NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

 
 
Canü dildən mədh oxur Seyyid Nəsimi şah üçün,  
Həm bu on iki imama sidq ilə məddahvar.  
(səh. 57) 
 
*** 
 
 (məfA’ilün məfA’ilün fə’Ulün) 
 
Şəha, könlümdə daim bir həvəs var,  
Soram şəkkər dodağından məgəs var 
 
Sənin gülgün yanağın firqətindən,  
Axar çeşmim yaşı həm çün Ərəsvar. 
 
Qəntarında itin tək qətrəsiydim,  
Qara saç boynuma taxgil mərəsvar. 
 
Gəl ey əmri-əzizimdən, əzizim  
Ki, sənsiz gecədür ömrüm əbəsvar. 
 
Qənim olsun mənə fürqanü İncil,  
Əgər könlümdə səndən özgə kəs var. 
 
Qulağıma gəlür hər gecə ta sübh,  
Rəqiblərin ünü həm çün cərəsvar. 
 
Sənin tərkini qılmaz bu Nəsimi,  
Neçə kim bu qəfəsdə bir nəfəs var.   
(səh. 58) 
 
*** 
 
 (məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün) 
 
Aləmdə bu gün səncəliyim yar, kimin var? 
Gər var desən, yox deməzəm, var, kimin var? 
 
Dildari-məcazi bulunur aşiqə min-min.  
Bənzər sənə təhqiqdə dildar, kimin var? 
 
Məhbub qəmər yüzlü, boyu sidrə ögüşdür,  
Yanaqları gül, ləli-şəkərbar kimin var? 
 
Eşqin qəminə eyləmişəm könlümü məskən,  
Gör məncəliyin “məxzəni-əsrar” kimin var? 
 
Gərçi gecəsi mətlə’i-ənvardır anın,  


 
 
Zülfün kimi bir mətlə’i-ənvar kimin var? 
 
Ey nisbət edən yüzünü gülzarilə bağə,  
Yüzün tək olan gülşənü gülzar kimin var? 
 
Əyyar kimi turrəsi məndən könül aldı,  
Şol turrə kimi dilbəri-əyyar kimin var? 
 
Ey muncuğu dürdanə deyən, gövhərini bil
Ta kim, biləsən lö’löi-şəhvar kimin var? 
 
Tatarə saçın tozunu tüccar ilə göndər.  
Ta kim, bilələr nafeyi-tatar kimin var? 
 
Can ilə cəhan yarə fəda qıldı Nəsimi,  
Anın kimi bir yari-vəfadar kimin var?  
(səh. 59) 
 
*** 
 
 (məfA’ilün məfA’ilün fə’Ulün) 
 
Qanı bir əhdü peymanı bütün yar?  
Qanı bir qövli gerçək, doğru dildar? 
 
Qanı dövranda bir qəlbi dəğəlsiz,  
Qanı aləmdə bir aricə dinar? 
 
Qanı həqqi bilən bir gerçək ər kim,  
Ola doğru anın dilində göftar? 
 
Qanı dilində iqrar eyləyən kim,  
Həqə yoxdur anın dilində inkar? 
 
Qanı şol incili ari sədəf kim,  
Buluna anda bir lö’löi-şəhvar? 
 
Qanı dünyadə yarəb, bir əmin kim  
Kim, anda gizlənə bir dürlü əsrar? 
 
Qanı Mənsurləyin bir əhli-həq kim,  
Asıla əşq içində başı bər-dar? 
 
Qanı sadiqlərin razinə məhrəm,  
Qanı aşiqlərin rəncinə timar? 
 


 
 
Qanı gerçəkləyin bir həqqə aşiq,  
Qanı görmüş həqi bir əhli-didar? 
 
Qanı qəflət şərabından bir ayıq,  
Qanı əsrüklərin bəzmində hüşyar? 
 
Qanı əhdində bir sabitqədəm kim,  
Qoyam anın adın doğru vəfadar? 
 
Yar ilən çünki bir oldu Nəsimi,  
Qamu aləm, nə ğəm, gər olsa əğyar!  
(səh. 60) 
 
*** 
 
 (məf’Uli məfA’İlü məfa’ilü fə’Ulün) 
 
Ümmanə girən eşq ilə dürdanəyə uğrar,  
Şükranə verən canını, cananəyə uğrar. 
 
Yanmaqdan əgər qorxar isən şəm’ə yapışma,  
Şol atəşi gör kim, necə pərvanəyə uğrar. 
 
Mənsur kimi cuşə gələr, söylər “ənəlhəq”,  
Ol aşiqi-sadiq ki, bu meyxanəyə uğrar. 
 
Getməz dünü gün cami-şərabı nəzərindən,  
Hər kimsə ki, şol nərgisi-məstanəyə uğrar. 
 
Təsbih ilə səccadəyi bir cür’əyə satar,  
Şol sufiyi-safi ki, bu neymanəyə uğrar. 
 
Əfsanə satar aşiqə əfsun ilə vaiz,  
Aşiq qaçan ol qissəvü əfsanəyə uğrar. 
 
Zəncir saçın şöylə dəli qıldı məni kim,  
Əqlin itirər kim ki, bu divanəyə uğrar. 
 
Girdi hərəmi-Kəbeyi-təhqiqə Nəsimi,  
Mənnanə təvaf eylərü hənnanəyə uğrar. (səh. 61) 
 
*** 
 
 (məfa’İlün məfA’İlün fə’Ulin) 
 
Yüzün bərgi-güli-tərdir, güli-tər.  


 
 
Boyun sərvü sənubərdir, sənubər. 
 
Sənin şəm’i-cəmalindən vücudum! 
Münəvvərdir, münəvvərdir, münəvvər! 
 
Bəninlə zülfü rüxsarın həmişə,  
Müənbərdir, müənbərdir, müənbər! 
 
Mənə peyvəstə şol mehrabi-əbru,  
Bərabərdir, bərabərdir, bərabər! 
 
Həmişə zahidin xoş kim, dimağı,  
Mükəddərdir, mükəddərdir, mükəddər! 
 
Muradı aşiqin iki cahanda,  
Müqəddərdir, müqəddərdir, müqəddər!
 
 
Xuraman qamətin bir çeşmeyi-çeşm,  
Səmənbərdir, səmənbərdir, səmənbər! 
 
Dimağım büyi-zülfündən dəmadəm,  
Müəttərdir, müəttərdir, müəttər! 
 
Sənin nəqşi-xəyalin can içində.  
Müsəvvərdir, müsəvvərdir, müsəvvər! 
 
Zəhi dövlət ki, vəslin gah-gahi,  
Müyəssərdir, müyəssərdir, müyəssər! 
 
Sənayedən nə sən’ətdir, Nəsimi,  
Mükərrərdir, mükərrərdir, mükərrər!  
(səh. 62) 
 
*** 
 
 (məfA’ilün fə’ilAtün məfA’ilün fə’Ulün) 
 
Götür niqabüvü xəlqə görün, ey şəmsü qəmər,  
Görüb utana ləbindən nəbatü qəndü şəkər. 
 
Gözünü nərgizə kimdir ki, bənzədir, yarəb,  
Ol qafilü bixəbər gər kim, necə qıldı nəzər. 
 
Əbirü ənbər utandı cəmalını görəli,  
Saçın xəyalına düşdü həmçü şamü səhər. 
 


 
 
Əzəl günündə oxudum yüzündə uş “Taha”, 
Bu sirri kim, anı hiç kimsə verməmişdi xəbər. 
 
Səni bu lütf ilə kimdir deyən ki, ey dilbər,  
Bu surət ilə sənə kim dedi ki, üştə bəşər! 
 
Əzəldə düşdü cəmalın təcəllisi Turə, 
Ey Musa, anı mənə sor ki, narə yandı şəcər. 
 
Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bil,  
Ki, həq ilə yerü gög dopdoludu bəhr ilə bər. 
 
Hur ilə insü mələk bəndə oldu cümlə sana,  
Bu hüsnə aşiq olmayanın adı oldu həcər. 
 
Qələndəri ilə təcrid fəna üçü birdir,  
Nə qəm bu üçünə aləm olursa zirü zəbər. 
 
İrişdi mö’cüzü həqqin Nəsimiyə
 
çün kim,
 
 
Anın içün ki, ana həq dedilər əhli-nəzər.   (səh. 63) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,  
Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər. 
 
Gər sənə eşqi-dərunim şəmməsin təqrir edəm,  
Bazuyi-hümmət qulam bər guhü bər səhra çəkər. 
 
Sübhi-vəslindən cəmalın aftabın gözləyib,  
Gözlərim ta sübhdəm bidariyi şəbha çəkər. 
 
Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,  
Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər. 
 
Ey Nəsimi, yarın əsmasın dilindən qoymagil,  
Çün müsəmmayə sini xasiyyəti-əsma çəkər.  
(səh. 64)
 
 
*** 
 
 (fA'ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Təl’ətin bir gündü kim, xurşid-nur eylər əda,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə