Nəsirov Samir Şakir oğlunun «AZƏrbaycanda müƏSSİSƏLƏRİn vergitutma mexanizmmiNİn təKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ»


II Fəsil. VERGİ ÖDƏNİŞLƏRİNİN İQTİSADİ TƏHLİLİ VƏ ONUN SƏMƏRƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 0,68 Mb.
səhifə3/8
tarix17.09.2018
ölçüsü0,68 Mb.
#69153
1   2   3   4   5   6   7   8

II Fəsil. VERGİ ÖDƏNİŞLƏRİNİN İQTİSADİ TƏHLİLİ VƏ ONUN SƏMƏRƏLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

2.1. Azərbaycanda vergi ödənişlərinin müasir vəziyyəti
Azərbaycan Respublikası iqtisadiyyatı son bir neçə ildə yüksək sürətlə inkişaf edir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altmda aparılan uğurlu iqtisadi siyasət öz bəhrələrini verməkdədir. 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalı 57708.2, mln. manat olmuş, 2012-ci illə müqayisədə Ümumi Daxili Məhsul 5,0 faiz real artmış, adambaşına düşən ÜDM-in həcmi 4653,3 manat təşkil etmişdir ki, bu da orta səviyyəli inkişaf etmiş ölkələrin gostəricilərinə uyğundur. Bu zaman qeyri-neft sektoru üzrə artım 8,3 faiz təşkil etmişdir. 2013-cü il də daxil olmaqla son yeddi ildə ölkə iqtisadiyyatı 2 dəfədən çox, onun qeyri-neft sektoru 2,3 dəfə artmışdır.

Tarixə nəzər salsaq görərik ki, 1991-ci ildə siyasi və iqtisadi mustəqillik əldə etdikdən sonra inzibati-amirlik usul-idarəsinə soykənən formasiyadan yeni, azad sahibkarlıq və bazar munasibətlərinə əsaslanan sosial-iqtisadi quruluşa kecid tamamlanmışdır. Hazırda olkəmiz daha yuksək sosial-iqtisadi dircəliş mərhələsinə qədəm qoymaqdadır. Bu gun qarşıya innovativ və yeni cağırışlara cavab verən muasir iqtisadi sistemi formalaşdırmaq məqsədi qoyulmuşdur. Sözugedən sistemi qurmaq ucun 19 noyabr 2011-ci ildə prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması ilə bağlı sərəncam imzalanmışdır. Konsepsiyada ilk novbədə, umumi daxili məhsulun artımını qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin etmək, iqtisadiyyatın diversifikasiya prosesini surətləndirmək, umumi daxili məhsulun tərkibində və dovlət budcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, qeyri-neft amilinin regionların hesabına ustünlüyünun təmin edilməsi, ixracın təşviq edilməsi və yerli muəssisələrin xarici bazarlara cıxışına nail olmaq əsas məqsədlərdir.(4) Təbii ki, iqtisadiyyatda nəzərdə tutulan bu missiyalar vergi orqanları qarşısında yeni vəzifələr qoyaraq onların yeni formalaşmış biznes muhitinə uyğunlaşmasını tələb edir. Eyni zamanda qeyd olunmalıdır ki, iqtisadiyyatın vergi tənzimlənməsinin daim təkmilləşdirilməsi zəruridir.



Bu baxımdan 2001-ci ilin yanvarın 1-dən quvvəyə minən Vergi Məcəlləsi mustəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış muhum addımlardan biri kimi cıxış etdi.(1) Ölkəmizdə vergi sferasında aparılan islahatların tərkib hissəsi kimi qabaqcıl dunya təcrubəsinə əsaslanan vergi xidməti quruculuğu davam etmiş, xidmətin muasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Həyata kecirilən transformasiyanın muhum tərkib hissələrindən biri “Azərbaycan Respublikasında vergi inzibatcılığının təkmilləşdirilməsi dovlət proqramı”nın reallaşdırılması olmuşdur. Ölkə Prezidentinin 2005-ci il 12 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş dovlət proqramının həyata kecirilməsi nəticəsində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü odənilməsi sisteminin, vergi odəyicilərinin huquqlarının qorunması, vergidən yayınma halları ilə mubarizənin gucləndirilməsi, vergilərin məcburi odənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində muhum işlər gorülmüşdür. Vergi orqanlarının ən muhum strateji məqsədlərini muəyyən edən dovlət proqramının icrası cərcivəsində 5 əsas strateji istiqaməti əhatə edən tədbirlər kompleksi həyata kecirilmişdir. Xüsusi vurğulamaq istərdim ki, ABŞ Xəzinədarlıq Departamentinin, Beynəlxalq Valyuta Fondunun və Dunya Bankının ekspertləri vergi inzibatcılığının təkmilləşdirilməsi uzrə dovlət proqramını inkişaf edən olkələr və MDB dovlətləri ücün nümunəvi strateji proqram kimi qiymətləndirmişlər. 2006-cı ildə vergi menecmentinin elektron qaydada qurulmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunmuşdur. Vergilər Nazirliyi digər dovlət strukturları və qurumlarla elektron məlumat mubadiləsi qurmuşdur. Vergilər Nazirliyi ilə Mərkəzi Bank və banklar arasında elektron sənəd mubadiləsi haqqında kollektiv saziş imzalanmışdır.

2008-ci ildən sahibkarlıq subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi tətbiq edilməklə aparılması gostərilən elektron xidmətlərin muhum tərkib hissəsi olmaqla vergi odəyiciləri və beynəlxalq təşkilatlar tərəfindən cox musbət qiymətləndirmişdir. 2008-ci ildə Azərbaycanda ilk dəfə ƏDV inzibatcılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesablarının tətbiqinə başlanmışdır. Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV uzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda, vergi odəyicilərinin ƏDV uzrə inzibati yukunun azaldılmasına da şərait yaratmışdır.(1) Qlobal bohran şəraitində belə, Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycanda vergi yukunun azaldılması yolu ilə real sektorun təşviqi haqqında qanunverici qərar qəbul edilmiş, 2009-cu ildə vergi qanunvericiliyinə ciddi dəyişikliklər olunmuşdur. Nəticədə 2010-cu ilin yanvarından mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslər ucun gəlir vergisinin maksimal dərəcəsi 35 faizdən 30 faizədək azaldılmış, fərdi sahibkarlar ucun isə bu dərəcə 20 faizədək endirilmişdir. Hazırda isə fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 25 faizdir.(1) Vergi dərəcələrinin azaldılması real sektorda budcə gəlirinin bir hissəsinin saxlanılması məqsədilə qəbul edilmişdir. Başqa sözlə, bu tədbirlər iqtisadi fəallığın stimullaşdırılmasına yonəlmiş və onun sayəsində muəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dovlət budcəsinə daxilolmalar artmışdır . Vergilər Nazirliyinin 2010-cu ildə tətbiq etməyə başladığı innovativ texnologiyalardan biri də “onlayn karguzarlıq” sistemidir. Bu sistem vasitəsilə e-hokumət quruculuğunun əsas tərkib hissələri olan “vətəndaş-dovlət”, “biznes-dovlət” və “biznes-biznes” munasibətləri muasir beynəlxalq standartlar səviyyəsində təşkil edilmişdir. 2010-cu ildən etibarən nağd hesablaşmaların aparılması uzərində nəzarət tədbirlərinin gucləndirilməsi məqsədilə vergi odəyicilərinin nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS şəbəkəsi vasitəsilə vergi orqanlarının məlumat bazasına oturulməsinə başlanılmışdır . 2011-ci il yanvar ayının 1-də 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi odəyicilərinə gostərilən xidmətlərin inkişafı Konsepsiyası” təsdiq olunmuş, vergilərin konullu odənilməsi sisteminin təkmilləşdirilməsi və daha əlverişli biznes muhitinin formalaşdırılması məqsədilə vergi odəyicilərinə xidmət terminalları yaradılmışdır. 2011-ci il iyulun 1-dən sahibkarlıq fəaliyyətini həyata kecirən fiziki şəxslərin dovlət qeydiyyatı elektron formata kecirilmişdir. Ölkədə aparılan vergi siyasətinin əsas istiqamətlərindən biri də vergilərin iqtisadi fəallığa stimullaşdırıcı təsirini artırmaq, investisiyaları təşviq etməkdir. Vergi dərəcələrinin statistikasına nəzər salsaq gorərik ki, vergi dərəcələri mərhələlərlə əsaslı şəkildə azaldılmışdır. Butun bunların nəticəsində Azərbaycan Respublikasında əksər vergilərin dərəcələri digər olkələrdəki analoji vergi dərəcələrindən xeyli aşağıdır. Əlavə olaraq, fiziki şəxslərin gəlir vergisinin hesablama mexanizmi sadələşdirilmişdir. Olkə də kicik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexanizmini sadələşdirmək məqsədilə 2001-ci ildən sadələşdirilmiş vergi tətbiq edilir. Azərbaycan Respublikasının vergi siyasətində islahatların muhum istiqamətlərindən biri dovlətlərarası ikiqat vergiqoymanın aradan qaldırılması haqqın da sazişlərin imzalanmasını gostərmək olar. Respublikamızda həyata kecirilən vergi islahatlarının əsas istiqamətlərindən biri də əlverişli vergi muhitinin yaradılması ilə xarici investorların olkəyə cəlb edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq muqavilələr bağlanmışdır. Bu muqavilələrə əsasən investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka gorə vergilərə munasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir. Bundan əlavə, xarici investisiyaların olkə iqtisadiyyatına axınını stimullaşdırmaq, zəngin neft-qaz yataqlarının mənimsənilməsini surətləndirmək məqsədilə Azərbaycan Respublikası ərazisində hasilatın pay bolgusu uzrə sazişlər əsasında karbohidrogen fəaliyyətini həyata kecirən xarici şirkətlər ucun muvafiq protokollarla tənzimlənən, Vergi Məcəlləsindən fərqli ustunluklərə malik olan xususi rejimli vergitutma mexanizmi də nəzərdə tutulmuşdur. Butun bu gorulən tədbirlər son illərdə xarici vergi odəyicilərinin sayının artmasına, xarici investisiyaların iqtisadiyyata axınının xeyli guclənməsinə səbəb olmuşdur.(1)RBAYCANIN İ

Umumiyyətlə, yuxarıda danışdığımız vergi islahatlarının nəticələri bu gün vergi qanunvericilik bazası olan vergi məcəlləsində öz əksini tapır.

Belə ki, 2001-ci il yanvar ayının 1-dən etibarən quvvəyə minmiş Vergi Məcəlləsində indiyidək coxlu sayda əlavə və dəyişikliklər edilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Dövlət budcəsinə vergi daxilolmaları haqqında məlumatdan göründüyü kimi, vergi dərəcələrinin dəyişmə dinamikası və səmərəli vergi siyasəti tezliklə vergi daxilolmalarının artımına zəmin yaratmışdır.



Cədvəl 2.1


Vergi və digər ödənişlər


Daxilolmalar (min AZN)

2010

2011

2012

2013

ƏDV

1 271 462,7

1 387 662,7

1 483 585,3

1 723 917,5

Aksizlər

452 027,4

417 394, 4

454 642,4

511 976,6

Mənfəət vergisi

1 429 824,9

2 133 993,3

2 252 223,2

2 374 791,6

Mədən vergisi

130 074,4

129 770,0

125 782,7

121 480,2

Torpaq vergisi

35 311,2

35 321,0

30 596,1

33 113,2

Əmlak vergisi

101 811,5

103 867,1

105 087,4

125 147,6

Fiziki şəxslərin gəlir vergisi

590 235,1

715 656,2

812 958,4

859 656,6

Dövlət rüsumu

89 519,1

104 804,8

103 186,3

123 229,5

Yol vergisi

15 168,8

28 095,4

28 655,3

24 383,5

Sadələşdirilmiş vergi

65 525,0

100 425,7

111 423,2

119 526,3

Sair daxilolmalar

111 839,9

318 071,4

517 226,2

646 410,8

Cəmi

4 292 800,0

5 475 062,0

6 025 366,5

6 663 633,4

Cədvəl məlumatlarından göründüyü kimi 2013-cü ildə büdcəyə 6663633.4min. manatdaxil olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə vergi daxilolmalarının artması deməkdir. Beləki 2013-cü ildə daxilolmalar 2012-ci ilə nisbətən 638266.9min manat və ya 9.6%, 2011-ci illə müqayisədə 1188571.4min manat və ya 17.84%, 2010-cu illə müqayisədə 2370833.4min manat və ya 35.6% artmışdır.(3)

Dunya Bankının "Doing Business 2012" və PWC şirkətinin "Paying Taxes 2012"hesabatlarına əsasən, vergi qanunvericiliyinin normalarına riayət edilməsinin sadəliyi subindikatorları uzrə Azərbaycanın gostəriciləri istər regional, istərsə də orta dunya gostəricilərindən yuksəkdir. Olkəmiz "Paying Taxes 2012" hesabatında 2011-ci ildə vergi odəmələrinin sadəliyi reytinqində 26 pillə irəliləmişdir.

Son illər vergi sisteminin orta perspektivlər ucun inkişaf istiqamətlərini muəyyən edən iki muhum sənəd : “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji istiqamətləri” və “Vergi inzibatcılığının təkmilləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının istifadə imkanlarının genişləndirilməsi haqqında” konsepsiyalar və 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi odəyicilərinə gostərilən xidmətlərin inkişafı Konsepsiyası” qəbul edilmiş və “Vergi qanunvericiliyi və inzibatcılığının təkmilləşdirilməsi uzrə 2009-2012-ci illər uzrə Stateji Plan” təsdiq edilmişdir. Hazırda haqqında danışdığımız məqsədlər cərcivəsində yaxın perspektivdə həyata kecirilməsi gozlənilən bəzi layihələrə nəzər salaq:

Əvvəldə qeyd etdiyimiz kimi, respublikamız daha yuksək sosial-iqtisadi inkişaf innovativ iqtisadiyyatına kecid mərhələsinə qədəm qoymuşdur. Bu strateji məqsədlər və olkənin maliyyə imkanlarının surətlə artması vergi qanunvericiliyinin və inzibatcılığının beynəlxalq standartlara uyğunlaşdırılması proseslərinin daha surətlə aparılmasına tələblər və eyni zamanda imkanlar yaradır . Digər tərəfdən isə, təcrubələr gostərir ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi nəzarətinin butun usullarından istifadə etdikdə belə vergi orqanı pul vəsaitlərinin butun hərəkətini aşkar etmək və bağlanan butun kommersiya əqdlərinə nəzarət etmək iqtidarında deyildir. Nəticədə muəyyən dovrdən bir vergi islahatları aparılması zərurəti yaranır. İqtisadcılar belə hesab edir ki, hər 5-7 ildən bir əsaslı vergi islahatları, hər 2-3 ildən bir isə quvvədə olan vergi qanunvericiliyinin səmərəliliyinin dərin

təhlili aparılmalıdır.(6) Əgər belə bir təhlil mənfi nəticə cıxarmağa əsas verirsə, onda gecikmədən islahatlar aparmaq lazımdır. Belə bir tendensiya əsasən iqtisadi cəhətdəninkişaf etmiş olkələrə xasdır. Respublikamızda iqtisadiyyatın, o cümlədən büdcə sisteminin tənzimlənməsi üçün vergi sistemi qarşısında duran əsas məqsədləri, əsasən, aşağıdakı kimi qruplaşdırmaq olar:

-vergi sistemi maksimal dərəcədə sadələşdirilməsi. Vergi sisteminin murəkkəbliyi inzibati xərclərin artmasına səbəb olur ki, bu vergi odəyicilərinin ayrı-ayrı qrupları arasında vergi yukunun qeyri-bərabər boluşdurulduyu fikrinə inam yaradır;

-vergi sisteminin stimullaşdırıcı rolunun artırılması. Yaxın illər ərzində budcə gə lirlərinin artırılması yalnız vergi yukunun deyil, vergi bazasının genişləndirilməsi hesabına artırılması nəzərdə tutulur. Fiziki şəxslərin gəlir və huquqi şəxslərin mənfəət vergisinin dərəcələrinin aşağı salınması, vergitutma bazasının genişlənməsi artıq ənənəvi hal alıb və bu tendensiyanın gələcəkdə də davam etməsi planlaşdırılır. Bundan başqa, Respublikamızın iqtisadi modeli sosial yonumlu olduğundan kicik biznesin stimullaşdırılması ucun sadələşdirilmiş verginin tətbiqi davam etdirilməlidir ki, xususilə regionlarda kicik biznes obyektləri rəqabətqabiliyyətli olsunlar və məşğulluq problemi tam həll olunsun;

-vergi sisteminin sabit və proqnozlaşdırılan olması, rəqabətliliyi təmin etməsidir;

-vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması;

-vergi sahəsində Avropa İttifaqına uzv olan olkələrlə əməkdaşlığın inkişaf etdirilməsi;

-vergi odəyicilərinin huquqlarının qorunması məqsədilə apelyasiya sisteminin daha da təkmilləşdirilməsi.


2013-cü ildə büdcə daxilolmalarının 34,2 faizi və ya 6663633,4 mln. manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təmin edilmişdır.

Belə ki, dövlət büdcəsi gəlirlərinin sürətli artımına rəğmən, vergi orqanları 2004-cü ildə vergi daxilolmalarının proqnoz tapşırıqlara 102,6%, 2005-ci ildə 100,5, 2006-cı ildə 103,3, 2007-ci ildə 107%, 2010-cu ildə isə isə 96,1% əməl tmişlər. 2010-cu ildə dövlət büdcəsinə 4292,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 177,9 milyon manat və ya 4,3 faiz çoxdur. Ümumilikdə 2009-cu illə müqayisədə 2013-cü ildə vergi daxilolmaları 1,6 dəfə artmmasına baxmayaraq, vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 2009-cu ildəki 39,8 faizdən 5,6 bənd azalaraq 2013-cü il üzrə 34,2 faiz təşkil etmişdir. Sözügedən dövrdə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 11,5 faiz olmuşdur.

Əgər 2009-cu ildə büdcə gəlirləri 10325,9 milyon manata yaxın idisə, 2013-cu ildə bu rəqəm 19496,3 milyon manat olmuşdur. Büdcə daxilolmalarının mühüm bir hissəsi vergi daxilolmalarının payına düşür və onun xüsusi çəkisi 2008-ci ilədək artmiş, sonradan isə öz yerini transfertlərə verməyə başlamışdır.

Cədvəl 2.2

2009-2013-cü illər üzrə UDM, büdcə gəlirləri və vergi daxilolmaları

(milyon manatla)


Göstəricilər

2009

2010

2011

2012

2013

Ümumi daxili məhsul

35601.5

42465

52082

54743.7

57708.2

Büdcə gəlirləri

10325.9

11403

15700.7

17281.5

19496.3

Vergi daxilolmaları

4113.400

4292.8

5475.062

6025.37

6663.6

Vergi daxilolma-larının ÜDM-də xü-susi çəkisi, %

11.5

10.1

10.5

11.0

11.5




Vergi daxilolma-larının büdcə gəlirlərində xüsusi çəkisi, %

39,8

37,6

34,9

34,9

34,2

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə