NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

 
 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Cə’di-zülfün ənbərəfşan eyləmiş,  
Nafeyi-Çini pərişan eyləmiş. 
 
Canü dil hər dəm necə top olmasın,  
Çün nigarım zülfi çovkan eyləmiş. 
 
Zülfü dağıtmış rüx üzrə ol sənəm,  
Kafiri-Çin qəsdi-iman eyləmiş. 
 
Aşiqin qanına bandırmış əlin, 
Gör bu həqqi dəstan, nə dəstan eyləmiş? 
 
Gözləri, qaşı “ənəlhəq” çağırır,  
Gör bu sirri kim, nə pünhan eyləmiş. 
 
Hüsn içində görməmiş mislin fələk,  
Necə seyran ilə seyran eləmiş. 
 
Eydi-əkbərdir Nəsimiyə bu gün,  
Canını şol mahə qurban eyləmiş.  
 
(səh.124) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Nagəhan könlümə düşdi şurü şər qovğayi-eşq,  
Aqili divanə qıldı, aqibət sövdayi-eşq. 
 
Eşqə düşənlər bilürlər həm yenə eşq dərdini,  
Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq. 
 
Eşq içində dinü dildən gəl keç indi, ey könül,  
Şeyxi-Sən’an kimi olgil, sən dəxi tərsayi-eşq. 
 
Kim ki, istər dilbərinin xəlvətinə yol bula,  
Can fəda qılmaq gərəkdir min gəz ol dəryayi-eşq. 
 
Sevgilimin sevgisindən özgə gəlməz könlümə,  
Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq. 
 


 
 
Könlümün viranəsin mə’mura qıldı eşqi-yar,  
Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq. 
 
Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu gün,  
Könlümü aldurdun oldun axərin yəğmayi-eşq.  
 
(səh.125) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,  
Saldı canım mülkinə şurü şəri qövğayi-eşq. 
 
Çıxdı sirrim aləmə əsrarımı faş eylədi,  
Halimə həmdəm olandan dünyadə sevdayi-eşq. 
 
Qalmadı namusü arım xəlq içində zərrəcə,  
Qoymuşam namusü arı, olmuşam şeydayi-eşq. 
 
Nitq imiş aləmdə mövcud, eşq imiş qaimməqam,  
Bizə bildirdi əzəldə, rəhbəri-mövlayi-eşq. 
 
Sən hümayü laməkansan, kəndözündən bixəbər,  
Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq. 
 
Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et, 
Bas qədəm meydani-eşqə, görəsən mə’vayi-eşq. 
 
Eşq ilə sən, ey Nəsimi, seyr edərkən kuhi-Qaf,  
Sənsən ol ali məqamda şahpəri-Ənqayi-eşq.   
 
(səh.126) 
 
*** 
 
Bahar olduvü açıldı yüzündən pərdə gülzarın, 
İrişdi qönçənin dövrü, zəmanın qalmadı xarın. 
 
Gülüstan Turi-qüds oldu, baharın nurü narindən,  
Gəl, ey Musa, gör asarın şəcərdə nur ilə narın. 
 
Fərəhdən qönçənin gülgun yanağı güldü, açıldı,  
Ki, mənzuru yenə güldür çəməndə bülbüli-zarın. 
 
Çiçəklər müxtəlif əlvan, nə mənidir anı bil, kim  
Boyaçı bir imiş çün kim, bu ənvarın, bu əzharın. 
 


 
 
Əbirindən çəmən gör kim, nə teyb afaqə göndərmiş  
Kim, olmuş buyi-ətrindən məşami tazə əttarın. 
 
Nə ənbərdir tutan, yarəb, şəqait məcmərindən kim,  
Kim, anın ətri buyindən seçilmiş müşki-tatarın. 
 
Gəl, ey siminbədən saqi, mana sun cami-səhbanı  
Ki, gəldi rövnəqi güldən meyi-gülrəngi-xummarın. 
 
Əgərçi sünbülü nərgis bəyani-“küntü kənz” eylər,  
Qaçan “bəlhəm əzəl” bilsin işaratın bu əsrarın? 
 
Bu gün gər aləmül-qeybin nişanın görmək istərsən,  
Rəyahin uş bəyan eylər zühurun çərxi-səyyarın. 
 
Bu musiqidən ey same sana gər nəsnə kəşf oldu,  
Məqamatın bəyan eylə, üsulun göstər ədvarın. 
 
Əgər susən kimi əbkəm deyilsən, nitqə gəl, söylə,  
Bu hərfü nöqtə tərkibi nə yerdəndir bu goftarın. 
 
Cəhan cənnati-ədn oldu, çəmən səhnində hurilər,  
Bəzənmiş hillədən bostan, gözü açılmış əşcarın. 
 
Bu gün bazar edər gülşən səməndən, laləvü güldən;  
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın. 
 
Nəsiminin sözü gərçi dəmi-İsadır, ey münkir,  
Sana kar eyləməz, neyçün ki, yoxdur Həqqə iqrarın.  
 
(səh.127) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 
Gəlgil ki, nuri-didə cəmalındadır sənin,  
Dövri-qəmərdə fitnə-hilalındadır sənin. 
 
Ağzın çü “mim”, zülfü qaşın “nun”ü “dal” imiş,  
Könlüm Həmişə “mim” ilə “dal”ındadır sənin. 
 
Zülmat içində çeşmi-heyvan imiş ləbin,  
Xızrın həyatı abi-zülalındadır sənin. 
 
Afaqa düşdü işveyi-hüsnün məlahəti, 
Şol fitnədən ki, mərdümi-alındadır sənin. 


 
 
 
Ta ruzi-həşr nuri-hidayətdir, ey sənəm,  
Misbahi-ləmyəzəl ki, kəmalındadır sənin. 
 
Xəttin hesabını bilən əhli-kəlamə sor,  
Şol ayətin ki, nöqtəsi xalındadır sənin. 
 
İstər Nəsimi vəslini həqdən murad ilə  
Anın muradü kami vüsalındadır sənin.  
(səh.128) 
 
*** 
 
 (müstəf’İlün müstəf’İlün müstəf’İlün müstəf’İlün) 
 
Yandırdı eşqin bağrımı səndən mana dərman gərək,  
Gərçi yolunda aşiqin canü dili suzan gərək. 
 
Düşdüm yenə eşq oduna, büryan yürək, giryan gözüm,  
Hər kim ki, düşdü eşqinə büryanü həm giryan gərək. 
 
Sun, saqiya, kasən rəhiq, çal, mütriba, eşq əzgüsün,  
Kim, məst olan bu badədən qəltanü həm heyran gərək. 
 
Qalü bəladə can sana qılmışdı iqrar, ey sənəm,  
İmdi aramızda bizim şol əhdü şol peyman gərək. 
 
Şövqən tərani sirrini mən söyləyəydim, neyləyim,  
Məhrəm bu Turin sirrinə Musa bəni İmran gərək. 
 
Hər kim vücudi-şəhrini gəzdivü gördü şəhnəsiz,  
Yarğu anındır, ey sənəm, ol sahibi-divan gərək. 
 
Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə,  
Simurği-Qafə qürb olan ərş üstünə cövlan gərək. 
 
Mən qul olanın quluyam, altun olanın puluyam,  
Hər kim bu yolda quldürür aləmdə ol sultan gərək. 
 
Görsət üzünü bir kərə, ta kim, Nəsimi can verə,  
Çün eydi-əzhadır üzün, yüz can ona qurban gərək.  
(səh.129) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə