NəSİMİNİN İraq divani


(müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

 
 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
bə yüzündür, ey sənəm, yüzünədir sücudumuz,  
Ta ki, görə bu səcdəyi, narə düşə həsudumuz. 
 
Şəmi-rüxün hərarəti yandırır, ay qəmər, bizi  
Uşbu cəhətdən oldu kim, göylərə çıxdı dudumuz. 
 
Canımızı buraxmışız atəşi-eşqə ud kimi,  
Ta ki, səfavü zövq ilə eşqə yanə bu udumuz. 
 
Zülf ilə qaşu kirpigin müshəfimizdir, oxuruz,  
Ey dilimizdə cümlə sən, keftömüzü şənudumuz. 
 
Zülfü rüxün şümarinə düşmüşüz üştə sayıruz,  
Kim nə bilir bu üqdəyi kim, necədir üqüdumuz. 
 
Məhbitimiz sifati çün zati-qədimi fərd imiş,  
Vahidi-bizəvalədir, mərcə ilə soudumuz. 
 
“Kaf” ilə “nun” əzəldə çün, ayinəmizdir, ey bəşər,  
Qaziyi-həq qatında çün adil imiş şühudumuz. 
 
Maü mənidən, ey fəqih, əsrəyübən iki demə,  
Çünki yeganədəndürür varid ilə vürüdumuz. 
 
Qaziyə nəsnə verməzüz rüşvət üçün bu dəvidə,  
Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz? 
 
Surəti-xəttü xalinə sacidü abid olmayan,  
Millətimizdə oldurur, müşrik ilə cüvudumuz. 
 
Düşmən üçün Nəsimiyə, olma məlul ğəm yemə,  
Oldu əzəl günündə çün Fəzl əbəd vüdudumuz. 
 
(səh.111) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Canə sən candan nə kim, gəldi cigərlər ağrımaz,  
Həq bilir bir zərrə nəştərdən damarlar ağrımaz. 
 
Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,  
Cismimi sər ta qədəm min kəz yararlar ağrımaz. 


 
 
 
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,  
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz. 
 
Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim,  
Gör məni kim, cövr ilə munca qurtarlar ağrımaz. 
 
Fitvasından zahidin nahəq səni gör soydular,  
Qəm dəgil səndən, şəha, görcəg nəzərlər ağrımaz. 
 
Cəhli-nadanın qaçan meydan yerində yeri var,  
Həq bilir kim, şol qədər əlin qanarlar ağrımaz. 
 
Sevməyən, ey murdari-islam, Nəsiminin tənini,  
Bunca namərdi görün bir ər qıyarlar ağrımaz.  
 
(səh.112) 
 
*** 
 
 (məf’Ulü məfA’İlü məfA’İlü f ə’ulün) 
 
Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,  
Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz. 
 
“Üşşaq” meyindən qıla ol işrəti-“Novruz”,  
Ta “Rast” gələ “Cəng”i-“Hüseyni”də sərəfraz. 
 
Bər “Çargəhi” lütf qıla hüsnü “Büzürgi”,  
“Kuçik” dəhənindən bizə, ey dilbəri-“Şəhnaz”! 
 
“Zəngulə” sifət nalə qılam zari-“Segahə”,  
Çün əzmi-“hicaz” eyləyə məhbubi-xoşavaz. 
 
Ahəngi-“Sifahan” qılur ol nayi-“Əraqi”,  
“Rəhavi” yolunda yenə canım qıla pərvaz. 
 
Könlümü “Hisar” eylədi bir ruyi-“Mübərqə”,  
Gəl, olma müxalif bizə, ey dilbəri-pürnaz. 
 
Şurə gəlibən eşq sözünü söylə Nəsimi,  
Şövqündən anın cuşə gələ Sə’diyi-Şiraz.   (səh.113) 
 
*** 
 
 (fA’ilAtün məfA’ilün fə’Ulün) 
 


 
 
Dinləgil bu sözü ki, candır, söz,  
Aliyi-asiman məkandır söz. 
 
Şeş cəhətdən münəzzəh anlavü bax,  
Şöylə kim xaliqi-cahandır söz. 
 
Nazilü münzəl anla kim, birdir,  
Kəndi-kənduyə tərcümandır söz. 
 
Əqli küll, ərşü kürsi, lövhü qələm,  
Çar ünsürlə asimandır söz. 
 
Zahirü batin, əvvəlü axir,  
Aşikaravü həm nihandır söz. 
 
Ey üqulü nəsəb edən isbat,  
Qamuya söz varır, hamandır söz. 
 
Kafü nundan vücudə gəldi cahan,  
Əgər anlarisən, əyandır söz. 
 
İsiyi-pak, Adəmü Əhməd,  
Mehdiyi-sahibəzzəmandır söz. 
 
Bu bəyani dilərsən anlayasan,  
Kim, necəsi filan, filandır söz. 
 
“Cavidannamə“yi gətirgil ələ,  
Ta biləsən ki, nəsnə candır söz. 
 
Aqil isən sözünü müxtəsər et,  
Ey Nəsimi, çü bikərandır söz.   
(səh.114) 
 
*** 
 
 (məf’Aİlün məf’Aİlün fə’Ulün) 
 
Kişi kim mə’rifətdə kamil olmaz,  
Ona nuri inayət hasil olmaz.  
Şəritdə mükəmməl olan adəm,  
Təriqət aləmində qafil olmaz.  
Xüdayə, verməgil cahilə dövlət,  
Cahilə dövlət billahi layiq olmaz.  
Xəlayiq qüssə ilən oldu ağü ah,  
Qəmü qüssədən nəsnə hasil olmaz.  


 
 
Hünər babında laf etmə Nəsimi.  
Özün ögən kişilər aqil olmaz.   
(səh.115) 
 
*** 
 
 (müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün)  
 
Ey cənnətin xəndan gülü, acı fərağın xar imiş, 
Müştaqə dirlik sənsizin, vallah ki, çox düşvar imiş. 
 
Sənsiz gərəkməz kün-fəkan, ey surəti-rəhman mənə, 
Eşq əhlinin məqsudu çün gövnü məkandan yar imiş. 
 
Musa təcəlli nurini görmək təmanna eylədi,  
Məqsudu mə’lum oldu kim, həqdən anın didar imiş. 
 
Nəfs ilə yar ol, yarı bul, yad olma həqdən arif ol, 
Şol müddəi kim, həqq ilə yar olmadı, əğyar imiş. 
 
Mənsur “ənəlhəq” söylədi, həqdir sözü, həq söylədi, 
Anın cəzası ğəm deyil, biganədən gər dar imiş. 
 
“Qalu bəla”nin əhdini unutmazam; unutma kim,  
İmanı tövhid əhlinin şol əhdü şol iqrar imiş. 
 
Gər münkir inanmaz həqə, eyb etmə anı, fariğ ol; 
Şol mə’nidən kim, münkirin daim işi inkar imiş. 
 
Tövhidə gəlməz müşrikin qəlbivü eyni əhvəlin, 
Sən ol müvəhhidlərdən ol, k’anın üluləbsar imiş 
 
Gülgun yanağından mana kəşf oldu, ey bədri-düca, 
Gəhli-vəfanın cənnəti şol bağü şol gülzar imiş. 
 
Hər zahidin kim, təsbihi şol zülfi-pərçin olmadı, 
Zikri həvavü hərzədir, səccadəsi zünnar imiş. 
 
Həq surətindən göz yumar zahid nədəndir bilməzəm, 
Şol məkri çox şeytan kimi həqdən məgər bizar imiş 
 
Arif qatında dünyənin miqdarı yoxdur zərrəcə, 
Mizanə çək miqdarini, gör kim, nə bimiqdar imiş. 
 
Nəzmi Nəsiminin yəqin allahi nurun şərhidür, 
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş. (səh.116-117) 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə