NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

 
 
Əgər müşkül, əgər asan gərəkməz 
 
Vüsalın şərbətin içən mühibbə,  
Fəraqın ağusu çəndan gərəkməz. 
 
Kəsilməz çünki vəslindən Nəsimi,  
Gözündən olduğun pünhan gərəkməz. (səh.98) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Sən mənə yar ol ki, könlüm bir dəxi yar istəməz,  
Könlümün məqsudi sənsən, özgə dildar istəməz. 
 
Cənnəti-ədnin gülüstani-yüzündür, şəkk degil,  
Kim ki, şol gülzarı buldu, dəxi gülzar istəməz. 
 
Ta əbəd hirman imiş həqdən nəsibi, hər kim ol,  
Səndən, ey dilbər, iki aləmdə didar istəməz. 
 
Könlümün məqsudu sənsən, hacəti həqdən budur,  
Hacətindən ayrı könlüm nəsnə zinhar istəməz. 
 
Gəl ki, sənsiz könlüm, ey canü cahanın hasili,  
Kün fəkanın hasilindən oldu bizar, istəməz. 
 
Sorma, ey dilbər, mənə kim, hacətin məndən nədir,  
Çünki məşuqindən ayru aşiqi-zar istəməz. 
 
Kim ki, zülfünün xəyalın bağladı könlündə, ol,  
Rahibi-deyr oldu, ondan ayru zünnar istəməz. 
 
Çün fəna darını ol Mənsur olubdur istəyən,  
Olmayan Mənsur “Ənəlhəq”, “leysə-fiddar” istəməz. 
 
İstədi həqdən Nəsimi vəslini, buldu murad,  
Maliki-didar olubdur, gəncü dinar istəməz.  
(səh.99) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz,  
Çün müyəssər oldu vəslin, ğeyri-didar istəməz. 


 
 
 
Könlümə eşqini qismət üçün əzəldən qıldı həq,  
Ta əbəd eşqindən özgə nəsnə, zinhar istəməz. 
 
Könlümün Mənsuru çün kim, zülfünü edəndi dar,  
ni kim, Mənsur olan zülfündə bərdar istəməz. 
 
Mən kəsildim masivəllahdan, bu gün, ey müddəi,  
Vahid oldum yar ilə, aşiq olan var istəməz. 
 
Bu dili-biçarədən sordum nədir dərdinəm,  
Dilbərin ləlindən ayru hiç timar istəməz. 
 
Bu könül şəhrini hicrin çünki viran eylədi,  
Gəl ki, səndən özgə dil məmuru memar istəməz. 
 
Çün ləbin abi-həyatidir, həyati-ömrümün,  
Bu Nəsimi səndən ayrı leysə-fiddar istəməz. (səh.100) 
 
*** 
 
 (məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün) 
 
Aləmdə bu gün əhdi bütün yar ələ girməz,  
Yandırdı tikan bağrımı, gülzar ələ girməz. 
 
Naqis məhək oldu, qamunun qəlbi dəğəldir,  
Bir sikkə dürüst, aricə dinar ələ girməz. 
 
Ey xəstə könül, gör nə derəm, məndən eşit pənd,  
Dildarə həris olma ki, dildar ələ girməz. 
 
Çün ğəm yeyirəm, ğəm degil, ey aşiq, əgərçi  
Qəm yürəgə kar eylədi, həmxar ələ girməz. 
 
Ey axirətin darinə aşiq, bu fənadən, 
Keç ki, bu keçər ərsədə şol dar ələ girməz. 
 
Timarə könül verməgil ey sayru, həkim ol,  
Dərmanını dərd eylə ki, timar ələ girməz. 
 
Ey aşiq, anın zülfünə yapış ki cahanda, 
Bir ancalıyın dilbəri-əyyar ələ girməz. 
 
Səyyarə kimi seyr edərəm daim anınla,  


 
 
Şol seyredici kövkəbi-səyyar ələ girməz. 
 
Musa tək əgər aşiq isən könlün arıt kim,  
Saf olmayacaq ayinə, didar ələ girməz. 
 
Gül çöhrəsinin eşqinə pərvanə kimi yan,  
Kanın kimi can yandırıcı nar ələ girməz. 
 
Əlfazi-Nəsimi bu gün ol mö’cüzədir kim,  
Bənzər ana bir lölövü şəhvar ələ girməz.   (səh.101) 
 
*** 
 
 (fA’ilAtün məfA’ilün fə’Ulün) 
 
Surətin nəqşinə xəyal irəməz,  
Gözlərin alasına al irəməz. 
 
Bu gülü gör ki, rəngü çöhrəsinə,  
Nə qədər al edirsə, al irəməz. 
 
Gərçi ayi yüzünə bənzədirəm,  
Qaşların şəklinə hilal irəməz. 
 
Qamətin şöylə mötədildir kim,  
Etidalinə etidal irəməz. 
 
Bu nə ziba cəmal olur, yarəb,  
Ki, kəmalatına kəmal irəməz. 
 
Ey cəmil-ül-liqa, nə dilbərsən  
Ki, rüxün hüsnünə cəmal irəməz. 
 
Zülfü çün “cimü” qaşı “dal”, vəli,  
Zülfü qaşına cimü dal irəməz. 
 
Necə günəşsən, ey qəmər ki, sana  
Ta əbəd zərrəcə zəval irəməz. 
 
Buldu könlüm səninlə şol vüslət,  
Kim, anın vəslinə vüsal irəməz. 
 
Ey Nəsimi, sözün müfərrəhdir,  
Bu cəhətdən sənə məlal irəməz. (səh.102) 
 


 
 
*** 
 
 (məf’Ulü məfa’İlü məfA’İlü fə’Ulün) 
 
Dərdü ğəm ilə yandı könül, yar bulunmaz,  
Çox darü diyar istədi, dəyyar bulunmaz. 
 
Yarəm deyici çoxdurur, əmma bəhəqiqət,  
Fürsət gəlicək yari-vəfadar bulunmaz. 
 
Adət budurur kim, dili dildarə verərlər,  
Dil getdi əlimizdənü dildar bulunmaz. 
 
Ancə kişilər dəviyi-islam edir, əmma  
Tək aradə bir xaç ilə zünnar bulunmaz. 
 
Hər bihünər, insafı yox, uş mənsəbi tutdu,  
Sahibhünərə mənsəbü iqrar bulunmaz. 
 
Çün çərxi-fələk cahilü nadan sevər oldu  
Bəs lacərəm, uş elmə xiridar bulunmaz. 
 
Hər baş ki var, layiqi-dəstar olur, əmma,  
Min başda bir qabili-dəstar bulunmaz. 
 
Tərrar əgər alursa qamu rəxti rəvadır,  
Çün qafilədə bir kişi bidar bulunmaz. 
 
Var dərdə təhəmmül qılu səbr eylə cəfayə,  
Çün dərdə timar istədin, bisyar bulunmaz. 
 
Zərq işi riya etdi, kasad eylədi elmi,  
Elm əhlinə bir rövnəqi-bazar bulunmaz. 
 
Var, özgəyə faş etmə, Nəsimi, sirini kimə,  
Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz.  (səh.103) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,  
Qəmindən acı hicranın su oldum, axaram sənsiz. 
 
Xəyalin gəlmiş, ey huri, gözüm qarşısında durmuş,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə