NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

 
 
Cana, üz istivasına şəqqül-qəmər gərək,  
Ol möcüzün bəyanına xeyrül-bəşər gərək. 
 
Musasifət təcəlliyi-didar içün sana,  
Hüsn ilə qamətin kimi Turü şəcər gərək. 
 
Əhya qılır əkərçi dəmin ölü, ey sənəm,  
Xəlvətnişinə şahidü şəm’ü şəkər gərək. 
 
Başımı top edib, şəha, meydanə girmişəm,  
Meydanə girməgə yenə mərdanə ər gərək. 
 
Hər bibəsər səni neçə yol bula, görməyə,  
Uçmaqda rö’yətə dəxi əhli-nəzər gərək. 
 
Napak olan sənin nə bilir qədrü qiymətin,  
Zatında adəmin dəxi ari gühər gərək. 
 
Qismət, Nəsimi, olmayacaq yarə kim irər,  
Yarə irişməgə yenə yardan xəbər gərək.  
(səh.130) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Hüsnünə heyrandurur hürü mələk,  
Eşqinə sərgəştədir daim fələk. 
 
Vüslətin mana müyəssər olmadı,  
Nətəkim yolunda çəkdim çox əmək. 
 
Mən qula rəhm et deyü çox gəz dedim,  
Keçmədi tapın qatında bir dilək. 
 
Həsrətindən, qəm yerisəm mən, nola,  
Aşiqin daim işidir ğəm yemək. 
 
Şol şəkərləbdən rəvamıdır, şəha,  
Mən mühibbə sən acı söz söyləmək. 
 
Gözlərimin bəhrinə ğərğ olmuşam,  
Nətəkim, seyr eylərəm misli-səmək. 
 
Ey Nəsimi, aqibət verər yelə  
Bivəfa ilə yeyən nanü nəmək.   (səh.131) 


 
 
 
*** 
 
 (məfA’ilün məfA’ilün məfA’ilün məfA’ilün)  
 
Dağılmış aftab üzrə niqabi-ənbərəfşanın,  
Müəttər qılmış afaqi məşami-əhli-dünyanın. 
 
Hürufi löhü məhfuzin yazılmış ayəti-həqdən,  
Anın şanında rövşəndir bəyani-əhli-ürfanın. 
 
Xətin “umülkitab”ından açıldı elmi-rəbbanı,  
Kəlamin tərcüman etdi hədisi-gövhərəfşanın. 
 
Boyundur sidrəvü tuba, cəmalin cənnətül-məva,  
Səri-kuyi cinanındır, qüsuri huri-rizvanın. 
 
Götürdü pərdeyi-zülfün cəmalin aftabından,  
Tükəndi əqlimin səbri, qərarı qalmadi canın. 
 
Nəsimi cami-lə’lindən irişdi badeyi-eşqə,  
Kim, anın çeşməsindəndir həvası abi-heyvanın.    
(səh.132) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Lə’məyi nuri-təcəlla aftabıdır yüzün,  
Leylətül-əsra saçın zili hicabıdır yüzün. 
 
Əhsəni-surət camalındadır ki, aləmdə kim,  
Aləmül-qeybin kəlamı ittixabıdır yüzün. 
 
Surətin “inna fətəhna”dır, rüxün “ümmülkitab”, 
Şol cəhətdən arizinlə iktibadıdır yüzün. 
 
Lövhi-məhfuzidə mənzildir “Təbarək” surəsi,  
Qıl “Təbarək” şanına həqdir xitabıdır yüzün. 
 
Sədrədir sərvü gül əndamın rüxün ismayi-həqq,  
Sureyi-tənzil xəttin çün kitabıdır yüzün. 
 
Rövşən oldu dideyi-aləmdə hüsnün pərtövü,  
Çün Nəsiminin çırağı aftabıdır yüzün.  
 
 
(səh.133) 
 


 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Gərçi eynimdən, nigara, surətin pünhan degil,  
Firqətindən yanaram kim, vəslilə həmsan degil. 
 
Ey könül, nadan qatında razını faş eyləmə,  
Əhli-ürfandır bu razın məhrəmi-nadan degil. 
 
Həqsevər xubu, nə mə’nidən mən anı sevməyim?  
Sevməyən şol nəsnəni kim, həq dedi, insan degil. 
 
Cəhlini tərk eylə, ey cahil, ilahi tanı kim, 
Cəhl imiş, cəhl ol mərəz kim, qabili-dərman degil. 
 
Surətin eşqi kimin kim, qalmadı canında kar,  
Şol gəzən cismindəki mənidə cindir, can degil. 
 
Gərçi asandır, sanır can eşqini hər bibəsər  
Kim ki, ol dəryayə düşdü, bildi kim, asan degil. 
 
Arzumənd oldu yarın vəslinə könlüm, vəli,  
Buyruğu təqdirə keçməz, hökmünə fərman degil. 
 
Xızr ilən İsa, nigara, buldu lə’lindən həyat,  
Ləlini kimdir deyən kim, çeşmeyi-heyvan degil. 
 
Gərçi yeyrəkdir vəfadən səndən, ey dilbər, cəfa,  
Sən vəfalısan, vəfa qıl kim, cəfa cəndan degil. 
 
Ey könül, Darüssəlamı dünyənin şəhvətinə,  
Sanma kim, şol bisəbatın ömrü cavidan degil. 
 
Nəfsini öldürməyən gər Bijənu Söhrab isə,  
Pəhləvan olmaz, adı, həm Rüstəmi-dəstan degil. 
 
Eşq ilə meydanə möhkəm ər gərəkdir kim, girə,  
Hər hünərsiz hümməti pustun yeri meydan degil. 
 
Çün bu yolda öz canın başı ilə tərk etməyən, 
Bu işi zəhdü riyadır, etdigi ərkan degil. 
 
Tutma şeytan ür-rəcimin qövlünü, rəhmanə uy, 
Kim, uyan şeytanə cindir, sanma kim, rəhman degil. 


 
 
 
Ey deyən hər dəm mənə kim, baxma xublar yüzünə,  
Aşiqin axir gözü var, ol qədər nadan degil. 
 
Əql ilə həm canı yox, ol mə’rifətsiz cahilin,  
Surətin nəqşində daim valehü heyran degil. 
 
Gəl ki, sultan olmaq istərsən fəqir ol kim, yəqin,  
Kim ki, sultan oldu, dərviş olmadı, sultan degil. 
 
Ey Nəsimi, həq qatında çün yəqin iman imiş,  
Hər şəhadət kim, yəqindən dışradır, iman degil.   (səh.134-135) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil,  
Kim bu dəm qədrini bilməz, eylə bil adəm degil. 
 
Qafil olma dəm uzat, vermə dəmi özgə dəmə,  
Ol keçən dəmdən nə hasil, çün bizə həmdəm degil. 
 
Adəm isən dəm bu dəmdir, qoyma bu dəm fövt ola,  
Hasili-ömri-cavani bil ki, cüz bi dəm degil. 
 
Bu dəm ol dəmdir Məhəmməd seyri-me’rac eylədi, 
Gəl qənimət gör bu dəmi kim, bu dəm ol dəm degil. 
 
Yar ilən həmdəm olanlar hiç dəm urmaz özgəyə, 
Talibi-yar olmayanlar dünyayə məhrəm degil. 
 
Dünyaya arxa dutursan malü mülkü dövləti,  
Bibəqa bünyadı yoxdur, ol qədər möhkəm degil. 
 
Zahidü rə’na yügüşdür, sünbüli zünun imiş,  
Adı İbrahim çoxdur, nedəyim Ədhəm degil. 
 
Dəm keçərmi kim, Nəsimi, ol fəraqi dərd ilə,  
Naləsi göglərə çıxmaz, göz yaşı Zəmzəm degil.    
(səh.136) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə