NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

 
 
 
Dərdimin dərmanı sənsən bilmədim sordum, təbib,  
Çün yəqin sənsən dəvası, dərdə dərman göstərir. 
 
Zülfü ruxsarın Nəsimi sirrini faş eylədi,  
Kim, bu əsrarın bəyanı, ərşi-rəhman göstərir. (səh.72) 
 
   *** 
 
 (FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Vəhdətin şəmsi yüzündür, laməkani göstərir,  
Zi kəmali-nəqşi-qüdrət bu nişani göstərir. 
 
Sureyi-səb’ülməsanidir cəmalın, ey günəş,  
Surəti mə’ni mənə “səb’ülməsani” göstərir. 
 
Zilli-sanidir saçın “inna ileyhir-raceun”  
Qül kəfanin aftabi xoş məani göstərir. 
 
Hüsnünə heyran olubdur mahü xurşidi-səma,  
Mahü xurşidin cəmalı bu bəyani göstərir. 
 
Mə’dəni-lö’lö dişindir, cövhəri bilməz anı,  
Cövhəri gövhər nə bilsin kim, dəhani göstərir. 
 
Vəl-qələmdən “kafü” “nun”un katibi şəqq eylədi
Cübbədən şəqqülqəmər gör kim, filani göstərir. 
 
Laməkanidir vücudun, qıl təbarək, ya həbib,  
Gəl məkanı gör, məkansız kün-fəkani göstərir. 
 
Eşq meydanında gəl, də’vi nədir, ey pürhünər,  
Də’viyə mə’ni gərəkdir, tərcümani göstərir. 
 
Cənnətin mülkünə düşmüşdür Nəsimi layəzal,  
Dari-üqbadə məgər ruhi-rəvani göstərir.   (səh.73) 
 
  
*** 
 
(FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün) 
 
Odü su, torpağü yeldən gör nə mə’ni göstərir,  
Özünü pünhan edər, əmayi-mə’ni göstərir. 
 


 
 
Dinü imani-əmanət əhdilə dörd-yeddidir,  
Kamil insan olanı buyisti-məşti göstərir. 
 
Dörd kirpigü iki qaşın, dəxi zülfün sənin,  
Üç ləbindir, iki ariz iki mini göstərir. 
 
On dörd ayət oldu bu, “səb’ülməsan” derlər ona,  
Zahirü batin yüzündür, dördü yeddi göstərir. 
 
Səmə, beyniv əynü nitqin cümlə zatilla imiş.  
Hər yerə qılsan nəzər nuri-təcəlli göstərir. 
 
Üç yüz altmış istivanda dərdi süngər dələr,  
Hər birisi üç yüz altmış gənci-məxfi göstərir. 
 
Çar ənasir, həft kəvakib, şeş cəhət, həm səd tənab,  
Elmi tovhidin bəyanın, bəlkə Fəzli göstərir. 
 
Müttəqilər bu hürufun sirrinə vaqif degil,  
Hadidir onlar həmişəni şani-ərşi göstərir. 
 
Kim ki, tovhidi-mücərrəd oldu bu eşq yoluna,  
Lövhi-məhfuz oldu, könlü təhti-kürsi göstərir. 
 
Bu həqiqət sirrinə sən vaqif olma, zahida,  
Ruhi-qütsün nitqidir, həm elmi hadi göstərir. 
 
Dürrü gövhərdir Nəsimi, sözlərin fəhm eylə, gəl,  
Xeymeyi-miyad içində “küntü kənzi” göstərir.   (səh.74) 
 
   *** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Sübhdəm dildarımı gördüm, otağından gəlir, 
Öylə sandım huridir, firdövs bağından gəlir. 
 
Ya məgər nuri-ilahidir, əyan oldu, yəqin,  
Ay ilə gün təl’əti gülgün yanağından gəlir. 
 
Çeşmeyi-heyvan xəcildir, ləblərindən daima,  
Abi-kövsər şərbəti şirin dodağından gəlir. 
 
Şahə, qəddü qamətin hər sərv görsə dər çəmən,  
Anlıyur, səcdə qılur, titrər, budağından gəlir. 


 
 
 
Zülfünüz çin-çin xətadır, dəm urur müşki-xəta,  
Rusiyah bilməz xəta, hər dəm dimağından gəlir. 
 
Dilbəra, sən hüsn ilə mən’ eyləmə mən aşiqi,  
Qanda kim, bir gül olur, bülbül qırağından gəlir. 
 
Ey Nəsimi, ruhpərvər gəldi yarından sənə,  
İsanın ənfasıdır, yarın buxağından gəlir.   (səh.75) 
 
   *** 
 
(fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Sünbülün əbrində gördüm üş mahi-taban gəlir,  
Saçının hər tarəsindən şö’leyi-iman gəlir. 
 
Surətin əşkalıdır, “inna fətəhna”, ey nigar,  
Kim, nüquşun ayətindən həqqə üş bürhan gəlir. 
 
Gərçi ehsan etdiyin daim cəfadır aşiqə, 
Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan gəlir. 
 
Zülmətin dövranı keçdi, oldu çün Xızra əyan,  
Şimdi sordum ləblərindən çeşmeyi-heyvan gəlir. 
 
Razimi faş etdi ahim, şol səbəbdən, ey nigar,  
Vəslinə vəsl olmaq üçün dəgmə bir nadan gəlir. 
 
Gül yanağın həsrətindən bülbül, ey can aşiqi,  
Ah edər gül həsrətindən, bilməz ol qandan gəlir. 
 
Əhsəni-təqvim sücud eylər bu gün, ey can, sənə,  
Surətin gördü məgər kim, səcdeyi-şeytan gəlir. 
 
“Lövhi-məhfuz” oldu qaşın, kirpigin eşq əhlinə,  
Surətin lövhündə, ey can, həq dedi Fürqan gəlir. 
 
Çün məqami-dilbər oldu, ey Nəsimi, aşikar,  
Şol həyati-cavidandan sevdiyim canan gəlir.  (səh.76) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 


 
 
Güli-tərdən gəlicək arizinə ma’ tökülür,  
Bağə gir, gör ki, necə laleyi-həmra tökülür. 
 
Ənbərin sünbülünə badi-səba kim, əsicək,  
Qoyma təprənməgə kim, ənbəri-sara tökülür. 
 
Qara saçın ucunu ayağına salma, götür,  
Heyf ola nafeyi-tatarə ki, hər ca tökülür. 
 
Aləmin başına tabəndə yüzün şəm’indən,  
Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür. 
 
Necə nomid olayım, çünki gözüm əbrindən,  
Qətrə-qətrə yüzümə dür kimi dərya tökülür. 
 
Sədəfin gərçi dəhanı doludur incu ilə,  
Açıcaq ləblərini lö’löi-lala tökülür. 
 
Ləblərindən varicək Misrə xəbər, əttarın,  
Qutusundan dünü gün qəndilə həlva tökülür. 
 
Ta əbəd oldu Nəsimi ləbi-lə’lindən anın,  
Gözlərindən dünü gün lə’li-müsəffa tökülür. 
(səh.77) 
 
*** 
 
 (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Gözü ə’ma olanın nuri-təcəlla nə bilür?  
Bu sözün şərhini binayə sor, ə’ma nə bilür? 
 
Leylinin bildigini Məcnunə sor, Məcnunə,  
Aqilin əqli qaçan bildi ki, Leyla nə bilür? 
 
Mö’münin güzgüsü çün mö’min imiş, gözünü aç, 
Görməyən güzgüdə ol surəti, mə’na nə bilür? 
 
Darə çıxmaq bu fəna ərsədə Mənsurə düşər,  
Bilmiyən sirri-ənəlhəqqi o də’va nə bilür? 
 
Ey verən könlünü Çin nəqşinə, bu surətə bax  
Qüdrətin nəqşi yazan nəqşəni Mani nə bilür? 
 
Bənzədirlər dodağın xəttini reyhanə, vəli,  
Bu zümürrüd gühərin qiymətin əf’a nə bilür? 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə