NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

 
 
Qaşların bir aydı kim mahi-hilal ondan çıxar. 
 
Ey könül, sən sayıl ol, qılgil suali-mə’rifət,  
Mə’rifət bir bəhr imiş, əhli-kəmal ondan çıxar. 
 
Mə’dəni-lö’l dişindir, tökər ol dürrü xoşab,  
Abi-kövsərdir adın, eyni zülal ondan çıxar. 
 
Ey Nəsimi, geymə ətləs, sidq ilə gey şal sən,  
Vəsleyi-dərviş budu, asudə hal ondan çıxar.  
(səh.65) 
 
   *** 
 
Gətir, gətir, gətir ol kaseyi ki, rəvadı,  
Götür, götür, ol çəlik ki, pir nəvadı. 
 
Verdim, verdim öz canımı ol yarə, 
Öpüm, öpüm, ol şəhd ilə şəkkərdi. 
 
Məni, məni, ol qəmzə ox ilə vurdu
Sənin, sənin ol cadu gözün yeksərdi. 
 
Ləbin, ləbin, ləbiniz əqiq lə’lilə mat, 
Dişin, dişin, dişiniz nə bəhasız gövhərdi. 
 
Sözün, sözün, sözünüzdən əridi qəndü nəbat,  
Yüzün, yüzün.yüzünüzdən tutulan şəmsü qəmərdi. 
 
Saçın, saçın, saçınızdan, xətayi müşki-xəta,  
Qaşın, qaşın, qaşınızdan kiprigin oxlərdi. 
 
Yəqin, yəqin, yəqindir ki, Nəsimiyə, şəksiz,  
Həbib, həbib, həbib durar dilində söylərdi.  
(səh.66) 
 
   *** 
 
 (məfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün) 
 
Qaçan ki, sünbüli-zülfün niqabi ayə düşər,  
Qəmər səhabə girər, aftabə sayə düşər. 
 
Düşürmüş ayə saçın zillinivü kölgəsini,  
Düşürmək anciləyin sayə, şol hümayə düşər. 
 
Qaşında gör ki, eynəl-yəqin imiş gizli,  


 
 
Ki, bigüman olur ol ki, gözü bu yayə düşər. 
 
Xətadır əhsəni-təqvimi sevmək, aydır div,  
Bu həqqə asiyi gör kim, necə xətayə düşər. 
 
Əgərçi zülfünə dami-bəla demiş aqil, 
Bu damə kim ki, gəlib düşmədi, bəlayə düşər. 
 
Səba saçından utandı ki, nafeyi-Çindir,  
Məgər ki, silisiləsindən səba Xətayə düşər. 
 
Cəhan müəttər olur hər səhər ki, badi-səba  
Gəlir bu həlqeyi-zülfün əbirsayə düşər. 
 
Qaçan gədayə vüsali-səadətin düşməz,  
Əgər düşərsə mənim tək ğəni gədaya düşər. 
 
Əcəb şərab imiş, ey saqiyi-əzəl, eşqin  
Ki, cuş edər içən ani nə huyi hayə düşər. 
 
Nəsimi yarə ulaşdı, nə oldu münkirə kim,  
Tutuşdu yürəgi yandı yavuz qəzayə düşər. (səh.67) 
 
   *** 
 
 (məfA’İlün məfA’İlün fə’Ulün) 
 
Apardı könlümü bir çeşmi-məşmur,  
Kim ola, istəməz şol hüsnə məğrur. 
 
Şərabi-ləlinizdən cür’ə içdi,  
“Ənəlhəq” çağırır eşqində Mənsur. 
 
Həqin əsrarını mən anda gördüm  
Ki, Musa söylər idi bərsəri Tur. 
 
Sənin eşqində, ey Leylisifətli,  
Ki, Məcnun olmuşam aləmdə məşhur. 
 
Çu İsa nöh fələk çərxinə çıxdım,  
Cahanı sərtəsər gördüm, pür əz nur. 
 
Nəsiminin cahanda yarı sənsən  
Ki, sənsən cənnətü cənnətdəki hur.  (səh.68) 
 


 
 
   *** 
 
 (FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Ey xətin səb’ülməsani, ey ləbin ma’i-təhur,  
Vey cəmalın pərtövindən sərbəsər aləmdə nur. 
 
Və’deyi-yovmül-qiyamət endi həqdən arifə,  
Ruzi-həşr oldu, çalındı vəhdətin günündə sur. 
 
Xilqətin şanında münzil oldu əmri-əscuda,  
Bilmədi şeytan bu rəmzi, şükrünü qıldı ğəyur. 
 
Şübhədən arınü əhli-sacid olgil səcdəyə,  
Leysə məqbuləl səlatülqəlb illa bilhüzur. 
 
Xatiri-cəm’iyyət ol zülfi-pərişanındadır;  
Şol cəhətdən olmadı xali xəyalın əz xütur. 
 
Eynimə gəlməz cəhanın zülməti bir şəmməcə,  
Çün iki aləmdə sənsən mərdümi-eynimdə nur. 
 
Həmdilillah kim, Nəsimi buldu yarın vəslini,  
Fariğülbal əz qəmi-dünyavü min həşrən-nüşur.   (səh.69) 
 
 
 
 
 
***         
 
(müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün) 
 
Tabəndə yüzün tə’ləti xurşidi-taban göstərir,  
Şol sidreyi-ə’layi gör sərvi-xuraman göstərir. 
 
Hüsnün rümuzi şərh edər “inna fətəhna”, ey nigar,  
Kim, vəhyi-mütləq sirrini aləmdə pünhan göstərir. 
 
Cami-ələl-ərş istiva rəhmanı həqdən buldum uş,  
Ol mə’nidən həq daima mö’cüzü bürhan göstərir. 
 
Yaxdı fəraqın uş məni, Musa kimi, sərtaqədəm,  
Firqətdə yanan aşiqə gör kim nə hicran göstərir. 
 
Lö’löi-nabin vəsfini axıtdı ğəmdən gözlərim.  
Gör kim, necə hər qətrəsi dəryayi-ümman göstərir. 
 
Ruxsarın üzrə zülfünü dağıtma nəsrin üzrə kim,  


 
 
Zülfi-siyahın gör necə küfr ilə iman göstərir. 
 
Gərçi dodağın vəsfini sordum mən anı arifə,  
Lə’lin şərabın Xızra sor nə abi-heyvan göstərir. 
 
Oldu xəyalından zəif cismi Nəsiminin, yenə  
Dərmanı səndəndir, şəha, kimdir ki, dərman göstərir.   (səh.70) 
 
   *** 
 
 
(FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Zey günəş kim, zərrəsindən mahi-taban göstərir,  
Zey dəniz kim, qətrəsindən bəhri-ümman göstərir. 
 
On səkiz min aləmə ayinə oldu surətin,  
Çar ənasir surətində şəkli-insan göstərir. 
 
Canü dil Beytülhərami-vəslin oldu, ey nigar,  
K’əlləzi əsrayi hər dəm anda sübhan göstərir. 
 
Cameyi-cümlə xəlayiq nüsxeyi-ümmülkitab  
Olduğunçün, bu bəşər şəklində Qur’an göstərir. 
 
Eylədi çün bu Nəsimi faş “ənəlhəq” sirrini,  
Dönmədi eşqin yolundan əhdü peyman göstərir. (səh.71) 
 
   *** 
 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Sünbülün əbrində yüzün mahi-taban göstərir,  
Kafiri islama çəkmiş, küfrə iman göstərir. 
 
Surətindən kəşf olur çün sureyi-ümmülkitab,  
Çün bu sirrin tovhidin aləmdə pünhan göstərir. 
 
Firqətin dövranı keçdi, getdi zülmət arədən.  
Çün əyan oldu ləbindən abi-heyvan göstərir. 
 
Gər ənəlhəq sirrini faş eyləyim haqdan bu gün  
Kim, məni firqətdə yaxır, dağı hicran göstərir. 
 
Yovmi din oldu camalın ta əbəd dilbər, sənin,  
Din əyan oldu həqiqətdən çu bürhan göstərir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə