NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

 
 
 
Dişlərin nəzminə dürdaneyi-gövhər dedilər,  
Görücək yüzünü xəlq ayəti-əkbər dedilər. 
 
Yazıcaq surətini müxtərei-nəqşi vücud,  
Yerü gög xəlqi ona ruhi-müsəvvər dedilər. 
 
Kirpiyindən dilədim könlümü, qaşınla gözün,  
Qoymadı bizdə anı zülfi-müənbər dedilər. 
 
Sordum ərvahə yüzün vəsfini hərfən-hərfa,  
Kimsənin şərhinə gəlməz bu güli-tər dedilər. 
 
Ləbini canlara sordum ki, nədir əsli anın,  
Ruhi-qüds ilə yenə nuri-mütəhhər dedilər. 
 
Gərçi sərfitnə saçındır bu qəmər dövründə,  
Qəmərin fitnəsi ol xali-müdəvvar dedilər. 
 
Gər desəm zülfinə mürsəl, nə əcəb, ya hadi,  
Möcüzat əhlinə hadivü peyəmbər dedilər. 
 
Gərçi zülmatə saçın daldır, fitneyi-dəlil,  
Aşiqə şə’mi-rüxün nurunu rəhbər dedilər. 
 
Rövşən oldu yeri-gög mehri-rüxün şövqündən,  
Bu cəhətdən yüzünə mehri-münəvvər dedilər. 
 
Gülə əl sunmasın ol kim, tigənindən üşənür,  
Ki, bu həmra gülünün xarinə xəncər dedilər. 
 
Dedilər, qəndü şəkər lə’linə, ya rəb, nə üçün  
Gövsərin şərbətinə qənd ilə şəkgər dedilər. 
 
Hüsnünün xəmri ləbin suyudur ol mə’nidə üş,  
Səlsəbil oldu ləbin, adına gövsər dedilər. 
 
Sənə ol gün kimi, ey fitnə, sücud eyləyənin,  
Əxtəri-taleyi məs’udu müzəffər dedilər. 
 
Ey Nəsimi, nədir ayruq diləgin həqdən kim,  
Nə ki, həqdən dilədin, oldu müyəssər dedilər.   (səh.93) 
 
*** 
 


 
 
 (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,  
Gərçi ucmaq hurisi, cümlə ona can dedilər. 
 
Səni bu hüsnü cəmal ilə, bu lütf ilə görən,  
Qorxdular həq deməyə, döndülər insan dedilər. 
 
Sünbülün halı pərişan dedilər, hal əhli,  
Allah, Allah nə əcəb müşgə pərişan dedilər. 
 
Bir qılın qiymətini hər kimə sordumsa ona,  
Gənci-Qarun ilə həm mülki-Süleyman dedilər. 
 
Şol rəqib adını aşiqlərə sordum ki, nədir,  
Eşidən cümlə nə kafər, nə müsəlman dedilər. 
 
Şəkk degil kim, yüzünü görməmiş anlar ki, səni,  
Hüriyə bənzədübən Yusifi-Kən’an dedilər. 
 
Ləblərin vəslinə irmək mənə müşkül görünür,  
Gərçi soranlar anı dil ilə asan dedilər. 
 
Ağzı əsrarına əndişə qaçan vaqif olur,  
Ki, üqul əhli ona nükteyi-pünhan dedilər. 
 
Ey Nəsimi, dəmi-isa degil isə nəfəsin,  
Nəfəsi doğrular ana nə üçün can dedilər? 
  (səh.94) 
 
*** 
 
 (fA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Yüzünə əhli-nəzər surəti-rəhman dedilər,  
Oxuyanlar bu kəlamüllahı Qur’an dedilər. 
 
Səbəxan hafizə sordum ki, qaşınla, gözünə,  
Həqq ilə batili-fərq edici fürqan dedilər. 
 
Xətt ilə arizinə xazini-cənnəti-nəim, 
Xüldü firdovsi-bərin, rövzeyi-rizvan dedilər. 
 
Ləblərin çeşməsinə Xizrü, Sgəndər, Dara,  
Zəmzəmü gövsər ilə çeşmeyi-heyvan dedilər. 
 


 
 
Ləbi-lə’lin şəkərindən bal utandı, əridi,  
Səni Şirini-zaman, Xosrovi-xuban dedilər. 
 
Dürri-dürci ləbi-dəndanına sərrafi-zəman,  
Ləlü yaquti-gühərbaru dürəfşan dedilər. 
 
“Sibğətüllahivü Mən Əhsənü” həqdən yüzünə,  
Arif ol, sibğeyə, həm sibğeyi-sübhan dedilər. 
 
Müntəhi sidrə boyun qaməti şümşadi-səhi,  
Ki, boyun sidrəsinə sərvi-xuraman dedilər. 
 
Endi gögdən yüzünə lövhi-zümürrüd xət ilə,  
Kim ki, bildi, bilənə Musiyi-İmran dedilər. 
 
Yüzümün üstə saçın cəm’i pərişan kimidir,  
Aşiqin könlünə məcmu’i-pərişan dedilər. 
 
Aşiq ol, eşq ilə bil, məntiqi-eşqin halını,  
Mö’minə Nuhi-nəcat, kafirə tufan dedilər. 
 
“Əkrəmüzzeyf” əmanət dedi peyğəmbəri-həqq,  
İzzət etgil bu gün ol məntiqə iman dedilər. 
 
“Mən ərəfna” tanıyan nəfsini ol kimsənədir,  
Bildi rəbbini, anın adını insan dedilər. 
 
Səcdə qıl, məscidi bul, sacidü məscudini bil,  
Kim ki, toprağa sücud etmədi, şeytan dedilər. 
 
Möhkəmayətü dəlilü rüxü vəchül-həsənə  
Kim, Nəsimi sözünə höccətü bürhan dedilər. (səh.95-96) 
 
*** 
 
 (məf’Uli fA’ilAtün məf’Ulü fA’ilAtün) 
 
Gəlgil ki, səndən ayrü müştaqə can gərəkməz,  
Müştaqə sənsiz, ey can, ikki cahan gərəkməz. 
 
Gülzarə, sərvə könlüm meyl eyləməz anunçün  
Qəddindən ayru, ey can, sərvi-rəvan gərəkməz. 
 
Ol binişani buludum, anın nişanı oldum,  
Yüzün görənə ayruq namü nişan gərəkməz. 


 
 
 
Gördüm səni gümansız hər dilbərin yüzündə,  
Həqqül-yəqin görənə zənnü güman gərəkməz. 
 
Mişkin saçına verdim iki cahanı, canı,  
Assiyə uğrayana qılca ziyan gərəkməz. 
 
Qaşınla kirpiyin çün söyd eylədi cahani,  
Səyyad olana, ayruq tirü kəman gərəkməz. 
 
Şirin ləbin meyindən çün əsirdi Nəsimi,  
Faş oldu sirri-pünhan, şərhü bəyan gərəkməz. (səh.97) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Mənə sənsiz cahanda can gərəkməz,  
Vüsalın var ikən hicran gərəkməz. 
 
Ləbi-lə’lin zülal abindən ayru,  
Şərabi-çeşmeyi-heyvan gərəkməz. 
 
Qəmindir könlümün təxtində sultan,  
Bir iqlimə iki sultan gərəkməz. 
 
Yetər dərdin də’va müştaqə, neyçün  
Ki, dərdin bilənə dərman gərəkməz. 
 
Gülüstanın gülü sənsiz tikəndir,  
Mənə sənsiz gülü bustan gərəkməz. 
 
Gəl, ey aşiqlərin rizvani-hüsnün  
Ki, sənsiz aşiqə rizvan gərəkməz. 
 
İki aləmdə didarından özgə,  
Mənə ey, surəti-rəhman, gərəkməz. 
 
Mənə rəhm eylə, ey dərdim dəvası 
Ki, bildim dərdimə dərman gərəkməz. 
 
Əzəldə qılmışam peyman səninlə,  
Bütün peyman, sınıq peyman gərəkməz. 
 
Mənə səbr eyləmək sənsiz, nigara,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə