NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

 
 
Yarın cəfası cümlə vəfadır, cəfa degil,  
Yarım cəfa qılır deyən əhli-vəfa degil. 
 
Mə’şuqə hər nə qılsa rəvadır mühibbinə,  
İlla fərağı oduna yaxmağı rəva degil. 
 
Hər kimsənin ki, qibləsi, ey can, sən olmadın, 
İrağə düşdü Kə’bədən, əhli-Səfa degil. 
 
Qanı cahanda, ey könül, ol vəhdət əhli kim,  
Yüz min bəlavü möhnət ilə mübtəla degil. 
 
Ey sevmə əhli-hüsnü cəmalı, deyən mənə,  
Görməz gözün bu vəchi, əcəb aşina degil. 
 
Qanına aşiqin susamışdı, xəta gözün,  
Fəshi-əzimət etmə ki, fikri-xəta degil. 
 
Hicrin şərarı gərçi müfərrəhdir, ey həkim,  
Aşiqlərin dəvası bu acı dəva degil. 
 
Vəslindən ol gəda ki, irişdi muradına,  
Mə’nidə bil ki, şahi-cəhandır, gəda degil. 
 
Surətdə adam oğluvü mə’nidə div olan,  
Oldur ki, həqqi tanımamış, aşina degil. 
 
Surətə gərçi bənzişi çoxdur Nəsiminin,  
Mə’nidə adı hər həcərin kimiya degil.  
 
(səh.137) 
 
*** 
 
 (məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün) 
 
Yarın işinə nişə könül xoş səfa degil,  
Dilbər ola ki, işi anın pürcəfa degil. 
 
Yar ol qədər ki, sənə cövr edərsə ol,  
Külli vəfadır, onı ki, sanma vəfa degil. 
 
Vallah mənə ki, sorsalar uş bu iki cahan,  
Bir ləhzə yar söhbətinə ol bəha degil. 
 
Min qətlə səcdə eyləsəm yarın qapusinə,  
Minnət bu canıma ki, yəqin hiç riya degil. 


 
 
 
Gözüm dilər ki, xaki-rəhi tozunu yuya,  
Bilməz ki, su içində təyəmmüm rəva degil. 
 
Eşqin ğəmi Nəsimiyi çün eyləsə hasar,  
Cümlə ətadır aşiqə, sanma əta degil.    
(səh.138) 
 
*** 
 
 (məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün) 
 
İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey ğafil,  
Nə buldun uyxudan, göstər, nə qıldın uyxudan hasil? 
 
Məgər həqdən ziyan gördün ki, batil qövlə yapışdın? 
Çevirdin yüzünü həqdən, saqın kim, həq deyil batil! 
 
Əzazilin sözün tutma, onun vəsvasinə uyma  
Ki, iblisə uyan olmaz könül məqsudinə vasil. 
 
Vəfasız dünyənin mehrin gedər könlündən aldanma 
Ki, dünya kimsəyə hərgiz vəfa qılmaz, dedim uş bil. 
 
Bu taqü təmtəraqı qoy ki, dövranı bu dünyanın  
Keçər hər növ ilə, tut sən gərək asan, gərək müşkil. 
 
Yalançı nəfsə uymuşsan, qucarsan dünyəni neyçün? 
Məgər həqqi unutmuşsan ki, oldun dünyayə mail? 
 
Məsihizat ikən billah, nədən div olmaq istərsən? 
Məgər cinnidürür əslin, deyilsən rəhmətə qabil? 
 
Sədəf xas olmaz incisiz, bu rəmzi anla, fəhm eylə, 
Bu sirri bilməyən bil kim, nə xaric oldu, nə daxil. 
 
Bu göftarın işaratı dərindir, əql ona irməz,  
Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil? 
 
Necə məf’ul faildən, necə məs’ul saildən,  
Əgər danasən anı bil ki, sənsən mütləqa fail. 
 
Əgər gözlüsən, ey gözlü, vücudun şəhrinə gir, gör, 
Nə mədənsən, nə gövhərsən, nə xoş dəryasan, ey ğafil? 
 
Vücudin şirkətin məhv et, vücudi-vahidə fərd ol 


 
 
Ki, zati-fərdi-vahiddən bu məs’ul oldu, ol sail. 
 
Nə axır sənsən ol gövhər ki, adın gizli gənc oldu? 
Nədir halın kim, olmazsan özündən vaqif, ey zail? 
 
Həva camindən içmişsən, həvəs ardına düşmüşsən,  
Bu ağulu şərabı qoy kim, oldur şərbəti-qatil. 
 
Nəsimi sirri “ma ovha kəmahi” gərçi şərh eylər, 
Qaçan idrak edər anı özüni bilməyən cahil?   
(səh.139-140) 
 
*** 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Firqət içində yanıram, dərdimə eylə çarə, gəl,  
Yaralu olmuşam gör uş, bağrım içində yarə, gəl, 
 
Səbrimi ğarət eylədi, qapdı qərarımı ğəmin,  
Bunca cəfayi gör ki, ğəm qıldı bu biqərarə, gəl. 
 
Qəmdən əgərçi firqətin min çəri çəkdi üstümə,  
Sən mənə bəssən, anları qoymavü min süvarə, gəl. 
 
Düşdügüm ayru səndən uş od olu düşdü canıma,  
Ey gözümün çırağı, bəs yaxma məni bu narə, gəl. 
 
Zülfü rüxün vüsalinə susamış, ey qəmər, gözüm,  
Ey qəmərin qatında yüz ay ilə gün, sitarə gəl. 
 
Möhnət içində ğərqəyəm firqətinə ulaşalı,  
Çək, sənəma, bu vərtədən zövrəqimi kənarə, gəl. 
 
Məndən ayırma vəslini bunca ki, şad olur ədu,  
Yürəgini ədulərin yarəli eylə, yarə, gəl. 
 
Düşmüşəm ahü naləyə səndən olalı ayru mən,  
Görmə rəva bu halimi, qoyma bu rəsmü karə, gəl. 
 
Müntəzir oldu vəslinə həsrətü dərdi çox könül,  
Xoş degil, anı yandırub, vədəvü intizarə, gəl. 
 
Canım içində mehrini gizlər idim saçın kimi,  
Şövqi-rüxündən, ey pəri, pərdəsi oldu parə, gəl. 
 


 
 
Canü təni Nəsiminin sənsənü səndən özgə yox,  
Ol ki, nə sənsən anı gör, var isə andan arə, gəl.    
(səh.141) 
 
*** 
 
 (fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün) 
 
Susadım vəsminə, ey çeşmeyi-heyvan, bərü gəl!  
Yaxma hicrində məni bunca, gəl, ey can, bərü gəl! 
 
Firqətin şəərbəti acıdır, anı içəməzəm, 
Ey ləbin gül şəkəri, dərdimə dərman, bərü gəl! 
 
Aşiqin damusu yarından irağ olduğudur,  
Ey cəmalın çəməni-rövzeyi-rizvan, bərü gəl! 
 
Ənbərin sünbüli-zülfün düşəli məndən irağ,  
Qatı aşüftəyəm, ey zülfi-pərişan, bərü gəl! 
 
Könlümün həsrəti göz yaşına qərq etdi, məni,  
Bunca ağlatma məni, ey güli-xəndan, bərü gəl! 
 
Gözümün yaşı axar, aləmi tufan götürər,  
Ey pəriçöhrə, boyu sərvi-xuraman, bərü gəl! 
 
Kipriyin şövq oxunu bağrıma, ey can, uralı,  
Ürəgimdən gözümə hər dəm axar qan, bərü gəl! 
 
Firqətin qəhri məni yaxdıvü yandırdı əzim,  
Mədədin qandadır, ey rəhməti-rəhman, bərü gəl! 
 
Aləmi tutdu bu gün hüsni-rüxun dastanı,  
Afərin hüsnünə, ey fitneyi-dövran, bərü gəl! 
 
Eyləmiş canını qurban, çün Nəsimi eşqinə,  
Nə ziyan eylər ona qeyd ilə zindan, bərü gəl! (səh.142) 
 
*** 
 
 (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Firqətin yandırdı bağrım, yürəgim qan oldu gəl!  
Gəl ki, didarın bu sayru canə dərman oldu, gəl! 
 
Dünyanın nazü, nəimi, bağü bustanı mana,  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə