
Yoluna baş qoymuşam zarü nizarü xəstəvar
Ey həbibim, gəl ki, cismimdən cüda can oldu, gəl! 
 
Firqətindən bu Nəsimi dəmbədəm eylər fəğan,  
Qıl kimi cismim mənim öz dərdi-hicran oldu, gəl!  
(səh.146) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yüzünü məndən nihan etmək dilərsən, etməgil!  
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil! 
 
Bərgi-nəsrin üzrə, yarəb, saçlarını dağıdıb,  
Aşiqi bixaniman etmək dilərsən, etməgil! 
 
Canımı vəslin şərabından ayırdın, ey sənəm,  
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil! 
 
Qaşların qövsündə müjganın xədəngin gizləyib,  
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil! 
 
Qoymuşam eşqində mən gövnü məkanın varını,  
Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil! 
 
Birqəi yüzündən açarsan məgər naməhrəmə,  
Gizli əsrarı əyan etmək dilərsən, etməgil! 
 
Hər qəzanın oxuna qıldın nişanə sən məni,  
Ol nişanı binişan etmək dilərsən, etməgil! 
 
Doğruyam eşqində ox tək kirpigin tanıq durur,  
Qəddimi nişin kəman etmək dilərsən, etməgil! 
 
Yandurursan könlümü eşqində, mə’lum oldu kim,  
Ani rüsvayi-cahan etmək dilərsən, etməgil! 
 
Çünki eşqin məskənidir könlümün kaşanəsi,  
Həsrətə anı məkan etmək dilərsən, etməgil! 
 


 
 
Çün yəqin bildi Nəsimi eşqini, oldu ğəni,  
Ol yəqini sən güman etmək dilərsən, etməgil!  
 
(səh.147) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!  
Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil! 
 
Xəttü-xalın “Məntiqüt-teyr” oldu əhli-vəhdətin,  
Quş dilin sən tərcüman etmək dilərsən, etməgil! 
 
Çün ənəlhəqdən götürdü surətin mahı niqab,  
Sən ənəlhəqqi nihan etmək dilərsən, etməgil! 
 
Aşiqə çox cövr edərsən, əhdə qılmazsan vəfa,  
Adını namehriban etmək dilərsən, etməgil. 
 
Surətin gənci xəfidir, göstərirsən güzgüdə,  
Aləmül-ğeybi əyan etmək dilərsən, etməgil! 
 
Ğəmzədən misri qılıc vermişsən əsrük türkə kim,  
Qanbahasız bunca qan etmək dilərsən, etməgil! 
 
Kiprigindən canşikar oxları düzmüşsən bu gün,  
Qaşların yayın kəman etmək dilərsən, etməgil! 
 
Badə vermişsən pərişan zülfünü, dağıtma, kim,  
Canları bixaniman etmək dilərsən, etməgil! 
 
Getmək istərsən gözümdən dəmbədəm yaşım kimi,  
Canımı təndən rəvan etmək dilərsən, etməgil! 
 
“La tuhərrik” ayəti gəldi bəyanın şanına,  
Ol bəyani sən bəyan etmək dilərsən, etməgil! 
 
Ey Nəsimi, həqdən istərsən götürmək pərdəyi,  
Bütpərəsti bigüman etmək dilərsən, etməgil!  
 
(səh.148) 
 
*** 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Məndə sığar iki cəhan, mən bu cəhanə sığmazam,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə