NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

 
 
Fəraqindən yanır bağrım, xəyalə baxaram sənsiz. 
 
İki aləmdə məqsudum xəyalinə irişməkdir,  
Zəmirim, niyyətim oldur, qaçan fal açaram sənsiz. 
 
Sulu inculərin şövqü gözümdən axıdır yaşı, 
Bu lö’lö mədənindən gör nə mərcan saçaram sənsiz. 
 
Amansız firqətin hər dəm bu viran könlümün şəhrin,  
Əsasi-rəsmini yıxar, necə kim yaparam sənsiz. 
 
Gəl, ey məhbubi-ruhani ki, ğəmdən boynuma hər dəm,  
Firaqin, həsrətin şövqün ipini taxaram sənsiz. 
 
Nəsimi canını eşqin yolunda eylədi qurban,  
Anın adın bu mə’nidən qan ilə yazaram sənsiz.   (səh.104) 
 
*** 
 
 (müftə’ilün fA’ilün müftə’ilün fA’ilün) 
 
Əhdə vəfa qılmadı yari-vəfadarımız,  
Yar ilə gör kim, necə düşdü əcəb karımız. 
 
Qəmzələrin sirrini canda dedim saxlayım,  
Dışrə buraxdı könül pərdədən əsrarımız. 
 
Eşqi cəmalın məni kəndüdə məhv eylədi,  
Oldu əcəb üş bu gün eşq ilə bazarımız. 
 
Eşqə əlac eyləmə, dərdinə səbr eylə, dur,  
Gör ki, nə dərman qılır yari-vəfadarımız. 
 
Kim ki, səni sevmədi, eşqinə can vermədi,  
Yoxdur anın həqqinə zərrəcə iqrarımız. 
 
Əhdə vəfa eyləgil ta deməsin müddə’i,  
Qövlü qərar üstünə durmadı dildarımız. 
 
Zahid əgər aşiqə münkir olur, ğəm degil,  
Həq bizə oldu əyan, qalmadı inkarımız. 
 
Batina kar eylədi eşqü rüxün şöylə kim,  
Tənə urar altunun rənginə rüxsarımız. 
 


 
 
Gərçi Nəsimi sözün dadını verdi, vəli  
Dadə gətirdi anı ləfzi-şəkərbarımız.  
(səh.105) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 
Ey də’vət eyləyən bizi firdövsə, eylə bil.  
Cənnətdən özgə vardurur ə’la məkanımız. 
 
Cövhərləri zühurə gətirdi çü nitqi-həq,  
Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız. 
 
Ol kim, bizim həqiqətimizdir, xəyalımız,  
Yoxdur nişanı qılğa nə bilsin nişamımız. 
 
Sən bu Nəsiminin dilini anla, bil sözün,  
Kim var bu dildən özgə bizim bir lisanımız.   (səh.106) 
 
*** 
 
 (məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün) 
 
Canani mənim sevdigimi can dəxi bilməz.  
Könlüm diləgin dünyada canan dəxi bilməz. 
 
Bildim, tanıdım əqlilə mə’budi, yəqindir,  
Şöylə bilirəm hafizi-Qur’an dəxi bilməz. 
 
Abdallıq ilə bəglig edən arifi gör kim,  
Bu səltənətin qədrini sultan dəxi bilməz. 
 
Əqlin gəmisin qərq edə gər eşq dənizində,  
Eşqin dənizin bəhrini ümman dəxi bilməz. 
 
Sufimidir ol cami-müsəffasına məşğul,  
Pünhani içər şöylə ki, şeytan dəxi bilməz. 
 
Gəl, saqi, gətir dür əyağın dürdiləsun kim, 
Budur əyağın dövrini dövran dəxi bilməz. 
 
Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz.  
Bu quş dəgidir, bunu Süleyman dəxi bilməz. (səh.107) 
 
*** 


 
 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Fəraqı çəkməyən aşiq, vüsalın qədrini bilməz,  
Cəmilə olmayan vasil, cəmalın qədrini bilməz. 
 
Şəbi-əsradə qövseynin işi şəqq eylədi ayı, 
Bu mö’cüzədən olan ğafil, hilalın qədrini bilməz. 
 
Dodağın səlsəbilindən xəbərdar olmayan cansız,  
Anın mahiyyəti oddur, zülalın qədrini bilməz. 
 
Müdəvvər nöqteyi-xalın bəbək tək gözə qondardım,  
Bəbəksiz qalsın ol göz kim, bu xalın qədrini bilməz. 
 
Səni səndən dilər könlüm, nə dünyanın zərü gəncin,  
Kim, ol malı sevən xasir bu malın qədrini bilməz. 
 
Bu ləlinin fərağından həl oldum, olmuşam xəluq,  
Bu zövqü bilməyən sufi, bu halın qədrini bilməz. 
 
Nihalın e’tidalindən utanır sərv ilə Tuba, 
Bu qəddi bənzədən sərvə, nihalın qədrini bilməz. 
 
Kəlam-ullah, ey dilbər, boyun gərçi ki dal oldu,  
Hər əgri baxanın eyni, bu dalın qədrini bilməz. 
 
Xəyalindən günün hər kim yaradır özgə mənzurə,  
Bu mə’nidəndir, ey canım, xəyalın qədrini bilməz. 
 
Günəş mahi-hilalindən zəvalə hər gün uğrar, çün  
Nədəndir aftabi-bizəvalın qədrini bilməz. 
 
Nəsimi sufə dəgşirməz qəmində geydigi şalı  
Kim, ol sufi səfasızdır, bu şalın qədrini bilməz.  
(səh.108) 
 
*** 
 
 (məf’Uli fA’ilAtü məfA’İlü fA’ilün) 
 
Lə’lin meyi-ələst idi, cam olmadan hənuz,  
Xas idi söhbətimdəki amm olmadan hənuz. 
 
Vermişdim ana dilü, dinü əğlü canımı,  
Zülfün kəməndi boynuma dam olmadan hənuz 


 
 
 
Eşqin oda bişirmiş idi dürlü aşlarım,  
Sevdası könlümün dəxi xam olmadan hənuz. 
 
Yüzün qatında səcdeyi-nisbət qılır idim,  
Andan irəli xəlqə imam olmadan hənuz. 
 
Hüsni-rüxun kitabını xətm eyləmiş idim,  
Gögdən rümuzi-vəhy tamam olmadan hənuz. 
 
Didarını təcəllidə görmüşdü gözlərim,  
Musa ilə aradə kəlam olmadan hənuz. 
 
Ol tifl kimi canıma vəslin qida idi,  
Fitrət günündə vəchi-izam olmadan hənuz. 
 
İrmiş idi Nəsimiyə Fəzlin inayəti,  
Kövnü məkanü sübh ilə şam olmadan hənuz. (səh.109) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’Ülü fA’ilün) 
 
Düşdüm əzəldə zülfünə dam olmadan hənuz,  
İçdim ləbin şərabını cam olmadan hənuz. 
 
Gördüm yüzüni Kə’bədə əhli səfa ilə,  
Qıldım təvafi-Kə’bə həram olmadan hənuz. 
 
Yazmış yüzündə surəyi-rəhman ələssəlam,  
Ərş ilə kürsü lövhü qələm olmadan hənuz. 
 
Gördüm yüzündə nuri-təcəllüvü şövqünü,  
Ayü günəşdə nuri-qiyam olmadan hənuz. 
 
Dürdanə dişlərini nigarın görəndə mən,  
Dürri-sədəfdə nəzmi-nizam olmadan hənuz. 
 
Vəchində yazmış idi anın otuz iki hərf,  
Xətti-bəyani-hərfü kəlam olmadan hənuz. 
 
Görmüş idi Nəsimi yüzündə nişani-həq,  
Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.  
(səh.110) 
 
*** 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə