NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

 
 
Qaşında “Qaf-vəl Qur’anı” gördüm. 
 
Oxudum dərsi-hüsnün ayətini,  
Yedi müshəf kimi Fürqanı gördüm. 
 
Məhəmməd ümmətindən sən doğalı,  
Səni gözəllərin sultanı gördüm. 
 
Xəlilüllah ilə eşqin odunda
Çü yandım, gül kimi reyhanı gördüm. 
 
Səlamım Nuhə yetür sən mənim kim,  
Anınla qərq olub tufanı gördüm. 
 
Rəvadır Xızr ilə qalsam mana kim,  
Ləbində çeşmeyi-heyvanı gördüm. 
 
Girib dəryayi-eşqə misli-qəvvas,  
Ki, lə’lü gövhərü ümmanı gördüm. 
 
Bizim məqsudumuz didarınızdır,  
Oxudum, dəftərü divanı gördüm. 
 
Züleyxa tək bu gün dərdə giriftar,  
Həzaran Yusifi-Kən’anı gördüm. 
 
Nasimi tək bu gün Hər kim verir can,  
Yəqindir gər desə cananı gördüm.    
(səh.169) 
 
*** 
 
 (məf’Ulü məfa’İlü məfa’İlü fə’Ulün) 
 
Əlminnətulillah ki, bu gün yarımı buldum,  
Könlümdə yəqin dilbərü dildarımı buldum. 
 
Dəgməz mənə bir pula cahan varlığı ilə,  
Neyçün ki, gözəl sikkəli dinarımı buldum. 
 
Torpaq ikən ol Zöhrə mənə Müştəri oldu,  
Dəllalə çağırgil de ki, bazarımı buldum. 
 
Ğəmdən yanıram, ğəm nə qədər çox olur isə,  
Şadlıq ilə mən, çün ğəmü qəmxarımı buldum. 
 


 
 
Firdovsə məni dəvət edən zahidə söylə,  
Şol tikənə göz dikmə ki, gülzarımı buldum. 
 
Yusif yeridir kim, mənə qul yazıla, çünkim,  
Misrində ləbi-ləli-şəkərbarımı buldum. 
 
Bəxtim günəşi doğduvü uyxudan oyandı,  
nisi bu kim, dövləti-bidarımı buldum. 
 
Naməhrəmə faş eyləməzəm sirri-ilahi,  
Məhbubi-əmin yarı-vəfadırımı buldum. 
 
Bağdada gəl, ey qasid, ilət şol xəbəri kim,  
Şol şəbədəçi dilbəri-əyyarımı buldum. 
 
Ey nəqdini tərrare verən uyxulu qafil,  
Şol yüziqəmər turreyi-tərrarımı buldum. 
 
Mənsur kimi məndən əgər gəldi ənəlhəq,  
Ey xacə, itab eyləmə uş darımı buldum. 
 
Canı nedərəm, neylərəm axır bu cahanı,  
Çün təfriqəsiz yarı-vəfadarımı buldum. 
 
Gər Musa kimi yüzünə muştaq isən anın,  
Gör sən də həqi söylə ki, didarımı buldum. 
 
Verdi saçının küfrinə imanı Nəsimi, 
Ey xirqə geyən, mən dəxi zünnarımı buldum.  
 
(səh.170) 
 
*** 
 
 (fəil’Atü fA’ilAtün fə’ilAtü fA’ilAtün) 
 
Mən ol tilsimi-pünhan ki, bu gün cəhanə gəldim,  
Əzəli nişansız idim, əbədi nişanə gəldim. 
 
Bu tilismi çünki açdım, zülümata nur saçdım,  
Bu neçə məqamı keçdim ki, bu cismü canə gəldim. 
 
Oxudum bir ismiə’zəm ki, vücuda, gəldi aləm,  
Qoyun adımı siz adəm ki, bu kövn-məkanə gəldim. 
 
Qamu yerlərə bulundum, qamu sözlərə bilindim,  
Qamu yerdə yar oldum, bu ulu bəyana gəldim. 


 
 
 
Adımdı Seyid Nəsimi, nə deyərisəm Nəsimi,  
Əbədi surəm Nəimi hurilə cinanə gəldim.    
(səh.171) 
 
*** 
 
     (fA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün) 
 
Qulluğa bel bağladım, sultani gözlər, gözlərim,  
Dərdinə tuş olmuşam, dərmani gözlər, gözlərim 
 
Gözlərim gözlər gözəllər həzrətini şahimin,  
Neçəsi gözləməsin, sübhani gözlər, gözlərim. 
 
Gördügüm ol, bildigim, ol, istədigim oldurur,  
Əvvəl oldur, axir oldur, ani gözlər, gözlərim. 
 
Mən də şahın yoluna canımı qurban etmişəm,  
Eşq ilə girdim yola, meydani gözlər, gözlərim. 
 
Cüreyi-eşqin dilər ki, könlümə mehman ola,  
Ümmətə bel bağladım, mehmani gözlər, gözlərim, 
 
Yahu ya mənhu deyib, hər dəm təmənna eylərəm,  
Rəhmətindən umaram, rəhmani gözlər, gözlərim. 
 
Ey Nəsimi, sidq ilə yolunda xak olmaq üçün, 
Can elindən gəlmişəm, canani gözlər, gözlərim.   (səh.172) 
 
*** 
 
 (müftə’ilün məfA’lün müftə’ilün məfA’ilün) 
 
Canımı yaxdı fərağın, gör ki, nə nar içindəyəm,  
Güldən iraq gül kimi, möhnəti-xar içindəyəm. 
 
Könlümü vüsləti-ləbin hicrə mübəddəl eylədi,  
Gör nə meyü piyalədən rənci-xumar içindəyəm. 
 
Zülfü rüxün şümarini şamü səhərdə saymışam,  
Kim bilir ol şümarı kim, mən nə şümar içindəyəm. 
 
lü əqiqü inciyi saçaram altun üstünə, 
Gör ki, gözümdən uş neçə bəzlü nisar içindəyəm. 
 


 
 
Ey qamu xubların şəhi, lütfü inayət eyləgil,  
Dut əlimi ki, düşmüşəm, əqrəbü mar içindəyəm. 
 
Zülfü rüxün hədisini necə unudam, ey pəri,  
Çün dünü gün anınlə mən leylü nəhar içindəyəm. 
 
Canımı ənbərin saçın seyd edəli kəməndinə,  
Rumü Xətayi dutmuşam, çinü Tatar içindəyəm. 
 
Nəqşi-nigarını üzün məndə müsəvvər eylədi,  
Mən bu nigari-nəqş ilə nəqşü nigar içindəyəm. 
 
Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən, 
Olma məlul, ğəm yemə, bəndü həsar içindəyəm.   (səh.173) 
 
*** 
 
 (müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün) 
 
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,  
Gəl nəzər eylə halimə, gör ki, nə hal içindəyəm. 
 
Vəsli-rüxün zülalinə susadım, iştə yanıram,  
Gözümə baxü gör necə abi-zülal içindəyəm. 
 
Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır,  
Çün bu xəyali-nəqş ilə nəqşü xəyal içindəyəm. 
 
Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli,  
Vəsl irişincə canıma hüznü məlal içindəyəm. 
 
Zülf ilə qaşu kiprigin “əbcədi-cimü” “dal” imiş,  
Mən bu Hüruf şəkliçün “cim” ilə “dal” içindəyəm. 
 
Taleü bəxt yıldızın kövkəbi-nəhsə uğradı,  
Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm. 
 
Vəslinə irmək istərəm, gərçi ki, eyniyəm anın,  
Məndən anı kim ayura, fikrü məlal içindəyəm. 
 
Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,  
Münkir ilə bu mə’nidən qiyl ilə qal içindəyəm. 
 
Hüsnüvü qaşına onun verdi Nəsimi könlünü,  
Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm.  
(səh.174) 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə