NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

 
 
 
Axirət halını hal əhlinə sor, ey qafil,  
Bu səfərdə olanın yoldaşı dünya nə bilür? 
 
Cənnət içində olan huriliqanın zövqün,  
Cənnətin əhlinə sor, cənnəti-ə’lan nə bilür? 
 
Ey Nəsimi, nəfəsin gərçi Məsiha dəmidir,  
Mö’cüzün rəmzini Musa bilə, İsa nə bilür?  (səh.78) 
 
*** 
 
 (MəFA’ilün məFA’ilün məFA’ilün məFA’ilün) 
 
Səhərdə gülruxun, şəha, çu gülşəndə gülab oynar,  
Anı görüb səfasından fələkdə aftab oynar. 
 
Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,  
Vücudin nuri-bərqindən cəmalında niqab oynar. 
 
Görübdü ğəbğəbin eynim, gəlin, görün tamaşayi,  
Ki, lə’lin hoqqə altından müəlləq durmuş ab oynar. 
 
Quruldu şahvar məclis, çalınır cəngü ney, qanun,  
Tərənnümlər qılır mütrib, ara yerdə şərab oynar. 
 
Fərəhdən cümlə üşşağın niyazi-göglərə çıxdı,  
Həsəddən zahidi-xüşkin qabağında xunab oynar. 
 
Cahan əksinə dönmüşdür, məgər axırzaman oldu,  
Qəfəsdə tutiyü qumri, çəmənlərdə ğurab oynar. 
 
Nəsimi uş bu əhvalın xəyalında təhəyyürdür,  
Kitabü nərdü şətrəncü odü yel, su, türab oynar. 
 
(səh.79) 
 
*** 
 
 (müstəf‘ilün müstəf‘ilün müstəf‘ilün müstəf’ilün) 
 
Məcnun kim ola aqibət şol zülfi-zəncir olisər,  
Yay oldu fitnələr mənə, kirpiklərin tir olisər. 
 
Ey şahi-xuban, qapına irdim, mənə lütf eyləgil,  
Sultan inayət qılmağa hər bir gəda mir olisər. 
 


 
 
Dedi, könül ver zülfünə, mən can fəda qıldım ona,  
Sən lütfin eylə, əfv qıl, məndən çü təqsir olisər. 
 
Bir gün gözlətdim dilbərin çapuqlığını kim necə,  
Dedim, şol ayyüzlü sənəm cahanda tək bir olisər. 
 
Düşdüm bəlayi-eşqinə, gəl, ey Nəsimi, səbr qıl,  
Əl hökmlillah çarə qıl, hər nəsnə təqdir olisər.   (səh.80) 
 
*** 
 
 (məFa’ilün məfa’ilün məfA’ilün məfA’ilün) 
 
Sənin eşqindir, ey dilbər, pənahım, mürşidim, həm pir  
Ki, düşdüm eşqinə, yarəb nədir çarə, nədir tədbir?! 
 
Vücudum padşahisən, könül verdim, səni sevdim,  
Sənə könül verən aşiq qaçan canın edə təqsir? 
 
Divanədir dəli könlüm saçın zəncirinə bağla,  
Mənim könlüm dəlisinə sənin zülfün teli zəncir. 
 
Duşumda dün gecə gördüm qara zülfünü boynumda  
Oyandım dedim, ey dilbər, nədir bu rəmzimə tə’bir? 
 
Nəsimi, namusu arı əgər aşiq isən tərk et,  
Aşiqlər boynuna biçmiş məlamət donunu təqdir. (səh.81) 
 
   *** 
 
 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Yanaram eşqindən, axır gözlərimdən yaşlər,  
Həsrətin dərdi çıxardı cigərimdən başlər. 
 
Tənə eylər müddəi, başıma qaxar eşqini,  
Sınığa vacib degildir bunca atmaq daşlər. 
 
Ğəmdən incəldi bu könlüm, oldu yengi ay kimi,  
Gözlərimə tuş olalı şol hilali qaşlər. 
 
Xəstə olalı könül eşqindən, ey can parəsi,  
İçirəm qəm mətbəxindən dürlü-dürlü aşlər. 
 
Zülfünə dolaşdı könlüm, bilmədi aşüftə kim,  


 
 
Zülfün ucundan nə çox-çox yerə getmiş başlər
 
Şö’lə yanır yürəgimdə, ey Sənəm, eşqin odu  
Kim, tutuşmuş şö’ləsindən həm quru, həm yaşlər. 
 
Taqətim taq oldu, vallah, keçdi ömrüm ah ilə,  
Dərdimə dərman nədir kim, neyləyim yoldaşlər? 
 
Olmuşam dərdi-fərağından zəif şol həddə kim,  
Gətirəməzlər xəyalə nəqşimi nəqqaşlər. 
 
Öldü eşqindən Nəsimi, iştə, dünyadən gedər,  
Sən murad ilə cahanda yaşa çox-çox yaşlər. (səh.82) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Hər səhər vəqtində kim, bülbül fəğanə başlər,  
Ahım artar, şoylə kim, axar gözümdən yaşlər. 
 
Hər səhər fəryad edər biçarə bülbül dərd ilən,  
Kim, onun fəryadına əfğanə gəlmiş daşlər. 
 
Bilməzəm zülfünmüdür hər tarəsin dam eyləyən?  
Ya bu cana qəsd edən gözünmüdür, ya qaşlər? 
 
Qanda bir Leyli olursa, onda bir Məcnun olur,  
Qanda bir gənc açılırsa, onda itər başlər. 
 
Kim mənə Məcnun olur, Məcanından verir xəbər,  
Ol səbəbdən kim onunla olmuşuz addaşlər. 
 
Hər firiştə surətin yanında yüz min div olur,  
Qanda bir qəllaş olursa, haqq olur qalmaşlər. 
 
Barəkəllah, dəsti-qüdrət türfə yazmış nəqşini,  
Afərin şol nəqşə kim, aciz qalır nəqqaşlər! 
 
Tərki-can qıldı Nəsimi, keçdi bu candan dəxi,  
Qanda qaldı ana-ata, qövm ilə qardaşlər.   (səh.83) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 


 
 
 
Əhli-iman işlərim ol dəmdə inkar etdilər,  
Şol Hüseyniyi Hələb şəhrində bərdar etdilər. 
 
Seyyidə cövr etdilər, zülm ilə həqqi basdılar,  
Əhsəni-təqvimi gör kim, necə inkar etdilər. 
 
Qazilər çün Seyyidin qətlinə fitva verdilər,  
Küfri tərk edib imanə gəlməgə ar etdilər. 
 
Həqq mənə söylə dedi, əmr etdi, mən də söylədim,  
Sözlərim dastan edib aləmdə təkrar etdilər. 
 
Kişilər pıçaqlar ilə canıma kar etdilər,  
Sağ ikən bu miskini gör necə bimar etdilər, 
 
Soydular xəncər ilən bu canım ilə tənimi,  
Yas tutub göydə mələklər, cümləsi zar etdilər. 
 
Ey Nəsimi, vasil oldun xaliqi-rəhmana sən,  
Cənnətül-mə’vanı buldun, bəki-gülzar etdilər. (səh.84) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Yüzünü surəti-rəhman oxurlar,  
Xətini sünbüli-reyhan oxurlar. 
 
Əlif tək cövhəri yekta boyundur,  
Dodağın çeşmeyi-heyvan oxurlar. 
 
Boyun Tuba dedilər, əhli-ürfan,  
Belin incə, ləbin mərcan oxurlar. 
 
Əzəldən çün yüzündür Misri-came, 
Yüzünü cümləsi Qur’an oxurlar. 
 
Yüzün bağında bülbül, tuti, qumri,  
Həzarən dəst ilə dəstan oxurlar. 
 
Yüzün nurinə münkir divi-məl’un,  
Ona lə’nət, adın şeytan oxurlar. 
 
Bu gülli-hüsnünüznü yad edənlər,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə